![]() |
|
Cümə günü dolların ucuzlaşması ilə neft qimətləti yenidən yüksəlişə keçsə də, Çində tələbin zəifləməsi və ABŞ-ın Federal Ehtiyat Sisteminin faiz dərəcəsini daha da artırması ilə bağlı narahatlıqlar fonunda qiymətlər aşağı olaraq qalıb.
"Brent" markalı neft fyuçersləri əvvəlki sessiyada son dörd həftənin minimumuna - 89,53 dollara endikdən sonra 0,7% bahalaşaraq bir barel üçün 90,42 dollara çatıb.
ABŞ-ın Qərbi Texas (WTI) xam neft fyuçersləri isə 0,75 dollar və ya 0,9% dəyər qazanaraq bir barel üçün 82,39 dollara çatıb. Bu isə son altı həftənin minimumundan çox da yüksək olmayıb.
"WTI" bu həftə ərzində 7%-dən çox, "Brent" isə təqribən 6% ucuzlaşıb.
Dollar indeksi cümə günü aşağı düşərək nefti digər valyutalara sahib olan alıcılar üçün ucuzlaşdırıb.
Analitiklər, aprel ayından bəri ən yüksək səviyyəyə çatan COVID yoluxmalarının qarşısını almaq üçün Çində məhdudiyyətlərin tətbiq olunacağı ehtimallarının və daha çox faiz artımının ABŞ iqtisadiyyatını tənəzzülə sürükləyəcəyi ilə bağlı narahatlıqların bazarı zəiflətdiyini düşünür.
"Yol-xeber.az" xəbər verir ki, Bu gün Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə İşçi qrupunun iclası keçirilib. Toplantıda Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan üzrə aidiyyəti qurumların rəsmi şəxsləri iştirak edib.
İclasda bildirilib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun bütün iştirakçılarının birgə səyi nəticəsində 2022-ci ildə dəhliz üzrə tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Dəhliz boyu proseslərin optimallaşdırılması sayəsində çatdırılma müddətini azaltmağa imkan verən bir sıra əməliyyat təkmilləşdirmələri həyata keçirilib. Əməliyyatların idarə edilməsi xidmətinin tətbiqi marşrutun Azərbaycan seqmentində bütün tərəflər arasında operativ əlaqənin təşkilinə imkan verib.
Toplantıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə tarif dərəcələrinin təsdiqi və konteyner qatarlarının hərəkəti zamanı onların dislokasiyası barədə məlumat mübadiləsi üzrə aparılan işlərin yekunlarına dair İşçi qrupunun hesabatı müzakirə edilib.
Fransa senatının qəbul etdiyi mənasız, hüquqa zidd sənədinə Azərbayacan sərt reaksiya verməli, rəqəmlərə söykənən yanaşma olmalıdır.
"Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert sözügedən sənədin iqtisadi təsirlərindən də danışıb:
"Bu ilin ilk 9 ayında Azərbaycan Fransaya cəmi 48 mln 691 min dollarlıq mal-məhsul (əsasən neft) ixrac edib. Bu isə ölkənin həmin dövrdə ixracının cəmi 0,16%-ni təşkil edib. Eyni dövrdə Fransa Azərbaycana 170 mln. 182 min dollarlıq mal-məhsul ixrac edib ki, bu da ölkəmizin idaxalının cəmi 1,65%-dir. Yəni, biz Fransaya mal satmasaq, ordan da mal almasaq heç bir təsiri olmayacaq. 2021-ci ildə Fransanın ümumi ixracı 585 mlrd. dollar olub, indi Azərbaycan 200 mln. dollarlıq mal almasa nə olacaq? Heç nə, hətta biz onlara 50 mln. dollarlıq neft satmasaq da, Fransaya heç bir təsiri olmayacaq".
