Azərbaycanın beynəlxalq valyuta ehtiyatları cari ilin sentyabrın 30-na 55,1 milyard ABŞ dollarına çatıb ki, bu da illik müqayisədə 3,5% çoxdur.

Bunu Mərkəzi bankın sədri Taleh Kazımov deyib.

“Mərkəzi Bankın ehtiyatları isə 8,4% artaraq 7,7 milyard ABŞ dollarına çatıb”, - deyə AMB sədri əlavə edib.

Macarıstan Azərbaycandan Gürcüstan və Rumıniya vasitəsilə elektrik enerjisi almaq niyyətindədir.

“Novosti-Georgia” xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə danışıqlardan sonra açıqlayıb.

Onun sözlərinə görə, bu yolla Macarıstan hazırda elektrik enerjisi istehsalında istifadə olunan təbii qaza xeyli qənaət edə biləcək.

“Macarıstan ictimaiyyətinə çatdırmaq istərdim ki, böyük enerji təşəbbüsləri hazırlanır və bu bizim üçün maraqlıdır. Biz istəyirik ki, yeni, böyük ötürücü xətlər olsun və Azərbaycandan Gürcüstan, Rumıniya vasitəsilə elektrik enerjisi alınsın və bu təşəbbüslə biz indi elektrik enerjisi istehsal etmək üçün istifadə etdiyimiz çoxlu təbii qaza qənaət edəcəyik.

Əgər gələn il bu elektrik enerjisi bizə birbaşa verilsə, o zaman biz daha təbii qaz almağa məcbur qalmayacağıq. Cənab Baş nazirin bu təşəbbüsü dəstəkləməsinə çox şadam, bu məsələ Macarıstan üçün çox böyük fundamental əhəmiyyət kəsb edir”, - Orban bildirib.

O əlavə edib ki, Macarıstan Aİ hüdudlarından kənarda elektrik enerjisi əldə etmək baxımından təkcə qısamüddətli deyil, həm də uzunmüddətli həll yolu tapmağa çalışır.

“Biz çoxlu, çox böyük həcmdə və çox uzaq ölkələrdən idxal edirik. Bu məsələ Macarıstan üçün vacibdir, çünki bu məsələ inflyasiya, qiymət artımı ilə bağlıdır”, - Orban bildirib.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,94 ABŞ dolları və ya 0,97% artaraq 97,67 ABŞ dolları təşkil edib.

y

"Yol-xeber.az" xəbər verir ki, Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun Zığ-Hövsan hissəsinin texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə yenidən qurulması artıq yekunlaşmaq üzrədir

Sözügedən yolun uzunluğu 6.8 km, eni 32 metr təşkil edir. 4-6 hərəkət zolağından ibarət olan yol 1b texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hər bir istiqamət üzrə yol çiyinlərinin eni isə 3 metrdir.

Layihəyə uyğun olaraq yolboyu kommunikasiya xətlərinin köçürülməsi, yararsız qruntun qazılaraq çıxarılması, əks dolğu işləri aparılmaqla kipləşdirmə, həmçinin suötürücü boruların inşası artıq yekunlaşdırılıb. Ümumilikdə 300 metr uzunluğunda istinad divarlarının və yağış sularının ötürülməsi üçün 1 km uzunluğunda beton küvetlərin tikintisi aparılıb.

Yolun Hövsan qəsəbəsi istiqaməti üzrə layihədə nəzərdə tutulan bütün işlər artıq yekunlaşıb. Adıçəkilən hissədə yola 4 qat  27 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi icra olunub, yolayrıcı zolaqlarda və zəruri yerlərdə 2500 p/m yeni səki daşı düzülüb, işıq dirəkləri quraşdırılıb.

Yolun Zığ qəsəbəsi istiqaməti üzrə isə işlər yekunlaşmaq üzrədir. Belə ki, yolda nəzərdə tutulmuş qalınlıqda asfaltlanma işləri aparılaraq yekunlaşıb. Hazırda sözügedən istiqamət üzrə yol çiyinlərinin bərkidilməsi istiqamətində işlər davam etdirilir.

Yenidənqurma işləri çərçivəsində vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə 3 yerdə, yolun 1.82.2 və 4.4-cü km-lik hissələrində yerüstü piyada keçidlərinin inşası və 9 yerdə avtobus dayanacaqlarının quraşdırılması işləri də tamamlanmaq üzrədir.

Son mərhələdə siqnal dirəklərinin, zəruri yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin davam etdirilib yekunlaşdırılması ilə yol müasir görkəmdə cari ilin sonunadək vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, Zığ-Hava limanı yolundan Zığ-Suraxanı və yeni qurulan Zığ-Hövsan yollarına avtonəqliyyat vasitələrinin rahat daxil olmasını təmin etmək məqsədi ilə layihə çərçivəsində yeni dairə və yol hissəsi də inşa edilib.

