45 dəqiqəyə Bakıdan Şərqi Zəngəzura çatacağıq. Bu gün açılışı planlaşdırılan Zəngilan Beynəlxaq Hava Limanı bu imkanı bizlərə yaşadacaq. Azərbaycan 2 ildən qısa müddətdə işğaldan azad olunan ərazilərimizdə ikinci beynəlxalq hava limanını istifadəyə verir. Bu ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirildiyindən xəbər verir.

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa eniş edəcək. Qardaş ölkənin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyi gözlənilir.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki,
Regionda baş verən iqtisadi və geo-siyasi dəyişikliklər işğaldan azad olunan ərazilərimizdə 3 hava limanına niyə ehtiyacın olduğunu bir daha təsdiq etdi. Hər 3 hava limanı bütün növ təyyarələri qəbul edə biləcək:

"Bu gün açılışı olacaq Zəngilan Hava Limanı həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq".

"Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsi ilə daşınan beynəlxaq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyətlidir", - deyə millət vəkili əlavə edib.

“Şimal” Elektrik Stansiyasını yaxın perspektivdə dayanmaq təhlükəsindən çıxarmaq, stansiyanı xilas etmək üçün təxirəsalınmaz şəkildə Xəzər dənizinin içərisinə doğru soyuq suyu 8 metr dərinlikdən götürülməsinə imkan verən 540 metr uzunluqda estakadanın və 2 yerdə su nasos stansiyalarının tikintisinə başlanılıb.

Bu barədə ""Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib.

T.Abdullayevin sözlərinə görə, buna səbəb stansiyanın işinə ciddi təhlükə yaranmasıdır:

"Xəzər dənizində son 20 ildə su səviyyəsinin 2 metrə yaxın aşağı düşməsi ölkənin ikinci böyük elektrik stansiyası olan və Bakının 40 faizdən artıq ərazisini elektrik enerjisi ilə təchiz edən, Şüvəlan qəsəbəsində yerləşən “Şimal” Elektrik Stansiyasının işini ciddi təhlükə ilə üzləşdirib.

Nəzərə alınsa ki, su səviyyəsinin günü-gündən aşağı düşməsi stansiyanın soyutma suyunun götürülməsində ciddi problem yaradırdı, o zaman yaxın illərdə ən böyük həcmdə enerji istehsal edən və ümumi gücü 800 meqavat olan “Şimal-1” və “Şimal-2” Elektrik Stansiyalarının yaxın perspektivdə fəaliyyətini tamamilə dayandırması qaçılmaz olacaqdı. Yeni estakada və su nasos stansiyalarının tikilməsi isə nəinki stansiyaları xilas edəcək, üstəlik daha dərinlikdən götürüldüyünə görə soyutma suyu 2,6 dərəcə aşağı tempraturda olacaq. Yeni estakada üzərində hər iki tərəfdən ümumilikdə 4 boru çəkiləcək və 2 nasos stansiyasında 8 nasos fəaliyyət göstərəcək.

Yeni estakadanın tikinti prosesi növbəli iş prinsipi əsasında aparılır. Qeyd edək ki, Xəzər dənizində su səviyyəsinin düşməsinə görə yeni estakada və su nasos stansiyasının tikilməsi “Şimal” Elektrik Stansiyasından əvvəl “Sumqayıt” Elektrik Stansiyasında uğurla həyata keçirilib, öz müsbət nəticəsini verib".

T.Abdullayev əlavə edib ki, “Şimal” Elektrik Stansiyasının yeni suqəbuledici kompleksinin tikintisini də xarici şirkətlər deyil, yerli şirkət həyata keçirir. Nəhəng layihənin 2023-cü ilin ilk yarısında başa çatması nəzərdə tutulur.

BP şirkətinin Cəbrayıl rayonunda inşasını planlaşdırdığı “Şəfəq” günəş elektrik stansiyasının (GES) 2024-cü ildə istismara verilməsi gözlənilir.

“Bunu energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Energetiklər Günü münasibətilə rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.

Onun sözlərinə görə, hazırda illik təxminən, 500 milyon kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 MVt gücündə GES-in inşası üzrə danışıqlar gedir: "Mühəndislik, dizayn və maliyyə məsələlərinin bu ilin sonuna qədər yekunlaşdırılması, 2023-cü ildə stansiyanın inşasına başlanması, 2024-cü ildə isə istismara verilməsi gözlənilir”.

Nazir bildirib ki, bu layihədə elektrik enerjisinin virtual transferini nəzərdə tutan biznes modelinin tətbiqi planlaşdırılır: “Bu model elektrik enerjisinin istehsalı və istehlakı üzrə “Şəfəq Layihəsi” və Səngəçal terminalı arasında bütün tərəflər üçün mənfəətli, eyni zamanda dekarbonizasiyaya töhfə verəcək mexanizmi özündə əks etdirir. Başqa sözlə, Qarabağda istehsal ediləcək “yaşıl enerji” Abşerona ötürüləcək, nəticədə Səngəçalda elektrik enerjisi üçün istifadə edilən təbii qaza qənaət ediləcək”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan şəhərində ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma binanın daxil olduğu yaşayış məhəlləsi barədə məlumat verib.

