![]() |
|
Bakı-Quba-Rusiya avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri davam etdirilir.
Yol-xeber.az xəbər verir ki, yenidənqurma işləri çərçivəsində yolun köhnə örtüyü qazılaraq çıxarılıb, yeni yol yatağı inşa edilib.
Bundan sonra isə asfalt-beton örtüyünün döşənməsinə başlanıb.
Hazırda əsas asfaltlama işləri Bakı-Quba yolunun 77-87-ci kilometrliyində aparılır.
İş icraçılarının verdiyi məlumata görə, təmir çərçivəsində yola daha qalın asfalt örtüyü vurulur. Bu isə onun tez sıradan çıxmasının qarşısını alacaq. Sözügedən hissədə işlərin noyabr ayının sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.
Təmir edilən yolda avtonəqliyyat vasitələrinin təhlükəsizliyi üçün əlavə 3 metrlik çiyin də yaradılır. Asfaltlanma işlərindən sonra yol nişanları qoyulacaq və xətləmə işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, ümumilikdə Bakı-Quba yolunun deformasiyaya uğramış 66 kilometrlik hissəsində təmir işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.
"Yol-xeber.az" xəbər verir ki, 1. Saray-Novxanı yolunda yeni geri dönmə hissə yaradılır - 17 Oktyabr
2. Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb - 17 Oktyabr
3. Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb - 18 Oktyabr
4. Bakı şəhəri, Xətai rayonunda Cavanşir küçəsinin əsaslı təmiri davam edir - 19 Oktyabr
5. Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun Şükürbəyli - Cəbrayıl hissəsi istifadəyə verilib - 19 Oktyabr
6. Bakı şəhəri, Xəzər rayonun Buzovna qəsəbəsində Cəfər Cabbarlı küçəsi təmir olunur - 20 Oktyabr
7. Tərtər və Bərdə rayonlarından olan vətəndaşların qəbulu keçirilib - 21 Oktyabr
YOLUNUZ AÇIQ OLSUN...
45 dəqiqəyə Bakıdan Şərqi Zəngəzura çatacağıq. Bu gün açılışı planlaşdırılan Zəngilan Beynəlxaq Hava Limanı bu imkanı bizlərə yaşadacaq. Azərbaycan 2 ildən qısa müddətdə işğaldan azad olunan ərazilərimizdə ikinci beynəlxalq hava limanını istifadəyə verir. Bu ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirildiyindən xəbər verir.
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa eniş edəcək. Qardaş ölkənin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyi gözlənilir.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki,
Regionda baş verən iqtisadi və geo-siyasi dəyişikliklər işğaldan azad olunan ərazilərimizdə 3 hava limanına niyə ehtiyacın olduğunu bir daha təsdiq etdi. Hər 3 hava limanı bütün növ təyyarələri qəbul edə biləcək:
"Bu gün açılışı olacaq Zəngilan Hava Limanı həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq".
"Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsi ilə daşınan beynəlxaq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyətlidir", - deyə millət vəkili əlavə edib.
“Şimal” Elektrik Stansiyasını yaxın perspektivdə dayanmaq təhlükəsindən çıxarmaq, stansiyanı xilas etmək üçün təxirəsalınmaz şəkildə Xəzər dənizinin içərisinə doğru soyuq suyu 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluqda estakadanın və 2 yerdə su nasos stansiyalarının tikintisinə başlanılıb.
Bu barədə ""Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib.
T.Abdullayevin sözlərinə görə, buna səbəb stansiyanın işinə ciddi təhlükə yaranmasıdır:
"Xəzər dənizində son 20 ildə su səviyyəsinin 2 metrə yaxın aşağı düşməsi ölkənin ikinci böyük elektrik stansiyası olan və Bakının 40 faizdən artıq ərazisini elektrik enerjisi ilə təchiz edən, Şüvəlan qəsəbəsində yerləşən “Şimal” Elektrik Stansiyasının işini ciddi təhlükə ilə üzləşdirib.
Nəzərə alınsa ki, su səviyyəsinin günü-gündən aşağı düşməsi stansiyanın soyutma suyunun götürülməsində ciddi problem yaradırdı, o zaman yaxın illərdə ən böyük həcmdə enerji istehsal edən və ümumi gücü 800 meqavat olan “Şimal-1” və “Şimal-2” Elektrik Stansiyalarının yaxın perspektivdə fəaliyyətini tamamilə dayandırması qaçılmaz olacaqdı. Yeni estakada və su nasos stansiyalarının tikilməsi isə nəinki stansiyaları xilas edəcək, üstəlik daha dərinlikdən götürüldüyünə görə soyutma suyu 2,6 dərəcə aşağı tempraturda olacaq. Yeni estakada üzərində hər iki tərəfdən ümumilikdə 4 boru çəkiləcək və 2 nasos stansiyasında 8 nasos fəaliyyət göstərəcək.
