Azərbaycanda casusluq edən xarici ölkə vətəndaşı həbs olunub.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb.

Bildirilib ki, istintaq olunan cinayət işi üzrə aparılan araşdırmalar zamanı xarici ölkə vətəndaşı, 1994-cü il təvəllüdlü Ghaedi Mohammad Najaf oğlu tərəfindən Azərbaycan ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, toplanılmış çoxsaylı sübutlar əsasında Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycanın təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olub.

Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə araşdırmalar davam edir.

 

 

 

Bakıda avtobusların birində iki sərnişin arasında mübahisə dava ilə nəticələnib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Hadisə ilə bağlı avtobusun sürücüsü Abgül Mayılov "Xəzər Xəbər"ə danışıb. O bildirib ki, sərnişinlər arasında mübahisə dayanacaqdan başlayıb. Onlar avtobusa minmək üstündə dava ediblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ötən gün günorta satlarında paytaxtın Nizami rayonu ərazisində 66 saylı xətt üzrə hərəkət edən avtobuslardan birində baş verib.

Nazirlik iki nəfərin ictimai nəqliyyatda dalaşmasını əks etdirən görüntüləri dərhal nəzarətə götürüb və onlar qısa zamanda tez müəyyən edilərək saxlanıblar. Hər iki sərnişinin ifadəsi alınıb.

Məsələyə hüquqi qiyməti məhkəmə vərəcək.

Ali Məhkəmədə “Emin 444” (Emin Səfərov) ləqəbli kriminal avtoritetin qətlində ittiham olunan, məhum Zaur Yusifov və Həsən Tağıyevin barəsindəki hökmdən yenidən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd: Binəqədidə kriminal aləmin üzvü kimi tanınan Səfərov Emin Ehtiram oğlu (“Emin 444”) 2019-cu ilin mayında maşınında 78 bıçaq zərbəsi ilə öldürülüb. Onun qətli ilə bağlı cinayəti törədən Habil Tağıyev və cinayəti törətməyə göstəriş verməkdə təqsirli bilinən Zaur Yusifov saxlanılıb. Uzun çəkişmələrədn sonra Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Yusifova bəraət verib. Həsən isə 18 il müddətə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Zaur Yusifov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. O, azadlığa çıxdıqdan sonra vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Ali Məhkəmədə isə qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Daha sonra “Emin 444”ün xalası oğlu Samir Şirəliyev bu il martın 14-ü saat 21 radələrində Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində qisas məqsədilə . tanınmış idmançı, dünya çempionu Zaur Yusifovu “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Şirəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bakıda avtobusların birində iki şəxs arasında mübahisə dava ilə nəticələnib.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdə iki kişinin bir-biri ilə dava etməsi öz əksini tapıb.

Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi baş tutmayıb.

APA xəbər verir ki, prosesin təxirə salınmasına səbəb təqsirləndirilən şəxsin səhhətində problem yaranması olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində işə sədrlik edən hakim Əli Məmmədov iclasın martın 27-ə kimi təxirə salındığını elan edib.

Dürdanə Əliyevanın vəkili Rövşən Mərəndskiy APA-ya bildirib ki, Dürdanə Əliyeva 3 gün əvvəl yüksək təzyiqlə xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam edir.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda qeyd olunan əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib.

Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub. Sabiq rektor barəsində bir neçə həftə əvvəl məhkəməyə məcburi gətirilmə qərarı qəbul edilib.

Daxili İşlər Nazirliyi Azərbaycanda 16 yaşlı qızın ərə verilməsinə dair yayılan məlumatlara aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məsələ barədə araşdırma aparılıb:

“Müəyyən edilib ki, məsələ sosial şəbəkələrdə qeyd olunduğu kimi deyil. Yetkinlik yaşına çatmadığı iddia edilən və toyu olan xanımın 2023-cü il yanvar ayında 18 yaşı tamam olub”.