Bildirildi ki, ümumi sahəsi 2.06 hektar olan yaşayış məhəlləsinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Məhəllə Zəngilan şəhərinin mərkəzi küçəsində, məktəb və biznes zonanın yaxınlığında yerləşəcək, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun olacaq. Bu məhəllədə ümumilikdə 10 bina tikiləcək. Bunlardan 6-nın ikimərtəbəli, 4-nün isə üçmərtəbəli olması planlaşdırılır.

Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə ediləcək.

Tədbirdə yaşayış məhəlləsi barədə videoçarx nümayiş olunub.

Dövlətimizin başçısı Zəngilan şəhərində ilk yaşayış binasının təməlini qoyub.

Ağdam və Füzuli rayonlarında inşa edilməsi planlaşdırılan zəfər və işğal muzeylərinin layihələri təsdiqlənib, yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq.

Report xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisi və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi çərçivəsində təşkil olunmuş, Qarabağda biznes və investisiya imkanlarına həsr edilmiş konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.

"Tezliklə Ağdam və Füzulidə iki mərkəzi xəstəxananın inşasına da başlanılacaq. Hazırda isə işğaldan azad edilmiş ərazilərdə 4 məktəb tikiilir, onlardan 2-si bu ilin sonuna qədər təhvil veriləcək. Həmçinin həmin ərazilərdə 9 magistral avtomobil yolu, 2 dəmir yolu inşa edilir, enerji və su təchizatı baxımından işlər aparılır", - o deyib.

"Mədəni irsin qorunması da bizim üçün əsas prioritetdir. Hazırda Ağdamdakı Cümə və digər məscidlərdə bərpa işləri aparılır", - B.Hacıyev əlavə edib.

Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda tikilən 2-ci hava limanı sabah Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qatılacağı mərasimlə istifadəyə veriləcək.

 "Haber Global" xəbər verir ki, Prezident Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanına enən ilk dövlət başçısı olacaq.

 
Qeyd edək ki, Zəngilanda beynəlxalq hava limanının inşası 2021-ci ilin yazında başlanıb. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa olunmuş 2-ci hava limanıdır.

Zəngilan Hava Limanı texniki cəhətdən tam komplektləşdirilib, bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilib, hava hərəkətini avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən HHİ qülləsinin tikintisi başa çatdırılıb.

Zəngilan beynəlxalq hava limanının uçuş-eniş zolağının uzunluğu 3 000 metr, uzunluğu isə 60 metrdir.

Hava limanı terminalının buraxılış qabiliyyəti saatda 200 sərnişin üçün nəzərdə tutulub.

 

 

 

 
11 Binəqədi rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı

 

"Yol-xeber.az" xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Binəqədi rayonunun Biləcəri, Binəqədi, M.Ə.Rəsulzadə, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,3 milyon (beş milyon üç yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 oktyabr 2022-ci il 

“Xocəsən” metro stansiyasında infrastrukturun qurulması, təchizat sistemlərinin qurulması istiqamətində son tamamlanma işləri gedir. Stansiya ilin sonuna qədər təhvil veriləcək. Bura həm stansiya, həm də elektrik deponun birinci mərhələsi daxildir".

Bu sözləri baku.ws-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O əlavə edib ki, bənövşəyi xəttin inkişaf mərhələsinə uyğun olaraq daha sonra elektrik deponun ikinci və üçüncü mərhələsi ilə bağlı inşaat işləri aparılacaq.

Qurum rəsmisi şərti adı B4 Bakının Cəlil Məmmədquluzadə küçəsində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa olunan metro stansiyasından danışıb: "B4 stansiyasında inşa işləri gedir. Birinci və ikinci səviyyədə geoloji məsələrlə bağlı ciddi problemlər olmayıb. Hazırda üçüncü səviyyədə qurunt işləri gedir və tikinti planlaşıdırılmış axarı ilə davam edir. Dördüncü səviyyədə işlər yekunlaşdıqdan sonra təhvillə bağlı açıqlama ediləcək. Gələn ilin sonuna qədər qurunt məsələləri ilə bağlı işlərin yekunlaşacağı gözlənilir.

Bənövşəyi xəttin özü yeraltı 12 stansiyadan ibarət olacaq. B4-dən sonra digər stansiyaların da mərhələli şəkildə inşası həyata keçiriləcək".

Bakıda 10 hektar ərazidə yeni avtomobil bazarı tikilir.

Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində inşa edilən bazarın hazırda 4 hektarlıq ərazisində işlər yekunlaşıb.

Asfalt vurulub, avtomobillərin sıra ilə dayanması üçün cizgi xətləri çəkilib. Bazarın nümayəndəsi Kəmaləddin Qədim deyir ki, burada satış həm açıq havada, həm də qapalı şəraitdə həyata keçiriləcək.

Alqı-satqıya cəlb edilən avtomobillərin vaxt itirmədən diaqnostika edilməsi üçün bokslar olacaq. Hazırda həmin təmir sexlərinin tikintisi aparılır.

Bazarın yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.

Ətraflı “Xəzər” TV-nin süjetində:

Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, "Vaz dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geri dönmə hissə yaradılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, bu, sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə edilir.

Yeni geri dönmə hissə yaxın günlərdə istifadəyə veriləcək.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri “Vaz” adı ilə tanınan dairənin tamamilə bağlanması səbəbindən avtobusların universitetin qarşısına gələ bilmədiyini, buna görə hər gün əlavə yarım saat vaxt itirdiklərini bildirmişdilər.

Xəbər lenti