|
Vətən müharibəsi şəhidi, baş gizir Ramil Quliyevin anası dünyasını dəyişib.
Qafqazinfo xəbər verir ki, şəhidin anası Yazxanım Quliyeva yaşadığı Kürdəmir rayonunun Qarasu kəndində vəfat edib. Onun xəstəlik səbəbindən öldüyü məlum olub.
Qeyd edək ki, Ramil Nuralı oğlu Quliyev 1981-ci ildə Kürdəmirdə anadan olub. 2020-ci ilin sentyabrın 30-u Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub. Xidmət vaxtı və ölümündən sonra çoxsaylı medallarla təltif edilib.
13-14 sentyabr tarixində Ermənistan-Azərbaycan sərhəddində baş vermiş genişmiqyaslı eskolasiya zamanı Ermənistan tərəfinin kəskin sayda itki verməsinin əsas səbəbi Azərbaycan Ordusunun bizim ordudan qat-qat güclü olmasıdır.
Axar.az xəbər verir ki, bu sözləri tanınmış erməni hərbi analitik Narek Nersisyan deyib.
Onun sözlərinə əsasən, hazırda regionda ən güclü orduya malik Azərbaycan 2 gün ərzirdə Ermənistan silahlı qüvvələrinin sərhədboyu cəmlənən canlı qüvvəsini demək olar ki, tam yox edə bilib.
“Siz anlayırsızmı, tam olmayan 2 günə rəsmi olaraq təsdiqlənmiş 207 hərbçi itirmək nə deməkdir? Özü də bu rəqəm sözsüz ki, hakimiyyət tərəfindən kiçildilib. Əslində itkimiz daha çoxdur. Ermənistanın eks-prezidenti Robert Köçəryan deyir ki, təmas xətti effektiv təchiz olunsaydı, belə böyük itkilərdən qaçmaq mümkün olardı. Onun fikrincə, Ermənistanın hərbi-siyasi rəhbərliyi 44 günlük müharibədən sonra heç bir nəticə çıxarmayıb. Köçəryanın müasir hərbdən başı çıxmır. Vəziyyətə daha geniş rakursda baxmaq lazımdır. Qarşınızdakı rəqib Azərbaycandırsa, əgər bu ordu ən müasir silahlardan istifadə edirsə, hətta ən güclü müdafiə xətti buna dözə biməz, ciddi itkilərdən xilas edə biməz”, - deyə Nersisyan bildirib.
O qeyd edib ki, Azərbaycan Ordusunun qarşısında durmaq üçün ən müasir HHM sistemləri və güclü artilleriya olmalıdır. Ermənistanda isə bunlar yoxdur və yaxın gələcəkdə də olmayacaq.
“Bərdə Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılmış Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir”.
Bununla bağlı Bərdə Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, hadisə ilə əlaqədar Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb:
“Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib”.
***
Sosial şəbəkələrdə Bərdə rayonunda Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Ölkə.az-a bildirib ki, qeyd edilən görüntülərlə əlaqədar Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb.
Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib.
Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Səbail rayonu, Litvin Babayev küçəsində axşam radələrində tabesizlik göstərən yük maşını polis əməkdaşları tərəfindən silahdan atəş açılaraq saxlanılıb.
“Mercedes-Benz” markalı yük maşınının sürücü polisin “saxla” əmrinə tabe olmayaraq yolda zəncirvari qəzanın yaşanmasına səbəb olub.
“1983-cü il təvəllüdlü əvvəllər məhkumluq həyatı yaşamamış, Səbail rayon sakini Muradov Yaşar Əli oğluna idarə etdiyi yük avtomobili ilə yolayrıcını keçmə qaydasını pozduğuna görə Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “saxla” əmri verilib. Onu da qeyd edim ki, polisə tabesizlik göstərərkən yaxınlıqdakı 5 avtomobilə ziyan vurub. Bu səbəbdən yol polisi əməkdaşları şəxsin saxlanılması üçün silahdan istifadə etmək məcburiyyətində qalıblar. Atəşlə avtomobilin arxa təkərlərini partladıblar və sürücünü saxlayıblar.
Saxlanılarkən şəxsin anlaqsız vəziyyətdə, sərxoş olduğu məlum olub. Şəxsdən kəskin spirt qoxusu gəlib. O, yol polisinə tabe olmadığı üçün əraziyə dəstək üçün post patrul xidmətinin əməkdaşları cəlb edilib. Şəxs saxlanıldıqdan sonra həkim müayinəsinə aparılıb. Məlum olub ki, o, nəinki alkoqollu içkinin təsiri altındadır, həm də narkotik vasitə qəbul edib. Şəxs barəsində protokol tərtib edilib və zəruri araşdırmalar aparılır”.
