Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində “Aztechnolog” adlı “İnstagram” səhifəsini idarə edən şəxslər tərəfindən maddi maraq zəminində istifadəçilərin müraciəti əsasında üçüncü şəxslərin “WhatsApp” tətbiqindəki yazışmalarının kibermüdaxilə yolu ilə gizli ələ keçirilməsi və izlənilməsi üçün təqdim olunması ilə bağlı yayılmış məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən nəzarətə götürülərək araşdırılıb.

"Bu barədə məlumatı DTX-nin rəsmi saytı yayıb.

Məlum olub ki, 2000-ci il təvəllüdlü Bakı şəhər sakini Əsgərov Arif Həmid oğlu “İnstagram” sosial şəbəkəsində “Aztechnolog” (www.instagram.com/xakkerhuseyn) adı ilə qeydiyyatdan keçərək sözügedən səhifədə müəyyən pul müqabilində “WhatsApp” yazışmalarının ələ keçirilməsi və izlənilməsi məqsədilə elektron ünvan (keçid linki) təqdim edilməsinə dair bilərəkdən yalan məlumat yerləşdirib, bu xidmət üçün müraciət edənlər pul vəsaitlərini Arif Əsgərovun sərəncamında olan bank kartı hesabına köçürərək, ödəniş barədə qəbzlərin surətini qeyd olunan “İnstagram” səhifəsinə göndərib, lakin sonra həmin şəxslərin müvafiq səhifəni idarə edən şəxslə əlaqə yaratma cəhdləri baş tutmayıb və onlara ödədikləri vəsaitin əvəzində heç bir xidmət təqdim edilməyib.

Arif Əsgərov bu yolla 25 may 2022-ci il tarixədək olan müddət ərzində əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxs kimi gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən qanunsuz istifadə edilməklə belə tədbirlərin keçirilməsinə təhrik edib aldatdığı 394 nəfər şəxsin pul vəsaitlərini ələ keçirib.

Arif Əsgərov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunub.

Hazırda araşdırmalar davam etdirilir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı Novruz oğlu bu gün qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, 2003-cü il təvəllüdlü M.Məmmədov Tovuz rayonunun Qəribli kəndindəndir.

 O, ötən il hərbi xidmətə yollanıb.

Evin tək oğlu olan Mehralının bir bacısı var. Ailəsi hazırda rayonun Qəribli kəndində yaşayır.

Əsgərin Laçın rayonu ərazisində vəfat etdiyi bildirilir.

O, sabah doğulduğu rayonda torpağa tapşırılacaq.

313002

***

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Mehralı Novruz oğlu mayın 27-də qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

Müdafiə Nazirliyindən "Ölkə.Az"ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

"Unikal" məlumatına görə, sabiq nazir ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, S.Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

Ermənistan mətbuatı Brüssel görüşü ilə bağlı maraqlı bir iddia ilə çıxış edib.

"Teleqraf.com bildirir ki, iddiaya görə, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyandan Birinci Qarabağ Savaşı, ən əsası isə Xocalı qətliamında iştirak etmiş yüksək çinli erməni hərbçilərinin cinayət məsuliyyətinə cəlb edilməsini, habelə onların Azərbaycana təhvil verilməsini tələb edib.

Məlumatda o da qeyd olunur ki, hətta Azərbaycan Prezidenti Şarl Mişelə bu tələbdən imtina etməyəcəyini bildirib.

"Hraparak" qəzetinin yazdığına görə, İlham Əliyevin Nikol Paşinyandan tələb etdiyi şəxslər generallar Manvel Qriqoryan, Aşot Minasyan, Yuri Xaçaturov, Seyran Ohanyan və Qnel Manukyandır.

Bundan başqa, daha bir neçə polkovnik və polkovnik leytenantın da Azərbaycana təhvil verilməsini istəyib.

Qeyd edək ki, adları sadalanan erməni generallarından yalnız Qnel Makukyan 44 günlük müharibədən az sonra ölüb.

Bakının Sabunçu rayonunda qonşusunu qətlə yetirməkdə təqsirli bilinən Kamran Əliyevin cinayət işi üztə təfərrüatlar məlum olub.

Sabunçu rayonu ərazisində 55 yaşlı Hüsnü Əliyevin ölümü ilə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən hüquq mühafizə orqanlarının əməkdaşları həmin şəxsin kirayə yaşadığı evin yaxınlığında qətlə yetirildiyini müəyyən ediblər.

