|
Ermənistan Müdafiə Nazirliyinin şəxsi heyəti ilə yük maşınlarının sərhədə getməsini əks etdirən görüntülər yayılıb.
"Sözügedən video erməni "Telegram" kanallarında yayılıb.
Ermənistan hazırda özünə yol axtarır və Azərbaycana qarşı bir təsir, təzyiq imkanı əldə etmək istəyir. Ermənistan sərhəddəki təxribatlarla bəslənir.
Bu sözləri axar.az-a Ermənistanın Daşkəsən istiqamətindəki təxribatları və sərhədə yenidən qüvvə cəmləşdirilməsi haqqında danışan Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.
Ekspertin sözlərinə görə, Paşinyan hökuməti təxribatlardan daxili və xarici siyasət üçün istifadə edir, təxribatlara göz yuman Paris və Vaşinqton isə Azərbaycandan müəyyən güzəştlər əldə etmək istəyir:
“Bununla Azərbaycanı nəzarətdə saxlamaq və təsir altına salmaq istəyirlər. Bu dünya - qurdların dünyasıdır. Baxın, Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistana gedib, oradan 250 milyon dollarlıq silah alınıb. Bu pul hardandır? Alınan silahlar kimə qarşı istifadə olunacaq? Hazırki beynəlxalq münasibətlərin xüsusiyyəti belədir. Ona görə, o qədər də təəccüblənmirəm.
Hesab edirəm ki, yekun sülh müqaviləsi imzalananadək Ermənistan yenə təxribatlar törədəcək”.
Xəbər verdiyimiz kimi, ötən gün Oğuzda 11-ci sinif şagirdi dərs zamanı ölüb.
“Qafqazinfo” xəbər verir ki, Çaldaş kənd məktəbinin direktoru Adil Səmədov Modern.az-a Zarinanın özünəqapalı qız olduğunu bildirib, onun ölümü haqda danışıb: “Onun 6-cı dərsə qədər hər hansı narahatlığı olmayıb, hava soyuq olduğu üçün dərs açıq havada deyil, idman zalında keçirilib. Qızın halı müəllim və şagirdlərin yanında pisləşib. Biz dərhal təcili tibbi yardım çağırdıq, təəssüf ki, həyatını xilas etmək mümkün olmadı”.
Həmçinin oxuyun: Почему Рагсана разговаривает как “вор в законе”?
Direktorun sözlərinə görə, bir gün öncə Zarina özünü narahat hiss etdiyini deyirmiş: “Hadisədən bir gün əvvəl rayona anası ilə şəxsiyyət vəsiqəsi almaq üçün getmişdi, bizdə olan məlumata görə, orada özünü pis hiss edib, sonra vəziyyəti normallaşıb. Amma vəfat etdiyi gün dərs müddətində narahatlığı olmayıb”.
A.Səmədov qızın atasının da gənc yaşlarında qəflətən dünyasını dəyişdiyini deyib: “Zarinanın atası məktəbimizin gözətçisi olub, uşaqları kiçik yaşda olarkən, təxminən 6 il əvvəl vəfat edib. Qardaşı 8-ci sinifdə oxuyur, ataları gözlərinin önündə canını tapşırmışdı. Bu hadisədən sonra oğlan da bacısı kimi özünə qapanmışdı. Onların ikisi də məktəbimizin ən sevimli şagirdləri olublar”.
Kənd bələdiyyəsindən sayta bildirilib ki, məktəblinin ölümü ilə bağlı ekspertiza araşdırması aparılır. Araşdırma nəticəsindən sonra onun hansı səbəbdən öldüyü müəyyənləşəcək.
Qeyd edək ki, Zarina Əzizovanın ürəktutmadan dünyasını dəyişdiyi bildirilir. Onun atası da eyni səbəbdən vəfat edib.
Xatırladaq ki, hadisə rayonun Çaldaş kənd tam orta məktəbində baş verib. Həmin məktəbin 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizovanın məktəbdə idman dərsi zamanı qəfil halı pisləşib. 16 yaşlı Z.Əzizova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.
