2040-cı ilədək neftin bir barrelinin qiyməti 60 dollardan yuxarı səviyyədə qalacaq.

Axar.az xəbər verir ki, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (“Gas Exporting Countries Forum” – GECF) hesabatında deyilir. Bildirilir ki, 2022-ci ilə qədər neftin qiyməti ucuzlaşaraq 61 dollar/barrel olacaq. Bu tarixdən sonra isə “qara qızıl”ın qiyməti bahalaşmağa başlayacaq. 2030-cu ildə neftin qiyməti bir barrel üçün 70 dollara çatacaq və ən azı 2040-cı ilə qədər bu səviyyədə qalacaq.

Xatırladaq ki, Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş XVII iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. GECF 2001-ci ildə Tehranda yaradılıb, 2008-ci ildə isə Moskvada hüquqi olaraq təsis edilib. Təşkilatın mənzil-qərargahı 2009-cu ildən Qətərin paytaxtı Dohada yerləşir.

Forumun 12 əsas - Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ və 7 müşahidəçi - Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru üzvü var. GECF-ə üzv ölkələrdə dünyanın qaz ehtiyatlarının 70 faizi, boru kəmərləri ilə ticarətin 35 faizi, maye qaz (LNG) istehsalının isə 85 faizi cəmləşir.

Əfqanıstan Hərbi Aviasiya Qüvvələrinin ölkənin Uruzqan vilayətinin Çinartu mahalında Taliban terrorçularına qarşı təşkil etdiyi hava əməliyyatları zamanı yanlışlıqla öz hərbçilərini vurub.

Axar.az xəbər verir ki, ötən gecə baş verən hadisə nəticəsində 7 əfqan əsgəri həlak olub, 6 hərbçi yaralanıb.

Faktla bağlı araşdırma aparılır.


Maliyyə naziri Samir Şərifov Real TV-yə müsahibə verib və son günlər kütləvi informasiya vasitələrində manatın məzənnəsi ilə bağlı yayılan xəbərlərə münasibətini bildirib.

Ardını oxu...


Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb.

Ardını oxu...


Bir müddət öncə dünyanın ən populyar kriptovalyutası olan bitkoin erası artıq bitmək üzrədir.

Axar.az xəbər verir ki, bunu bitkoinin kəskin ucuzlaşması haqda danışan iqtisadçı Natiq Cəfərli deyib.

“Bu kriptovalyutanın qiyməti hazırda 3300 dollara düşüb. Bitkonin maksimal qiyməti 20 min dollar olmuşdu. Dünya tarixi hələ belə “piramida” görməmişdi. Dünya üzrə onlarla insan bu işdən ciddi pul qazandı, yüzminlərlə insan isə böyük pullar itirdi. Arxasında ciddi məlumatın, analizin olmadığı yatırımların axırı həmişə belə olur. Bu eksperimentin bəşəriyyətə bir xeyri oldu, “Blockchain” texnologiyasına maraq yarandı və müxtəlif istiqamətlər üzrə istifadəsi artdı. “Blockchain” 21-ci əsrin ən vacib kəşflərindən biri olacaq və seçkilərdən tutmuş iri şirkətlərin koorporativ idarəetməsinə qədər hər yerdə istifadə olunacaq”, - ekspert bildirib.


“Kapital Bank” Yeni il münasibətilə BirKart taksit kartı sahibləri üçün yeni kampaniya təqdim edir. Şərtlərə görə, BirKart-ın partnyor mağazalarında taksitli alış-veriş edən müştərilər əlavə olaraq 3 taksit əldə edəcəklər.

Axar.az xəbər verir ki, 6 yanvar 2019-cu il tarixinədək davam edən aksiyada, həm Bakı, həm də regionlardakı partnyor mağazalar iştirak edir. Misal üçün, 12 aylıq taksit təklif edən partnyorda ödəniş müddəti 12 deyil, 15 ay olacaq. Ümumiyyətlə, BirKart-ın ölkə üzrə 1000-dək partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. Bu kartları məvacib və pensiyasını “Kapital Bank”dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər, “Kapital Bank”ın istənilən filialına kart üçün müraciət edə bilərlər.

BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı. BirKart 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Feysbuk səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+99 451) 250 99 99 nömrəsinə Votsap vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir.


Maliyyə naziri Samir Şərifovun manatın məzənnəsi ilə bağlı açıqlamasını dərhal Azərbaycanda devalvasiya olacağı ilə bağlı çağırışa çevirmək lazım deyil.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib.

