Laçında tikilən hava limanından yeni görüntülər yayılıb.

Bu barədə kadrlar AZTV-nin efirində yayımlanıb.

Kadrlarda dronla çəkilmiş görüntüləri görmək mümkündür.

Ətraflı videoda:

Əsası Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulmuş 123,6 km uzunluğunda Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd (Zəngəzur dəhlizi) avtomobil yolunun tikintisinin yeni görüntüləri yayılıb.

Hacıqabul - Horadiz - Ağbənd - Zəngəzur avtomobil yolunun bir hissəsi olan Goradiz - Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolu Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

Bazar ertəsi dollar 2022-ci ildən bəri ən böyük həftəlik qazancını qorudu.

“Dolların möhkəmlənməsinə səbəb Yaxın Şərqdə artan münaqişələr və ABŞ-nin uçot faiz dərəcələrini yüksək həddə saxlaması oldu.

Dollar ötən həftə altı əsas valyutadan ibarət valyuta səbətinə qarşı 1,6% bahalaşdı.

Dollar yen qarşısında da 34 ilin ən yüksək səviyyəsinə - 153,69 həddinə yüksəldi. Cümə günü isə avro qarşısında son 5 ayın zirvəsinə çatdı və bir avro 1,0646 dolar oldu.

Valyutalarda ilkin reaksiya birjaların, bitkoinin və neftin ucuzlaşmasına səbəb olan İranın İsrailə hücumundan daha çox Federal Ehtiyatlar Sisteminin (FED) faiz endirimi gözləntilərinə əsaslanır.

Bazar ertəsi neft qiymətlərində ucuzlaşma müşahidə olunub.

"Buna səbəb İranın İsrailə raket hücumunun məhdud ziyana səbəb olması olub.

"Brent" neftinin iyun fyuçersləri 0,2 dollar və ya 0,2% ucuzlaşaraq bir barel üçün 90,25 dollara, Qərbi Texas neftinin (WTI) may fyuçersləri isə 0,33 dollar və ya 0,4% ucuzlaşaraq bir barel üçün 85,33 dollara enib.

Qeyd edək ki, 300-dən çox raket və pilotsuz uçan aparatın iştirak etdiyi həmlə başqa bir ölkədən İsrailə son otuz ildən çox müddətdə ilk hücum idi. Bu baxımdan, Yaxın Şərqdən neft daşınmasına təsir edən geniş regional münaqişə ilə bağlı narahatlıqların artmasına səbəb olmuşdu.

Bakıda torpağın bir sotunun yarım milyon manata satıldığı ərazilər var.

Ən bahalı torpaq sahələri Səbail, Nərimanov, Nəsimi və Yasamal rayonlarının mərkəzə doğru hissələrindədir.

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, hazırda həmin ərazilərdə, xüsusilə yol kənarlarında, qeyri-yaşayış obyekti üçün yararlı torpaq sahələrinin qiyməti kəskin artmaqdadır.

Bununla belə, Bakıətrafı kənd və qəsəbələrdə, həmçinin Abşeron ərazisində kifayət qədər ucuz qiymətə satışa çıxarılan ərazilər də var. Sözügedən ərazilərdə torpaqların qiymətləri iki min manatdan başlayır, 20 min manata qədər təklif edilir. Belə torpaq sahələrini əsasən Sabunçu, Binəqədi, Suraxanı, Qaradağ rayonlarında tapmaq mümkündür.

Qeyd edilib ki, yaxın illər ərzində torpaq sahələrinin ucuzlaşacağı gözlənilmir. Əksinə, ildən-ilə qiymətlər yüksəlir.

Ətraflı süjetdə: 

Bakı şəhərinin müxtəlif ünvanlarında quraşdırılmış avtobus dayanacaqları, məhəccərlər, yol və piyada nişanları, həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) balansında olan bina və qurğularda əsaslı təmizləmə işləri aparılacaq.

“Təmizlik işləri “Green Cleaning” MMC tərəfindən həyata keçiriləcək.

AYNA bununla bağlı şirkətə 953 min 235 manat ödəniş edəcək.

İkinci əl avtomobil satan şəxslər nəqliyyat vasitəsinin problemini ört-basdır etmək üçün min bir üsula əl atırlar.

Avtomobil ustası Sahil Ağabəyli "Xəzər Xəbər"ə bildirib ki, belə faktlarla demək olar, hər gün rastlaşır.

O qeyd edib ki, satıcılar maşının kilometrajını da geri çəkirlər.

Ustanın sözlərinə görə, bunu diaqnostika ilə müəyyən etmək mümkündür.

Bəs, xaricdən internet üzərindən avtomobil alarkən aldanmamaq üçün nə etmək lazımdır?

Sürücülərlə söhbətdən məlum olur ki, onlar adətən avtomobil alan zaman onun xarici görnüşünə üstünlük verirlər.

Ətraflı süjetdə:

Bakıda yeni çəkilən yol tıxacları AZALDACAQ?

Bakı şəhərində nəqliyyatın yükünü azaltmaq üçün uğurlu bir layihəyə start verilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə başlanılıb.

Bu tam yeni yoldur və maraqlı coğrafiyası var. 

Yeni yol başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə qədər uzanacaq. Yolun ümumi uzunluğu 13 kilometrə yaxındır. Bu yoldan istifadə etməklə Ziya Bünyadov prospektindən Pirşağıya və yaxud həmin ərazidəki dəniz kənarına 10-15 dəqiqəyə çıxmaq mümkün olacaq. 

Nəzərə alaq ki, pik saatlarında Bakının bütün giriş və çıxış yollarında böyük tıxaclar olur. Bu da istər-istəməz həm narazılığa, həm də vaxt itkisinə səbəb olur. 

Bəs yeni yol tıxacların azalmasına şərait yaradacaqmı?

Məsələ ilə bağlı Bizim.media-ya danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, yeni yol Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq:

“Yeni avtomobil yolu altı hərəkət zolağından (3 gediş, 3 gəliş üçün olmaqla) ibarət olacaq. Hazırda layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası işləri həyata keçirilir.

Bu yolun inşası Heydər Əliyev, Azadlıq prospektlərindəki, eyni zamanda Bakı-Sumqayıt istiqamətindəki nəqliyyat yükünü xeyli azaldacaq”.

Ümid edək ki, yeni inşa edilən yol tıxacların azalmasına əsaslı şəkildə təsir edəcək. Xüsusən də, çimərlik mövsümündə paytaxt sakinlərinin və turistlərin dənizə çıxışını xeyli asanlaşdıracaq.

Taksi fəaliyyəti üçün rüsumlar AÇIQLANDI

“Dövlət rüsumu haqqında” Qanuna əsasən, taksi fəaliyyəti göstərmək istəyənlərə buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Qeyd edilib ki, buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,6% artaraq 1,8434 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0184 manat, Türkiyə lirəsi 0,6% bahalaşaraq 0,0532 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Xəbər lenti