Keçirilən əməliyyat istinataq tədbirləri nəticəsində qətlin zərərçəkmişin qonşusu 26 yaşlı

Kamran Əliyev tərəfindən törədildiyi məlum olub və o, saxlanılaraq istinataq təhvil verilib.

İstintaqla müəyyən edilib ki, iyulun 27-i saat 23 radələrində 26 yaşlı Kamran Əliyev Sabunçu qəsəbəsində kirayədə yaşadıqları fərdi evin həyətində qonşuları Hüsnü Əliyev və Rəşad Hacıyevlə birlikdə yeyib-içiblər. Sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı Hüsnü Əliyev Kamrana ağır söyüşlər söydüyünə görə, o, hiddətlənib. Kamran qisas almaq məqsədi ilə Hüsnüyə çölə çıxmasını bildirib və soyuducunun üzərindən bıçağı götürüb. Evdən bir neçə metr aralıda şahidlərin olmamasına əmin olduqdan sonra ürəyinə bir dəfə zərbə vuraraq Hüsnünü öldürüb.

İş üzrə dindirilmiş Kamran Əliyev ifadəsində bildirib ki, Sabunçu qəsəbəsində xalasıgildə yaşayıb. Mərhum Hüsnü Əliyev də həmin ünvanda kirayə qalıb. İyulun 27-i saat 22 radələrində Hüsnünün qaldığı həyətdə oturub yemək yeyərkən 2 şüşə araq içiblər. İkinci şüşə qurtarmağa az qalmış ev yiyəsi Həsən Qəmbərov gəlib və onlarla əyləşərək 2-3 badə də o içib. Sonra isə süfrədən qalxıb. Hüsnünün cüzi iradına görə aralarında mübahisə yaranıb. Qonşusunun söyüşlərindən əsəbiləşərək ona küçəyə çıxıb söhbət etməyi təklif edib. Masadan qalxarkən Kamran, həyətdəki soyuducunun üstündən özünə məxsus, qatlanan bıçağı götürüb və açıq vəziyyətdə saxlayaraq çölə çıxıb.

Darvazadan təxminən 10 metr aralıda bıçaqla Hüsnünün ürək nahiyəsinə bir zərbə endirib. Aldığı xəsarətdən xırıldadığını görüb və qonşusunun qoluna girərək onu darvazaya tərəf gətirib. Orda Hüsnü yerə yıxılıb. Kamran yaralını səs-küyə çölə çıxan ev yiyəsinin yanında qoyaraq hadisə yerindən uzaqlaşıb. Binə qəsəbəsində yaşayan İlham adlı tanışının yanına gedib və gecə onun evində qalıb. İlhamla kirayədə qaldığı evdə qonşusu ilə dalaşdığını desə də, öldürdüyünü gizlədib. Qəsəbəyə maşınla gələrkən, dəmir yolu keçidində bıçağı gizlicə pəncərədən atıb. Səhəri gün avtobus dayanacağında mülki geyimli polis əməkdaşları Kamranı saxlayıb 12-ci şöbəyə gətiriblər. Orda törətdiyi hadisəni danışıb və əməlindən peşman olduğunu bildirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi, Xalidə Əliyeva ifadəsində göstərib ki, paytaxtın Bakıxanov qəsəbəsində yaşayıblar. Onların nikahdan iki övladları dünyaya gəlib. Hüsnü əvvəl metropolitendə fəhlə işləyib. İyulun 22-də Hüsnü paltarlarını yığıb onlardan ayrı yaşayacağını söyləyərək, çıxıb gedib. Onun hara getməsindən Xalidə Əliyevanın xəbəri olmayıb. Ayın 28-də səhər qohumları Xalidə Əliyeva ilə əlaqə saxlayaraq Hüsnünün qətlə yetirildiyini bildiriblər. Sonra öyrənib ki, içki məclisində əri Kamran Əliyevi söyüb, o, da Hüsnünü öldürüb.

Məhkəmə iclasında Kamran Əliyev ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur.

Məhkəmə hesab edib ki, Kamran Əliyevin əməli CM-120.1 (qəsdən adam öldürmə) maddəsi ilə tam sübuta yetirilib.

