![]() |
|
“Lənkəran” QPS-də qaz qızdırıcı sobanın giriş xətti üzərində quraşdırılmış siyirtmədə yaranmış qaz sızmasının ləğv edilməsi məqsədilə, 10.10.2022-ci il tarixdə saat 10:00-dan etibarən təmir işlərinin görülməsi planlaşdırılır.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Lənkəran şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Polşa İkinci Dünya müharibəsində Almaniyanın bu ölkəyə vurduğu zərərə görə təzminat tələbini rəsmiləşdirib. Dəymiş zərərin həcmi 1,3 trilyon avro olaraq müəyyən edilib. Hazırda daha çox müzakirə edilən məsələlərdən biri olan - Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə də təzminatının ödənilməsinin tələb edilməsinə gəldikdə qeyd etmək istərdik ki, Polşanın müraciətindən əvvəl də dünya təcrübəsində oxşar nümunələr olub. 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə infrastruktur, evlər, inzibati və sosial binalar Ermənistan tərəfindən tamamilə dağıdılıb və meşələr məhv edilib. Dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa da, bu, yüz milyard dollarlar ilə ölçülür.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Birinci və İkinci Dünya Müharibələrindən sonra dəymiş ziyana görə təzminatların ödənilməsi faktları qeydə alınıb: "Körfəz Müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52,4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48,7 milyard dollarının ödənilməsinə artıq nail olunub".
V. Bayramov qeyd edib ki, Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir: əmlak və infrastruktura dəyən ziyan, insanların həyatını itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan: "Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, Ümumi Daxili Məhsula (ÜDM) kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu da həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur".
"Bu baxımdan, dəymiş ziyanın məbləğinin hesablanması yekunlaşandan sonra Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək, işğalçı Ermənistan tərəfindən təzminatın ödənilməsini tələb etmək hüququna malikdir. Təzminatın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmə qərarı çıxarılandan və ya beynəlxalq qətnamələr qəbul olunduqdan sonra hətta kasıb ölkələr belə o vəsaiti tam və ya qismən ödəyiblər. Beynəlxalq hüquq məhz bunu tələb edir", - deyə millət vəkili əlavə edib.
Gələcəkdə Ağdamdan Ağcabədiyə dəmir yolu xəttinin çəkilişi və bunun Horadiz-Ağbənd dəmir yolu xəttinə inteqrasiyası nəzərdə tutulur.
""Yol-xeber.az"" Report-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov Ağdamda keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.
O, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma qruplarının iyerarxiyası, infrastrukturun yaradılması, yol-nəqliyyat xətlərinin inkişafı haqqında məlumat verib.
Komitə rəsmisi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin texniki-iqtisadi göstəriciləri aidiyyəti qurumlarla hazırlanıb.
"Biz Qarabağ və Şərqi Zəngəzur üzrə rayonların, şəhərlərin baş planlarını hazırlayırıq. Ümumiyyətlə işğaldan azad edilmiş ərazilərin baş və müfəssəl planları hazırlanır", - deyə o, əlavə edib.
"Bakıdan Sumqayıta və əks istiqamətdə hərəkət edən sürət elektrik qatarlarının sayı deyildiyi kimi az deyil".
""Yol-xeber.az"" Report-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib.
"Sadəcə, sərnişinlərin sayı çoxdur", - o deyib.
"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Bakı şəhəri üzrə:
Respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində:
YOLUNUZ AÇIQ OLSUN...
“İşğaldan azad olunmuş ərazilərdə hazırda magistral yollar və kənd yolları tikilməkdədir”.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib.
“Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, 12 kilometr uzunluğu olan 84 yeni körpü salınacaq. Bu bizim gördüyümüz işlərin yalnız bir hissəsidir”,- dövlət başçısı qeyd edib.
Hazırda Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında rezident olmaq üçün 30 milyon manatdan çox investisiya dəyərində 6 layihəyə baxılır.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, bu layihələrin reallaşdırılması 400-dən çox daimi iş yerinin açılması deməkdir.
"Sənaye Parkının ilk rezidenti "KAMAZ Lizinq Azərbaycan" MMC artıq tikinti işlərinə başlayıb. Bu gün Sənaye Parkının yaradılmasından 1 il keçir. Sahibkarlar üçün əlverişli investiya imkanlarına malik park regionun iqtisadi potensialının reallaşdırılması və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm mexanizmdır", - deyə o qeyd edib.
Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,66 ABŞ dolları və ya 1,81% artaraq 93,34 ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Avronun məzənnəsi 1,2% azalaraq 1,6637 manat, Rusiya rublunun məzənnəsi 4,1% geriləyərək 0,0284 manat, Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,0917 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
"Yol-xeber.az" xəbər verir ki, Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu avtomobil yolunun 7-ci km-dən ayrılan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri sürətlə davam etdirilir.
Layihənin icrası ilə 38 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatı daha da inkişaf edəcək.
Uzunluğu 10 kilometr olan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yolları uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Yolun 8.5 km uzunluğa malik Həsənabad–Neftçala hissəsidə "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun torpaq əsaslı ərazisində deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb.
Hazırda sözügedən hissədə yeni yol əsasının inşası və asfaltlanma işləri aparılır. Artıq qeyd olunan hissənin 3.6 km-də asfalt işləri, 1.9 km-də torpaq işləri və yol əsasının tikintisi, 3 km-də isə suötürücü boruların quraşdırılması yekunlaşıb. Yolun yaşayış məntəqəsindən keçən hissəsində eni 1.5 metr, uzunluğu 900 metr olan piyada səkisinin inşası da sona çatıb.
Layihə çərçivəsində yolun 1.5 km-lik Bankə–Beştalı ərazisində frezlənmə işləri yekunlaşıb. Layihə üzrə yolun bu hissəsində Kür çayı üzərində yerləşən və uzunluğu 286 metr olan körpünün təmiri davam etdirilir. Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilir.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal, işıq dirəklərinin və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.
Avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.
YOLUNUZ AÇIQ OLSUN...