![]() |
|
Prezident İlham Əliyev Quba rayonunun Amsar‒Əski İqrığ‒Gültəpə‒Möhüc‒Aşağı Tüləkəran‒Yenikənd‒Tülər‒Yuxarı Tüləkəran avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Sərəncama əsasən, dövlət başçısının 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi zəruri maliyyə vəsaitini 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Prezident İlham Əliyev “Banklar haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib.
Yenilənmiş qanuna əsasən, müflis elan olunmuş bankın aktivlərinin onun kreditorları arasında bölünməsinin növbəliliyinə dəyişiklik edilib.
Belə ki, 7-ci növbədə olan "Bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər" "Dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər"lə əvəz edilib.
Son günlərdə paytaxtın bəzi yerlərində yumurtanın qiymətində 2-3 qəpik artım müşahidə olunur.
Satıcılar qiymət artımını bayram ərəfəsi olması ilə əlaqələndirir.
Artımın qış aylarını əhatə etdiyi və mövsümi xarakter daşıdığı bildirilir.
Qeyd edək ki, son zamanlar Rusiyada yumurta böhranı yaşanır. Yumurta qıtlığının qarşısını almaq üçün Rusiya Azərbaycan və Türkiyəyə müraciət edib.
Bu ilin dekabrında ölkəmizdən Rusiyaya tonlarla yumurta ixrac edilməsinin bəzi işbazlara qiymət artımı üçün bəhanə yaradacağı güman edilirdi. Bununla belə ekspertlər deyir ki, Azərbaycan Rusiyaya yumurta ixrac etməsi bahalaşmaya əsas vermir. Çünki bu il ərzində ölkəmizdə istehsal edilən yumurta daxili təlabatı ödədikdən sonra ixrac üçün kifayət edir.
Rusiyaya Azərbaycandan 306 min ədəd yumurtanın üçüncü partiyası idxal edilib.
Bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə yumurtanın Azərbaycandan 18 ton (306 min ədəd) həcmində üçüncü partiyası gətirilib.
Azərbaycandan yumurtanın 36 ton (612 min ədəd) həcmində ilk tədarükü dekabrın 19-da baş tutub. İkinci tədarük dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub.
Yumurta ixracı barədə qərar 2023-cü ilin noyabrında "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.
Prezident İlham Əliyev Özbəkistanla vizasız gediş-gəlişlə bağlı sazişə əlavə və dəyişikliyi təsdiqləyib.
“Bununla bağlı dövlət başçısı Fərman imzalayıb.
Fərmana əsasən, 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol” təsdiqlənib.
Söküntülərin aparılması və torpaq sahələrinin azlığı, bu il ərzində paytaxtın mənzil bazarında qiymətlərə xeyli təsir edib.
Xezerxeber.az-ın məlumatına görə, həm yeni, həm də təkrar mənzil bazarında qiymətlər sürətlə artıb. Ekspertlər bildirir ki, hətta ilin əvvəlində 10-15 faizə qədər artım müşahidə edilib.
Bəs növbəti ildə Azərbaycanda əmlak bazarında hansı yeniliklər olacaq?
Qiymətlərdə enmə müşahidə ediləcək?
Ətraflı süjetdə:
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,09% artaraq 1,8714 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0185 manat, Türkiyə lirəsi 0,34% ucuzlaşaraq 0,0581 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Bildirildi ki, başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun uzunluğu 44,5 kilometrdir. Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilib.
Bərdə-Ağdam avtomobil yolunun 25-ci və 40-cı kilometrlik hissələrində 91,3 metr və 18,2 metr uzunluğunda avtomobil körpülərinin, yolun 14-cü və 42-ci kilometrlik hissələrində isə 66 metr və 43 metr uzunluğunda yol qovşaqlarının və 4-cü, 14-cü və 16-cı kilometrlik hissələrində yerüstü piyada keçidlərinin tikintisi uğurla icra olunub. Nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu üfüqi nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və məsafə göstəricilərinin, həmçinin müasir məlumatverici lövhələrin quraşdırılması işləri icra olunmaqla yol beynəlxalq standartlar çərçivəsində istifadəyə verilib.
Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.
İşğaldan azad olunan Füzuli şəhərində böyük stadion tikiləcək.
Bu barədə Azərbaycan Dövlət Televiziyasında (AzTV) reportaj yayımlanıb.
Bildirilib ki, stadionun tikintisi 17 min hektar ərazidə aparılacaq.
Daha ətraflı videomaterialda:
Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Zabrat, Sabunçu və Ramana qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 450 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.