|
Azərbaycanda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 06:23-də Şirvan stansiyasından 8 kilometr cənubda Salyan rayonunda qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 3,5, dərinliyi 10 km olub.
Zəlzələ hiss olunmayıb.
Ermənistanın azərbaycanlılara qarşı törətdiyi teror hadisələri nəticəsində 1105 nəfər həlak olub, 1180-dən çox adam yaralanıb.
Report xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 1988-ci ilin fevral ayından etibarən Ermənistan SSR-nin Azərbaycan SSR-yə, 1991-ci ildə müstəqilliyin bərpasından sonra isə Ermənistanın Azərbaycana ərazi iddiaları və hərbi müdaxiləsi nəticəsində son 34 il ərzində Azərbaycan dövlətinə, xalqına və vətəndaşlarına qarşı çoxsaylı sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilib: "Bu cinayətlərin hər biri prokurorluq orqanları tərəfindən araşdırılıb, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, sübutlar toplanılıb, cinayət törətmiş şəxslərin bir qismi müəyyən edilməklə məhkəmə məsuliyyətinə verilib, barələrində ədalətli məhkəmə hökmləri çıxarılıb.
Eyni zamanda cinayət törətmiş bir sıra şəxslər barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında qərarlar qəbul edilməklə onların beynəlxalq axtarışa verilməsi təmin edilmiş, həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində ardıcıl işlərin görülməsi davam etdirilir.
Erməni silahlı birləşmələri tərəfindən törədilmiş cinayət hadisələri bir neçə istiqamətdə təsnifatlaşdırıla bilər ki, burada da kütləvi insan tələfatları ilə nəticələnən terror hadisələri xüsusi qeyd edilməlidir".
İ.Səfərov söyləyib ki, 1988-94-cü illərdə azərbaycanlı mülki əhali hədəf alınmaqla törədilən 38 terror hücumu zamanı 10 sərnişin avtobusu, 11 minik avtomobili, 1 minik avtomobili karvanı, 2 yük avtomobili, 6 sərnişin qatarı, 2 metro qatarı, 2 helikopter, 1 təyyarə və 1 dəniz bərəsində törədilən partlayışlarda 1105 nəfər həlak olub, 1180-dən çox adam yaralanıb.
Həmin terror hücumlarından biri zamanı 20.11.1991-ci il tarixdə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycana məxsus Mİ-8 markalı hərbi helikopterin vurulması nəticədə Azərbaycanın Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olmaqla ümumilikdə 22 nəfər qətlə yetirilib.
Hətta 18 mart 1994-cü il tarixdə Xankəndi şəhəri yaxınlığında Azərbaycana məxsus olduğunu güman edildiyi üçün İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarənin vurulması ilə 34 diplomat və ailə üzvləri həlak olub", - o vurğulayıb.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlığa baş çəkiblər.
Report xəbər verir ki, onlara müvafiq dövlət qurumlarının əməkdaşları kənd ərazisində aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlərlə bağlı ətraflı məlumat veriblər.
Qeyd edilib ki, bir neçə gün öncə aşkarlanmış kütləvi məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.
Məlumata görə, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birinə bağlanılıb.
Vurğulanıb ki, müvafiq qaydalara uyğun olaraq həmin qalıqlar götürüləndən sonra qazıntı işləri yenə də davam etdiriləcək. Çünki aşkarlanan qalıqların altında yenilərinin də olduğu ehtimal edilir.
Daha sonra bildirilib ki, Edilli kəndinə daxil digər ərazilərdə də qazıntı işləri aparılacaq.
***
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin Xocavənd rayonunun Edilli kəndinə səfəri başlayıb.
Report xəbər verir ki, onlar kənddə aşkarlanmış növbəti kütləvi məzarlığa baş çəkəcəklər.
Müvafiq dövlət qurumlarının əməkdaşları ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinə ərazidə aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlərlə bağlı ətraflı məlumat verəcəklər.
Qeyd edək ki, bir neçə gün bundan öncə Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.
Bundan başqa, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.
Baş nazir Nikol Paşinyanın son bəyanatı erməni cəmiyyətində Ermənistanın birmənalı olaraq Qarabağdan imtina etməsi və Azərbaycanın tərkib hissəsi kimi tanınması mesajı anlamında qəbul edilib.
“Hraparak” qəzeti bu mövzunu daha da inkişaf etdirərək İrəvanın bu fikrini artıq Xankəndidə də hamının bildiyini və başa düşdüyünü yazıb.