Z. Əzizovanın fotolarını təqdim edirik:
Bakıda maskalı şəxs yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə oktyabrın 17-də saat 5 radələrində Qaraçuxur qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gələn maskalı şəxsin orada operator işləyən Bakı şəhər sakini O.Əsədzadəni bıçaqla hədələyib 250 manatını alması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
10-dan çox şəxsi müxtəlif yollarla aldadaraq, onların külli miqdarda pulunu ələ keçirən 1996-cı il təvəllüdlü Məmmədov Ayxan İsmayıl oğlunun məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo” məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Ayxanın dələduzluq yolu ilə ələ keçirdiyi ümumi məbləğ isə yarım milyon manata yaxın olub. O, birinə sosial ev almaq, digərinə iş düzəltməyi, başqa birinin xəstəsini müalicə etdirəcəyi adı ilə külli miqdarda pullar mənimsəyib.
Məhkəmədə ifadəsində 2019-cu ilədək “Xəzər TV”də çalışdığını bildirən Ayxan, dələduzluqlarından bir neçəsini də tanınmış aparıcı Xoşqədəm Hidayətqızının adından istifadə etməklə həyata keçirib. Belə ki, Ayxan bir neçə zərərçəkənə özünü X.Hidayətqızının gah mühafizəçisi, gah da köməkçisi kimi təqdim edib.
Ayxan bu əməlini məhz qonşularına qarşı törədib.
Belə ki, Ayxan qonşusu Mirsədizadə Afaqgildə olarkən televiziyada müxtəlif kanallarda işlədiyini, Xoşqədəm Hidayətqızına 6 000 dollar məbləğində pul lazım olduğunu və 10 gün müddətində 1 000 dollar artığına qaytaracağını bildirib.
Ev sahibi Ayxanın onun evində çörək kəsdiyini, övladlarından ona fərq qoymadığına görə şübhə etməyib və 6 min dolları verib.
10 gün müddətin tamamında ona zəng edərək pulun çatdırılmasını istədikdə isə, Xoşqədəm Hidayətqızının başının ciddi işlərə qarışdığını, heç nədən narahat olmamağı və yaxın vaxtda da pulunu qaytaracağını bildirib.
Aradan 2-3 ay keçdikdən sonra yenidən ona zəng edib pulun qaytarılmasını istədikdə Ayxan, onun telefonuna “Porsche” markalı avtomobilin fotoşəklini göndərərək guya Xoşqədəm xanıma məxsus olduğunu və həmin avtomobilin satışının ona həvalə olunduğunu, yaxın günlərdə avtomobili satan kimi aldığı pulu qaytaracağını bildirib.
2018-ci ilin noyabr ayında Ayxan onun evinə gələrək Xoşqədəm xanımın avtomobilinin satıldığını və vacib işləri üçün ona üç gün müddətinə əlavə 5 500 ABŞ dollarının lazım olduğunu, qaytararkən öz hesabından 300 ABŞ dolları əlavə edəcəyini, üç gün ərzində ona aldığı pulları cəm şəklində qaytaracağına əmin edib. Qonşusu pullarının cəm şəklində qaytarılacağına inanaraq, yaşadığı ünvanda Ayxana əlavə olaraq 5 500 ABŞ dolları məbləğində pul verib.
İki dəfəyə ondan 11.500 ABŞ dolları məbləğində pul alıb vədlər verməsinə baxmayaraq, Ayxan uzun müddət bu pulların qaytarılmasından yayınmağa başlayıb, hətta pandemiyanı bəhanə edərək işlərinin qaydasında getmədiyini, müəyyən çətinliklərin yarandığını, lakin pulları hökmən qaytarılacağını vəd edib. Ayxanın aldatdığı qadın seyid olub.
Ayxan növbəti dələduzluğunda da Xoşqədəm Hidayətqızının adından istifadə edib. O, zərərçəkən İradə adlı qonşusuna Xoşqədəm Hidayətqızına bir həftəyə 17 000 manat pul lazım olduğunu deyərək ondan həmin məbləğdə pul istəyib.