Sonda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran Əliyev cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Bakıda hərbi xidmətdə olan iş adamının oğlu avtoşluq edərək bu görüntülərini sosial şəbəkələrdə paylaşıb.

Video “avtosfer.az” saytında yayımlanıb. Araşdırmalar zamanı əməlləri törədən şəxsin Məlikov Əziz Soltanpaşa oğlu olduğu müəyyən edilib. Məlum olub ki, həmin şəxs hərbi xidmətdə ola-ola bu əməlləri törədib. Daha sonra avtoxuliqanlıq əməlini videoya çəkərək sosial şəbəkələrdə paylaşıb. Əziz Məlikovun tanınmış iş adamının oğlu olduğu bildirilir.

 Dövlət Yol Polisinin araşdırmaları zamanı məlum olub ki, aprelin 26-da gecə saat 01:32 radələrində Nəsimi rayonu Cavadxan küçəsi ərazisində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb. Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən edilib və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə xidmət keçir.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə protokol tərtib olunub. Ə.Məlikov hərbi xidmətdə olduğu üçün iş Bakı Hərbi Məhkəməsin göndərilib.

Bununla bağlı Müdafiə Nazirliyindən Ölkə.Az-a bildirilib ki, "N" nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də digər qanunsuz hərəkətlərə yol verib.

"Bununla bağlı Ə.Məlikov barəsində lazımi sənədlər toplanaraq araşdırılması məqsədilə cari ilin mart ayında xidmət etdiyi qarnizon Hərbi Prokurorluğuna göndərilib.

Aprelin 11-də onun barəsində cinayət işi qaldırılaraq haqqında Azərbaycanın qanunları çərçivəsində zəruri tədbirlərin görülməsi üçün sənədləri Respublika Hərbi Prokurorluğuna təqdim edilib".

Qeyd edək ki, Ə.Məlikov törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşıb.

Xəbər verdiyimiz kimi, ötən gün gecə saatlarında Nizami rayonunun Keşlə qəsəbəsinin bir qrup sakini qəsəbənin Şəhidlər xiyabanının yaxınlığında gecə klubunun açılmasına etiraz ediblər. Klubun qarşısına toplaşan sakinlər bunu xiyabanda uyuyan şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirərək sözügedən obyektin bağlanmasını tələb ediblər.

"Nizami RİH Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən “Qafqazinfo”ya obyektin bağlandığı bildirilib: “Hazırda həmin obyektin fəaliyyəti dayandırılıb. Lakin bağlanıb-bağlanmayacağı ilə bağlı daha dəqiq məlumatı hüquq-mühafizə orqanları verə bilər”.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələ barədə açıqlamasında hüquq çərçivəsində tərəfləri narahat edən halların araşdırıldığını və hüquqi qiymət veriləcəyini bildirmişdi.

Rusiya Cənub Hərbi Dairəsi komandanının müavini, Qarabağdakı rus sülhməramlılarının sabiq komandiri, general-leytenant Rüstəm Muradovun bacısı oğlu Ukraynada hərbi əməliyyatlar zamanı həlak olub.

Bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, 27 yaşlı Salman Süleymanov tağım komandiri olub. Onun döyüşlər zamanı öldüyü bildirilib.

Qeyd edək ki, Rüstəm Muradov özü də yaralı olduğu üçün həmin vaxt xəstəxanada olub.

311968

Cəlilabadda məktəblinin ölümünə görə "Azəriçıq" ASC-nin əməkdaşı məsuliyyətə cəlb edilib.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

08.02.2022-ci il tarixdə Cəlilabad rayonu Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Cəlilabad Elektrik şəbəkəsinin kənd-1 sahəsi üzrə usta vəzifəsində işləyən Telman Əhmədovun öz xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Hüseyn Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlarla Telman Əhmədova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilib.

Ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı bir nəfər vətəndaş tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, köməksiz vəziyyətdə qalan vətəndaşı xilas etmək üçün Nəsimi RPİ-nin əməkdaşı polis serjantı Elnur Əhmədov həyatını təhlükə altına ataraq onu xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub.

Polis əməkdaşının şücaəti nəticəsində vətəndaşın həyatı xilas edilib və o, hadisə yerində olan təcili yardım stansiyasının həkimlərinə təhvil verilib.

 

 

 

Xəbər lenti