![]() |
|
"Yol-xeber.az" xəbər verir ki, Cəlilabad rayonunun Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. On dörd min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğdən 7,0 (yeddi) milyon manat və 1.26.23-cü yarımbəndində göstərilmiş 10,2 milyon (on milyon iki yüz min) manat olmaqla ümumilikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 17,2 milyon (on yeddi milyon iki yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 noyabr 2022-ci il
Yaxın zamanlarda istehsalda istifadə olunan bəzi xammal növlərinin Azərbaycana gətirilməsinin gömrük rüsumlarından azad edilməsi planlaşdırılır.
Modern.az məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev bildirib.
T.Alverdiyev qeyd edib ki, ölkədə sahibkarlıq fəaliyyətinin inkişafına yönəlmiş bir sıra təşəbbüslərin reallaşdırılması gözlənilir:
"Azərbaycanın 2026-cı ilədək sosial-iqtisadi inkişafı strategiyası çərçivəsində komitəmiz tərəfindən "Yeni gömrük, gələcəyə baxış" proqramı hazırlanacaq. Bu proqramda beş prioritet istiqamət müəyyən edilib. Məsələn, bu günədək "e-customs" portalında avans ödəməsi zamanı sahibkar bu məbləği gömrük borclarının bağlanmasında istifadə edə bilmirdi. Bu problem qeyd olunan proqramda öz həllini tapıb və yanvarın 1-dən bu proqramın işə salınması nəzərdə tutulur".
Avropa İttifaqı hökumətləri bazar ertəsi Rusiyanın dəniz xam neftinin maksimal qiymət həddi ilə bağlı razılığa gələ bilməyiblər.
Reuters xəbər verir ki, buna səbəb Polşanın Moskvanın Ukrayna işğalını maliyyələşdirmək imkanlarını azaltmaq üçün maksimal qiymətin təklif olunandan daha aşağı həddə qoyulmalı olduğu ilə bağlı israrı olub.
"Heç bir razılaşma yoxdur. Hüquqi mətnlər artıq razılaşdırılıb, lakin Polşa hələ də qiymətlə razılaşa bilmir", - diplomatlardan biri deyib. Diplomatlar bildiriblər ki, qiymət həddi mexanizmi dekabrın 5-də qüvvəyə minsə də, danışıqlar üçün yeni tarix hələ müəyyən edilməyib.
"Gələn bazar ertəsi G7 ölkələri tərəfindən qiymət həddi ideyası ilə bağlı razılıq əldə olunmazsa, Aİ mayın sonunda razılaşdırılmış daha sərt tədbirləri - dekabrın 5-dən bütün Rusiya xam neftinin idxalına və fevralın 5-dən isə neft məhsullarına qadağa qoyacaq", - deyə diplomatlar bildiriblər.
Macarıstan və dənizə çıxışı olmayan iki mərkəzi Avropa dövləti boru kəməri idxalı üçün bu qadağadan azad oldular.
G7 bir barel üçün maksimal olaraq 65-70 dollar həddini təklif edir.
Rusiyanın hasilat xərclərinin təqribən 20 dollar olduğunu bildirən Polşa, Litva və Estoniya qiymətlərin maksimal həddini 30 dollar səviyyəsində tələb edir.
Azərbaycanda avtomobil parkı yenilənəcək, istismar müddətini başa vuran avtomobillər isə utilizasiyaya göndəriləcək. Bunun əvəzində vətəndaşlara yeni avtomobillər almaları üçün şərait yaradılacaq.
Bakı.ws xəbər verir ki, ölkədə köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb.
Belə ki, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın 7.3.7.1-ci bəndində Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnə, texniki-təhlükəsizlik və ekoloji cəhətdən yararsız nəliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub.
Layihə nəticəsində yol hərəkəti və ekologiya üçün təhlükəli hesab edilən köhnə nəqliyyat vasitələri utilizasiya ediləcək, yollarda şütüyən köhnə avtomobillər isə mərhələli şəkildə yeniləri ilə əvəzlənəcək. Bildirilir ki, istismar müddətini başa vuran, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək.
Bu layihənin həyata keçirilməsi zamanı vətəndaşları maraqlandıran məsələlərdən biri köhnə avtomobillərin hansı qaydada utilizasiyaya göndəriləcəyi, hansı şərtlərlə yeni avtomobilləri ala biləcəyidir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 7.3.7.1-ci bəndinə əsasən "Nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi" istiqamətində işlər davam etdirilir:
"Proqram çərçivəsində nəqliyyat vasitələrinin utilizasiyasının tam könüllülük əsasında həyata keçirilməsi, o cümlədən bu istiqamətdə müəyyən stimullaşdırıcı tədbirlər nəzərdə tutulur.
