|
İranda itkin düşən azərbaycanlı tələbə Fərid Qabil oğlu Səfərlidən məlumat yoxdur.
Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, rəsmi Bakı Tehrandan cavab gözləyir:
"Buna görə də, axtarışlarda son durumla bağlı məlumat yoxdur".
Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.
İsmayıllı rayonunda 4,2 maqnitudada zəlzələ olub.
Yeraltı təkanlar martın 24-də saat 11:13 radələrində qeydə alınıb.
Martın 21-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.
Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Axtarışda olduğuna görə ümumilikdə 14, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Mart ayının 18-i saat 03:40-da Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Mollaməhərrəmli kəndi yaxınlığında “Saipa” markalı, 99-PU-326 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılıb.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Nərimanov Rayon Məhkəməsində piyadanı vurub qaçmaqda təqsirləndirilən bloqer Səbinə Kətanovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) maddəsi üzrə cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü ((yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Səbinə Kətanovaya 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verilib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə aradşırılır.
Növbəti proses aprelin 5-nə təyin edilib.
İttihama görə, 1991-ci il təvəllüdlü Səbinə Kətanova 05 sentyabr 2021-ci il tarixdə, saat 18:10 dəqiqədə idarə etdiyi "Toyota Prado" markalı minik avtomobillə Nərimanov rayonu ərazisində yerləşən "Verona" mebel mağazasının qarşısı ilə saatda 5-10 km sürətlə hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada Röyal Çələbizadəni ehtiyyatsızlıqdan maşının qabaq sol hissəsi ilə sağ ayağından, sol yan güzgüsü ilə isə zərərçəkmişin sol qolundan vurub. Nəticədə Səbinə Röyal Çələbizadənin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib.
S.Kətanovanın barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət ittiham irəli sürülüb.
Xatırlatma: Bir müddət öncə Səbinə Kətanova özü də başqa bir cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdı. Belə ki, vəkil Vüqar Səfərli onu aldadaraq 130 min manatını ələ keçirmişdi.
Qeyd: Səbinə Kətanova instaqramda bloqer kimi tanınır. Onun 305 mindən çox izləyicisi var.
Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən, üzərində qanunsuz odlu silah-sursat gəzdirən, habelə mülkiyyət əleyhinə cinayətlər törədən şəxslərə qarşı xüsusi əməliyyatlar həyata keçirilib.
"Yol-xeber.az" xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin və ərazi polis orqanlarının martın əvvəlindən keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 48 nəfər saxlanılıb. Araşdırma zamanı saxlanılanların bir neçəsinin əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum edilmiş şəxslər olduqları müəyyən edilib. Onların üzərindən, yaşadıqları evlərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib.
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə üzərində qanunsuz olaraq silah gəzdirən Zamir Cəlilov saxlanılıb. Ondan bir ədəd “Revolver” tipli yivli tapança və həmin silaha aid patron aşkar edilib. Zamir Cəlilov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə rayon və paytaxtın digər ərazilərində avtomobillərdən silsilə oğurluqlar edən Fikrət Cəlilov tutulub. Həmin şəxs Bakı şəhərində müşahidələr apararaq qapısı sahibi tərəfindən açıq saxlanılan nəqliyyat vasitələrinin salonlarından mobil telefonlar, pul kisələri, noutbuklar və digər qiymətli əşyalar oğurlayıb. Fikrət Cəlilovun paytaxt ərazisində digər bu kimi cinayətlər törədib-törətmədiyinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davan etdirilir.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyat zamanı isə avtomobillərin ehtiyat hissələrinin satıldığı obyektlərdən birindən oğurluqlar edən Ceyhun Allahverdiyev və qardaşı Cəsarət saxlanılıblar. Bu şəxslər müxtəlif vaxtlarda həmin obyektə 3 dəfə daxil olaraq oradan xarici markalı nəqliyyat vasitələrinin katalizatorlarını oğurlayıblar. Ceyhun və Cəsarət Allahverdiyevlər bu yolla zərərçəkənə ümumilikdə 33 min manat maddi ziyan vurublar.
Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Biləsuvarda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, yaralanan 5 nəfərin hamısı Biləsuvar sakinləridir.
