Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq tender elan edib.

"Tender Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Göygöl, Salyan, Lənkəran rayonlarında və Mingəçevir, Sirvan şəhərlərində 1, 2 və 3 otaqlı olmaqla ümumilikdə 206 ədəd mənzillərin satın alınması ilə əlaqədar elan olunub.

İddiaçılar tender təklifi və tender təklifinin təminatını möhürlənmiş ikiqat zərfdə 13 oktyabr 2022-ci il saat 15:00-dək Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanına təqdim etməlidirlər.

İddiaçıların təklifləri 14 oktyabr 2022-ci il saat 15:00-da Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanında açılacaq.

Tenderdə iştirak haqqı nəzərdə tutulmayıb.

Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi yolların və Xırdalan şəhərində mənzil fondunun təmiri işlərinin satın alınması məqsədilə elan etdiyi 2 tenderə yekun vurub.

“Tenderlərin qalibi “Uğurlu İnşaat” MMC olub.

Qalib şirkətlə 1 199,684 min manat və 383,270 min manat olmaqla ümumilikdə 1 582,954 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Azərbaycanda unun qiymətinin qalxmasından sonra 50 qəpiklik zavod çörəyinin qiymətində 15 qəpik, hətta daha çox bahalaşma müşahidə edilib. Artıq bu bahalaşma çovdar tərkibli qara çörəklərdə də baş verir.

Belə ki, “Eviar” MMC-nin “İvanovka” brendinə məxsus çovdar çörəklərinin qiyməti, habelə “Nömrə 1” çörək zavoduna məxsus bəzi çörək növlərinin qiymətində iki, hətta üçqat bahalaşma var.

Alıcılar bildirirlər ki, həmişə 0.80-1 manat civarında aldıqları qara çörək indi iki manatdan da baha qiymətə mağaza piştaxtalarına qoyulub.

Ölkə.Az xəbər verir ki, bizim.media bahalaşmanın səbəbini aydınlaşdırmaq üçün MMC-lərlə əlaqə saxlayıb.

Hər iki çörək zavodundan verilən məlumatda bildirilir ki, pəhriz çörəklərindəki qiymət artımı xammalların bahalaşması ilə bağlıdır:

“Pəhriz çörəklərinin də tərkibinə əla növ un qatılır. Həmçinin bununla yanaşı, çövdar unu və digər məmulatlar da əlavə olunur. Hazırda xammallar bahalaşdığı üçün pəhriz çörəklərinin qiymətində də bahalaşma var”.

330610

330609

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra dərinləşən taxıl qıtlığı fonunda ölkələr yerli istehsalı daha çox artırmağa çalışırlar. 2022-ci ildə taxıl istehsalının artırılması və əkin sahələrinin genişləndirilməsi Azərbaycan üçün də priotitet idi. Gələn ildə də taxıl qıtlığının dünyada əsas problemlərdən biri olacağı gözlənildiyindən bizim üçün də ehtiyatların artırılması və idxalın əvəzlənməsi daha da aktuallaşmaqdadır.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, artıq Azərbaycanda dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. Bu il 955,2 min hektar sahədə dənli bitkilər əkilib. Sahələrdən 2 milyon 850,0 min ton məhsul toplanıb, məhsuldarlıq 30,4 sentnerə bərabər olub. Qeyd edək ki, məhsulun 1 milyon 731 min tonunu və yaxud 60,8%-ni buğda, 1 milyon 92 min tonunu (38,3%-ni) arpa, 26,2 min tonunu (0,9%-ni) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib:

"Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (192,3 min ton), Kürdəmir (135,1 min ton), Füzuli (125,7 min ton), Ağsu (115,6 min ton), Ağcabədi (113,8 min ton), İsmayıllı (110,7 min ton), Biləsuvar (96,7 min ton) və Sabirabad (93,1 min ton) rayonlarında qeydə alınıb.

Azərbaycan taxıla olan tələbin 60%-ni yerli istehsal və digər hissəsini idxal hesabına ödəyir. Bu ilki statistik rəqəmlər göstərir ki, gələn ildə də tələbin ödənilməsi üçün taxıl idxalı həyata keçirilməlidir. Taxıla olan tələbin tam ödənilməsi üçün yeni idxal mənbələrinin tapılması və ehtiyatların artırılması aktual olaraq qalmaqdadır".

"Ötən il taxıl idxalımızda Rusiyanın payı 95%-ə yaxın idi. Bu il idxal balansımızda Qazaxıstanın payının müqayisəli olaraq artması müşahidə edildi. Son aylar taxıl istehsalçılarının ixracatı məhdudlaşdırması idxal mənbələrinin xeyili dərəcədə azaldıb. Ukraynada əkin sahələrinin kəskin azalması da gələn il qlobal taxıl təminatına təsirsiz ötüşməyəcək. Bu baxımdan, dünya bazarında taxılın qiymətinin gələn ildə də yüksələcəyi istisna edilmir. Ona görə də, idxaldan asılılığın minimumlaşdırılması getdikcə daha da prioritetləşir", - deyə V. Bayramov əlavə edib.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

"Avronun məzənnəsi 0,5% azalaraq 1,6856 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0281 manat, türk lirəsi 0,1% bahalaşaraq 0,0936 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.

Prezident İlham Əliyev Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Yol-xeber.az xəbər verir ki, Sərəncama əsasən, Qax rayonunun Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 687,0 (altı yüz səksən yeddi) min manat ayrılıb.

Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən bir sıra strateji əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqların icrası davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə ümumilikdə 62 km-dən çox yeni təminat yolları çəkilib.

Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə həyata keçirilən zəruri tədbirlər yüksək peşəkarlıqla yerinə yetirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ilk ödənişli yolunu bu ilin sonuna kimi istifadəyə verməyi planlaşdırır.

Bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı yol infrastrukturu layihələrinə cəlb edilməsi üçün alınmış yol texnikası və maşın-mexanizmlərin təqdimatında deyib.

Onun sözlərinə görə, yolun tikintisi başa çatmaq üzrədir:

“Yolda cəmi 27 kilometr asfaltlanmamış hissə qalıb. Hazırda ödəniş üçün turniketlərin qoyulması işi aparılır. Eyni zamanda yolla hərəkət edəcək ağır tonnajlı maşınların müəyyənləşdirilməsi üçün tərəzilər quraşdırılır. Yəqin ki, bu ilin sonuna kimi yolun istismara verilməsinə dair üzərimizə götürdüyümüz öhdəliyi yerinə yetirəcəyik”.

bbvv

"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Müzəffər Nərimanov küçəsinin əsaslı təmir işlərinə davam edir.
 

Uzunluğu 1830 metr təşkil edən sözügüdən küçə Heydər Əliyev və Ziya Bünyadov prospektlərini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Ortalama eni 17.5 metr təşkil edən Müzəffər Nərimanov küçəsində aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 6983 kv.m sahədə bərpa olunub, 4582 p/m yeni səki daşları düzülüb. Küçəboyu 32 yeni yağış barmaqlıqlarının quraşdırılması işləri aparılıb.

Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. 

Son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. 

Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir. 

Xatırladaq ki, 2021-ci ildə Nərimanov rayonunda ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub

 

YOLUNUZ AÇIQ OLSUN...

 

bbvv
bbvv
bbvv
bbvv
bbvv
bbvv
bbvv
bbvv
bbvv

dgfgg

"Yol-xeber.az" xəbər verir ki, Dövlətimizin başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi  rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial - iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Qubadlı - Eyvazlı avtomobil yoludur.  

28,5 km uzunluğa malik Qubadlı - Eyvazlı avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 zolaqlı olmaqla, IV texniki dərəcəyə uyğun olaraq inşa edilir. Qubadlı rayonunda çətin relyefə malik ərazidən keçərək Eyvazlı kəndinə gedən avtomobil yolu boyunca geniş miqyaslı tikinti işləri davam etdirilir:

-    0-5-ci km-də yol yatağının tikintisi işləri aparılır;
-    5-6-cı km-də yol yatağının tikintisi yekunlaşıb;
-    6-14-cü km-də yol yamaclarının qırıcı üsulu ilə layihə səviyyəsinə gətirilməsi işləri icra olunur;
-    14-15-ci  km-də yol yatağının tikintisi işləri yekunlaşmaq üzrədir;
-    15-20-ci  km-də yol yamaclarının layihə səviyyəsinə gətirilməsi üçün tikinti işləri davam edir; 
-    20.9-21-ci km-də yol yatağının tikinti işləri son mərhələdə olmaqla aparılır;
-    21-22-ci km-lik hissəsində yol yatağının profilə salınması və dolğu işləri son mərhələ üzrə icra olunur;
-    23-25-ci km-lik hissədə yol yatağının tikintisi artıq yekunlaşıb;
-    27-28-ci km-lik hissədə isə dolğu işləri və yeni yol yatağının inşaası işləri həyata keçirilir;
-    28.5-ci km-lik hissədə yararsız qruntun və torpaq yatağının genişləndirilməsi üçün bitgi qatının çıxarılması, qazma, əks dolğu, dağ yamaclarının kəsilməsi, dağlarda qırıcı üsulu ilə yol yatağının layihə səviyyəsinə gətirilməsi və tikintisi icra edilir.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin və alt keçidlərin, həmçinin avtomobil körpülərinin inşaası aparılır:
-    24-24.44 km-də yerləşən düzbucaqlı su keçidinin ilkin təməl beton işləri, 
-    0-0.5 km-də suötürücü beton borunun tikintisi aparılır;
-    2.5-ci km-də inşa olunan 122.4 metr uzunluğa malik 4 aşırımlı körpüdə svay işləri yekunlaşıb, qazma və betonlama işləri icra olunub;
-    21-ci km-də tikilən 66 metr uzunluğa malik 2 aşırımlı avtomobil körpüsündə svay betonlama işləri aparılır. Körpünün A1, A2 dayaqlarında tikinti işləri yekunlaşmaq üzrədir, P2 dayağının təməlində betonlama işləri icra olunur. 

Xüsusi texnikalardan istidadə olunmaqla görülən “İnşaat Norma və Qaydaları”na uyğun olaraq, işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsi üçün tikinti ərazisinə lazımı sayda texnika və canlı qüvvə cəlb edilib.

Tikintinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə düşərgə inşa edilib. Düşərgədə asfalt-beton zavodu, beton zavodu və qum-çınqıl zavodu, maşın-mexanizmlərin saxlanması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub. 

Qubadlı-Eyvazı avtomobil yolu Qubadlı rayonun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.

 

BÜTÜN YOLLAR QARABAĞA  APARIR...

 

dgfgg
dgfgg
dgfgg
dgfgg
dgfgg
dgfgg
dgfgg
dgfgg
dgfgg
dgfgg
dgfgg
dgfgg

Xəbər lenti