![]() |
|
“Azərişıq” ASC Xaçmaz rayonunun 5 kəndinin elektrik şəbəkəsini yenidən qurub, 7 kəndində işləri davam etdirir.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Xaçmazda genişmiqayslı işlərə başlanılıb.
Rayonun Sərkərli, Üçgün, Uzunoba, Hacıəhmədoba, Xanoba, Padar və Şıxlı kəndlərində də işlərə start verilib. Yergüc, Armudpadar, Əhmədoba, Yaquboba və Həsənqala kəndlərinin isə elektrik şəbəkəsi yenidən qurulub.
Yenidənqurma işləri çərçivəsində Sərkərli kəndində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 12 km-a yaxın 10 kV-luq, 8 km-dan çox 0,4 kV-luq elektrik xətləri yenilənəcək.
Xaçmazda işlərin başa çatdığı kəndlərdən biri Həsənqala kəndidir. Rayon mərkəzindən 25 km aralıda yeləşən Həsənqalanın 400-dən çox abonenti var. Həsənqala kəndində 7 ədəd KTM quraşdırılıb. 14 km-dan çox 10 kV-luq, 20 km-dan artıq 0,4 kV-luq elektrik xətti yenilənib. Bu qədim yaşayış məntəqəsinin enerji təsərrüfatı indi tam müasir səviyyəyə çatdırılıb.
Bütün işlər yekunlaşdıqdan sonra Xaçmazın 12 kəndində 3 mindən çox abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz ediləcək.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.
Adətən yayda ucuzlaşan yumurta indi bahalaşıb. İsti günlərdə yumurtaya tələbat qış fəslinə nisbətdə 1 milyon ədəd az olur. Nəzərə alsaq ki, yerli yumurta istehsalı ölkə əhalisinin təlabatını ödəyir, onda qiymət artımı böyük təəccüb doğurur.
Bazarda ağ yumurta 16 qəpik, sarı yumurta isə 22 qəpiyə satılır. Əvvəlki qiymətlər 12 və 18 qəpik ətrafında idi.
Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) İdarə Heyətinin sədri "ARB24"ə bildirib ki, yumurtanın qiymətində artım təbii bahalaşmadır: "Dünya bazarında yem məhsulların bir dəfədən çox bahalaşması Azərbaycana da təsir edib. Bu amil yumurtanın qiymətinə təsir edib".
Ətraflı videomaterialda izləyə bilərsiniz:
Təyinatı tikinti aparmaq üçün olmayan torpaq sahəsində ev inşa edənlər cərimə olunurlar.
Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ev tikən şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdşları tərəfinan aparılan monitorinqlər zamanı aşkar edildikdə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən protokol tətbiq olunur. Bu qanunsuz əmələ yol verdiyi üçün, fiziki şəxslər beş yüz manat, vəzifəli şəxslər min manat, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilirlər.
COVİD-19 pandemiyasının təsirləri və dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər səbəbilə təchizat zəncirlərinə mütəmadi təzyiqlərin yaranması, logistik xərclərin yüksəlməsi, bir çox ölkələrin tələbdən artıq ehtiyat yaratması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə müxtəlif proteksionist tədbirləri fonunda dünya bazarlarında ərzaqlıq buğdanın qiymətində artım davam etməkdədir.
Bu barədə Azərbaycanın iri un və çörək istehsalçılarının yaydığı birgə məlumatda bildirilir.
"Əsas ərzaqlıq buğda istehsalçısı olan ölkələrdə yaranmış siyasi və hərbi münaqişələr səbəbilə dünya bazarlarında ciddi qiymət və tədarük riskləri, habelə həmin məhsulların qlobal ticarətində məhdudiyyətlər müşahidə olunur. Münaqişələrin yaratdığı qeyri-müəyyənliklər, ərzaqlıq buğdanın logistik xərclərinin kəskin şəkildə yüksəlməsi, ixracın məhdudluğu və digər istehsalçı ölkələrin tətbiq etdiyi ixrac qadağaları dünya bazarında təklifin azalmasına və qiymətlərin yüksəlməsinə gətirib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, 2022-ci ilin iyul ayında 2021-ci ilin müvafiq ayı ilə müqayisədə ərzağın dünya üzrə qiymət artımı 13,1% səviyyəsində dəyərləndirilir. Təşkilatın proqnozlarına əsasən, 2022-ci ildə ümumilikdə qlobal istehsalın həcminin azalacağı gözlənilir.
Bununla yanaşı, ölkəmiz üçün xüsusilə önəmli olan məsələlərdən biri ən böyük ərzaqlıq buğda istehsalçılarından və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiyanın 2021-ci ilin fevral ayından tətbiq etdiyi yüksək ixrac tariflərinin hələ də qüvvədə qalmasıdır.
Dünya bazarlarında müşahidə olunan bu vəziyyət və ixracın məhdudlaşması ilə əlaqədar ölkəyə taxıl və un idxal edən sahibkarlıq subyektləri ciddi qiymət təzyiqləri ilə üzləşiblər. Cari ilin iyul ayında ölkəyə ərzaqlıq buğdanın orta idxal qiyməti 402,46 ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 67% (orta idxal qiyməti 241 ABŞ dolları), dekabr ayı ilə müqayisədə isə 18,4% (orta idxal qiyməti 339,89 ABŞ dolları) yüksəkdir.