***
Azərbaycanda 16 yaşlı qız ərə verilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, qız oğlanla zorla evləndirilib və martın 17-də Sumqayıtda oğlan toyu olacaq. 

 

 

 
əbər verdiyimiz kimi, ötən gün Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rauf Mehdiyev intihar edib.
 
Rauf Mehdiyevin atası, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev "Unikal"a açıqlamasında oğlunun intihar etməsinin səbəbini bilmədiyini qeyd edib:
 
"Məni yandıran odur ki, Raufun heç bir problemi, dərdi, çatışmazlığı, zərərli vərdişləri yox idi. Gedib mağazadan bazarlıq edib, sonra kəndir alıb və özünü asıb. Raufun səbəbsiz intiharı mənim belimi qırdı".
 
Qeyd edək ki, Rauf Mehdiyev 2021-ci ildən Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi işləyib. O, ötən gün Abşeron rayonunun Məhəmmədi kəndində dəfn edilib.
Sürücü sükan arxasında öldü, maşını piyadaların üstünə çıxdı

Bu gecə Bakıda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 00:15 radələrində Nizami rayonu, Babək prospekti 23/23 ünvanının qarşısında 1966-cı il təvəllüdlü Qazıbəyov Elçin Aydın oğlunun idarə etdiyi “Honda” markalı avtomobil yoldan çıxaraq səkidəki insanlara və ağaca çırpılıb.

Nəticədə yol kənarında olan piyadalar: Rzayev Emil Elmar oğlu, Vəliyev Vəli Bəxtiyar oğlu,  Abdullayev Rəşad Mübariz oğlu və Şeydayev Abdul Yaqub oğlu xəsarət alıb. Elçin Qazıbəyov isə hadisə yerində ölüb.

İlkin araşdırma zamanı E.Qazıbəyovun sükan arxasında ürəktutmadan ölməsi və bu səbəbdən avtomobilin qəzaya uğraması məlum olub.

Qeyd edək ki, Elçin Qazıbəyov Naxçıvan şəhər Polis İdarəsinin rəisi polis polkovniki Eldar Qazıbəyovun qohumudur. O, özü də əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb.

Fakla bağlı Nizami RPİ-də araşdırma aparılır.

 


 

Ötən gün Bakıda baş verən silahlı insidentlə bağlı saxlanılanlardan birinin kimliyi bəlli olub.

Qafqazinfo verdiyi məlumata görə, hadisə ilə bağlı aparılan əməliyyat-istintaq tədbirləri çərçivəsində Elvin Qasımov adlı şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onun bu insidentin sifarişçisi olduğu iddia edilən kriminal avtoritet Emin Qasımovun qardaşı olduğu bildirilir.

Qeyd edək ki, dünən Bakı Sirkinin qarşısında iki nəfərin yaralanması ilə nəticələnən silahlı insident ətrafında müzakirələr davam edir. Silahlı hücumun kriminal aləmdə “Brilyant” ləqəbi ilə tanınan Nicat Lənkəranskiyə qarşı təşkil olunduğu iddia edilir.

İddialara görə, 2022-ci ilin oktyabrında Nicat İstanbulun Ataşehir qəsəbəsində “Emin Naxçıvanski” kimi tanınan Emin Qasımovun qardaşı Elnur Qasımovu Tural adlı killer vasitəsilə öldürtdürüb. Bundan sonra isə Emin qisas almaq qərarına gəlib və Nicatı aradan götürmək üçün killer tutub.

Eminin hazırda Azərbaycanda olmadığı bildirilir. Həyatda olan yeganə qardaşı Elvin Qasımov isə Bakıda yaşayır. Onun kriminal aləmlə bağlılığı olmadığı və restoran biznesi ilə məşğul olduğu deyilir.

Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyi cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfərin saxlanıldığını bildirmiş, lakin onların adları açıqlanmamışdı.

Xəbər lenti