Sabiq MTN polkovnik-leytenantı, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın oğlu Cavidan İsmayılov saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü İsmayılzadə Cavidan İlham oğlu İnterpol xətti ilə Çexiyada tutulub. Hazırda həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İlham İsmayıl saytımıza açıqlamasında bildirib ki, oğlunun sərhəddə sənədlə bağlı problemi yaranıb:

“Hazırda vəkili problemi həll edir”.

Qeyd edək ki, Cavidan İsmayılov barəsində Azərbaycanda 2016-cı ildə cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunub. Belə ki, Cavidanın tanınmış şəxslərin etimadını qazanaraq, iş qurmaq adıyla 970 min avro pulu mənimsəmədiyi iddia edilib.

Həmin ərəfədə o, Almaniyada olub.

 

 

 

“Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, “məni vurublar, tez gəl, evə daxil ola bilərlər”. Mən özümü çatdıranda artıq cinayətkarlar qaçmışdı”.

Bunu Gununsesi.info-ya açıqlamasında sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın qardaşı oğlu Toğrul Mustafayev deyib.

O bildirib ki, qan itirməməsi üçün əmisinin ayağını və qolunu kəmərlə sıxıb:

“Ağlıma ilk gələn yer “Semaşko” oldu. Gətirdim, buraya. Təmkinini itirməmişdi”.

“Ötən gün yaşadığı evin qarşısında güllə yarası alan Milli Məclisin deputatı Fazil Mustafa müalicə aldığı tibb müəssisəsində ikinci dəfə əməliyyat olunub”.

Bu fikirləri “Report”a açıqlamasında deputatın köməkçisi Əjdər Əliyev məlumat verib.

O bildirib ki, Fazil Mustafanın çiynindən aldığı yara ciddi olduğundan ikinci əməliyyat lazım olub:

“Hazırda onun səhhəti qaydasındadır”.

Xatırladaq ki, deputat ilk olaraq Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub. Daha sonra o, başqa tibb müəssisəsinə köçürülüb.
Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb.

Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən, oğurluq cinayəti törədən və üzərində soyuq silah gəzdirən ümumilikdə 15 nəfər saxlanılıb.

Şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin saxlanması, daşınması və satışı ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı 11 nəfər tutularaq məsuliyyətə cəlb edilib. 

Saxlanılan-Xəyal Baxışov, Murad Bəhərçinov, Baba Beydullayev, Həsən Həsənov, Firuddun Məmmədov, Kamran Mamedov, Orxan Qasımov, Əli Quliyev, Arzu Səmədov, Camal Umarov və İlqar Nağıyevdən müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb. Onlar ifadələrində narkotiklərin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə qabaqcadan əlbir olaraq rayon ərazisində dəmir boruları oğurlayan - Eldəniz Mirzəyev, Azər və İlkin Məmmədovlar, eləcə də avtomobilində soyuq silah hesab edilən xəncər gəzdirən Pünhan İsmayılov saxlanılıb.

Faktlarla bağlı rayon polis şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

 

 

 

Ötən gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı "Kalaşnikov” avtomatından istifadə edilərək terror aktı törədilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə zamanı deputatın avtomobilinə də ziyan dəyib.Belə ki, güllələrdən biri F. Mustafanın avtomobilinə dəyib. Millət vəkilinin "99-MF-009" nömrəli avtomobili özünün idarə etdiyi bildirilir.

Hadisə yerindən maşının fotolarını təqdim edirik:

 

 

 

"28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib".

Bu haqda DTX məlumat yayıb.

Bildirilib ki, terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

“Fazil Mustafa qarajın qapısını açıb həyətə girmək istəyəndə cinayətkar evin sağ tərəfində yerləşən daş hasarın arxasında gizlənərək gözləyib”.

Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafanın yaxın dostlarından biri deyib.

O bildirib ki, hadisəni törətmiş şəxs hasarın arxasından deputata atəş açmağa başlayıb:

“Cinayətkarın atəş açmasında məqsəd Fazil Mustafanı öldürmək olub. Deputat cəld tərpənərək yenidən maşına minib və tez qapını örtüb. Nəticədə o, çiynindən və ayağından 2 güllə yarası alıb, həmçinin avtomobilə ciddi zərər dəyib”.

Deputatın dostunun sözlərinə görə, hadisə Fazil Mustafanın kiçik qızının gözü önündə baş verib.

Qeyd edək ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda Kliniki Tibbi Mərkəzdə (Semaşko) həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova ağır itki üz verib.

İcra başçısının qardaşı Bağır Mikayılov dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilir.

Ermənilər Qarabağda QALMAYACAQ: Çünki qala bilmirlər... - Çünki adam deyillər...Ermənilər Qarabağda QALMAYACAQ: Çünki qala bilmirlər...

Çünki adam deyillər...

Azərbaycan öz vətəndaşı kimi qəbul etdiyi Qarabağ ermənilərinə dəfələrlə "ADAM OLUN" çağırışını etdi.

Bunun nə qədər ağır olduğunu hamımız yaxşı bilirik. Elə hamılıqla hökumətimizin Qarabağ ermənilərinin nazı ilə çox oynadığını irəli sürərək etirazımızı da ifadə etmişik, etməkdəyik də... Demişik ki, Qarabağ ermənisinin Azərbaycanda yaşayan digər xalqlardan hansı üstünlüyü var ki, dövlətimiz onların nazı ilə oynayır?

ƏKSİNƏ: Qarabağda elə bir eməni yoxdur ki, bu dövlətə xəyanət etməsin, şəhidlərimizin axan qanında günahkar olmasın...

Hətta buna rəğmən... bunca şəhidlərimizin ruhunun incidilməsinə rəğmən bizlər bir millət olaraq dövlətimizin siyasətini səbrlə izlədik.

Amma indi dövlətimiz də inanır və görür ki, artıq Qarabağdakı ermənilərdən nəinki vətəndaş, hətta adam belə qayrılması mümkün deyil.

Ona görə də... İRƏLİ!

Təbii ki, bu əmr əsgərlərimiz üçündür. Necə ki artıq belə bir əmri alıblar da, irəliləyirlər də...

Uca Tanrı əsgərlərimizi QORUSUN!

Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru

Mart ayının 26-da saat 00:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Şatırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucuları texniki vasitələrlə nəzarətə götürülərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları Germi şəhər sakinləri Əzimi Milad Əsgər oğlu və Fəllah Muhəmməd Əkbər oğlu olduqları müəyyən edilib.

Sərhəd pozucularının üzərlərinə baxış keçirilərkən ümumi çəkisi 41 kiloqram 370 qram narkotik vasitə, bir ədəd bıçaq və bir ədəd gözyaşardıcı bibər qazı aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 

 

 

Xəbər lenti