 

YOLUNUZ AÇIQ OLSUN...


y
y
y
y
y

Bakı metropoliteninin “Xocəsən” stansiyası və “Xocəsən” elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb.

Modern.az məlumatına görə, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini Hidayət Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, hazırda stansiyada sınaq işləri aparılır:

“Stansiyanın ilin sonuna kimi istifadəyə verilməsi gündəmdədir. Artıq stansiya və elektrik deposunda işlər yekunlaşıb. Hazırda stansiyada sınaq-sazlama işləri aparılır, qatarların hərəkətinin təşkili son mərhələdədir. İşlər tam başa çatdırılandan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək”.

İşğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir.

Bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi xəbər verir.

Bildirilir ki, bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur.

2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur.

Yük maşınlarının Bakının mərkəzinə girişi ilə bağlı məhdudiyyət qüvvəyə minəcək.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd edilib ki, son vaxtlar Bakı şəhərində yaranmış nəqliyyat sıxlığının aradan qaldırılması və mövcud vəziyyətin optimallaşdırılması ilə əlaqədar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, yolların buraxılış imkanlarının artırılması, əhalinin nəqliyyat təminatının yaxşılaşdırılması və yol hərəkətinin təhlükəsizliyinin daha etibarlı təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası tərəfindən müvafiq tədbirlərdən biri kimi 2022-ci il 27 oktyabr tarixindən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulub.

DYP-dən bildirilib ki, icazə verilən müddət ərzində paytaxta daxil olmuş yük avtomobilləri səhər saat 07:00-dək, yanacaq daşıyan yük avtomobilləri isə səhər saat 06:00-dək şəhəri tərk etməlidirlər: “Bununla əlaqədar, bütün yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən, habelə yük sahiblərindən öz fəaliyyətlərini qeyd olunan müddətlərə uyğunlaşdırmaları xahiş olunur”.

Bakı-Quba-Rusiya avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri davam etdirilir.

Yol-xeber.az xəbər verir ki, yenidənqurma işləri çərçivəsində yolun köhnə örtüyü qazılaraq çıxarılıb, yeni yol yatağı inşa edilib.

Bundan sonra isə asfalt-beton örtüyünün döşənməsinə başlanıb.

Hazırda əsas asfaltlama işləri Bakı-Quba yolunun 77-87-ci kilometrliyində aparılır.

İş icraçılarının verdiyi məlumata görə, təmir çərçivəsində yola daha qalın asfalt örtüyü vurulur. Bu isə onun tez sıradan çıxmasının qarşısını alacaq. Sözügedən hissədə işlərin noyabr ayının sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.

Təmir edilən yolda avtonəqliyyat vasitələrinin təhlükəsizliyi üçün əlavə 3 metrlik çiyin də yaradılır. Asfaltlanma işlərindən sonra yol nişanları qoyulacaq və xətləmə işləri aparılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, ümumilikdə Bakı-Quba yolunun deformasiyaya uğramış 66 kilometrlik hissəsində təmir işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

Bakının çörək istehsalçısı ləğv edilir

“Pirallah-Çörək” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Yığıncaq 2022-ci il noyabrın 26-da saat 11.00-da Bakı şəhəri, 8 Noyabr prospekti 23 nömrəli ünvanda “AMAY” ticarət mərkəzində baş tutacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin ləğv edilməsi, ləğvetmə komissiyasının üzvlərinin və sədrinin seçilməsi məsələləri daxildir.

Qeyd edək ki, “Pirallah-Çörək” ASC 10.04.1997-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vəliyev Elnur Şahin oğludur. Nizamnamə kapitalı 329,206 min manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı ŞTQ-dır.

AAYDA tərəfindən görülən işlərin həftəlik icmalı - YouTube

"Yol-xeber.az" xəbər verir ki, 1. Saray-Novxanı yolunda yeni geri dönmə hissə yaradılır - 17 Oktyabr

2. Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb - 17 Oktyabr

3. Prezident İlham Əliyev  Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb - 18 Oktyabr

4. Bakı şəhəri, Xətai rayonunda Cavanşir küçəsinin əsaslı təmiri davam edir - 19 Oktyabr 

5. Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun Şükürbəyli - Cəbrayıl hissəsi istifadəyə verilib - 19 Oktyabr 

6. Bakı şəhəri, Xəzər rayonun Buzovna qəsəbəsində Cəfər Cabbarlı küçəsi təmir olunur - 20 Oktyabr

7. Tərtər və Bərdə rayonlarından olan vətəndaşların qəbulu keçirilib - 21 Oktyabr

 

YOLUNUZ AÇIQ OLSUN...

Xəbər lenti