“Hamı artıq başa düşür ki, Ermənistan birdəfəlik Qarabağdan əlini çəkib. Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan da bunun fərqindədir. O da İrəvanın Qarabağdan əl çəkdiyini açıq şəkildə dilə gətirib”, - mətbu orqanı yazır.
Bildirilir ki, Paşinyan hakimiyyəti Qarabağın Azərbaycanın tərkibində qalması şərti ilə qarşılıqlı formada ölkələrin ərazi bütövlüyünün tanınması haqqında sənəd imzalamağa hazırdır.
Onu da qeyd edək ki, hələ bir neçə gün öncə Xankəndidəki separatçı David Babayan da Qarabağın Ermənistana ağır bir problemə çevrildiyini dilə gətirib.
Babayan öz facebook səhifəsində yazıb ki, Ermənistan Qarabağ kimi yükdən xilas olmağa çalışır. “Qalxanı yük hesab edən xalq məhvə məhkumdur və tarixdə belə nümunələr çoxdur”, - David Babayan qeyd edib.
Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ikinci dəfə raket hücumuna məruz qalmasından iki il ötür.
2020-ci ilin oktyabrın 5-də səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri atəşə tutulub.
Raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara düşüb. Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.
Eyni zamanda, oktyabrın 5-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Beyləqan şəhərinə də 2 ədəd raket atılıb. Mərmilərdən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.
Həmin gün təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib.
Belə ki, 5 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Gəncə və Beyləqanla yanaşı, Goranboy, Göygöl, Tərtər, Zərdab və Bərdə rayonları ərazisində əhalinin kompakt olduğu məntəqələri də atəşə tutub.
İşğalçı ölkənin Silahlı Qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və Rayon Mərkəzi Xəstəxanasının yaxınlığına raketlər düşüb. Raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı şəhid olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həmçinin infrastruktura da ciddi ziyan dəyib.
Bütün faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
Bərdə rayonu və şəhər mərkəzi isə İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bu il fevralın 13-də Şəmkirin Çinarlı kəndində 1995-ci il təvəllüdlü hamilə arvadı Lalə Həsənova və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovanı amansızlıqla qətlə yetirən Elməddin Həsənovun məhkəməsi başa çatıb.
“Qafqazinfo məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1988-ci il təvəllüdlü Elmədin Həsənov 20 il müddətinə azadlıqdan məhrum edilib.
“Hadisənin necə baş verdiyini xatırlamıram. Arvadımla qızımı mən öldürmədim, onları şeytan, qara qüvvələr öldürdü. İnsanın öz hamilə həyat
yoldaşını və balaca qızını necə öldürə biləcəyini anlamıram”.
Qeyd edək ki, Lələ Həsənova 1,5 aylıq hamilə olub. Elməddin Həsənov həmin gün səhər saatlarında ailə üzvlərinə saymazlıq etməsi və laqeyd davranması bəhanəsi ilə çarpayıda uzanan Laləyə 33 bıçaq zərbəsi endirib. Bu zaman 8 yaşlı Qumru da onlarla eyni çarpayıda yatıb. Qumru anasına vurulan ikinci bıçaq zərbəsindən sonra yuxudan ayılıb və atasına mane olmağa çalışıb. Elməddin Həsənov qızının davranışından qəzəblənib və azyaşlıya 22 bıçaq zərbəsi endirib.
Xatırladaq ki, cütlüyün toyu 2013-cü ildə baş tutmuşdu.
Azərbaycanda fəaliyyət göstərən məktəblərin birində şagird döyülüb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, şagirdlərdən biri digərini yumruq və təpik zərbələri ilə döyüb. Ətrafdakı şagirdlərdən biri isə buna mobil telefonun kamerası ilə lentə alıb.
Görüntülərin 112 nömrəli tam orta məktəbdə baş verdiyi bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ölkə.az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıdırlar:
“Hazırda araşdırma aparılır”.
Oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam və Qaralar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bildirilir ki, vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb. Deputatdan oğlunun sərbəst buraxılması üçün 10 milyon dollar tələb olunub.
Musavat.com xəbər verir ki, danışıqların nəticəsi olaraq oliqarx-deputat (keçmiş yüksək vəzifəli məmur) oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.
Məlumata görə, deputatın oğlunu oğurlayanlar separatçı kürd qruplaşmanın üzvləri olublar.
Qeyd edək ki, oliqarx-deputatın oğlu 5 milyon dollar ödənildikdən sonra sərbəst buraxılıb. Onun hazırda Bakıda olduğu bildirilir.
Hadisənin təfərrüatı ilə bağlı əlavə məlumat verəcəyik.
