|
Azərbaycan Ağır Atletika yığmasının üzvü Boyanka Kostova həbs olunub.
Bu barədə Bolqarıstan əsilli idmançının şəxsi məşqçisi Laçezar Kişkilov “Max Telegraf” nəşrinə açıqlama verib.
Məlumata görə, Kostova narkotik satarkən tutulub. 9 ay azadlıqdan məhrum edilən idmançı cəzasını Sliven həbsxanasında çəkir.
“Kostova yanlış insanlarla rastlaşdı və pis mühitə düşdü. Mən ona dəfələrlə xəbərdarlıq etmişdim. Amma artıq gec idi. Ona dedim ki, pul qazanmağın başqa yolu da var. Lakin bu, işə yaramadı. Onu məhəllədə narkotik satarkən tutublar” - Kişkilov bildirib.
Qeyd edək ki, Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. Beynəlxalq Ağırlıqqaldırma federasiyası ötən il dopinqdən istifadə etdiyi üçün idmançını 8 il müddətinə diskvalifikasiya etmişdi.
Bakının Yasamal rayonunda qəza nəticəsində su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə başlanılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.
Məlumatla əlaqədar FHN-in müvafiq qüvvələri su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işlərinə cəlb olunub.
***
Bakıda magistral su xətti partlayıb.
Bu barədə redaksiyamıza ərazidə yaşayan vətəndaşlar tərəfindən məlumat verilib
Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Əhaliyə içməli suyun verilişi dayandırılıb.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətindən bildirilib ki, hadisə Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qeydə alınıb:
“Yeni Yasamal massivinin Əsəd Əhmədov küçəsindən keçən magistral su xətti partlamasına görə qəza briqadaları əraziyə cəlb olunub. Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür”.
Görüntüləri təqdim edirik:
Bakıda yaşayış binasında partlayış olub, xəsarət alan var.
Bu barədə "Ölkə.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu gün günorta saatlarında FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 22 ünvanında yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 60kv.m olan üçotaqlı mənzilin hamam otağında ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən otaqların pəncərə çərçivələri yerindən çıxıb, şüşələri qırılıb. Hadisə nəticəsində 1950-ci il təvəllüdlü Manafov Şahin Manaf oğlu xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.
***
Bakıda yaşayış binasında partlayış baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Ölkə.az”a verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, rayon ərazisində yerləşən yaşayış binalarının birinin 4-cü mərtəbəsində qaz sızmasından partlayış olub. Nəticədə mənzilin sahibi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə dərhal müvafiq dövlət qurumlarının əməkdaşkarı cəlb olunub. Polis əməkdaşlarının köməyi ilə ev sahibi dərhal xəstəxanaya çatdırılıb və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Faktla bağlı araşdırma aparılır.
Ordumuzun mövqeləri atəşə tutulub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Oktyabrın 24-ü saat 22:20-dən oktyabrın 25-i saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu, Zərkənd və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Dəmirçidam, İstibulaq və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Polşada baş vermiş ağır yol qəzasında 3 azərbaycanlı həlak olub.
“Qafqazinfo xəbər verir ki, hadisə Polşanın Poznan şəhəri yaxınlığında, oktyabrın 21-də baş verib.
Avtobusun yük avtomobilinə çırpılması nəticəsində Gürcüstan vətəndaşı olan 3 azərbaycanlı həlak olub, daha 8 nəfər isə xəsarət alıb. Ölənlər Marneuli rayonu, Əzizkənd sakini 22 yaşlı Əli Abdullayev, Qardabani rayonu, Birlik kənd sakini Kərəm Bayramov və Marneuli rayonu, Baydar kənd sakini Könül Balagözovadır.
Hadisədə xəsarət alan şəxslərdən də bir neçəsinin xəstəxanada vəfat etdiyi bildirilir.
Qeyd edək ki, adıçəkilən azərbaycanlıların bir müddət əvvəl işləmək məqsədilə bu ölkəyə getdiyi bildirilir.
Üzərində Azərbaycan Bayrağının rəngləri əks olunmuş süpürgə etirazlara səbəb olub.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
İstifadəçilərin sözlərinə görə, süpürgə İsmayıllı rayonunda mağazaların birindən alınıb. Onun rəngləri elə alan şəxsin özünü də heyrətə gətirib.
Həmin görüntüləri təqdim edirik:
Bakıda 3 nəfəri bıçaqlayan şəxslər tutulub.
Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə oktyabrın 18-də saat 23 radələrində Bakı şəhər sakinləri S.Eyvazov, qardaşı F.Eyvazov və M.Musayevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən Bakı şəhər sakinləri Enur İsmayılov, Kənan Əliyev, Şaiq Musayev, Anar Gərayev saxlanılıb, daha iki nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Araşdırma aparılır.