![]() |
|
Qoyun ətindən fərqli olaraq quzu ətinin qiyməti qalxıb.
Xəzər Xəbər-in məlumatına görə, hazırda bazarda 1 kiloqram quzu ətinin qiyməti 14 manatdır.
Satıcılar deyirlər ki, qiymətlər 1 aya yaxındır ki, qalxıb.
Qiymət artımının səbəbinə gəldikdə isə, satıcılar deyirlər ki, başlıca səbəb bu aylarda yaşanan quzu qıtlığıdır. Tələb çox olduğundan bölgələrdə əmlik quzu tapmaq sözün əsl mənasında müşkülə çevrilib.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, nazirlik ətin qiymətinin müəyyən edilməsində iştirak etmir. O ki qaldı bölgələrdə yaşanan quzu qıtlığına, nazirlikdən bildirildi ki, bu, düzgün yanaşma deyil. Qiymətin qalxmasına bayram günlərində quzu ətinə tələbin çox olması səbəb ola bilər.
Bu gündən etibarən bəzi sahələrdə aylıq əməkhaqqı 8 000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100%-lik güzəşt verilir.
Report xəbər verir ki, Vergilər Məcəlləsinə edilən dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8 000 manatadək olduqda 0 səviyyəsində, əməkhaqqı 8 000 manatdan çox olduqda isə 8 000 manatdan çox olan məbləğin 14% həcmində müəyyənləşdirilib.
Qeyd edək ki, bu qanunun 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.
Neft bazarında olan qeyri stabillik, yəni qiymətlərin kəskin dəyişməsi nə hasilatçılar üçün, nə də istehlakçılar üçün sərfəlidir.
Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə ixtacatçılar gəlirlərini hansısa qiymətlə proqnozlaşdırır ki, bunun əsasında gələcək investisiya siyasətini həyata keçirsin, idxalçılar isə bu qiymətə özünü kökləyib neft idxalı həcmlərini proqnozlaşdırır:
“Proqnozdan yüksək qiymətdə bir müddətdən sonra neftə tələbat azalır, çünki bir xeyli istehlakçı üçün neft əlçatan olmur və onlar hər vasitə ilə qənaət rejiminə keçir. İnkişaf etmiş ölkələrdə isə alternativ enerjiyə maraq artır və enerjidən az istifadə edən texnologiyalara kapital axını baş verir. Neftin aşağı qiymətində isə hasilatçı ölkələrin gəlirləri kəskin azalır. Onlar isə inkişaf etmiş ölkələrin istehsal etdiyi mal və xidmətlərin əsas idxalçısı kimi çıxış edir. Gəlirləri azaldığından idxalı da azaltmalı olurlar. Nəticədə dünyanın texnoloji və böyük şirkətlərinin dövriyyəsi də azalır. Göründüyü kimi, əslində neftin nə baha qiyməti, nə də aşağı qiyməti dünya üçün maraqlıdır. Dünya iqtisadiyyatının stabil inkişafı üçün enerjinin böyük istehlakçı kütləsi üçün əlçatan olması vacib şərtdir. Yəni neftin “qızıl orta” qiyməti - hazırda bu hədd 60-65 dəhlizi hesab edilir”.
İ.Şaban neftin qiymətinin aşağı düşməsinin səbəblərinə də münasibət bildirib:
“Bazarda izafi neft həcmləri var. Necə ki o həcmlərin azaldılması təmin edilməyib, neft qiymətlərinin 60 dollara qədər yüksəlməsi mümkünsüzdür. Bu isə 2019-cu ilin I yarımilliyində əsas bazar iştirakçıları qarşısında duran əsas vəzifələrdən biridir”.
Ölkədə siqaretlərin pərakəndə satış qiyməti artıb.
Axar.az xəbər verir ki, tütün məmulatlarının qiymətində 20 qəpiklik artım müşahidə olunur.
Satıcılar artımın ölkədə satılan bütün siqaretlərə şamil edildiyi bildirib.
OPEK+ üzrə neft istehsalının azaldılmasına baxmayaraq Azərbaycanda hasilatın artacağı gözlənilir.
