09:23

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir.

Ardını oxu...


Azərbaycanda enerji içkilərinin qiyməti bahalaşıb.

Ardını oxu...


Bu il yanvarın 1-dən pensiya qanunvericiliyində qüvvəyə minən dəyişikliyə əsasən, pensiya təyinatının avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə başlanılıb.

Ardını oxu...


Rusiya Ermənistana satdığı qazın qiymətini 150 dollardan 165 dollara qaldırıb. Bu, Ermənistana illik nə qədər əlavə ödənişə məcbur edəcək?

Ardını oxu...

Qızılın bir unsiyası 1300,04 dollara çatıb.

Axar.az xəbər verir ki, buna səbəb müdafiə aktivlərinə tələbatın güclənməsi olub. Belə ki, iqtisadi artımın zəifləməsi və dünya bazarlarında səhmlərin düşməsi investorların qızıl və digər dəyərli metallara marağını artırıb.

Qeyd edək ki, qızıl sonuncu dəfə bu qiymətə 2018-ci ilin iyununda qalxıb.

Neft bazarında gedən proseslər birbaşa rublun məzənnəsinə təsir göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

“Ötən ilin sonlarında neftin kəskin ucuzlaşması Rusiyada iqtisadi aktivliyin zəiflədiyi dövrə təsadüf etdi. Bu proses də ilin əvvəllində birjalarda öz əskini tapdı. Buna görə də iki gündür neft qiymətlərində müşahidə olunan yüksəliş rubla təsir göstərmir və ya cox cüzi təsir edir. Hətta ilin ilk günündə dollar görünməmiş həddə - 70 rubla qədər qalxdı. İndi isə 1 dollar təqribən 68,5 rubl civarındadır”, - iqtisadçı bildirib.

Ekspert qeyd edib ki, 2019-cu ildə rublun məzənnəsi neft bazarındakı dinamika ilə yanaşı, sanksiyalardan da kəskin asılı olacaq:

“ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları getdikcə rublun məzənnəsinə daha çox təsir göstərməyə başlayıb. Bu sanksiyaların əsasən maliyyə, neft, enerji və texnoloji sektorlara təsirinin artması Rusiya iqtisadiyyatını zəiflədir. Bu da özlüyündə rublun məzənnəsinə mənfi təsir göstərir. Rusiya Mərkəzi Bankı ilin sonuna yaxın 1 dolların 75 rubl, neftin qiymətinin isə 50 dollar civarında olacağını proqnozlaşdırıb. Bu proqnoz reallaşsa, o zaman rubl ən azı 10 faiz civarında dəyərdən düşəcək. Bu da Rusiyanın ticarət tərəfdaşlarına təsirsiz ötüşməyəcək”.

Dünya birjalarında neft qiymətlərinin bahalaşması davam edir.

Axar.az xəbər verir ki, “Brent” markalı neft günə 0,16 dollar bahalaşma ilə başlayıb və bir barreli artıq 56,11 dollaradır.

VTİ markalı neftin bir barreli isə 47,28 dollara satılır.

Telekommunikasiya və yeni həllər vasitəsilə insan həyatını asanlaşdırmağı, ən son texnologiyaları istifadəçiləri üçün əlçatan etməyi hədəfləyən Azercell Telekom MMC yeni kampaniya təqdim edir.

Axar.az xəbər verir ki, şirkət “Milyon, milyon nömrələr” kampaniyası çərçivəsində pərakəndə nömrə satışlarına başlayır. Təqdim olunan yeni kampaniya mövcud və potensial müştərilərə www.mysim.az veb-saytına daxil olmaqla bəyəndiyi nömrəni əldə etmək imkanı verir. Belə ki, müştəri onu maraqlandıran nömrəni axtarış xanasına daxil edir, sistem isə öz növbəsində nömrənin satışda olub-olmadığını müəyyənləşdirir. Axtarış müsbət nəticə verdiyi halda, abunəçiyə həmin nömrənin əldə edilməsi üçün istənilən “Azercell” rəsmi satış məntəqəsinə müraciət etməsi tövsiyyə edilir.

“Azercell”in təqdim etdiyi sözügedən kampaniya çərçivəsində sayt vasitəsilə satış müştərilərin rahatlığını təmin edir, nömrə almaq istəyənlərə daha çox seçim imkanı və sərfəli qiymət təqdim edir. Abunəçi ev və ya ofisi tərk etmədən, almaq istədiyi nömrə kombinasiyasının və ya oxşar nömrə variantlarının mövcudluğu haqqında məlumatı rahatlıqla əldə edir və ona ən yaxın “Azercell” rəsmi satış məntəqəsindən müvafiq nömrəni əldə edir.

Ölkənin lider operatoru olan “Azercell” bundan sonra da müştərilərini unikal xidmətlər və sərfəli kampaniyalarla sevindirməyə davam edəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti, eləcə də qurumun dövri nəşrlər şöbəsi ləğv edilərək yerində İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzi yaradılıb.

Report xəbər verir ki, mərkəzə rəhbərlik Teymur Abdullayevə həvalə edilib.

İndiyə qədər İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yahya Babanlıya müvafiq iş təklif edilsə də, o öz ərizəsi ilə “Azərenerji”dən ayrılıb.

Qeyd edək ki, T.Abdullayev uzun müddət müxtəlif qəzet və televiziyalarda, o cümlədən Müdafiə Nazirliyinin mətbuat xidmətində işləyib. Yeni vəzifəyə təyin edilməzdən əvvəl isə Azərişıq ASC-nin ASAN Xidmətlə iş şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

“Kapital Bank”ın ödəniş kartları ilə məvacib alan müştərilər “13-cü maaş” adlı stimullaşdırıcı lotereyada iştirak edib, aldıqları rəsmi məvacib miqdarında, hədiyyə qazana bilərlər. Minimum 10 manat olan hər nağdsız ödəniş, 1 iştirak şansına bərabər tutulur.

Axar.az xəbər verir ki, şərtlərə görə, müştərilər 13 yanvar 2019-cu ilədək POS terminal və ya İnternet vasitəsilə onlayn ödəniş əməliyyatı etməklə, avtomatik olaraq lotereya iştirakçısı olurlar. Rüsum, kommunal və kredit ödənişləri, həmçinin Card-to-card əməliyyatları lotereyada iştirak etmir.

16 yanvar 2019-cu ildə baş tutacaq tiraj zamanı “Kapital Bank”dan məvacib alan 10 nəfər, minimum 135 manat, maksimum 3000 manat olmaqla, bir aylıq rəsmi məvacibini qazanacaq. Hədiyyə müştərinin əmək haqqı kartına köçürüləcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Xəbər lenti