Laçın Hava Limanından yeni GÖRÜNTÜ

Laçın rayonunda ilk aeroportun tikintisini əks etdirən yeni videogörüntülər yayılıb.

Laçın Beynəlxalq Hava Limanı Qarabağda tikilən üçüncü beynəlxalq aeroport olacaq. Onun təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub.

Tikinti işlərinin 2025-ci ildə başa çatdırılması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Hava limanı saatda 200-ə qədər sərnişinə xidmət göstərə biləcək.



Yol-xeber.az" xəbər verir ki,  Abşeron dairəvi dəmiryol xətti yenidən quruldu, bu marşrut üzrə yeni qatarlar istifadəyə verildi
 Qəbələ Dəmiryol Vağzalını Ləki stansiyası ilə birləşdirən 43 kilometrlik birxətli Ləki–Qəbələ dəmir yolunun açılışı baş tutub, Qəbələyə qatarla sərnişindaşımaya start verilib.
Bakı–Gəncə xətti Ağstafaya qədər genişləndirilib, Qovlar və Dəllər stansiyalarına dayanacaq verilib.
 2024-cü ilin birinci yarısında 3,8 milyondan çox sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur.
 Ölkədaxili səfərləri daha təhlükəsiz və rahat həyata keçirmək üçün ötən ay “Stadler” şirkətindən alınmış yeni qatarlar istifadəyə verilib.
2023-cü ildə sərnişinlər üçün “ADY Mobile” tətbiqi istifadəyə verilib. Yeni mobil tətbiq sərnişinlərə səfərlərini daha rahat təşkil etməyə imkan yaradır.
 COP29 çərçivəsində sərnişinlərin daha rahat səyahət etməsi üçün turniketlərin sayının artırılması, inklüzivliyin təmin edilməsi üçün lift və ya pandusların quraşdırılması, Bakı Dəmiryol Vağzalında təmizlik və tullantıların idarə edilməsi işlərinin gücləndirilməsi və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bərdə-Xankəndi və Bərdə-Şuşa marşrutları açılacaq

Qarabağda şəhərlərarası və şəhərlərdaxili sərnişindaşımaları üçün işlər gedir. İlk olaraq Laçın, Şuşa, Xankəndi şəhərlərinin nəqliyyat təminatı tərəfimizdən hazırlanıb.

Valyuta.az xəbər verir ki, bu barədə mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

O qeyd edib ki, Qarabağın nəqliyyat planına uyğun olaraq müsabiqələr də elan edilib:

"Bakı-Laçın marşrutunu da müsabiqəyə çıxarmışıq və artıq fəaliyyətə başlayacaq. Bundan başqa, Bərdə-Xankəndi və Bərdə-Şuşa marşrutlarının açılması da nəzərdə tutulur. Şuşa Ağdam marsrutlarından əlavə yeni marsrutlar da istifadəyə veriləcək".

Bu avtomobillərin ölkəyə girişi məhdudlaşdırılıb - Maşın bazarında bahalaşma

Xaricdən gətirilən avtomobillərin idxal dəyər 5 min manatadək artıb. Belə ki, bu ilin yanvar-iyun aylarında xaricdən Azərbaycana ümumilikdə 779 milyon 364 min dollar dəyərində 42 min 335 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına əsasən, 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6 min 38 ədəd azalıb, dəyəri baxımından 26 milyon 60 min dollar və ya 4% artıb. Bu dövrdə 1 ədəd avtomobilin idxal qiyməti 18 min 410 dollar, ötən ilin eyni dövründə isə 15 min 573 dollar olub. İdxal qiyməti son bir il ərzində 5 min manatadək artıb.

Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, avtomobillərin idxal dəyərinin artmasının səbəbi ili köhnə nəqliyyat vasitələrinin ölkəyə gəlişinin məhdudlaşdırılmasıdır.

Ekspert həmçinin vurğulayıb ki, idxal edilən avtomobillərin 9 minə yaxını hibriddir.

Azərbaycan ən çox bu ölkələrə neft satıb - SİYAHI

2024-cü ilin ilk yarısında Azərbaycan 7 mlrd 12 mln 104 min ABŞ dolları dəyərində 11 mln 98 min 802 ton xam neft ixrac edib.

“Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,1% və 13,4% azdır.

Xam neft ixrac olunan ölkələr siyahısında ilk üçlükdə İtalliya, İsrail, Hindistan yer alır.