O bildirib ki, nazir sadəcə manatın məzənnəsinin ixracı stimullaşdırmaq nöqteyi-nəzərdən bir qədər yumşalmasının məqsdəuyğunluğundan danışıb:

“Qonşu ölkələrdə xüsusilə Rusiya, Türkiyə, Qazaxıstan, İranda milli valyuta ucuzlaşanda biz özümüz də təklif etmişdik ki, Azərbaycanda qeyri-neft sektorunda olan ixracı stimullaşdırmaq, qeyri-neft sektorunda çalışan müəssisələrin fəaliyyətini normal təmin etmək üçün manatın müəyyən qədər yumşalmasına getmək lazımdır. Ona görə Samir Şərifovun bu açıqlaması yeni fikir deyil. Yəni bu fikir manatın kəskin devalvasiyasına yönəlik deyil. Hesab edirəm ki, vəziyyət ölçülüb-biçilməli, ondan sonra qərar qəbul edilməlidir”.

F.Yusifov vurğulayıb ki, neftin bundan sonra dünya bazarında qiymətinin necə olacağı da xüsusilə diqqət mərkəzində saxlanılmalıdır:

“Bu gün OPEK-in dünəndən başlanan toplantısında yekun qərar qəbul ediləcək. Toplantıda neftin hasilatının gündəlik 1,3-1,5 milyon barrel azaldılması təklif edildi. Bununla da neftin qiymətlərinin 65-70 dollar civarında saxlamaq mümkün olacaq. Amma Rusiya hələ bu qərara müqavimət göstərir. Günün sonunda hansı qərarın qəbul ediləcəyi məlum deyil. Ona görə vəziyyətin neftin qiymətlərindən asılı olacağını da nəzərdə saxlamaq lazımdır”.


Maliyyə naziri Samir Şərifovun dekabrın 4-də dövlət televiziyasına müsahibəsi zamanı manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlər tam aydın və başadüşüləndir və bu açıqlamanı devalvasiya anonsu kimi yozmaq ya düşünülmüş təxribatdır və ya diletant yanaşmadır.

Bu fikirləri Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev Trend-ə açıqlamasında bildirib.

O bildirib ki, bəzi dırnağarası ekspertlər və iqtisadçılar maliyyə nazirinin fikirlərini müəyyən qədər konteksdən çıxararaq onun mahiyyətini bilərəkdən və ya bilməyərəkdən sosial şəbəkələrdə və bir sıra saytlarda təhrif etməyə cəhd göstərirlər. Lakin deputat Vahid Əhmədov kimi təcrübəli siyasətçinin, Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü olan bir adamın 2019-cu ilin büdcə müzakirələrindən bir neçə gün sonra maliyyə nazirinin manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlərə ziddiyyətli və təxribat xarakterli münasibət bildirməsi yalnız təəssüf doğurur:

“Nazir çıxışı zamanı bildirib ki, manatın məzənnəsinin kəskin, ifrat möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir, idxal üçün cəlbedici vəziyyət yaradır ki, bu da Azərbaycan dövlətinin marağında deyil. Məhz buna görə də son illərdə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatların tərkib hissəsi kimi yeni Büdcə Qaydası qəbul edilib ki, bu qayda ilə neft sektorundan xarici valyutada daxilolmaların dövlət tərəfindən dövlət büdcəsində müəyyən edilən çərçivədə daxili valyuta bazarında satışı tənzimlənsin. Çünki neft daxilolmalarının artıqlığı zamanı onların daha çox istifadəsi manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiq yaradır. Bu isə maliyyə nazirinin qeyd etdiyi kimi ixraca mənfi təsir edir, idxalın isə artmasına səbəb olur ki, bu da milli istehsal üçün, o cümlədən ixracla məşğul olanlar üçün faydalı deyil. Ona görə də bu mənfi təsirləri aradan qaldırmaq üçün dövlət büdcəsinin xərcləri qeyd olunan münbit çərçivədə saxlanılmalıdır”.

Maliyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, bu gün əldə edilmiş makroiqtisadi sabitlik və onun gələcəkdə qorunub saxlanılması məhz Büdcə Qaydasına riayət olunması, büdcə siyasətinin Mərkəzi Bank tərəfindən yürüdülən monetar siyasətə dəstəyi ilə sıx əlaqəlidir. Bu isə manatın mövcud məzənnəsinin sabit saxlanılmasını hal-hazırda təmin edir və bundan sonrada təmin edəcəkdir.


Neftin yüksək qiyməti Rusiya üçün həyati əhəmiyyət daşıyır.

Axar.az xəbər verir ki, bu sözləri neftin hazırkı qiymətlərinin Rusiya iqtisadiyyatına təsiri haqda danışan iqtisadçı ekspert Rövşən Ağayev deyib.

