Mayın 29-da İqtisadiyyat Nazirliyinin yeni inzibati binası istifadəyə verilib.

"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib.


Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Yol-xeber.az" xəbər verir ki, avronun məzənnəsi 0,55% azalaraq 2,0729 manat, Rusiya rublu 0,43% ucuzlaşaraq 0,0231 manat, türk lirəsinin məzənnəsi 0,2% geriləyərək 0,2009 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub

“Holcim Azerbaijan” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Yol-xeber.az” xəbər verir ki, yığıncaq iyulun 30-da, saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, İzmir prospekti, 6 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2019-2020-ci illər üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, hər iki ilin maliyyə nəticələri üzrə dividend ödənilməsi, Cəmiyyətin Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibinin müəyyən edilməsi, Müşahidə Şurasının sədrinin təyin olunması, cəmiyyətin nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq olunması, “Holcim Technology" şirkəti ilə imzalanacaq Sənaye Əqli Mülkiyyət müqaviləsinin, “Lafarge Holcim" şirkəti ilə imzalanacaq Brend Müqaviləsinin, “Holcim Auslandbeteiligungs GMBH” şirkəti ilə imzalanacaq borc müqaviləsinin təsdiq edilməsi, müqavilələrdə kreditor “Holcim Auslandbeteiligungs GMBH”nin “LafargeHolcim İnternational Finance” şirkəti ilə əvəz edilməsi məsələləri daxildir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “AzPul” MMC bank olmayan kredit təşkilatı (BOKT) arasında biometrik texnologiya əsasında şəxsin kimliyini müəyyən edərək, həmin şəxsin sorğusu əsasında e-imza sertifikatlarının verilməsi həlli ilə bağlı müqavilə imzalanıb.

"Yol-xeber.az" xəbər verir ki, bu brədə nazirlik məlumat yayıb.

Müqaviləyə əsasən, “AzPul” kiçik məbləğli kreditlər verilərkən vətəndaşın şəxsiyyəti real vaxt rejimində biometrik eyniləşdirmə vasitəsilə müəyyənləşdirəcək və ona kredit müqaviləsini imzalamaq üçün birdəfəlik elektron imza sertifikatı təqdim edəcək.

Qeyd olunan həll üztanıma və açıq açar texnologiyasını özündə birləşdirir. Bu texnologiyadan istifadə edərək elektron imza tələb olunan istənilən əməliyyatı məsafədən, onlayn formada aparmaq mümkündür. Biometrik texnologiyaya əsaslanan bu həll vasitəsilə aparılan bütün əməliyyatlar avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Bu da istifadəçilərə operativlik qazandırır.

Həllin təhlükəsiz, avtomatlaşdırılmış və operativ olması istifadəçilərlə yanaşı, xidmət təklif edən qurumlar üçün də böyük üstünlüklər yaradır. Belə ki, bu həll tərəfdaşlara öz xidmətlərinin inkişaf etdirilməsi üçün aşağıdakı imkanları verir:

• Real vaxt rejimində müştərinin elektron imza sertifikatı əldə etməsi;
• Məkandan və zamandan asılı olmadan xidmətdən istifadə;
• Saxtakarlıq hallarının qarşısının alınması (şəxsin xəbəri və iştirakı olmadan adına əməliyyat aparılması mümkünsüzdür);
• Sistemin istənilən cihaza inteqrasiyası;
• Real vaxt rejimində məlumatların əldə edilməsi.

Təklif edilən həll istər dövlət, istərsə də özəl sektorun təmsilçiləri tərəfindən istifadə oluna bilər. Ölkəmizdə rəqəmsal transformasiyaya keçid bu texnologiyadan istifadəni daha aktual edir.

Dünya birjalarında neft qiymətləri dəyişib.

"Yol-xeber.az" xəbər verir ki, ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti 0,06 dollar və ya 0,09% artaraq 68,71 dollar olub. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,03 dollar və ya 0,05% azalaraq 66,04 dollar təşkil edib.

“2020-ci ilin dövlət büdcəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlət büdcəsinə dividend ödənməsi proqnozlaşdırılsa da, Bankın 2019-cu ildə kənar audit hesablamalarına əsasən 215,7 milyon manat xalis mənfəət əldə etməsi səbəbindən həmin məbləğdən 150 milyon manat vəsaitin dividend şəklində səhmdarlara verilməsinə qərar verilib.

"Yol-xeber.az" “Report”a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.

“Dövlətə məxsus səhmlərin payının 95,15% təşkil etməsi nəzərə alınaraq dövlətə çatacaq dividend məbləği 142,7 milyon manat təşkil edib. Həmin məbləğ isə “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının dövlət zəmanəti ilə buraxdığı qiymətli kağızlar üzrə yaranmış borc öhdəliklərinin əvəzləşdirilməsinə yönəldilib.

Nəticə etibarı ilə dövlət zəmanətli veksellər üzrə öhdəliklərin Təminat Fondundan icra edilməli və müvafiq məbləğdə vəsaitin Fonda bərpa edilməsi haqqında əsas borcalanla müqavilə bağlanılmalı olduğu halda, dövlət təminatlı borc üzrə vaxtı çatmış öhdəliklər dövlət büdcəsinin gəlirləri hesabına əvəzləşdirilib, ödənilmiş vəsaitin isə Fonda bərpa edilməsinə şərait yaradılmaması qənaətinə gəlməyə əsas verib.

ABB-nin yalnız 2021-ci ilin dövlət büdcəsində son illərdə ilk dəfə 120 milyon manat məbləğində dividend ödəməsi nəzərdə tutulub”, - deyə Rəydə qeyd olunub.

Dünya birjalarında neft qiymətləri artıb.

" ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti 0,20 dollar və ya 0,29% artaraq 68,66 dollar olub. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,11 dollar və ya 0,17% artaraq 66,16 dollar təşkil edib.

Ötən il dövlət büdcəsindən işğaldan azad edilmiş, habelə əvvəllər hərbi poliqon kimi istifadə olunmuş ərazilərin partlamamış hərbi sursat və minalardan təmizlənməsi işlərinin yerinə yetirilməsi üçün 7 milyon manat vəsait sərf edilib.

“Bu barədə Azərbaycan Respublikasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

Xatırladaq ki, sənəd yaxın günlərdə Milli Məclisin plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.

Xəbər lenti