Belə ki, vətəndaş könüllü şəkildə nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra ona təqdim ediləcək təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil almaq istədikdə müəyyən qədər güzəşt əldə edəcək. Bundan başqa, təsdiqedici sənəd əsasında müəyyən məbləğin birdəfəlik ödəniş kimi alınması imkanı da nəzərdə tutulmuşdur.
Layihə hazırda dövlət qurumları ilə razılaşdırma mərhələsində olduğundan layihənin detalları barədə ətraflı məlumat aidiyyəti normativ sənədlər təsdiq edildikdən sonra veriləcək".
Hazırda Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə 78%, tikinti işlərinin 38%-i yerinə yetirilib.
"Yol-xeber.az" Report-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov deyib.
Onun sözlərinə görə, müharibə başa çatdıqdan sonra Ali Baş Komandanın əmri ilə bir çox layihələrə, o cümlədən məcburi köçkünlərin qaytarılacağı ərazilərin bərpasına start verilib:
"Onların arasında dəmir yolu rabitəsi ilə bağlı olanlar da var, bunlar Bərdə-Ağdam və Horadiz-Ağbənd qollarıdır. Uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolunun təməli 2021-ci ilin fevralında qoyulub. Hazırda layihə üzrə 78%, tikinti işlərinin 38%-i yerinə yetirilib. Daha bir layihə - uzunluğu 47,1 kilometr olan Bərdə-Ağdam layihəsi müharibənin başa çatmasından bir neçə gün sonra istifadəyə verildi. Hazırda layihələndirmə işlərinin 90%-i, tikinti işlərinin 58%-i yerinə yetirilib".
R.Rüstəmov bildirib ki, “Azərbaycan Dəmir Yolları” bu layihələri 2023-2024-cü illərdə tam istismara verməyi planlaşdırır: "Zəngəzur dəhlizinə gəlincə, biz onun işə salınmasının şərtlərini hazırlayırıq. Əslində bu istiqamət Avropaya yeni marşrut yaradır. Zəngəzur dəhlizi daha qısa, asan, Avropaya daha yaxşı çıxış imkanına malikdir və bu, Azərbaycanın tranzit potensialını artıra bilər".
Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə 4,23 milyon manat ayrılıb.
"Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 22-də bununla bağlı sərəncam imzalayıb.
"Paşa Bank" ASC Şuşada filial açacaq.
Bunu bankın Komplayns və idarəetmə üzrə baş direktoru Anar Kərimov deyib.
O bildirib ki, sözügedən biznes mərkəzi həmin regionu əhatə etmək məqsədi daşıyır:
"Hazırda "Paşa Bank"ın Şuşada filialının açılması məsələsi müzakirə olunur. Gələn il isə bununla bağlı daha geniş məlumat veriləcək", - deyə A. Kərimov əlavə edib.
Səudiyyə Ərəbistanının Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və müttəfiqləri ilə neft tədarükünün artırılmasını müzakirə etdiyinə dair mətbuatda yayılan xəbəri təkzib etməsindən sonra neft qiymətləri bir qədər yüksəldi.
"Brent" markalı neft fyuçersləri 0,17 dollar və ya 0,2% artaraq 87,62 dollar olub. ABŞ-ın Qərbi Texas (WTI) xam neftinin yanvar fyuçerslərinin qiyməti isə çərşənbə axşamı 0,07 dollar və ya 0,1% artaraq 80,11 dollar/barelə çatıb.
"Wall Street Journal" (WSJ) dekabrın 4-də keçiriləcək OPEC+ iclasında gündəlik 500 min barelə qədər artımın nəzərdən keçiriləcəyini bildirdikdən sonra hər iki göstərici əvvəlki sessiyada bir barel üçün 5 dollardan çox ucuzlaşmışdı.
Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salmanın krallığın hasilatın azaldılmasına sadiq qaldığını və potensial neft hasilatının artırılmasını OPEC-in digər neft istehsalçıları ilə müzakirə etmədiyini deməsindən sonra qiymətlər yüksəlişə keçdi.
“Yol hərəkəti haqqında” Qanuna iki məsələ ilə bağlı dəyişiklik edilməsi barədə məlumat yayılıb.
“Birinci məsələ nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə bu dəyişikliyin 10 gün ərzində dövlət qeydiyyatından keçirilməli olması ilə bağlıdır.
İkinci isə konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi məsələsidir.
Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynlinin sözlərinə görə, sözügedən dəyişikliklər hazırda qanunda yer alıb:
"Maraqlıdır ki, hər iki məsələ “Yol hərəkəti haqqında” Qanunda (27-ci maddənin müvafiq olaraq II və IV hissələrində) indi də əksini tapıb və bunlardan ötəri hər hansı dəyişikliyə zərurət yoxdur".
"Lakin gələn məlumat yalnız şifahidir və layihənin mətni əlimizdə olmadığından konkret nədən bəhs edildiyi tam aydın deyil. Düşünürəm ki, layihə rəsmi dərc ediləndə söhbətin nədən getdiyi aydın olacaq", - deyə ekspert əalvə edib.