Hələ yanvar ayında qazi, ehtiyatda olan polkovnik, Birinci Qarabağ müharibəsində Malıbəylidə könüllü tabor komandiri, Şuşada kəşfiyyat rəisi olan Azay Kərimov Ermənistanla Qarabağı birləşdirən daha iki torpaq yol olduğunu bildirmişdi.

O demişdi ki, o yollardan biri Xocalı rayonunun Kosalar kəndinin arxa tərəfindən Qırxqız dağının, Meşəli kəndinin yanından keçib Laçının Arduclu kəndinə çıxır. Digəri, sanki təbiətin özünün yaratdığı, qışda-yazda belə palçıq olmayan daş avtomobil yolu isə Xankəndidən əvvəlcə Kərkicahan kəndinə, sonra Xəlfəli və Şırlana çıxır: Şirlan kəndindən sağa - Laçının Arduşlu kəndinə, oradan da Laçına getmək olar, sol tərəfə burulanda isə təxminən 1 km-dən sonra Laçının Fingə kəndinin yaxınlığına, oradan da təxminən 500 metrdən sonra Xankəndi-Şuşa-Laçın yoluna, yəni Şuşanın Turşsu qəsəbəsinin alt hissəsinə - asfalt yola çıxmaq mümkündür. Bu marşrut heç bir maneə olmadan Şuşanın Onverst, Kiçik və Böyük Qaladərəsi kəndlərindən keçən yeni çəkilmiş alternativ yolla düz İrəvana kimi gedir.

A.Kərimov çağırış edərək, bu yolun keçdiyi kəndlərimizdə hazırda yaşayışın olmamasından ermənilərin istifadə edə biləcəyini demiş və nəzarətə götürülməsi vacibliyini bildirmişdi. Onun sözlərinə görə, həmin yollarla TIR-lar hərəkət edə bilməsə də, “Kamaz”, “Zil” yük maşınları hərəkət edə, UAZ-lar isə kifayət qədər yüksək sürətlə o yolla şütüyə bilərlər: bu yolla silah və ya hərbçi daşınması mümkündür.

Dünən bəlli oldu ki, ermənilər bu yollardan maksimum istifadə edirlər: 70 gündən çoxdur ekofəalların keçirdiyi aksiya sadəcə erməni separatçıların silah-sursat və digər hərbi təchizatında ləngimə yaradır, onu qətiyyən tam dayandırmayıbmış.

***

Rəsmi açıqlamaya görə, Azərbaycan Ordusu dünən erməni separatçıların sözügedən yollardan istifadə ilə silah-sursat daşıdığı haqda məlumat alır və bunun yoxlanılması üçün əraziyə bir qrup əsgər göndərilir. Əsgərlər UAZ markalı maşını saxlayırlar və bu zaman ermənilər atəş açır, iki əsgərimiz şəhid olur; UAZ-da olan 3 erməni zabit məhv edilir, biri isə yaralanır.

Erməni tərəfinin iddiasına görə, məhv edilən zabitlər - polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan, leytenant Ararat Qasparyan və yaralanan David Ovsepyan “artsax” polisinin “pasport-qeydiyyat şöbəsi”nin əməkdaşlarıdır.

Bu “pasport şöbəsinin” əməkdaşları niyə gizli yoldan istifadə edirlər və hara gedirlər? Ermənistana pasport paylamağa?

Ermənilərin iddiasına görə, onlar silah daşımırmış – üzərlərində yalnız tabel silahları olub.

Əvvəla, “pasport-qeydiyyat şöbəsinin” işçiləri niyə “tabel silahı” gəzdirirlər? İkincisi, tapançalı 4 separatçı Azərbaycan Ordusunun təpədən dırnağa silahlanmış əsgərlərinə müqavimət göstərir? Onlara bu cəsarəti kim və ya nə verir?

Bu erməni yalanları üzdə görünəndir. Daha dəhşətlisi var.

***

Toqquşmadan dərhal sonra ermənilər hadisənin yeri, Azərbaycan Ordusunun əsgərlərinin hərəkət istiqaməti, hətta yanlarında itin də olduğunu, əraziyə necə yaxınlaşmasını, daha sonra ora rus sülhməramlıların gəldiyini və s. əks etdirən PUA çəkilişləri və müşahidə kameralarının yaddaşından video-yazıları təqdim etdilər.

Kifayət qədər montaj var: Azərbaycan Ordusu UAZ-ı məhv etmək istəsəydi, saxlatmaz və yaxınlaşmazdı – elə dərhal gülləbaran edərdi. Ancaq əsgərlərimizin maşına yaxınlaşması bir daha təsdiqləyir ki, Ordumuz məhz yoxlamaq istəyib, məqsəd də Şuşanın arxasından – Qaybalıdan keçən UAZ-ın məqsəd və təyinatını aydınlaşdırmaq olub.

Ermənilərin yaydığı videoda kimin birinci atəş açdığı görünmür, əlbəttə ki, həmin hissəni kəsiblər və özlərinə uyğun düzəldiblər.