Bununla belə, ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumətin ayırdığı subsidiyalar hesabına buğda və unun qiyməti real qiymətlərdən aşağı saxlanılıb. Subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün olmadığından, cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri unun qiymətini ərzaqlıq buğdanın ilin əvvəlinə olan idxal qiymətinə uyğunlaşdırıb.
Un istehsalçıları çörək və un məmulatlarının qiymətini 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək göstərilən səviyyədən yuxarı qalxmaması üçün bütün səylərini səfərbər edib və ötən dövr ərzində ərzaqlıq buğdanın qiymətində artımlar baş versə də, unun qiymətində artım olmayıb. Bununla belə, dünya bazarında, həmçinin əsas idxal bazarlarında taxılın qiymət dinamikasında artımın davam etməsi qiymətlərin yenidən uyğunlaşdırılmasını zəruri edir.
Yaranmış vəziyyətdə idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin 365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat.
Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək", - deyə məlumatda qeyd olunub.
"Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət sərhəd buraxılış məntəqələri fəaliyyət göstərir. Yük nəqliyyat vasitələrinin hərəkətində hər hansı məhdudiyyət tətbiq olunmur. Əcnəbilərin öz ölkələri istiqamətinə çıxışında məhdudiyyət tətbiq edilmir".
Bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenat Abbas Xəlilov mətbuat konfransında bildirib:
"Lakin həm Azərbaycan vətəndaşlarının giriş-çıxışı, həm də əcnəbilərin ölkəyə girişi yalnız hava nəqliyyatı vasitəsilə həyata keçirilir. Naxçıvanla bağlı da eyni qərar tətbiq olunur".
Kirayə mənzil bazarında ciddi qıtlıq yaşanır. Elə buna görə də artıq bəzi ev alqı-satqısı və kirayəsi ilə məşğul olan şəxslər ofislərinin girişinə "Kirayə mənzil yoxdur” elanları vurublar.
Xezerxeber məlumatına görə, rieltorlar deyirlər ki, qıtlığın əsas səbəblərindən biri Bakıda söküntülərin çox olmasıdır. Digər səbəb isə tələbə faktorudur. Artıq tələbələr əvvəlki illərdəki kimi kirayə qaldıqları mənzilləri yay aylarında təhvil vermirlər.
Uzun illərdir rieltorluqla məşğul olan Həşim Qədirov bildirir ki, bazarda kirayə mənzil təklifi az olduğundan qiymətlər də günü-gündən artır. İndi mərkəzdənkənar sayılan Sabunçu, Yasamal, Xətai və Nizami rayonlarının bəzi ərazilərində 300 manatdan aşağı ev yoxdur.
Mərkəzə yaxın yerlərdə isə qiymətlər xeyli yüksəkdir. Məsələn, "Nərimanov”, "Gənclik” və "Elmlər Akademiyası” metro stansiyalarının yaxınlığında ikiotaqlı mənzillər 500 manatdan bahadır.
Bildirilir ki, universitetə yeni qəbul olacaq tələbələrin xüsusilə sentyabr ayının əvvəllərində Bakıya gələcəyi nəzərə alınsa, qiymətlər daha da arta bilər.
Ətraflı süjeti təqdim edirik:
Mənzil İnşaatı Dövlət Agentliyi yeni güzəştli mənzillərin satışına başlayır.
Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu "6" ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi 815 mənzilin satışı 15 sentyabr 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 22 sentyabr 2022-ci il tarixi saat 11:00-dək davam edəcək.
Mənzillər haqqında məlumat:
Mənzillərin əldə edilməsi "Elektron hökumet" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindan asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
"Güzəştli mənzil sisteminden istifadə qaydası ilə bağlı etrafli melumatla, o cümlədən mətn ve video formatlı təlimatlarla www.mida.gov.az ve www.mida.az internet saytlarının ana səhifələrində "Güzəştli mənzil sistemi" keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ila nəzərdə tutulub.
Qeyd: "Azərbaycan Respublikasının Menzil Inşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə elde etmeleri Qaydası"nın 5.6-ci bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qerarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
Studio tipli mənzillərin qiyməti - 33 222 manatdan,
1 otaqlı mənzillərin qiyməti - 33 222 manatdan,
2 otaqlı mənzillərin qiyməti - 53 732 manatdan,
3 otaqlı mənzillərin qiyməti - 68 904 manatdan,
4 otaqlı mənzillərin qiyməti - 91 295 manatdan başlayır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:
Adında mənzil olan və ipoteka almaq istəyən şəxslər üçün qaydalar sərtləşdirilir.
"İTV" xəbər verir ki, evi olan şəxslər daha çox ilkin ödəniş etməli olacaqlar.
Yeni qaydaya görə, mənzil sahibi olan vətəndaşlar ipoteka ilə almaq istədikləri evin dəyərinin ən azı 30 faizini ilkin ödəniş kimi ödəməlidirlər.
Yeni qaydalar Mərkəzi Bankın kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərində təsbit olunub.
Ətraflı süjeti təqdim edirik:
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-iyul aylarına nisbətən 113%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,7%, qeyri-ərzaq məhsulları üzrə 107%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 110,1% təşkil edib
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, təkcə iyulda ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,5%, ötən ilin iyul ayına nisbətən 113,7% olub.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
"Avronun məzənnəsi 0,2% artaraq 1,7365 manat, Rusiya rublunun məzənnəsi 1,1% irəliləyərək 0,0278 manat, türk lirəsi 0,2% artaraq 0,0949 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.