![]() |
|
Yol-xeber.az-ın oxu.az-a istinadən məlumatına görə, Aİ-95 markalı benzinin qiyməti 1.40 manat olub.
Məlumatlı mənbələrdən bildirilib ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub.
Qeyd edək ki, buna qədər sözügedən marka benzinin qiyməti 1.25 manat idi.
Rusiya Türkiyəyə uçuşlara qoyulan məhdudiyyətin müddətini 21 iyuna qədər uzatmağa qərar verib.
“Yol-xeber.az” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Koronavirusla Mübarizə Mərkəzi məlumat yayıb.
Bundan əlavə, epidemioloji vəziyyət nəzərə alınmaqla Türkiyə ilə yanaşı Tanzaniyaya uçuşların müddəti də 21 iyunadək uzadılıb.
Qeyd edək ki, daha əvvəl Türkiyə və Tanzaniyaya uçuşlara qoyulan qadağanın müddəti 15 apreldən-1 iyuna qədər nəzərdə tutulmuşdu.
"Pandemiya səbəbindən bank sektorunda tətbiq olunan bir sıra requlyativ dəstək tədbirlərinin tətbiqi bu il iyulun 1-dək uzadılıb. Bununla bağlı Mərkəzi Bankın İdarə Heyəti qərar qəbul edib. Sonuncu dəfə İdarə Heyəti müddəti bu yazın ilk ayının sonuncu günü uzadıb".
"Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, qərara əsasən kontr-tsiklik kapital buferi ilə əlaqədar güzəştlərin, habelə kredit öhdəliklərinin gecikdirilməsi halında əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına və borcludan tutulmamasına, eləcə də borcalanın kredit tarixçəsinin pisləşdirilməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyələrin müddəti 1 iyul 2021-ci il tarixinədək uzadılıb. Eyni zamanda, kredit və sığorta təşkilatlarının kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaitlərinin kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə tətbiq edilmiş dividend ödənişlərinin məhdudlaşdırılması müddəti həmin tarixədək qüvvədə saxlanılıb:
"Həmçinin, sektorun bank kapitalına aid yeni requlyativ tələblərinə tədricən adaptasiyasının təmin edilməsi məqsədilə bazar və əməliyyat risklərinin bank kapitalının adekvatlığı əmsalı ilə örtülməsi, habelə əmsalın minimum həddi üzrə requlyativ güzəştlərin tətbiqi müddətinin 1 iyul 2021-ci il tarixinədək uzadılması qərara alınıb".
"Qərarın sadə dildə izahatı o deməkdir ki, Mərkəzi Bank pandemiya səbəbindən yubanmalar qeydə alındığı halda banklara borclunun kredit tarixçəsinin pisləşməməsini tövsiyyə edir. Mərkəzi Bank tərəfindən güzəşt müddətlərinin uzadılması təqdirə layiq haldır.
Qeyd edim ki, Milli Məclisin 27 may 2021-ci il tarixli Plenar İclasında pandemiya və devalvasiya səbəbindən kredit ödənişlərində yubanmaları olanların kredit tarixçəsinin pisləşdirilməməsini, yəni onların adların ictimaiyyət arasında “qara siyahı” adlandırılan siyahıya salınmamasını təklif etmişdim", - deyə millət vəkili əlavə edib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Yol-xeber.az" xəbər verir ki, avronun məzənnəsi 0,23% artaraq 2,0785 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0232 manat, Türkiyə lirəsi 1,01% bahalaşaraq 0,2003 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
"Yol-xeber.az" xəbər verir ki, sərəncama əsasən, Ağdam və Tərtər rayonlarının əhalisi 25950 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
"Yol-xeber.az№ report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Azərbaycana səfərinin gedişatında bildirib.
Karaismailoğlu qeyd edib ki, bu gün – mayın 31-də, işğaldan azad edilmiş rayonlara baş çəkməyi və türk podratçı şirkətlərin işi ilə tanış olmağı planlaşdırır.
Karaismailoğlu Qarabağdakı qələbədə Türkiyə xalqının Azərbaycan xalqından az sevinmədiyini vurğulayıb.
"Türkiyə Respublikası özünün topladığı təcrübəsi və biliklərini Qarabağın bərpası üçün bölüşəcək, biz birlikdə işləyəcəyik. Bizim həmçinin Naxçıvanda layihələrimiz var. Qısa müddətdə əhəmiyyətli nəqliyyat-loqistika dəhlizlərini təhlil edəcəyik və nəticə əldə edəcəyik”, - Karaismailoğlu deyib.
Onun sözlərinə görə, həmçinin türk tranzit şirkətlərinin yollarda yaranan problemlərini müzakirə etmək planlaşdırılır.
“Qarabağın inkişafı üçün zəruri olan avtomobil və dəmir yolları ilə bağlı mühüm görüşlər keçirdik. Güclü şirkətlərimizin dəstəyi ilə plan və layihələr hazırlayacağıq, onları həyata keçirdikdən sonra bu yerləri ən qısa zamanda dünyanın loqistika və nəqliyyat baxımından ən vacib mərkəzlərindən birinə çevirəcəyik. Türkiyə ilə Azərbaycanı keyfiyyətli, rahat və təhlükəsiz yollarla birləşdirmək üçün hər cür səy göstəririk”, - deyə nazir vurğulayıb.
