|
Azərbaycanın tanınmış ilahiyyatçısı Hacı Şahin Həsənli vəfat edib.
Bu barədə din xadiminin rəsmi səhifəsində paylaşım edilib.
Bloger Səbuhi Xanlarov həbs olunub.
Səbuhi Xanlarov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunub.
Bloger barəsində inzibati qaydada 15 sutkalıq həbs qərarı verilib.
Məlumatı DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya təsdiq edib.
Xəbəri ilk olaraq manset.az saytı yayıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nəsimi rayonu ərazisində ağacların kəsildiyi müəyyən edilib.
Araşdırma zamanı Nəsimi rayonu, Ənvər İsmayılov küçəsi, “Yaşıl Ada” uşaq bağçasının ətrafındakı ağacların bağçanın sahibi Oktay Abutalıbov tərəfindən kəsildiyi məlum olub.
Unikal yazır ki, o, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, Baş Nazirinin sabiq müavini Hacıbala Abutalıbovun qardaşı oğludur.
Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti martın 2 -si səhərədək fasilələrlə müşahidə olunacaq.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Ölkə.az"a bildirib ki, dumanlı hava şəraitinə səbəb Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkət etməsidir.
Onun szölərinə görə, yüksək təzyiq sahəsində yer səthində gündüz saatlarında havanın temperaturunun yüksək olması nəticəsində atmosferin aşağı qatlarında olan isti hava axını yuxarıya doğru hərəkət edir: "Gecə saatlarında da temperaturun nisbətən aşağı olması, yer səthində və yuxarı hündürlüklərdə az sürətli cənub-şərq küləklərinin üstünlüyü dumanın əmələ gəlməsinə səbəb olub”.
G.Məmmədova qeyd edib ki, Bakı, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Şabran, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Astarada dumanlı hava şəraiti müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb: "Müqayisə üçün bildirək ki, fevralda dumanlı günlər Abşeron yarımadasında 2012, 2013, 2014, 2015, 2016, 2018, 2019, 2020, 2021, 2022-ci illərdə qeydə alınıb. Lakin bu il fevral ayında Bakı şəhəri və onun ətrafında, əvvəlki illərdən fərqli olaraq 3 gün ərzində davamlı qatı duman müşahidə edilir".
Şamaxının Göylər kəndində 14 yaşlı qıza təcavüz edilməsi ilə bağlı Dövlət Komitəsi Şamaxı Rayon İcra Hakimiyyətini (RİH) icra hakimiyyətini məlumatlandırıb.
Bu sözləri açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
“Uşağın səhhəti ilə bağlı ailə ilə danışıqlar aparılır. Ehiyac yaranrasa, uşaq müvəqqəti sığınacağa yerləşdiriləcək”- o söyləyib.
Şamaxı RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Yasin Fərhadov isə Ölkə.Az-a açıqlamasında azyaşlının ailəsinin yanında olduğunu söyləyib:
“Hazırda uşaq nəzarət altındadır. Məsələ ilə bağlı Şamaxı Rayon Polis şöbəsində araşdırma aparılır. Yekunlaşdıqdan sonra ətraflı məlumat veriləcək”,- deyə o əlavə edib.
Qeyd edək ki, Şamaxı rayonunun Göylər kəndində 14 yaşlı qıza təcavüz edilib.
Əməli törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.
"Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs müəyyən olunub və polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndində keçən hissəsində qeydə alınıb.
TIR-la "VAZ 21099" markalı avtomobillərin toqquşması zamanı 2 nəfər hadisə yerində ölüb.
Ağstafada yük maşını ilə minik maşınının toqquşması zamanı ölənlərin kimliyi məlum olub.
Qəza zamanı ölənlər rayonun Dağ Kəsəmən kənd sakinləridir.
Ölən şəxslərin adları aşağıdakı kimidir:
Orxan Rzayev (1987);
Məhəmməd Xəlilov (1987).
Qadının küçədən əri, atası və qayınanası tərəfindən zorla qaçırılması barədə xəbər vermişdik.
22 yaşlı gənc xanımın həyat yoldaşı və yaxınları tərəfindən şiddətə məruz qaldığı iddia edilir.
İddialara görə, qadın anasız böyüyüb. Atası Günəşlidə ögey anası ilə birgə yataqxanada yaşayır. Binəqədiyə ərə gəlib. Gələn gündən qayınanasından və ərindən şiddət görüb. 3 yaşlı övladını əlindən alıblar.
Həmçinin o da qeyd olunur ki, qadın evləndiyi gündən bu yana dükanda işləyib. Əri isə işsizdir və tüfeyli həyat sürür. Qadını aldadaraq ərizəsini geri götürməsini və yalnız bundan uşağı geri verəcəklərini deyirlər. Atası hazırda Binəqədidə ərinin evindədir. Polislər atasını və ərini heç yarım sutka saxlamadan buraxıblar.
Azərbaycanın Qərb bölgəsinin dağlıq rayonlarına güclü qar yağıb.
Report xəbər verir ki, ötən gün axşam saatlarından yağan qar səhərə qədər davam edib.
Nəticədə avtomobil yollarında gediş-gəliş çətinləşib, bəzi yerlərdə hərəkəti məhdudlaşıb. Problemin həlli məqsədlə yollara duz qarışıq qum səpilir.
Daşkəsəndə qarın hündürlüyü 35-40 sm-ə çatıb.
Gədəbəy, Göygöl və Şəmkirin ucqar kəndlərinə də qar yağıb. Bu rayonların da bəzi avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.