"Azərbaycanın əsas ticarət tərəfdaşlarında milli valyutalar son 1 ayda hiss edilən dərəcədə dollara nisbətən zəifləyib. Həm ümumi xarici ticarətdə, həm də qeyri-neft ixracatında 2-ci ən böyük tərəfdaşımız olan qardaş Türkiyədə noyabr ayında dollara nisbətən 9,5-dən 12,5-dək geriləyən lirə son ayda 22% dəyərsizləşib".

Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, başa çatmaqda olan ay qeyri-neft ixracatımızda əsas ticarət tərəfdaşımız olan və ən çox məhsul idxal etdiyimiz Rusiya rublu üçün də arzuolunan olmayıb: "Noyabra dollara nisbətən 70,8 məzənnəsi ilə başlayan rubl ayın sonuncu günü birjalara 75,0 kursu ilə çıxarılıb. Bu 1 ayda Rusiya rublunun ABŞ puluna nisbətən 6%-ə yaxın ucuzlaşması deməkdir.

Azərbaycanın əsas ticarət tərəfdaşı olan Avrozonanın vahid valyutası da ABŞ dollarına qarşı noyabr rəqabətində uduzub. Noyabr ayına dollara nisbətən 1,16 kursu ilə başlayan avro daha sonra 1,13 bəndinə qədər dəyər itirib. Bu da avro üçün 3%-lik ucuzlaşma deməkdir".

Millət vəkilinin sözlərinə görə, regional valyuta bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişəcəyinə gəldikdə, bütövlükdə, milli valyutamızın kursuna təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir: "Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələrinin dəyişməsi ən azı psixoloji faktorlardan hesab olunur".

"Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır. Nəticə etibarilə, Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa məhz Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq", - deyə V. Bayramov əlavə edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodunun Modernizasiya və yenidənqurma layihəsi çərçivəsində istismara hazırlıq işləri üzrə yeni buxar sistemini işə salınması yekunlamaq üzrədir.

Report istinadən xəbər verir ki, bunu layihənin Baş direktorunun müavini Emil Alxaslı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu sistem 2022-ci ilin yanvar ayında işə salınacaq.

O bildirib ki, sistemin buxarla təmizlənməsinə başlanılacaq, borular yuyulacaq, bu zaman yüksək səs dalğalarının ətrafa yayılması gözlənilir.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Dizelin hidrotəmizlənmə qurğusu işə salındıqdan sonra 2022-ci ilin ortalarında "Avro-5" dizelin istehsalına başlanılacaq.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodunun Modernizasiya və yenidənqurma layihəsinin Baş direktorunun müavini Emil Alxaslı deyib.

O bildirib ki, zavodda 2022-ci ilin ortasında "Avro-5" dizel yanacağı, 2023-cü ilin ortalarında isə "Avro-5" benzin istehsal edilməsi planlaşdırılır: "Layihənin 2023-cü ilin dördüncü rübündə yekunlaşması nəzərdə tutulur".

Azərbaycanda 2022-ci ilin ortasında "Avro-5" dizel yanacağı, 2023-cü ilin ortalarında isə "Avro-5" benzin istehsal edilməsi planlaşdırılır.

Avro və rubl bahalaşdı, lirə ucuzlaşdı 
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.


Avronun məzənnəsi 0,75% artaraq 1,9172 manat, Rusiya rublunun məzənnəsi 0,9% irəliləyərək 0,0227 manat, türk lirəsi 2,3% ucuzlaşaraq 0,1374 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

Tikinti materialları bazarında ilin I rübündə başlayan qiymət artımı bir az səngiyib.Qış ayları tikinti materialları bazarı üçün qeyri-mövsümi aylardır.
"Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R.Osmanlının sözlərinə görə, tikinti materialları bazarında ilin əvvəlində çox kəskin qiymət artımları baş verdi.

"Bu proses tikinti materialları bazarında da artıq stabilləşməklə müşahidə edilir. Taxta və bəzi malların qiymətində azalma müşahidə olunur. Bütövlükdə ilin əvvəli ilə müqayisədə bəzi tikinti materiallarının qiymətində 30-35% artım var. Qiymətlərin artmasının səbəbi istehlak qiymətlərinin artımı eyni zamanda tələbatın artmasıdır."

Neft niyə ucuzlaşır?

Dünya birjalarında neft qiymətləri kəskin şəkildə ucuzlaşmağa davam edir.

“Brent” markalı neftin bir barelinin qiyməti Londonun “ICE” (InterContinental Exchange Futures) birjasında 9,50 dollar azalaraq 72,72 dollar təşkil edib.