Axar.az xəbər verir ki, bu barədə “S&P Global Platts” agentliyini məlumat yayıb. Bildirilir ki, “Şahdəniz” qaz-kondensat yatağında kondensat hasilatının artması köhnə neft yataqlarında azalan istehsalı kompensasiya edəcək: “2019-cu ildə Azərbaycanın xam neft və kondensat hasilatının sutkada 10 min barreldən az olmayaraq artacağı proqnozlaşdırılır. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində kondensat istehsalının 30 min barrel artaraq gündəlik orta hesabla 90 min barrel olacağı nəzərdə tutulur”.
Xatırladaq ki, dekabrın əvvəlində OPEK və OPEK+ üzrə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Gələn ilin yanvar ayından qüvvədə olacaq və 6 ayı əhatə edəcək bu qərar üzrə Azərbaycan sentyabrda gündəlik 796 min barrel olan neft hasilatını növbəti ildən təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Azərbaycan gələn ildən neft hasilatını sutkada 776 min barrel həcmində saxlamalıdır. Noyabr ayı üzrə ölkədə gündəlik neft istehsalı 801 min barrel olub.
Son günlər müşahidə olunan dolların məzənnəsinin aşağı düşməsi müvəqqəti prosesdir.
Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın milli valyutasının dollar və avro qarşısında mövqe itirməsinə münasibət bildirən iqtisadçı Fuad Əlizadə deyib.
“Bu dünya bazarlarında neft qiymətlərindəki silkələnmə ilə bağlıdır. Neftin qiyməti bir barrel üçün 60 dollardan aşağı düşdü və biz bundan sonra rublun məzənnəsində eniş müşahidə etməyə başladıq. Bu, təbii prosesdir”, - ekspert bildirib.
Əlizadənin proqnozlarına görə, rublun məzənnəsi 2019-cu ilin birinci yarısında tədricən möhkəmlənəcək.
“Rusiyanın milli valyutasının kursunun aşağı düşməsi təbii olaraq bazarlara təsir göstərir. Cüzi bahalaşma olacaqdır. Belə ki, Rusiya idxalın əvəzlənməsi ilə bağlı konkret addımlar atıb. İlk növbədə bu aqrar sektora aid olacaq. Qida məhsullarının qiymətlərində ruslar dəyişikliklər hiss edəcəklər. Daha əhəmiyyətli dəyişikliklər turizm, eləcə də geyim sahəsində müşahidə oluna bilər”, - ekspert bildirib.
Qeyd edək ki, bu gün dollar son aylar ilk dəfə olaraq 70 rubla qədər bahalaşıb.
Artmaqda olan geosiyasi gərginlik, xarici ticarət siyasətlərində qeyri-müəyyənliklər, neftin qiymətində son aylar müşahidə olunan dəyişkənlik və bu proselərin regionda əsas ticarət tərəfdaşları olan qonşu ölkələrin iqtisadiyyatlarına təsiri makroiqtisadi sabitlik üçün əhəmiyyətli risklər yaradıb.
Report xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib.
“2018-ci ildə bu ölkələrin bəzilərində milli valyutaların (Rus rublu, Türk lirəsi, İran rialı) ABŞ dollarına qarşı əhəmiyyətli ucuzlaşması psixoloji gözlənti effekti yaradıb, lakin görülmüş tədbirlər nəticəsində bu effektlər neytrallaşdırılıb. Pronozlara və gözləntilərə rəğmən bu ölkələrdən Azərbaycana idxalın artımı dinamikası idxalın ümumi artım dinamikasından aşağı olub”, - deyə bəyanatda vurğulanıb.
Sənəddə qeyd olunub ki, manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə və bundan asılı olan valyuta bazarındakı tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb: “Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində və qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin sabitliyi davam edib. Ümumilikdə manat 2018-ci ildə möhkəmlənmə təzyiqi altında olub, valyuta bazarında təklif tələbi üstələyib. Yalnız aprel və avqust aylarında xarici valyutaya tələbin artması bəzi tərəfdaş ölkələrdə milli valyutanın kəskin ucuzlaşmasının məzənnə gözləntilərinə təsiri ilə əlaqədar olub. Bu aylarda valyutaya tələbin artması fundamental makroiqtisadi amillərdən irəli gəlmədiyindən onun məzənnəyə təsiri neytrallaşdırılıb. Sonrakı aylarda bu ölkələrdə mərkəzi banklar tərəfindən qəbul edilmiş pul siyasəti qərarları maliyyə bazarlarını sabitləşdirib”.