N. Cəfərlinin sözlərinə görə, Fransaya təsir edəcək məsələlərdən biri Azərbaycanda çalışan Fransız şirkətləridir: "Bu ölkənin 300-ə yaxın şirkəti məmləkətdə işləyir. Aralarında “Alstom”, “Thales”, “Schneider-Electric”, “Suez”, “Technip”, “Total”, “Lafarge-Holcim” (bu şirkət daha çox İsveçrəyə bağlıdır) kimi tanınmış, öz lobbi qrupları olan, Fransa siyasətinə təsir edə biləcək şirkətlər də var. Azərbaycan hökuməti həmin şirkətləri dəvət edib onlarla danışmalı, onların Fransa siyasətinə təsir mexanizmlərindən istifadə etməyi öyrənməlidir".
"Fransaya təsir edə biləcək ən böyük addımlardan biri isə bu ölkənin dünyanın müxtəlif bölgələrində digər ölkələrlə rəqabəti zamanı rəsmi Parisin rəqiblərini dəstəkləməkdir - Afrika, Asiya ölkələrində milyonlar xərcləmək daha məntiqlidir. Özü də ki, dünyanın bu bölgələrində Fransanın açıq-gizli rəqibi həmişə Böyük Britaniya olub, niyə də ingilis dostlarımızı daha yaxından dəstəkləməyək?", - deyə N. Cəfərli əlavə edib.
“Vətən müharibəsində tarixi qələbəmizdən dərhal sonra azad edilmiş ərazilərdə başlayan quruculuq işlərinə cari il üzrə istifadə olunmamış bəzi vəsaitlərin də bu istiqamətə sərf edilməsi ilə toplam 9 milyard manatdan artıq vəsait yönəldilib”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, 9 milyard 700 milyon vəsait 3 ildə azad edilmiş ərazilərin bərpası üçün xərclənib: "Azad edilmiş ərazilərin bərpa edilməsi ilə o torpaqlarda iqtisadi fəaliyyətinin canlandırılması məqsədilə bir sıra qanun layihələri də Milli Məclisə təqdim edilib. Prezidentin azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı sərəncamının həyata keçirilməsi üçün Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, Miqrasiya Məcəlləsinə və s. dəyişikliklər hazırlanıb”.
Səhiyyə Nazirliyi açıq tender elan edib.
"Tender Şuşa rayonunda 90 çarpayılıq Mərkəzi Xəstəxananın tikintisinin (birinci mərhələ) satın alınması məqsədilə keçirilir.
İddiaçılar tender təklifini 14 dekabr 2022-ci il saat 10.00-a qədər tender komissiyasına (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A, telefon- 493-03-18) təqdim etməlidirlər. Satınalma proseduru yuxarıda qeyd olunan ünvanda 15 dekabr 2022-ci il saat 10.00-da keçiriləcək.
Tenderdə iştirak haqqı 3000 manatdır.
"Yol-xeber.az" xəbər verir ki, “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi üzrə “Baksol” yolu adlanan avtomobil yolunun 1400 metrlik hissəsində yeni asfalt-beton örtüyünün döşənməsi və yolun hər iki tərəfində səkilərin tikintisi yekunlaşıb.
Ümumilikdə təmir işləri 17.500 kv.m-dən çox sahədə aparılıb.
Qeyd edək ki, adıçəkilən yolun digər hissələrində aparılan təmir işləri davam edir.
YOLUNUZ AÇIQ OLSUN...
Cari ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi sentyabr ayına nisbətən 102,2%, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 121% təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata əsasən, ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım unun, makaron məmulatlarının, peçenyenin, vaflinin, mal, qoyun və toyuq ətinin, təzə balığın, südün, yoqurtun, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, portağalın, bananın, pomidorun, kartofun, soğanın, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, arağın, azalma isə əsasən almanın, naringinin, limonun, xiyarın, kələmin, balqabağın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,4%, qeyri-ərzaq məhsulları üzrə 107,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4% təşkil edib.
"Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, təkcə ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 %, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 115,6 % olub.
