![]() |
|
Hər il olduğu kimi bu il də bayramda bəzi məhsulların və xidmətlərin qiymətinin qalxması gözlənilir.
Ekspertlərin fikrincə, Yeni il bayramı ərəfəsində həm ərzaq məhsulları, həm də xidmət sektorlarına tələbat artdığı üçün sahibkarlar qiymət artımına gedirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda izləyə bilərsiniz:
Zəngilan rayonunun Cahangirbəyli kəndində yenidənqurma işləri davam etdirilir.
İqtisadiyyat.az xəbər verir ki, kənd ərazisində yeni fərdi yaşayış evləri inşa ediləcək.
2,3,4 və 5 otaqlı olmaqla 1 və 2 mərtəbəli fərdi yaşayış evləri tikiləcək.
Xatırladaq ki, bu ilin mayın 4-də Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimi olub. Prezident İlham Əliyev kəndin təməlini qoyub.
Kənddə birinci mərhələdə ümumilikdə 242 fərdi evin tikintisi nəzərdə tutulur. Eləcə də fərdi evlərlə bərabər, bloklaşdırılmış üçmərtəbəli binaların inşası da planlaşdırılır.
"2026-cı ilin sonunadək Ağdam şəhərindən başqa 12 kəndin və Füzuli şəhərindən başqa da 10 kəndin bərpa olunaraq təhvil veriləcək".
"Report"un xəbərinə görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, artıq Füzuli şəhərinə köçmüş vətəndaşlarla mütəmadi iş aparılır: "Onların məşğulluğunun təmin olunması ilə bağlı bütün zəruri tədbirlər görülüb. Hazırda 333 ailə orada məskunlaşıb. Bu yaxınlarda orada əmək yarmarkası da keçirilib. İlk dəfə olaraq sakinlərimiz 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni İli öz doğma torpaqlarında qeyd edəcəklər".
"Ötən günlərdə baş vermiş zəlzələ zamanı ciddi bir fəsad və dağıntılar olmadığı üçün bu, əmlak bazarına elə bir ciddi təsir göstərməyəcək".
Bunu İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O, zəlzələdən sonra həyət evlərinin qiymətində artımın müşahidə olunub-olunmadığı ilə bağlı suala aydınlıq gətirib:
"Yay aylarında da belə bir zəlzələ baş vermişdi. Həmin ərəfədə də həyət evlərinin qiymətinin artması ilə bağlı qeyri-rəsmi xəbərlər yayılırdı. Ümumiyyətlə, tələbat yüksək olduğu zaman həyət evlərində qiymət artımı olur. Tələbat təxminən mart ayının sonundan başlayaraq avqustun sonuna qədər davam edir. Soyuq aylarda isə həyət evlərinə tələbat azalır. Çünki yay aylarında tikinti işləri daha rahat həyata keçirilir və bağ evlərinə maraq böyük olur".
Ekspert həmçinin xatırladıb ki, oktyabrın 1-dən çıxarışı olmayan evlərə kommunal xidmətlərin verilməməsi qərarı artıq çıxarışı olan həyət evlərinin qiymətini artırıb. O, həyət evlərinin böyük qisminin sənədlərində problemlər olduğuna görə həmin evlərin ipoteka predmentinə çevrilə bilmədiyini qeyd edib.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə İqtisadiyyat.az-a açıqlamasında zəlzələdən sonra hələ ki, həyət evlərinə tələbatın o qədər də müşahidə olunmadığını deyib.
O da digər həmkarının fikirlərinə qatılaraq, ötən günlərdə baş vermiş zəlzələnin psixoloji baxımdan əmlak bazarına ciddi təsir göstərmədiyini vurğulayıb: "Ümumiyyətlə, biz bunun nəticələrini ayın axırından sonra biləcəyik. Zəlzələnin ciddi fəsadları olsaydı, bu, əmlak bazarında qiymətlərə öz təsirini göstərərdi. Lakin dağıntı və fəsadlar olmadığından hesab edirəm ki, baş vermiş zəlzələ əmlak bazarına ciddi təsir göstərməyəcək".
Xatırladaq ki, dekabrın 7-də Xəzər dənizində 5,6 maqnitutada zəlzələ baş verib. Yeraltı təkan 68 km dərinlikdə, 5,6 maqnitudalı olub. Zəlzələ 5-3 bala qədər hiss olunub. Xəzərdəki zəlzələ Bakı ilə yanaşı daha 8 rayonda hiss edilib. Hazırda afterşoklar davam edir.
Azərbaycana idxal ediləcək ət və ət məhsulları ilə bağlı yeni tələb qoyulub.
Bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının Siyahısı”nda əksini tapıb.
Qərara əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli ət, toyuq və hindişka məhsulları aşağıdakılardır:
Sıra №-si |
Malların adları və ya kateqoriyaları |
XİF MN üzrə kod |
1. |
İribuynuzlu mal-qara ətinin təzə və ya soyudulmuş cəmdəkləri və şaqqaları |
0201 10 |
2. |
İribuynuzlu mal-qara ətinin təzə və ya soyudulmuş sümüklü parçaları |
0201 20 |
3. |
İribuynuzlu mal-qara ətinin təzə və ya soyudulmuş sümüksüz parçaları |
0201 30 |
4. |
İribuynuzlu mal-qara ətinin dondurulmuş cəmdəkləri və şaqqaları |
0202 10 |
5. |
İribuynuzlu mal-qara ətinin dondurulmuş sümüklü digər parçaları |
0202 20 |
6. |
İribuynuzlu mal-qara ətinin dondurulmuş sümükdən ayrılmış əti |
0202 30 |
7. |
Təzə və ya soyudulmuş donuz ətinin cəmdəkləri və şaqqaları |
0203 11 |
8. |
Təzə və ya soyudulmuş donuz ətinin sümüklü budları, kürəkləri və onların parçaları |
0203 12 |
9. |
Təzə və ya soyudulmuş donuz ətinin digər hissələri |
0203 19 |
10. |
Dondurulmuş donuz ətinin cəmdəkləri və şaqqaları |
0203 21 |
11. |
Dondurulmuş donuz ətinin sümüklü budları, kürəkləri və onlardan parçalar |
0203 22 |
12. |
Dondurulmuş donuz ətinin digər hissələri |
0203 29 |
13. |
Təzə və ya soyudulmuş quzu ətinin cəmdəkləri və şaqqaları |
0204 10 |
14. |
Təzə və ya soyudulmuş qoyun ətinin cəmdəkləri və şaqqaları |
0204 21 |
15. |
Təzə və ya soyudulmuş qoyun ətinin digər sümüklü parçaları |
0204 22 |
16. |
Təzə və ya soyudulmuş sümüksüz qoyun əti |
0204 23 |
17. |
Dondurulmuş quzu ətinin cəmdəkləri və şaqqaları |
0204 30 |
18. |
Dondurulmuş qoyun ətinin cəmdəkləri və şaqqaları |
0204 41 |
19. |
Dondurulmuş qoyun ətinin sümüklü digər parçaları |
0204 42 |
20. |
Dondurulmuş sümüksüz qoyun əti |
0204 43 |
21. |
Təzə, soyudulmuş və ya dondurulmuş keçi əti |
0204 50 |
22. |
Atların, ulaqların, qatırların və ya at qatırlarının təzə, soyudulmuş və ya dondurulmuş əti |
0205 00 |
23. |
İribuynuzlu mal-qaranın təzə və ya soyudulmuş qida üçün yararlı olan ətinin əlavə məhsulları |
0206 10 |
24. |
Dondurulmuş iribuynuzlu mal-qaranın dilləri |
0206 21 |
25. |
Dondurulmuş iribuynuzlu mal-qaranın qaraciyəri |
0206 22 |
26. |
Dondurulmuş iribuynuzlu mal-qaranın qida üçün yararlı olan ətinin digər əlavə məhsulları |
0206 29 (0206 29 100 0 istisna olmaqla) |
27. |
Donuzların təzə və ya soyudulmuş qida üçün yararlı olan ətinin əlavə məhsulları |
0206 30 |
28. |
Donuzların dondurulmuş qaraciyəri |
0206 41 |
29. |
Donuzların dondurulmuş qida üçün yararlı olan ətinin digər əlavə məhsulları |
0206 49 |
30. |
Qoyunun, keçinin, atların, ulaqların, qatırların və at qatırlarının təzə və ya soyudulmuş qida üçün yararlı olan ətinin əlavə məhsulları |
0206 80 (0206 80 100 0 istisna olmaqla) |
31. |
Qoyunun, keçinin, atların, ulaqların, qatırların və at qatırlarının dondurulmuş qida üçün yararlı olan ətinin əlavə məhsulları |
0206 90 (0206 90 100 0 istisna olmaqla) |
32. |
Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti |
0207 11 |
33. |
Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, dondurulmuş əti |
0207 12 |
34. |
Ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları |
0207 13 |
35. |
Ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları |
0207 14 |
36. |
Hindtoyuğunun hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti |
0207 24 |
37. |
Hindtoyuqlarının hissələrə ayrılmamış dondurulmuş əti |
0207 25 |
38. |
Hindtoyuğunun təzə və ya soyudulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları |
0207 26 |
39. |
Hindtoyuğunun dondurulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları |
0207 27 |
40. |
Ördəklərin hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti |
0207 41 |
41. |
Ördəklərin hissələrə bölünməmiş, dondurulmuş əti |
0207 42 |
42. |
Ördəklərin təzə və ya soyudulmuş yağlı qaraciyəri |
0207 43 |
43. |
Ördəklərin təzə və soyudulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları |
0207 44 |
44. |
Ördəklərin dondurulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları |
0207 45 |
45. |
Qazların hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti |
0207 51 |
46. |
Qazların hissələrə bölünməmiş, dondurulmuş əti |
0207 52 |
47. |
Qazların təzə və ya soyudulmuş yağlı qaraciyəri |
0207 53 |
48. |
Qazların təzə və ya soyudulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları |
0207 54 |
49. |
Qazların dondurulmuş cəmdək hissələri və qida üçün yararlı ətin əlavə məhsulları |
0207 55 |
50. |
Firəngtoyuqlarının təzə, soyudulmuş və ya dondurulmuş əti və qida üçün yararlı ətin əlavə məhsulları |
0207 60 |
51. |
Evdovşanlarının və ya dovşanların təzə, soyudulmuş və ya dondurulmuş əti və ətin qida üçün yararlı olan əlavə məhsulları |
0208 10 |
52. |
Primatların təzə, soyudulmuş və ya dondurulmuş əti və ətin qida üçün yararlı olan əlavə məhsulları |
0208 30 |
53. |
Balinaların, delfinlərin və dəniz donuzlarının (Cetacea məməlilər dəstəsi), lamantinlərin və dyoqonların (Sirenia məməlilər dəstəsi), suitilərin, dəniz şirlərinin və morjların (Pinnipedia yarımdəstəsinin məməliləri) təzə, soyudulmuş və ya dondurulmuş əti və ətin qida üçün yararlı olan əlavə məhsulları |
0208 40 |
54. |
Sürünənlərin (ilanlar və tısbağalar da daxil olmaqla) təzə, soyudulmuş və ya dondurulmuş əti və ətin qida üçün yararlı olan əlavə məhsulları |
0208 50 |
55. |
Dəvələrin və dəvəkimilər fəsiləsinin digər heyvanlarının (Camelidae) təzə, soyudulmuş və ya |
0208 60 |
|
dondurulmuş əti və ətin qida üçün yararlı olan əlavə məhsulları |
|
56. |
Təzə, soyudulmuş və ya dondurulmuş digər ətlər və ətin qida üçün yararlı olan əlavə məhsulları (ev göyərçinləri, ov heyvanları, şimal maralı və digərləri) |
0208 90 |
57. |
Əridilməmiş və ya digər üsulla hasil edilməmiş, təzə, soyudulmuş, dondurulmuş, duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş yavan ətdən ayrılmış donuz piyi |
0209 10 |
58. |
Əridilməmiş və ya digər üsulla hasil edilməmiş, təzə, soyudulmuş, dondurulmuş, duzlu və ya duzlu suda olan qurudulmuş və ya hisə verilmiş yavan ətdən ayrılmış ev quşunun piyi |
0209 90 |
59. |
Duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş donuz ətinin sümüklü budları, kürəkləri və onların parçaları |
0210 11 |
60. |
Duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş donuz ətinin döş hissəsi və onun parçaları |
0210 12 |
61. |
Duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş donuz ətinin digər hissələri |
0210 19 |
62. |
Duzlu, duzlu suda olan, qurudulmuş və ya hisə verilmiş, sümüklü və ya sümüksüz iribuynuzlu mal- qara əti |
0210 20 |
Prezident İlham Əliyev Gədəbəy rayonunun Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmiri ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, on yeddi min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmiri məqsədilə 2 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
“Fərdi yaşayış evi alan zaman mütləq şəkildə əmlakın çıxarışının olması ilə bağlı məlumat əldə etmək lazımdır. Belə evləri yalnız notarial qayda ilə almaq təhlükəsizdir. Çünki əmlakın yüklü olub-olmaması, birgə nikah dövründə əldə edilməsini və digər problemləri öyrənmək üçün notarial qaydada alqı-satqıya müraciət etmək lazımdır. Bu çox önəmli məqamdır”.