"Yol-xeber.az" bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Bildiyiniz kimi, müharibədən sonra ilk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirmişdir. Ancaq son vaxtlar mənə məlumat verilir ki, Ermənistan tərəfi də artıq bu koridorun qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir. Bildiyiniz kimi, indi üçtərəfli çərçivədə müzakirələr aparılır. Azərbaycan, Rusiya, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup çərçivəsində bu məsələ müzakirə edilir və yaxşı nəticələr də var.
Biz artıq azad edilmiş torpaqlarda Horadizdən Ermənistan sərhədinə qədər dəmir yolunun çəkilişinə start verdik. Əminəm ki, yaxın iki il, bəlkə iki il yarım ərzində o dəmir yolu tam istismara veriləcəkdir".
"Yol-xeber.az" bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Bütün digər məsələlər də var. Hansılar ki, siz öz həmkarınızla müzakirə edəcəksiniz. Bütövlükdə deyə bilərəm ki, bu sahə həm Türkiyə, həm Azərbaycan üçün çox böyük önəm daşıyır, xalqlarımızı bir-birinə bağlayan sahədir. Əminəm ki, səfər çərçivəsində gündəlikdə olan bütün məsələlər müzakirə olunacaq və qərarlar qəbul olunacaq".
Mayın 29-da Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verilib.
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış olub.
***
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına stansiya barədə məlumat verdi.
Bildirildi ki, ümumi uzunluğu 363,34 metr olan Bakı Metropoliteninin 26-cı, “Bənövşəyi” xəttin 3-cü stansiyası Nəsimi rayonunda yerləşir. Stansiya ərazinin yeraltı nəqliyyat vasitəsilə şəhərin mərkəzi və paytaxtın digər rayonları ilə birləşdirilməsində xüsusi rol oynayır.
Üçsəviyyəli quruluşa malik stansiyanın giriş və müvafiq keçid-nəzarət sahəsi üst mərtəbəyə aiddir. Texniki xarakterli ikinci səviyyədə elektrik təchizatı, havalandırma, işarəvermə, rabitə və digər xidməti sahələrə aid avadanlıqlar yerləşir. Buradan sərnişinlər eskalatorlar və pilləkənlə vestibülə, oradan da platformaya enirlər. Bununla da sərnişinlərin rahatlıq və təhlükəsizliyi maksimum şəkildə təmin edilir. Hərəkətin optimal təşkili ilə vaxta qənaət edilməsi isə vətəndaş məmnunluğuna hesablanan əsas amillərdən biridir.
Metropolitenin bu stansiyasının tikintisi zamanı həssas kateqoriyadan olan vətəndaşlarımızın çətinlik çəkməməsi üçün hər cür şərait yaradılıb. Stansiyanın inşasında yeni növ inşaat üsullarından geniş istifadə edilib. Belə ki, stansiyada fövqəladə hallara qarşı enerji təminatının ən optimal və təhlükəsiz sistemlərlə təmin edilməsi, digər xətlərdə olan sistemlə müqayisədə burada SCADA dispetçer idarəetməsi, məlumatların toplanması və qatarların hərəkət prosesinin vizual izlənməsini təmin edən ən müasir kompleksin tətbiqi xüsusi yeniliklər sırasındadır.
Bakı şəhərinin sürətlə inkişaf etməsi və meqapolisə çevrilməsi reallığında yeni xətlərin yeddi vaqonluq qatarların hərəkəti üçün nəzərdə tutulması isə yeniliklərin davamıdır. Bu özünəməxsusluqlarla metronun “Avtovağzal” stansiyasından başlanan və layihə uzunluğu 18,5 kilometr olaraq Xocasən qəsəbəsindən Qaraçuxur qəsəbəsinədək uzanacaq xəttin daha bir sahəsi - “Memar Əcəmi”–“8 Noyabr” istiqaməti şəhərin yeraltı nəqliyyat şəbəkəsinə qoşulur.
Qeyd edək ki, dövlətimizin başçısının göstərişinə əsasən, Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adının verilməsi respublika ərazisində həyata keçirilən bütün layihələrə postmünaqişə reallıqlarına uyğun – yəni, Qələbə və Həmrəylik ruhundan yanaşıldığını göstərir.
İkinci Qarabağ müharibəsindəki Zəfərimizin tərənnümü olan bu stansiya sosial-iqtisadi, infrastruktur əhəmiyyəti ilə yanaşı, həm də mənəvi komponentləri özündə ehtiva edir. Çünki, bir zamanlar metronun “20 Yanvar” stansiyasından “Azadlı” stansiyasına gedən yolda tarixən yaşadığımız iztirabları, məşəqqətli günləri xatırlayırdıqsa, indi “8 Noyabr” stansiyasında bu keşməkeşli yolun xoşbəxt sonluğuna, “Dəmir yumruğun” gətirdiyi Qələbə müjdəsinə şahidlik edəcəyik.
Mayın 29-da Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib.
"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev binanın açılışında iştirak edib.