“Koronavirus (COVID-19) pandemiyası nəticəsində bir qədər kiçilmiş Azərbaycan iqtisadiyyatı daha sürətlə bərpa olunur”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təsil, Ailə, qadın və uşaq məsələri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov bildirib.

“Bu ilin 9 ayında ölkədə ümumi daxili məhsulun (ÜDM) real artımı 4,8% təşkil edib, Azərbaycanın xarici ticarət dövriyyəsi 8,3% artıb. İqtisadiyyatımızın pandemiyadan əvvəlki səviyyəyə gələn il çatacağı nəzərdə tutulsa da, bu ilin sonuna qədər həmin səviyyəni bərpa edəcəyik. Bu da çox uğurlu göstəricidir”, - o qeyd edib.

Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1705 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.

“Bu, ötən rəsmi məzənnə ilə müqayisədə 1% azalma deməkdir.

Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi cari ilin noyabrın 11-də - 0,1722 manat qeydə alınmışdı.

Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.

Ümumilikdə, türk lirəsinin bu il ərzində 24% dəyər itirdiyi qeyd olunur.

Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1745 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.

“Bu, ötən rəsmi məzənnə ilə müqayisədə 0,34% azalma deməkdir.

Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi oktyabrın 25-də - 0,1747 manat qeydə alınmışdı.

Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.

Ümumilikdə, türk lirəsinin bu il ərzində 24% dəyər itirdiyi qeyd olunur.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,4% azalaraq 1,9638 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0237 manat, türk lirəsi 0,62% ucuzlaşaraq 0,1751 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Vergi məcəlləsinə bir sıra dəyişikliklər təklif olunur ki, onlardan biri də ölkəyə gətirilən nəqliyyat vasitələrinə tətbiq olunan aksizlərlə bağlıdır.

Belə ki, mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri artırılır.

Daha ətraflı: Bu minik avtomobillərinə görə aksiz dərəcələri artırılır

Eləcə də, dəyişikliklə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək.

Avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev isə açıqlamasında bildirdi ki, mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması məsələsinin gündəmə gəlməsi ümumən xarabalığa çevrilən Azərbaycan avtoparkı üçün müsbət haldır:

“Lakin nəzərdə tutulan mühərrik həcminin 3000 deyil, 1500 kubsantimetrdən götürülməsinin daha məntiqli və yeni avtomobillərin satışı üçün əlverişli olacağını düşünürəm. Görünən odur ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində işlərin başlamasının vacibliyini artıq aidiyyatı qurumlar anlayırlar və bu istiqamətdə işlər görülməsini gündəmə gətirirlər. Öz növbəmdə bu layihələrin icrası və mühüm qərarların qəbulu zamanı avtomobil sektoru nümayəndələri ilə məsləhətləşmələrin olmasının tərfadarıyam. Bu, avtomobil parkının daha keyfiyyətli yenilənməsinə səbəb olacaq”.

Hibrid avtomobillərə tətbiq olunacaq güzəştlərə gəldikdə isə ekspert qeyd edib ki, bu ekologiyanı düşünərək atılan addımdır: “Güman edirəm ki, həm hibridlərlə bağlı, həm də ilk sadalağımız qərar avtoparkımızın yenilənməsi yönündə faydalı olacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, ili 3 ildən köhnə, mükərrik həcmi 3000 kubsantimetrdən yuxarı olan avtomobillərin aksiz vergisinin artırılmasının müsbət tərəfi ekoloji cəhətdən problem yaradan motor həcmi yüksək olan avtomobillərin ölkəyə gətrilməsinin azalacağıdır: “Lakin artıq ölkədə olan belə avtomobillərin ikinci əl bazarında qiymətlərinin kəskin artacağı gözlənilir”.

Milli Məclisin deputatı Vüqar Bayramov isə 3 il istifadə müddəti üzrə limitin 5 il ilə əvəz olunmasını və eləcə də, nisbətən aşağı mühərrikli yeni avtomobillərin idxalı zamanı aksiz dərəcəsinin, verginin azaldılmasını təklif edir.

“Avtomobillərin idxalı ilə bağlı vergilərin yüksək olması Azərbaycanda avtomobil parkının köhnəlməsinə gətirib çıxarır. Avtomobil parkının köhnəlməsinin qarşısını almaq istəyiriksə, yeni istehsal olunan avtomobillərin idxal xərclərinin azaldılması, vergilərə yenidən baxılmasına ehtiyac var”, - deyə deputat əlavə edib.

“Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması Azərbaycan üçün, qonşularımız üçün, Avropa üçün tarixi nailiyyət oldu. Çünki bu, Avropa enerji təhlükəsizliyinin mühüm faktorudur, şaxələndirmə alətidir”.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı deyib ki, bu ilin 10 ay ərzində Azərbaycan bu marşrutla Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstana 14 milyard kubmetrdən çox çatdırıb. Bu həcmin demək olar ki, yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə olunub.

“Azərbaycan qazının çatdırıldığı ölkələrdə qaz qiyməti böhranı yoxdur və heç kim soyuqdan donmayıb. Bu bir daha onu göstərir ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması mexanizmi ləğv edilir.

"Yol-xeber.az"ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırda ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası mövcuddur.

Mühərrikinin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri artırılır.

"Yol-xeber.az"ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan Məcəlləyə əsasən, hazırda minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri aşağıdakı kimidir:

Layihəyə əsasən, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə isə fərqli, daha yüksək aksiz dərəcələri tətbiq olunacaq:

Eyni zamanda idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalı tətbiq ediləcək.

Siqaretə tətbiq olunan aksiz dərəcəsi artırılır.

"Yol-xeber.az"ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır.
Eyni zamanda qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manat qaldırılması təklif olunur.

Azərbaycana gətirilən elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucuları vergidən azad edilir.

"Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə elektrik mühərriki ilə işləyən avtomobillər üçünikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad ediləcək. Report

Xəbər lenti