Bu sözləri “Yeni Sabah”a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
Ekspert ev alan zaman diqqət edilməsi vacib olan nüansları açıqlayıb:
“Təəssüflər olsun ki, bugün yeni tikililərdə satış qaydaları o qədər də mütərəqqi deyil. Qanunvericilikdə yeni tikililərdə mənzil satılarkən ilkin qeydiyyat arayışının təqdim olunması təminat olsa da, məlum tikinti korporativlərinin əksəriyyəti bu sənədi vermir yaxud verə bilmir. Bu mənada hesab edirəm ki, yeni tikililərdə mənzil alqı-satqısı bir qədər problemdir. Nağdsız alqı-satqılar zamanı əlavə dəyər vergisinin müəyyən hissəsini geri qaytarılması ilə bağlı qərarın da qəbulu bu işi bir qədər mürəkkəbləşdirir.
Düşünürəm ki, bu istiqamətdə ciddi addımlar atılmasına ehtiyac var. Təbii ki, respublika prokurorluğu bu illər ərzində oxşar tələyə düşən 5 mindən artıq vətəndaşın mövcud vəziyyətini əsas götürərək əhaliyə məsələ ilə bağlı müraciətlər edir. Amma biz digər istiqamətlərə də nəzər salmalıyıq ki, orada da mövcud qanunvericiliyimiz bu istiqamətdə alqı-satqı əməliyyatlarının aparılmasına imkan verir? Alternativ yollarımızın nədən ibarət olduğu barədə də düşünməliyik”.
Əmlak mütəxəssisi vətəndaşları ayıq-sayıq olmağa səsləyib:
“Vəziyyətin belə olmağı mövcud problemlə bağlı nə isə deməyə imkan vermir. Vətəndaşlar sadəcə diqqətli olmalıdırlar. Çünki burada çoxlu problemli məqamlar var. Çıxarışı olmayan həyət evlərinin alınması təhlükəlidir. Həmin evin kimə məxsus olduğu müəmmalı məsələdir. Eyni zamanda bəzən sənədsiz evi satan şəxsin həyat yoldaşının razılığı olmadıqda problemlər yaranır. Bu nüanslara həssas yanaşmaq lazımdır. Çoxmərtəbəli binalardan ev almaq isə daha qəliz prosesdir. Ona görə də, seçilən tikinti şirkətinin bazarda müəyyən nüfuzu və etibarı olsun. Bu məqam aldanma riskini olduqca azaldır”.
Azərbaycan seqmentində “TikTok” yayımlarında yüz minlərlə dollar dövr edir. Bəzi iddialara görə Azərbaycanda da bir çox ölkələrdə olduğu kimi sui istifadə halları var.
Bunu texnobloger Fərid Pərdəşünas son günlər qonşu Türkiyədə blogerlərə qarşı nəzarətin gücləndirilməsindən danışarkən deyib.
“Türkiyədə dəbdəbəli həyat tərzi ilə diqqət çəkən bloger, “influencer”lər uzun müddətdir nəzarətdədir. Artıq bir neçə cütlük çirkli pulların yuyulmasında iştirak etdiyinə görə həbs edilib. Adətən? hər hansı pul yumaq istəyən şəxs “influencer”ə çox böyük miqdarda rəsmi köçürmə edir. Daha sonra həmin “influencer” də aldığı ödənişin bir hissəsini ödəyənə geri qaytarır. Ortada çox böyük məbləğlərdən söhbət gedir.
Əlavə olaraq “TikTok” yayımlarında hədiyyə qarşılığında bədən əzalarını göstərən xanımlar da qanunla məsuliyyətə cəlb edilib. Dövlət orqanları bunu bədənini canlı yayımda satmaq olaraq mövqeləndirir. Bir məsələ də var ki, bədənin müxtəlif nahiyələrinin fotolarının “OnlyFans” da satılmasına görə “OnlyFans” da Türkiyədə bloklanıb. Türk xanımlar isə “OnlyFans”ın bloklanmasına görə hökümətə etirazlar edirlər.
Nəzərə almaq lazımdır ki, Azərbaycan seqmentində də “TikTok” yayımlarında yüz minlərlə dollar dövr edir. Bəzi iddialara görə Azərbaycanda da bir çox ölkələrdə olduğu kimi sui istifadə halları var”, - deyə F. Pərdəşünas bildirib.
Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evləri tikiləcək.
“Tikinti işlərini “19 Saylı Tikinti Təmir İdarəsi” MMC həyata keçirəcək.
Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti layihə ilə bağlı şirkətə 45 739,888 min manat ödəniş edəcək.
Qeyd edək ki, ötən il Cəbrayıl rayonunun Horovlu kəndinin salınması üçün əsaslandırmalara 387 min manat ayrılmışdı.