Yeni estakadanın tikinti prosesi növbəli iş prinsipi əsasında aparılır. Qeyd edək ki, Xəzər dənizində su səviyyəsinin düşməsinə görə yeni estakada və su nasos stansiyasının tikilməsi “Şimal” Elektrik Stansiyasından əvvəl “Sumqayıt” Elektrik Stansiyasında uğurla həyata keçirilib, öz müsbət nəticəsini verib".
T.Abdullayev əlavə edib ki, “Şimal” Elektrik Stansiyasının yeni suqəbuledici kompleksinin tikintisini də xarici şirkətlər deyil, yerli şirkət həyata keçirir. Nəhəng layihənin 2023-cü ilin ilk yarısında başa çatması nəzərdə tutulur.
BP şirkətinin Cəbrayıl rayonunda inşasını planlaşdırdığı “Şəfəq” günəş elektrik stansiyasının (GES) 2024-cü ildə istismara verilməsi gözlənilir.
“Bunu energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Energetiklər Günü münasibətilə rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.
Onun sözlərinə görə, hazırda illik təxminən, 500 milyon kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 MVt gücündə GES-in inşası üzrə danışıqlar gedir: "Mühəndislik, dizayn və maliyyə məsələlərinin bu ilin sonuna qədər yekunlaşdırılması, 2023-cü ildə stansiyanın inşasına başlanması, 2024-cü ildə isə istismara verilməsi gözlənilir”.
Nazir bildirib ki, bu layihədə elektrik enerjisinin virtual transferini nəzərdə tutan biznes modelinin tətbiqi planlaşdırılır: “Bu model elektrik enerjisinin istehsalı və istehlakı üzrə “Şəfəq Layihəsi” və Səngəçal terminalı arasında bütün tərəflər üçün mənfəətli, eyni zamanda dekarbonizasiyaya töhfə verəcək mexanizmi özündə əks etdirir. Başqa sözlə, Qarabağda istehsal ediləcək “yaşıl enerji” Abşerona ötürüləcək, nəticədə Səngəçalda elektrik enerjisi üçün istifadə edilən təbii qaza qənaət ediləcək”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma binanın daxil olduğu yaşayış məhəlləsi barədə məlumat verib.
Bildirildi ki, ümumi sahəsi 2.06 hektar olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Zəngilan şəhərinin mərkəzi küçəsində, məktəb və biznes zonanın yaxınlığında yerləşəcək, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun olacaq. Bu məhəllədə ümumilikdə 10 bina tikiləcək. Bunlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması planlaşdırılır.
Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə ediləcək.
Tədbirdə yaşayış məhəlləsi barədə videoçarx nümayiş olunub.
Dövlətimizin başçısı Zəngilan şəhərində ilk yaşayış binasının təməlini qoyub.
Ağdam və Füzuli rayonlarında inşa edilməsi planlaşdırılan zəfər və işğal muzeylərinin layihələri təsdiqlənib, yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq.
Report xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisi və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi çərçivəsində təşkil olunmuş, Qarabağda biznes və investisiya imkanlarına həsr edilmiş konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.
"Tezliklə Ağdam və Füzulidə iki mərkəzi xəstəxananın inşasına da başlanılacaq. Hazırda isə işğaldan azad edilmiş ərazilərdə 4 məktəb tikiilir, onlardan 2-si bu ilin sonuna qədər təhvil veriləcək. Həmçinin həmin ərazilərdə 9 magistral avtomobil yolu, 2 dəmir yolu inşa edilir, enerji və su təchizatı baxımından işlər aparılır", - o deyib.
"Mədəni irsin qorunması da bizim üçün əsas prioritetdir. Hazırda Ağdamdakı Cümə və digər məscidlərdə bərpa işləri aparılır", - B.Hacıyev əlavə edib.
Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda tikilən 2-ci hava limanı sabah Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qatılacağı mərasimlə istifadəyə veriləcək.
"Haber Global" xəbər verir ki, Prezident Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanına enən ilk dövlət başçısı olacaq.
Zəngilan Hava Limanı texniki cəhətdən tam komplektləşdirilib, bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilib, hava hərəkətini avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən HHİ qülləsinin tikintisi başa çatdırılıb.
Zəngilan beynəlxalq hava limanının uçuş-eniş zolağının uzunluğu 3 000 metr, uzunluğu isə 60 metrdir.
Hava limanı terminalının buraxılış qabiliyyəti saatda 200 sərnişin üçün nəzərdə tutulub.
"Yol-xeber.az" xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhəri Binəqədi rayonunun Biləcəri, Binəqədi, M.Ə.Rəsulzadə, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,3 milyon (beş milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 oktyabr 2022-ci il