Azərbaycan hərbçilərinin “erməni əsirləri” güllələməsi ilə bağlı yayılan video kifayət qədər şübhəlidir və açıq suallar yaradır, xüsusilə görüntülərin sürətli şəkildə xarici mediaya servis edilməsi, Bakı-İrəvan münasibətlərində vasitəçilik edən avropalı siyasətçilərin məsələyə münasibəti və s. fonunda.
- Görüntülər nə qədər realdır?
- Niyə indi ortaya çıxdı?
- Bu görüntülər nəyə hesablanıb?
Görüntülərin feyk olduğuna əminlik yaradan məqamlar var:
1. Görüntü və səs arasında uyğunsuzluq açıq hiss olunur;
2. “Əsirlər”in reaksiyası “güllələnən” insanın reaksiyasına bənzəmir;
3. Videosujetin həcmi “gerçək güllələmə” səhnəsinin qurulması baxımından çox azdır: təsəvvür edək ki, bir hərbçi düşmən hərbçiləri güllələyir, belə olanda sonda mütləq öz “imzasını” qoymalıdır - Ermənistan, yaxud ermənilər haqda nəsə mesaj göndərə bilər; döyüşlərlə bağlı Azərbaycan hərbçilərinin çəkdikləri videoların əksəriyyətinin sonunda da “imza”ya rast gəlmək olur.
Videonu incələdikdə montaj olduğu açıq şəkildə görünür. Təbii ki, bu sahənin mütəxəssisləri daha dəqiq bilərlər. Lakin 44 günlük müharibə və sonrasında Ermənistanın “səhnəciklər” qurması faktları da bu videonun feyk olduğu fikrini daha da gücləndirir.
- Müharibə dağlarda getdiyi vaxt “azərbaycanlı hərbçilərin” əli bağlı olan iki “erməni əsri” güllələdiyi görüntüsü yayılmışdı, hərçənd, səhnəciyin şəhər mühitində çəkildiyi aydın görünürdü;
- Ermənistan Azərbaycanın müharibəyə “terrorçu” cəlb etdiyini iddia edirdi və bunun “görüntülərini” də yaymışdı: görüntülərdə Dövlət Sərhəd Xidmətinin hərbi formasında bir neçə şəxsin gəzdiyi görünürdü, bu görüntülərdən bir neçə gün sonra (o zamankı) müdafiə naziri David Tonoyanın zirzəmidə keçirdiyi görüşdəki erməni əsgərlərin bir neçəsində Azərbaycan DSX-nın hərbi formasının bənzərinin olduğu aydın görünürdü;
- Yaxud döyüşdə məğlub olan erməni ordusunun “qələbəsinə” aid bir videogörüntü var idi: bütün bölük ölür, bir erməni əsgər sona qədər döyüşür və postu qoruyur, komandir onu qucaqlayır; həmin görüntülərdə mikrafonu gizlətməyi unutmuşdular;
Belə feyk görüntülərin, qurulan səhnəciklərin sayı kifayət qədərdir. Və ermənilərin səhnəcik təcrübəsi də son görüntülərin “Azərbaycan əsgərinin formasında” qurulan növbəti teatr olduğunu deməyə əsas verir.
“Niyə indi yayıldı” sualının cavabını sərhəd toqquşmasından sonra siyasi proseslərin inkişafında tapmaq mümkündür.
Ermənistan, eyni zamanda, Qərb ölkələrindəki erməni diasporu/lobbisi bütün vasitələrlə Azərbaycanın “təcavüzkar” obrazını formalaşdırmaq istiqamətində işləyir:
a) Müharibədən sonra bölgədə yaranmış postmünaqişə reallıqlarını dəyişdirmək, xüsusilə üçtərəfli razılaşmaları arxa plana keçirmək;
b) Azərbaycan Ordusunun sərhədin bərpası istiqamətində irəlilədiyi mövqelərdən geri çəkilməsinə nail olmaq;
c) Avropa strukturlarında Azərbaycana qarşı təzyiq xarakteri daşıyan qərarların qəbul edilməsi ilə rəsmi Bakını sülh müqaviləsini İrəvanın şərtləri ilə imzalamağa, yaxud ən azı mövcud tələblərini yumşaltmağa məcbur etmək.
(Bu görüntülərlə Azərbaycana qarşı azərbaycanlıların da imza atdığı “sülh çağırışı”nın eyni vaxtda yayılması təsadüfi deyil).
Bu hədəflərə nail olmaq üçün Ermənistana, həm də bu ölkənin mövqeyindən çıxış edənlərə əsaslar lazımdır, “güllələnmə səhnəsi” də buna heablanıb.