Qəza zamanı 1967-ci il təvəllüdlü Valeh Məmmədov, 1987-ci ildə anadan olmuş Vahid Paşayev, 1962-cı il təvəllüdlü Fəridə Hadıyeva, 1981-ci ildə anadan olmuş Elman Kərimov və 1949-cu il təvəllüdlü Rəfiqə Əhmədova xəsarət alıb.
***
Biləsuvarda yük və minik avtomobilləri toqquşub, 5 nəfər xəsarət alıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan TIR-la "VAZ-2107" markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.
DİN-in mətbuat xidmətindən bildirilib ki, 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.
Faktla bağlı araşdırma aparılır.
ncədən xəbər verdiyimiz kimi, erməni mediasında yayılmış məlumatlara görə, Qarabağdakı ermənilərin Rusiya "sülhməramlı"larının Xocalıdakı qərargahı qarşısında keçirilən etiraz aksiyasından sonra Rusiya tərəfi bu cür aksiyaların keçirilməsinə icazə verdiyinə görə separatçı-terrorçu rejim rəhbərlərini ciddi tənbeh edib.
Moderator.az xəbər verir ki, səhər saatlarında Ermənistanın "Hraparak" nəşrinin yaydığı yeni məlumatda guya sözügedən aksiyanın birbaşa baş nazir N.Paşinyanın sifarişi olduğu iddia edilir.
"Etirazçıların sayı çox az, 20-30 nəfər olsa da, Paşinyanın dünənki bəyanatından aydın oldu ki, Erməinstan hakimiyyəti bu faktı Ermənistan-Rusiya münasibətlərinin, xüsusən də Rusiya tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinin sübutu kimi istifadə edir və buna görə də anti-Rusiya əhval-ruhiyyəsi formalaşdırır"- erməni nəşrində bildirilir.
Bundan sonra isə N.Paşinyanın dünənki mətbuat konfransındakı çıxışından sitat gətirilir:
“Mənim üçün Ermənistan-Rusiya münasibətləri kontekstində ən vacib məsələ ondan ibarətdir ki, Dağlıq Qarabağda çox gözlənilməz bir hadisə baş verdi, Dağlıq Qarabağ əhalisi Rusiya sülhməramlı qüvvələrinin qərargahı qarşısında etiraz aksiyası keçirdi. Bu, narahatlıq doğuran məsələdir və mən bu narahatlığı Rusiya Federasiyasının Prezidentinə çatdırmağı zəruri hesab etdim”.
Qeyd edilir ki, Nikol Paşinyan belə deməklə sonradan bəhs edilən aksiyanı ruslara qarşı istifadə etmək məqsədilə Qarabağdakı "qeyri-hökumət" sektorunun tanınmış nümayəndələrinin məhz onun göstərişi ilə hərəkətə keçərək anti-Rusiya etirazı həyata keçirdiyinə dair şübhələri gücləndirib.
O da qeyd edilir ki, 2018-ci ildən sonra da Qaarabağda Paşinyanın himayəsində olan "qeyri-hökumət" sektorunun adı çəkilən nümayəndələri "fəallıq göstərərək qondarma inqilabı Ermənistandan" Qaarabağa köçürməyə çalışıblar, lakin bu cəhdləri uğursuz olub.
Xatırladaq ki, martın 7-i günortadan sonra Qarabağda məskunlaşmış bir qrup erməni martın 5-də Turşsu-Xəlfəli-Xankəndi yolundakı təxribatlarına cavab olaraq Azərbaycan hərbçiləri tərəfindən separatçı-terrorçu "polis"lərin zərərsizləşdirilməsinə guya Rusiya "sülhməramlı”larının hərəkətsizlik nümayiş etdirməsinə etiraz olaraq aksiya keçirib.
Zəngəzurun (Syunik) Vorotan kəndində bir sərhədçi intihar edib. İntihar edən şəxs dünən xidmətə çağırıldığı Abovyanda dəfn olunub. Lakin diqqətçəkən məqam odur ki, aidiyyatı qurumlar, Ermənistanın təhlükəsizlik xidməti intiharla bağlı heç bir xəbər yaymayıb.
Bu barədə “hraparak” məlumat yayıb.
Son vaxtlarda erməni hərbçilər arasında intihar hadisəsinin artdığını qeyd edən Zəngəzur ermənisi “hraparak”a açıqlamasında deyib ki, bununla bağlı məlumatlar ictimaiyyətdən maksimum gizlədilir. Hadisənin yalnız çox az qismi açıqlanır.