“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarlarında təmassız ödəniş sisteminin təkmilləşdirilməsi üçün bu layihənin tərəfdaşları olan Azərbaycan Beynəlxalq Bankı (ABB) və "VISA" şirkəti ilə birgə işləri davam etdirir.
Bu barədə "Yol-xeber.az"a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Bu məqsədlə ABB ilə növbəti ilin ilk rübündən etibarən əlavə 100 ədəd validatorun alınması, eləcə də il ərzində bütün turniketlərdə təmassız ödəniş sistemindən istifadə üçün 250 yeni validator alınaraq quraşdırılması razılaşdırılıb. Bununla da Abşeron dairəvi dəmir yolu xətti boyunca 14 stansiyadakı bütün turniketlərin hamısının təmassız ödəniş sistemini dəstəkləməsi planlaşdırılır.
Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə "VISA", ABB və ADY-nin birgə tərəfdaşlığı çərçivəsində ölkə ictimai nəqliyyat sektorunda ilk dəfə olaraq təmassız ödəniş sistemi 2021-ci ilin iyun ayında Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən elektrik qatarlarında istifadəyə verilib.
Hazırda Abşeron dairəvi dəmir yolu xəttində yerləşən 14 stansiyada sərnişinlər həm kağız bilet, həm ADY kartları, həm də təmassız ödənişi dəstəkləyən istənilən bank kartları ilə ödəniş edə bilirlər. Bu ilin oktyabr ayına olan məlumata görə, ümumi ödənişlərin 16%-ini bank kartları təşkil edir.
Azərbaycanda ictimai nəqliyyat sektorunda ilk dəfə olaraq təmassız ödəniş layihəsi çərçivəsində “Google Pay” və “Apple Pay” üzərindən də turniketlərdə ödəniş edilməsi mümkün olacaq. Hazırda hər iki xidmət üzərindən ödəniş edilməsi sınaq mərhələsindədir. "VISA" kart istifadəçiləri üçün həm “Google Pay”, həm də “Apple Pay” xidmətlərinə inteqrasiya müvəffəqiyyətlə başa çatıb. “MasterCard” istifadəçilərinin xidmətdən istifadəsi üçün ABB və digər tərəfdaşlar arasında xüsusi texniki inteqrasiya işləri davam etdirilir. Tərəfdaşlarımızın verdiyi məlumata əsasən, texniki inteqrasiya işləri yaxın müddət ərzində tamamlanacaq.
"Google Pay" və "Apple Pay" üzərindən ödənişlə bağlı sınaq mərhələsi tam başa çatdıqdan və texniki inteqrasiya işləri tamamlandıqdan sonra bu barədə ADY sərnişinlərinə geniş məlumat təqdim edəcək.
1. Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ - Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb - 28 Oktyabr
2. Saray-Novxanı yolunda yeni geri dönmə hissə yaradılıb - 31 Oktyabr
3. Cari ildə Yasamal rayonu üzrə 6.05 km küçə təmir olunub - 31 Oktyabr
4. Xocəsən-Lökbatan avtomobil yolunda yerüstü piyada keçidi inşa edilir - 1 Noyabr
5. Əli Əsədov və Samir Nuriyevin başçılığı altında nümayəndə heyəti Şərqi Zəngəzura səfər edib - 2 Noyabr
6. “Baksol" yolunun asfaltlanmasına başlanılıb - 2 Noyabr
7. Cari ildə Nəsimi rayonu üzrə 3 km uzunluğunda küçə təmir olunub - 3 Noyabr
8. Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb - 3 Noyabr
9. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda daha bir piyada keçidinin tikintisinə başlanılıb - 4 Noyabr
10. Prezident İlham Əliyev Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb - 4 Noyabr
11. Nərimanov rayonunda Məsud Əlizadə küçəsinin təmiri yekunlaşmaq üzrədir - 5 Noyabr
YOLUNUZ AÇIQ OLSUN...