Ancaq maraqlıdır: Şuşanın düz arxasında erməni separatçıları Azərbaycan Ordusunun az qala addım-addım hərəkət istiqamətini necə müşahidə edir? Onlar hansı PUA-lardan, kameralardan istifadə edirlər? Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların nəzarəti altında olan hissəsində erməni separatçıların hər yeri yüksək dəqiqliklə dron müşahidəsində saxlaya bilməsinin sirri nədir?

Əsl dəhşətli fakt budur: belə çıxır ki, əsgərlərimizin UAZ markalı maşına yaxınlaşması, məqsədi və məramı haqda ermənilər artıq əvvəlcədən bilgiyə sahib olublar və hazırlaşıblar. Əsgərlərimiz yaxınlaşarkən erməni separatçı-terrorçu silahlıları “mövqe” seçiblər və ona görə də bu qədər arxayın davrana biliblər.

Separatçılar bu müşahidə qurğularını, ərazini tam nəzarətdə saxlaya bilən PUA-ları hardan və necə alıb?

***

Erməni separatçıları təxribata əl atır, atəş açır, ardınca isə separatçı-terrorçuların “dövlət naziri” elan edir: “orduya (Qarabağdakı erməni silahlı terrorçular nəzərdə tutulur, əslində isə Ermənistan ordusunun hərbi birlikləri də Qarabağ ərazisində qalmaqdadır – red.) istənilən hücuma layiqli cavab vermək və amansızlıqla cəzalandırmaq əmri verilib”.

Adətən ermənilər daha fərqli təbliğat üsullarından istifadə edirlər; onlar indi Azərbaycanın aqressorluğundan cəfəngiyyat danışmalı idilər. Ancaq meydanoxuma görünür.

Səbəbləri var: 2022-ci lin sentyabrında İrandan Xankəndiyə PUA-lar və raketlər ərməğan edildiyi haqda ilk dəfə məlumat yayıldı və əlbəttə ki, bu, ilk deyildi. Bundan öncə İranın Xankəndiyə yanacaq daşıyan onlarla sistern göndərdiyi üzə çıxmışdı. Belə məlum olur ki, 10 noyabr 20020-ci il bəyanatından dərhal sonra İran hərəkətə keçmiş və həm Ermənistanı, həm də Qarabağdakı separatçıları silahlandırmağa, onlara ən müasir PUA və raketlərini verməyə başlamışdı – həm də pulsuz!

2022-ci ilin oktyabr-noyabr aylarında iki dəstə olmaqla, 27 iranlı mütəxəssisin Xankəndiyə gələrək, separatçı-terrorçulara təlim keçdiyi haqda səhih məlumat yayıldı. Hətta o iranlıların pasportlarına qədər tirajlandı. Çox güman ki, bu da ilk fakt deyildi – bundan öncə də iranlı mütəxəssislər Xankəndidə separatçıları öyrətməklə məşğul olmuşdular.

Dünənki hadisənin görüntüləri altında şərh yazan ermənilər də açıq şəkildə meydan oxuyurlar: “Biz artıq 2020-ci ildəki deyilik”, “ordumuz ən müasir texnikadan istifadə edir” və s.

Bu arxayınlığı Ermənistana və Qarabağdakı separatçı-terrorçulara verən qüvvələr var və birmənalı olaraq bu qüvvələrin başında İran dayanır! İran erməni terrorçulara müasir silah-sursat, PUA-lar da verib, təlim də keçib!

Erməni separatçı-terrorçuları isə hazırda daha ciddi təxribatlarda maraqlıdır:

1. Azərbaycan Qarabağın erməni icması ilə danışıqlara başlayıb və Qarabağdakı erməni icmasının Azərbaycana inteqrasiyası gözlənilir;

2. Sülh sazişi hazırlanır və Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti belə deyil.

Prosesi Qərb də dəstəkləyir. Bundan narahat olan əsas qüvvə isə Qarabağdakı separatçı-terrorçular və onları himayə edənlər və əlbəttə ki, İrandır!

İran təkcə Ermənistanı iqtisadi-siyasi baxımdan dəstəkləmir; yalnız “Ermənistanın ərazi bütövlüyünü qırmızı xətti” sayıb, barmaq silkələmir, həm də 2020-ci ildə yaranmış yeni reallığı dəyişmək üçün növbəti savaşı qızışdırır.

Axar.az-da dərc olunan sözügedən məqalənin müəllifi hesab edir ki, Azərbaycanın addımlarının sərt olması və antiterror əməliyyatına başlaması, doğru yanaşma olmazdı. Qeyd edilir ki, bütün məkrli qüvvələr elə məhz bunu istəyir və Azərbaycanı savaşa çəkməyə cəhd göstərirlər.

"İndi əsas hədəf erməni separatçıların müşahidə kameraları və PUA-larını tədricən, səs-küysüz sıradan çıxarmaq, bütün ərazidə alternativsiz müşahidəni tam təmin etmək, separatçılara silah-sursat təminatını sonuna qədər kəsmək, sərhəddən bir quşun belə səkməsinə imkan verməməklə paralel danışıqları sürətləndirməkdir.

Deyəsən, Ordumuz elə bununla da məşğuldur: təsadüfi deyil ki, bir neçə gün öncə erməni separatçıların müşahidə kamerası hədəf alınmışdı.