AMB bəyan edib ki, 2018-ci ildə də manatın rəsmi məzənnəsi banklararası bazarda əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib: “İl ərzində banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın səviyyədə formalaşıb”.
Gələn ay pensiya məbləğləri 2018-ci ildə orta aylıq əməkhaqqındakı faiz artımına indeksasiya olunacaq.
Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək:
“Bu ildən başlayaraq, pensiya məbləği inflyasiya səviyyəsinə deyil, orta aylıq əməkhaqqındakı artım faizinə indeksasiya olunur. Bununla belə, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Pensiya məbləğinin orta aylıq əməkhaqqındakı artıma deyil, əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədəuyğun olardı. Belə ki, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylıq əməkhaqqındakı artım gəlirlərin artımını tam ifadə edə bilmir. Digər tərəfdən, rəsmi statistikada əhalinin gəlirləri orta aylıq əməkhaqqına nisbətən daha yüksək faizlə artıldığından bu, indeksasiya zamanı pensiyaların daha çox artmasına imkan verə bilir. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında əhalinin gəlirləri 9.2 faiz artsa da, orta aylıq əmək haqqı cəmi 2.8 faiz çoxalıb. Eləcə də 2018-ci ildə orta aylıq əmək haqqının 4 faiz artacağı gözlənilsə də, əhalinin gəlirləri 9 faizdən çox artıb”.
İqtisadçı gələn il də orta aylıq əmək haqqı ilə əhalinin gəlirlərindəki artım arasında fərq olduğunu bildirib:
“Artım uyğun olaraq 5.7 və 9.0 faiz proqnozlaşdırılır. 2018-ci ildə pensiyaya əlaçatanlığın artırılması ilə bağlı bir sıra islahatlar həyata keçirildi. Aşağı pensiya alan 80 minə yaxın vətəndaşın pensiya məbləğinin gələn ildən orta hesabla 30 faiz artırılması da buna aid edilə bilər. Bu baxımdan islahatların tərkib hissəsi kimi indeksasiya sistemində meyarların dəyişdirilməsi vacibdir. Əmək müqavilələrində maaş məbləğinin tam göstərilməməsi, hətta əmək müqavilələrinin bağlanmaması hallarının az olmadığını nəzərə alsaq, pensiyaların orta aylıq əməkhaqqındakı artıma deyil, əhalinin gəlirindəki artım faizinə indeksasiyası daha doğru olardı. Bu halda indeksasiya nəticəsində pensiya məbləğlərinin daha çox a
Bu gün dünya bazarlarında neft qiymətləri yenidən bahalaşmağa başlayıb.
Axar.az xəbər verir ki, “Brent” markalı neftin bir barreli 1,05 dollar qalxaraq 53,21, VTİ markalı neftin bir barreli isə 1,1 dollar artaraq 45,71 dollar olub.
Qeyd edək ki, ötən gün axşama doğru “Brent” markalı neftin barreli 52 dollara qədər geriləmişdi.
Vergilər Nazirliyi 2019-cu il üzrə əmək haqqından tutulmaların hesablanması ilə bağlı kalkulyator hazırlayıb.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, kalkulyator vasitəsi ilə həm dövlət və neft-qaz sektorunda çalışan, həm də neft qaz sektorunda fəaliyyəti olan özəl təşkilatlarda işləyən şəxslərin əmək haqqısı üzrə hesablamalar aparmaq olar. Bundan əlavə, hesablanmış əmək haqqından (GROSS) xalis əmək haqqınna (NETT) və ya xalis əmək haqqından (NETT) hesablanmış əmək haqqına (GROSS) hesablamalara baxmaq mümkündür.
Yeni kalkulyatorumuzla tanış olmaq üçün BU LİNKƏ daxil ola bilərsiniz.