“Light” markalı neftin bir barrelinin qiyməti isə Nyu-Yorkun “NYMEX” (New York Mercantile Exchange) birjasında 10,24 dollar ucuzlaşaraq 68,15 dollar olub.

Dünya birjalarında neftin qiymətinin enməsi koronavirusun yeni “Omicron” adı verilən ştamının aşkar olunması ilə bağlı xəbərlərlə əlaqəlidir. Bu isə o deməkdir ki, qiymətlər neftə tələbin azalacağı qorxusu fonunda enir. Bununla yanaşı, yeni ştamla bağlı məlumatlar birjalara da mənfi təsir edib. Belə ki, ABŞ, Avropa ölkələri, Yaponiya və Çinin əsas fond indeksləri çöküb.

Türkiyədə dolların məzənnəsi yeni günə 11,96 lirə səviyyəsində başlayıb.

"Noyabrın 23-cü 13,47 səviyyəsinə qalxalaq tarixi maksimumunu yeniləyən USD/TRY nisbəti dünən 11,60 həddinə qədər geriləmişdi.

Ucuzlaşmaya səbəb edən amillərdən biri Türkiyə Mərkəzi Bankının sədri Şahap Kavcıoğlunun Bank Tənzimləmə və Nəzarət Qurumu sədri və bank rəhbərləri ilə görüşəcəyinə dair açıqlamaları olub.

Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd ibn-Zahid ən-Nahyanın prezident Rəcəb Tayyib Ərdoğanla görüşü və Türkiyəyə investisiya ilə bağlı razılaşmalar ucuzlaşmaya öz təsirini göstərib.

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) ölkəmizdə işgüzar səfərdə olan Almaniyanın nəqliyyat, logistika və tikinti sahələri üzrə aparıcı şirkətlərinin nümayəndə heyətləri ilə görüş keçirilib.

"Yol-xeber.az" ADY-yə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanlar nəzərdən keçirilib.

Səhmdar cəmiyyətinin sədrinin I müavini Əlirza Süleymanov Almaniyanın müxtəlif şirkətlərinin Azərbaycanın dəmir yollarında layihələndirmə, təchizat, quraşdırma işlərində iştirak etdiyini bildirib. O qeyd edib ki, ADY ilə “Hamburger Hafen Logistik”in 100% törəmə şirkəti olan “Metrans” arasında əməkdaşlıq konteyner yüklərin Azərbaycandan tranzitlə keçməklə Avropadan Orta Asiyaya və Çinə, eləcə də əks istiqamətdə daşınması üzrə həyata keçirilə bilər. Belə ki, konteynerləri “Metrans” şirkəti Türkiyə limanlarına, oradan isə “ADY Konteyner” MMC Azərbaycan-Orta Asiya-Çin istiqamətində daşıya bilər.

Ötən ilin fevral ayında Slovakiyada ADY-nin nümayəndə heyəti ilə “Metrans”ın icraçı direktoru və nümayəndələri arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Alman - Azərbaycan Xarici Ticarət Palatasının İcraçı Direktoru Tobias Baumann rəhbərlik etdiyi qurumun Azərbaycanda xidmət sahəsində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığın genişləndirilməsini dəstəklədiyini vurğulayıb. Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə alman şirkətlərinin nümayəndə heyətlərinin Azərbaycanda işgüzar səfərdə olduqlarını qeyd edən qonaq, görüşün iki ölkə arasında dəmir yolu sahəsində əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Vurğulanıb ki, səfərin məqsədi alman şirkətlərinin xidmətlərini, o cümlədən layihə və təkliflərini tanıtmaq, onlara Azərbaycan bazarında potensial portnyorlarla əməkdaşlıq imkanları yaratmaqdır. Nümayəndə heyətində təmsil olunan şirkətlərdən çoxu Almaniya dəmir yolları ilə uğurlu əməkdaşlıq edir.

Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı quruculuq işləri, o cümlədən dəmir yolu layihələri barədə də danışılıb.

Qonaqlar təmsil etdikləri şirkətlərlə bağlı ətraflı məlumat verərək dəmir yolu sahəsi üzrə müxtəlif layihələrdə iştirakla bağlı təkliflərini səsləndiriblər.

Tərəflər yük daşımaları, logistika və tikinti sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparıb.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Avronun məzənnəsi 0,21% azalaraq 1,9065 manat, Rusiya rublunun məzənnəsi 0,87% geriləyərək 0,0227 manat, türk lirəsi 6,5% bahalaşaraq 0,1421 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,70 ABŞ dolları və ya 2,08% artaraq 83,27 dollar təşkil edib.

Xəbər lenti