Qadın isə Ayxanın səmimiyyətinə şübhə etməyərək, evinin təmiri üçün topladığı pulu ona verib. Maraqlıdır ki, Ayxan bir həftəyə həmin məbləği sahibinə geri qaytarıb.
Lakin, üç gün sonra yenə zərərçəkənin evinə gələrək Xoşqədəm Hidayətqızı ilə birlikdə “Səni axtarıram” verilişi üzrə çəkilişlə bağlı Türkiyəyə getməyə hazırlaşdıqlarını, Xoşqədəm xanıma 10 gün müddətinə gedib-qayıtmağa 10 000 ABŞ dolları məbləğində pul lazım olduğunu, qayıtdıqdan sonra üstündə əlavə hörmət edəcəyini deyərək qaytardığı 17 000 manat pulun ona verilməsini istəyib.
Qadın Ayxanın dediklərinə inanıb bir neçə gün əvvəl qaytardığı 17 000 manat pulu ərinin şahidliyi ilə sayıb ona verib. Ayxan pulu alıb getdikdən bir neçə gün sonra zəng edərək Xoşqədəm xanımla Türkiyədə olduğunu deyib onların orada qalması üçün 5 000 manat pul lazım olduğunu bildirərək, həmin məbləği qardaşı və ya anasının vasitəsilə ona göndərilməsini xahiş edib.
Həmçinin danışarkən ona bildirib ki, Xoşqədəm xanımla Türkiyədə gəlirli bir iş həll edib verdiyi pulları artıqlaması ilə əldə edib Bakıda pulları qaytaracaq. Ayxan bu üsulla zərərçəkəndən daha 5 min manat alıb.
Qonşuları Ayxandan pulu geri tələb edən zaman isə, o, Xoşqədəm Hidayətqızının adından mesaj yazaraq onları arxayın salıb. Mesajların mətnində pulların qısa müddət ərzində geri qaytarılacağı qeyd olunub. Vədlərə bir müddət səbir edən zərərçəkənlər, sonda hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Təqsirləndirilən şəxs zərərçəkənlərə qardaşının DTX-da, anasının müəllim, atasının bələdiyyə sədri işlədiyini bildirib.
Məhkəmə zamanı müəyyənləşib ki, Ayxan Məmmədova məxsus bank kartına iki il müddətinə 485 206 (dörd yüz səksən beş min iki yüz altı) manat məbləğində depozit edilib. O, bu məbləğin 139 013,90 manatını çıxarış edib.
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Oktyabrın 18-i saat 18:40-dan oktyabrın 19-u saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman, Pəmbək və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Təzəkənd və Astaf, Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Göyçayda sərxoş vəziyyətdə rayon icra hakimiyyəti başçısının kənd üzrə nümayəndəliyinin inzibati binasına gələrək heç bir əsaslı səbəb olmadan dövlət qurumunda nalayiq ifadələr işlədən, pəncərənin şüşəsini sındıran və hadisə yerinə gələn polisə xəsarət yetirən şəxsin məhkəməsi başa çatıb.
Qafqazinfo xəbər verir ki, hadisə bu ilin aprelin 27-də qeydə alınıb.
Belə ki, rayonun Bığır kənd sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının kənd üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaradıb, bu zaman onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən sahə müvəkkili, polis mayoru Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq bir hissəsi ilə sonuncuya xəsarət yetirib. Bundan başqa, N.Məmmədov polis mayoruna yumruq zərbəsi endirməklə yanaşı, onun kürək nahiyəsindən təpiklə də vurub.
Göyçay Rayon Məhkəməsinin hökmünə əsasən, 1994-cü il təvəllüdlü Nursoltan Məmmədov 2 il ay 6 müddətinə azadlıqdan məhrum edilib.
“Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlcə bir-birinə, daha sonra isə qarşı tərəfin mövqeləri istiqamətində atəş açması ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır”.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Heç bir real əsası olmayan bu uydurma məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda deyilir.
"Oktyabrın 18-i gecə saatlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır".
Bu sözlər Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilib.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - nazirliyin məlumatında qeyd olunub.
“Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib”.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.