Qarabağdakı separatçılar və onların arxasında duranlar da məhz bundan narahatdır, yaxşı bilirlər ki, kameraların və dronların sıradan çıxarılması ilə paralel, separatçı-terrorçulara hərbi təminatın tam kəsilməsi nəticəsində qısa müddətdə Xankəndidəki terrorçular tükənəcək.

Buna görə də mümkün olduqca təminatı saxlamaq, bu olmadıqda isə toqquşmanın bacardıqca tez baş verməsinə çalışırlar...", - məqalədə yazılıb.

Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn edilib.

Şəhid doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, 1995-ci ildə Neftçala rayonunda anadan olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Hüseynov Kamran Namiz oğlu martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək şəhid olub.//oxu.az

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlibəyli Şəhriyar Hafiz oğlunun nəşi Yasamal rayonunda yaşadığı evə gətirilib.

Oxu.Az xəbər verir ki, şəhidlə vida mərasimi yaşadığı evdə keçirilir.

Şəhidimiz İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, ötən gün Ermənistan tərəfinin törətdiyi təxribatlar nəticəsində Azərbaycan ordusunun iki hərbi qulluqçusu şəhid olub.

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş-leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub.

Onun sabah yaşadığı Bakı şəhərində dəfn olunacağı bildirilir.

Qeyd edək ki, Şəhriyar Əlibəyli subay olub, ailənin yeganə övladı idi. O, 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub.

 

 

Daha sonra ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu Badamdar qəsəbəsinə köçüblər. 2012-ci ildə 236 saylı tam orta məktəbi bitirib. Heydər Əliyev adına Hərbi İnstitutun məzunu olan baş-leytenant Ş. Əlibəyli Vətən müharibəsinin iştirakçısı olub.

Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib./Report

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb və iki nəfər yaralanıb.

TƏBİB-dən  bildirilib ki, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub. 

Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

Bildirilib ki, hazırda onlara zəruri tibbi xidmət göstərilir. 

Qeyd edək ki, bir nəfər hadisə yerində dünyasını dəyişib.

***

Hipermarketdə atışma nəticəsində zərərçəkənlərin adları məlum olub.

APA xəbər verir ki, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölən şəxs polis əməkdaşı Həsənov Rüfət Rahib oğludur. O başından güllələnib.

Yaralananlar isə Şaydayev Samir Ruslan oğlu kürək nahiyyəsindən 2 güllə yarası alıb. Adı açıqlanmayan 1 nəfər isə sağ ciynindən güllələnib.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər: "Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək".

***

TƏBİB-dən bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib.

Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək.

***

Hadisəni törədən şəxs supermarketin qarşısına quraşdırılmış bankomata inkassator heyətinin yaxınlaşmasını gözləyib.

Beynəlxalq Bankın inkassatorları bankomata yaxınlaşarkən həmin şəxs onlara tərəf gələrək atəş açıb. Baş nahiyəsindən güllə yarası alan inkassator hadisə yerində ölüb. Digər şəxs isə döş qəfəsi nahiyəsindən xəsarət alıb.

İnsidenti törədən şəxs ərazidan qaçaraq uzaqlaşıb.

***

Bakıda marketlərin birində silahlı atışma olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə zamanı iki nəfər güllələnib. Onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.

Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə barədə ətraflı məlumat veriləcək.

 

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-fevral ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, qanunsuz olaraq silah saxlama və xuliqanlıq cinayətləri edən ümumilikdə 71 nəfər saxlanılıb.

Həmin şəxslərdən 52-i narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Onlardan 39-u barəsində məhkəmə tərəfindən həbs, 13-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən 5 kiloqram heroin, marixuana, metamfetamin və narkotik tərkibli həblər çıxarılıb.
Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onları işlə təmin edəcəyi, həmçinin xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi barədə yalan vədlər verərək, zərərçəkənlərin pullarını dələduzluq yolu ilə ələ keçirən 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə, şəhər ərazisində yerləşən evlərdən və mağazalardan oğurluqlar edən 3, soyğunçuluq edən 1, qanunsuz olaraq silah saxlayan 1, xuliqanlıq edən 2 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.

Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

 

 

 

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Astara rayonu ərazisində keçirdikləri tədbir zamanın Şəmkir rayon sakinləri olan Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, onlar saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib, xidməti avtomobillərə zərər yetiriblər.

Polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Seymur Musayev zərərsizləşdirilib, digəri isə saxlanılıb.

Hadisə yerindən 1 ədəd avtomat silah və 40 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin, tiryək və psixotrop maddə götürülüb.

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən fevral ayı ərzində də Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib.

"Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 81 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 21 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Qeyd edilib ki, saxlanılan şəxslərin bir neçəsinin Sabunçu rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

 

 

 

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.

Mərhum ilahiyyatçının nəşi hazırda Məşədi Dadaş məscidinə gətirilib.

 

 
  •  

 

Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli vəfat edib.

Bu barədə din xadiminin rəsmi səhifəsində paylaşım edilib.

 

 

 

Xəbər lenti