|
Millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb.
Trend xəbər verir ki, cinayət işi üzrə 6 nəfərin saxlanıldığı və digər şəxslərlə bağlı araşdırmaların aparıldığı məlum olub.
Xatırladaq ki, dünən Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfərin müəyyən olunaraq saxlanıldığı barədə rəsmi açıqlama yayılmışdı.
Qeyd edək ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Tovuz rayon Düz Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Məmmədov Emin Nizami oğlu qəza nəticəsində dünyasını dəyişib.
E.Məmmədov Azərbaycan Ordusunun hərbi qulluqçusu olub.
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdinin təşkilatçı və iştirakçılarından 3 nəfərin adı məlum olub.
Bununla bağlı Teleqram kanallarında foto paylaşılıb.
Onun köməkçisi Elşad Tofiq oğlu Əsgərovdur. 1983-cü ildə Bakıda anadan olan E.Əsgərov 2013-18-ci illərdə 9 dəfə İranda olub.
Millət vəkilinə atəş açan isə Səbuhi Vəliyəddin oğlu Şirinovdur. 1986-cı il təvəllüdlü S.Şirinov 2017-22-ci illərdə 15 dəfə İranda səfərdə olub.
Qeyd edək ki, dünən verilən rəsmi açıqlamaya görə, DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb. Hazırda onlar DTX-da dindirilir.
Bakının Xətai rayonunda martın 4-ü hipermarketdə baş verən silahlı insidentlə bağlı bəzi gizli məqamlar açıqlanıb.
Bununla bağlı Baku TV-yə həmin hadisəni araşdıran əməliyyatçı danışıb.
“Cinayət hadisəsi üzrə tərtib edilən əməliyyat planları icraya yönəldilib. Əməliyyat planlarına əsasən Daxili İşlər Nazirliyinin aidiyyəti qüvvələri koordinasiyalı şəkildə cinayətin isti izlərlə açılması və cinayəti törətmiş şəxslərin yaxalanması istiqamətində tədbirlərə başlayıb”.
Qeyd edək ki, martın 4-də günorta 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib. Hadisə hipermarketdə yerləşən bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb.
Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.
Ətraflı videonu təqdim edirik:
Martın 31-də axşam saat 22:50 radələrində cənub-şərq sərhəd zolağında son dərəcə zəif görünmə şəraitində Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri arasında atışma baş verib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, erməni əsgərlər arasında baş verən atışma nəticəsində ərazidən çağırışçı əsgər Hraçya Arai Saruxanyanın meyiti tapılıb. Daha bir əsgər yaralanıb. Yaralı əsgərin həyatı üçün təhlükə yoxdur.
Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
“MOUZE” “Telegram” kanalının məlumatına görə, İranın molla rejiminə xidmət edən daha bir nəfər saxlanılıb.
Onların arasında şəbəkə üzvlərinin “ustad ruhani” kimi təqdim etdiyi, Neftçala rayonundan olan Siyasət Bağırov da var.
Lent.az-ın əldə etdiyi məlumata görə, S.Bağırov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.
Qeyd edək ki, dünən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində üç iranpərəst dindar saxlanılıb.
Onlar - Şeyx İmran Ələsgərov, Alik Aslanov və Nicat Ağayevdir.
"Fazil Mustafa yaxın günlərdə evə buraxılacaq".
Bu sözləri Lent.az-a ötən gün güllə yarası alan Milli Məclisin deputatı Fazil Mustafanın köməkçisi Əjdər Əliyev deyib.
O bildirib ki, millət vəkilinin səhhəti qənaetbəxşdir:
"Hazırda Fazil Mustafanın səhhəti yaxşıdır. Həkimlər tərəfindən müalicəsi davam etdirilir. Məlumata görə, yaxın günlərdə Fazil Mustafa evinə buraxılacaq".
Qərb bölgəsində qeyri-sabit hava şəraiti qarın yağması ilə nəticələnib.
APA məlumatına görə, bu gün səhər saatlarında Daşkəsən və Gədəbəyə rayonunun mərkəzinə və ətraf kəndlərinə qar yağıb.
Hazırda qarın yağması dayansa da qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.
“Toponimlərimizin dəyişdirilməsi ötən əsrin 35-38-ci illərindən başlayıb”.
Bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar söyləyib.
“Sənəd və sübutlu şəkildə aydın olur ki, Azərbaycan toponimləri filan erməni toponiminə dəyişdirilsin. Bu formada dəyişdirilən 2000-ə yaxın toponimimiz var”.
İcmanın İdarə Heyətinin üzvü Nazim Mustafa 704 yaşayış məntəqəmizin adının Ermənistan tərəfindən dəyişdirildiyini qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:
Bu gün səhər saatlarında Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığında yanğın hadisəsi baş verib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.