Səbail rayonunda gecə saatlarında tabesizlik göstərən yük maşını polis əməkdaşları tərəfindən silahdan atəş açılaraq dayandırılıb.
Bu barədə məlumat sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində paylaşılıb.
Faktı oxu.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli təsdiq edib. O bildirib ki, hadisə dünən gecə saatlarında baş verib:
“1983-cü il təvəllüdlü əvvəllər məhkumluq həyatı yaşamamış, Səbail rayon sakini Muradov Yaşar Əli oğluna idarə etdiyi yük avtomobili ilə yolayrıcını keçmə qaydasını pozduğuna görə Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “saxla” əmri verilib. Onu da qeyd edim ki, polisə tabesizlik göstərərkən yaxınlıqdakı 5 avtomobilə ziyan vurub. Bu səbəbdən yol polisi əməkdaşları şəxsin saxlanılması üçün silahdan istifadə etmək məcburiyyətində qalıblar. Atəşlə avtomobilin arxa təkərlərini partladıblar və sürücünü saxlayıblar.
Saxlanılarkən şəxsin anlaqsız vəziyyətdə, sərxoş olduğu məlum olub. Şəxsdən kəskin spirt qoxusu gəlib. O, yol polisinə tabe olmadığı üçün əraziyə dəstək üçün post patrul xidmətinin əməkdaşları cəlb edilib. Şəxs saxlanıldıqdan sonra həkim müayinəsinə aparılıb. Məlum olub ki, o, nəinki alkoqollu içkinin təsiri altındadır, həm də narkotik vasitə qəbul edib. Şəxs barəsində protokol tərtib edilib və zəruri araşdırmalar aparılır”.
Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.
Bu barədə Xalq artisti Faiq Ağayev “Instagram” hesabında paylaşım edib.
Qeyd edək ki, R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” telekanalının direktoru işləyib.
O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. İlkin məlumata görə, 43 yaşlı musiqiçi ürəktutmadan vəfat edib.
“2021-ci ilin 8 ayı ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 10 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 80 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 18,2 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 92,3 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 12,5 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 57,1 faiz, fərarilik cinayətləri 40 faiz və xuliqanlıq cinayətləri 20 faiz azalıb”.
Bunu Azərbaycan Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyev “Xalq” qəzeti üçün yazdığı məqalədə bildirib.
O qeyd edib ki, əvvəlki dövrlərdə olduğu kimi, bu ilin keçən dövrü ərzində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əməkdaşlar əzmlə çalışıb.
“Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və zəhməti sayəsində ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 99 faizi açılıb”, - deyə o əlavə edib.
O daha sonra bildirib:
“Silahlı qüvvələrdə baş vermiş səbəbindən asılı olmayaraq ölümlə nəticələnən istənilən hadisə, eləcə də ölüm faktı üzrə başlanılmış hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunub”.
Ötən gün Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ordumuzun əsgərinin yaralanmasına cavab atəşi nəticəsində məhv edilən 3 erməni hərbçidən biri zabitdir.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Rıbar” hərbi Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun 28 sentyabr Kəlbəcər rayonu istiqamətində Ermənistan ordusunun təxribatını uğurla dəf etdiyi zaman məhv edilən 3 erməni hərbçisindən biri həmin istiqamətdə dislokasiya olunmuş erməni batalyonunun komandiri imiş.
“Rıbar”ın bu məlumatını Ermənistanlı siyasi fəal Mika Badalyan da öz səhifəsində bölüşüb.
Qeyd edək ki, Ermənistan MN 3 hərbçisinin məhv edildiyini açıqlasa da, onların adını və rütbəsini elan etməyib.
Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünün sərnişinlərin həyatını təhlükəyə atmasına münasibət bildirib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.az-a açıqlamasında bildirib ki, sürücü barədə tədbir görülür:
***
Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.
Qafqazinfo” xəbər verir ki, 90 MO 493 dövlət nömrə nişanlı avtobusun sürücüsü ötmə əməliyyatının qadağan olunduğu yerdə digər sərnişin avtobusunu ötüb, qarşıdan gələn minik avtomobili ilə toqquşmadan son anda qurtulub.
Təhlükəli anı əks etdirən görüntü qarşıdan gələn avtomobilin kamerasında düşüb. Hadisə sentyabrın 27-də baş verib.
Həmin anın videosunu təqdim edirik:
Sentyabrın 27-i saat 04 radələrində Suraxanı rayonu ərazisində 1984-cü il təvəllüdlü Əfqan Qədəşovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
"Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1986-cı il təvəllüdlü Səbuhi Zülalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Əfqan Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Səbuhi Zülalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq tədbirləri davam etdirilir.