“Bir neçə gün öncə Putin Rusiya üçün neftin əlverişli qiymətinin 60 dollar olduğunu açıqladı. Əlbəttə, neftin 100 dollara qalxması Moskvanı daha çox sevindirərdi. Lakin Putin neft bazarında mövcud reallığı bildiyi üçün minimum əlverişli qiyməti dilə gətirdi. İki gün sonra Vyanada OPEK ölkələrinin verəcəyi qərar da 60-70 dollarlıq qiymət dəhlizinin qorunub saxlanmasını hədəfləyir. Rusiya hökuməti büdcəni hər barrel üçün 40 dollar əsasında tərtib edibsə, onda niyə ciddi narahatlıq var? Rusiya hökumətinin xam neftə tətbiq etdiyi birbaşa vergilər xam neftin dünya bazar qiymətinin az qala üçdə birini təşkil edir. Söhbət təxminən 30%-lik ixrac vergisindən və hər barrel üçün 2 dollar mədən vergisindən gedir. Yəni təkcə bu iki vergi ilə 40 dollarlıq neftin 13-14 dolları büdcəyə daxil olur. Əlavə olaraq, şirkətlərin qazandığı mənfəət vergilərini və dividentləri də nəzərə alsaq, qiymət səviyyəsindən asılı olaraq büdcənin neftdən qazanclarının mütləq məbləği əhəmiyyətli dərəcədə artıb-azalır. 40 dollarlıq qiymət səviyyəsi büdcənin indiki göstəricilərlə icrasına problem yaratmasa da, şirkətlərin rentabelliyini minimuma salır, böyük həcmdə borca sahib olan bu şirkətlərin borca xidmət xərclərini və nəhəng sərmayə qoyuluşlarını maliyyəşdirməkdə problemlər yaradır”, - ekspert bildirib.

İqtisadçı qeyd edib ki, bu halda hökumətin mənfəət vergisi və divident formasında qazancları da minimuma enir:

“Rusiyada qəbul olunan fiskal qaydaya görə, hökumət ehtiyat fondunu yalnız 40 dollardan sonra artıra bilir. Başqa sözlə, qiymət 40 dolları ötdükdə bu qiymət səviyyəsindən yuxarı əlavə qazancı hökumət büdcəyə daxil etmədən ehtiyata göndərir. Məsələn, neftin orta illik qiyməti 50 dollar olanda, Rusiya hökuməti hər barrel üçün ehtiyata ən azı 4 dollar neft qazancı göndərmək imkanı qazanır. İllik ixracın 1.8 milyard barrel olduğunu nəzərə alsaq, bu qiymət səviyyəsi təkcə xam neft hesabına (təbii qaz nəzərə alınmadan) hər il ehtiyat fonduna 7 milyard dollara yaxın vəsait toplamağa imkan verir”.

Ekspert qeyd edib ki, Rusiyanın strateji məqsədlərdən biri ehtiyatlarının indiki səviyyəsini qorumaq və daha da artırmaqdır:

“Çünki Rusiyanın hərbi potensialı ilə yanaşı, hazırkı beynəlxalq gücü məhz yarım trilyon dollarlıq qızıl-valyuta ehtiyatına bağlıdır. Bir sözlə, nə qədər “hətta 40 dollar bizi qane edir” bəyanatları səsləndirilsə də, Rusiya sona qədər bahalı neft uğrunda bütün imkanlarını səfərbər edəcək”.


Rusiya ilə OPEK ölkələri arasında neft hasilatının ixrac həcmləriylə bağlı fikir ayrılığı yaranıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb. Belə ki, Rusiyanın, OPEK ölkələrindən fərqli olaraq, neft hasilatını gündəlik 250-300 min barrel həcmində azaltmaq niyyətində olmadığı vurğulanıb. Rusların fikrincə, neft ixtisarı cəmi 140 min barrel həcmində olmalıdır.

Agentlik OPEK üzvləriylə danışıqların kifayət qədər sərt aparıldığını bildirib. Rusiya hökumətinin nümayəndələrini öz mövqelərində dayandığı və hansısa güzəştə getməyə hazırlaşmadıqları qeyd edilib:

“Məhz Rusiyadan yeni razılaşmanın taleyi asılıdır. Səudiyyəlilər ixtisarın aparılmasıyla bağlı yeni razılaşma üzərində səylə çalışırlar, amma Rusiya bundan imtina etsə, o zaman OPEK üzvlərinin heç biri bununla razılaşmayacaq”.

Qeyd edək ki, OPEK-in növbəti görüşü Vyanada keçiriləcək. Görüş Qətərin OPEK-dən çıxması və ABŞ-ın neft hasilatında liderliyi ələ keçirməsi fonunda baş tutacaq.

Xəbər lenti