İtaliyaya 2 mlrd 721 mln 314 min dollar dəyərində 4 mln 273 min 815 ton, İsrailə 989 mln 74 min dollar dəyərində 1 mln 583 min 279 ton, Hindistana 567 mln 775 min dollar dəyərində 891 min 896 ton xam neft ixrac olunub.

Şəhid ailələri üçün daha bir güzəşt - İZAH

Azərbaycan Prezidenti “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklər ilə şəhid ailələri üçün daha bir güzəşt qüvvəyə minib. Belə ki, son dəyişikliklərə əsasən, şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə, şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək.

" VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, əvvəlki qaydalara görə, şəhidin həyat yoldaşı dünyasını dəyişdiyi halda şəhidin övladları status yaşından keçirdisə, mənzil növbəsinə iddialı ola bilmirdilər:

"Yeni dəyişikliklər imkan verəcək ki, şəhidin statusu olmayan ailə üzvləri də mənzil ilə təminat hüququndan istifadə etsinlər. Son dəyişiklik şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi və mənzil təminatlarının yaxşılaşdırılması baxımından vacib sənəddir. Buna görə də, sosial təminat aspektindən əhəmiyyətli addımdır".

"Azərbaycanda 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi indiyədək mənzillə təmin olunub. Gözlənilir ki, bu kateqoriyadan olan bütün vətəndaşlarımız 2025-ci ilin sonunadək mənzillə təmin olunacaq", - deyə V. Bayramov əlavə edib.

Avro və rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,02% azalaraq 1,8517 manat, Rusiya rublunun məzənnəsi 0,5% geriləyərək 0,0192 manat, Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,0515 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

Mikayıl Müşfiq küçəsində təmir işləri davam etdirilir VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Bakı şəhəri,Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (“Qurd qapısı” dairəsindən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşısındakı dairəyədək ) aparılır. 

Sözügedən hissədə hazırda frezlənmə işləri yerinə yetirilir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.

 

YOLUNUZ AÇIQ OLSUN...

Mikayıl Müşfiq küçəsində təmir işləri davam etdirilir VİDEO/FOTO
Mikayıl Müşfiq küçəsində təmir işləri davam etdirilir VİDEO/FOTO
Mikayıl Müşfiq küçəsində təmir işləri davam etdirilir VİDEO/FOTO
Mikayıl Müşfiq küçəsində təmir işləri davam etdirilir VİDEO/FOTO
Baş nazirin əmək pensiyası ilə bağlı qərarı kimlərə şamil olunur?

"Nazirlər Kabinetinin son qərarı "Əmək pensiyaları haqqında" Qanunda müzakirə edilən dəyişikliklər ilə bağlıdır və bununla da pensiyaların hesablanması qaydasına əlavələr edilir".

Oxu.Az-ın məlumatına görə, bu fikirləri VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında bildirib:

"Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar pensiyalar hesablanan zaman hərbi qulluqçularımız üçün xidməti yaşının dəyişdirilməsini nəzərdə tutmaqla yanaşı qanunverici dəyişikliklər pensiya məbləğlərinin hesablanması mexanizmini də yeniləyir.

"Əmək pensiyaları haqqında" Qanunda edilən dəyişikliklərə əsasən, minimum xidmət müddətinə görə qulluq stajına görə əlavənin faizi 50-dən 65-ə qaldırılır. Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunacaq. Bu o deməkdir ki, əgər əvvəlki qaydalar ilə qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa, yeni dəyişikliklər ilə bu rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artmasına xidmət edəcək. Bu o deməkdir, bu şərtlərlə daxilində pensiyaya çıxan hərbçilərimizin pensiyalarında artım olacaq.

Dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 il tamam olan hərbçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər. Yəni, əgər hərbçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə, qanun buna imkan yaradacaq. Bu zaman hərbçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda da pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər. Bununla da pensiyaya çıxmağa 3 ili qalan hərbçilərimiz üçün seçim təklif olunur və qulluq müddəti ilə bağlı dəyişikliklər onlara təsir etmir".

V.Bayramovun sözlərinə görə, digər tərəfdən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılır:

"Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır".

Avro və lirə bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,1% artaraq 1,8422 manat, Rusiya rublunun məzənnəsi 1,5% geriləyərək 0,0191 manat, Türkiyə lirəsi 0,2% bahalaşaraq 0,0517 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

Xəbər lenti