Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası gecə klubuna çevrilib.

Demokrat.az verdiyi məlumata görə, görüntülərdə Azərbaycanın mədəniyyət ocaqlarından birində gənclərin təşkil etdiyi əyləncə dolu gün əks olunub.

Həmçinin oxu: Qalmaqallı görüntülərlə bağlı Filarmoniyadan AÇIQLAMA

Həmin görüntüləri təqdim edirik:

Mayın 17-dən 18-ə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub.

Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

17 may 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ev 62 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş vermişdir.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Hazırda prokurorluq, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər.

Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.

İlkin məlumata əsasən, hadisə nəticəsində həmin yaşayış binasının 2-ci mərtəbəsində yaşayan 1948-ci il təvəllüdlü Elen Abdulabəyova ölüb.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

Mayın 14-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergi İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi Anar Məmmədli və Vergi ödəyicilərinin uçotu və Dövlət qeydiyyatı şöbəsinin baş hüquqşünası Emin Şirinovun təhqir olunmaları və onlara qarşı fiziki zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

"Araşdırmalarla müəyyən edilib ki, Emin Şirinov və Anar Məmmədli sonuncunun idarə etdiyi avtomobillə Şəmkir şəhəri ərazisində hərəkətdə olan zaman Həbib Cəfərovun idarə etdiyi avtomobillə qəza şəraiti yaratması səbəbindən aralarında mübahisə baş vermiş, bu zaman Həbib Cəfərov və qohumu Ömər Həbibli heç bir əsaslı səbəb olmadan Anar Məmmədli və Elvin Şirinovu təhqir edərək döyüblər.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq davam edir.

Mayın 13-də Füzuli rayonunun Horadiz qəsəbəsində güllə xəsarətindən vəfat edən polis əməkdaşı, 28 yaşlı İlkin Qasımovun fotosu yayılıb.

 “Qafqazinfo” xidməti silahla ehtiyatsız davranma səbəbindən aldığı güllə yarasından vəfat edən Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru, baş leytenant İlkin Qasımovun fotosunu təqdim edir.

Qeyd edək ki, İ. Qasımov ailəli və 2 azyaşlı uşaq atası olub.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik tam aydınlaşmayıb.

Daxili İşlər Nazirliyi İlkin Qasımovun ehtiyatsızlıqdan açılmış atəş səbəbindən öldüyünü açıqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

310598

Bakının Xəzər rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Heydər İbrahimovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

tən il fevralın 11-də Gürcüstan Respublikasının vətəndaşı, Xəzər rayonu, Südçülük sovxozu ərazisində yaşayan 1966-cı il təvəllüdlü Canpolad Məmmədovun öldürülməsi barədə Xəzər rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1978-ci il təvəllüdlü Heydər İbrahimovun aralarında yaranmış mübahisə zamanı soyuq silahdan istifadə etməklə Canpolad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Heydər İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən Heydər İbrahimovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Heydər İbrahimov ifadəsində bildirib ki, hərbi xidmətdən qayıtdıqdan sonra atası onu xəstəxanaya yerləşdirib. Çünki o, şizofreniya xəstəliyindən əziyyət çəkib. Həmin vaxtdan mütəmadi olaraq 1 Saylı Psixatriya Xəstəxanasında müalicə alıb. Axırıncı dəfə 2020-ci ilin yay aylarında qardaşı onu xəstəxanaya yerləşdirib. Xəstəxanada olduğu aylar ərzində yanına heç kim gəlməyib. 

Yayda xəstəxanadan çıxdıqdan sonra yenə özünü pis hiss edib. Dəfələrlə xəstəxanaya gedib orda qalmaq istədiyini bildirsə də, onu qəbul etməyiblər.

Heydər İbrahimov bidirib ki, xəstəxanadan çıxdıqdan sonra evinin qabağında göyərti satmaqla məşğul olub. 

Həmin günlərin birində evinin qabağında göyərti satan vaxt üzünü tanıdığı, amma adını bilmədiyi bir nəfər şəxs ora gələrək şəhidlərin abidəsini silməyə başlayıb. Amma İbrahimovun fikrincə, o, təmizləmək əvəzinə əksinə abidəni çirkləndirib. Onun hərəkətini şəhidlərin xatirəsinə hörmətsizlik kimi qəbul edib və həmin şəxsdən ərazidən uzaqlaşmasını tələb edib.

"Səhər-səhər göyərti satırdım. Gördüm bir nəfər üzdən tanıyıram, amma adın bilmirəm, gəldi mənim yanımda başladı şəhidlərin abidəsini silməyə. Mən də gördüm, bu silmək əvəzinə, daha da çirkləndirir. Dedim, eləmə, əl dəymə, çıx get buradan. Bu da mənə cavab qaytardı. Aramız da dava baş verdi. Bir-iki dənə də yurmuq vurdum buna uzaqlaşdı".

İbrahimov ifadəsinin davamında bildirib ki, daha sonra göyərti təmizləmək üçün istifadə etdiyi bıçağı götürüb onun dalınca qaçıb. Çatıb Canpolad Məmmədova bıçaqla xəsarətlər yetirəndən sonra o, arxası üstə yerə yıxılıb. Dəqiq neçə zərbə vurduğunu xatırlamır.  Yadındadır ki, zərərçəkmiş bir az tərpəndiyinə görə hirsi soyumayıb. Bıçaqla başını kəsib kənara atıb. 

Polis bölməsində olanda bilib ki, öldürdüyü şəxsin adı Canpoladdır.

Heydər ibrahimovun qardaşı Məcid bilridib ki, qardaşı hər il psixatrik xəstəxanada müalicə alıb. Vəziyyəti yaxşılaşdığı halda evə buraxılıb. Anası 1999-cu ildə dünyasını dəyişəndən sonra Heydərdə davranış pozuntuları başlayıb. Hərbi xidmətdən sonra vəziyyəti daha da pisləşib. Həmin anlar onu idarə etmək mümkün olmayıb. 

Mərhumun hüquqi varisi, həyat yoldaşı Güləndam Kazımova da ifadə verərək bildirib ki, hadisənin hansı səbəbdən baş verdiyini bilməyib. Hadisədən sonra onu polisə çağırıblar:

"Mən elə bildim ki, ərimin pasportla bağlı problemi var. Çünki Gürcüstan vətəndaşı olduğu üçün sənəd işləri qaydasında deyildi. Polisə getdim, oradan da morqa".

Məhkəmə Heydər İbrahimovun CM-nin 120.2.2-ci cə 2.4-cü ( xuliqanlıq niyyəti ilə və xüsusi amanzıslıqla qəsdən adam öldürmə) maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək nəticəyə gəlib ki, o, qeyd olunan maddələrlə cinayət məsuliyyətindən azad olunmalıdı.

Ekspert rəyinə və CM-nin 95-ci maddəsinin tələblərinə uyğun olaraq ona ixtisaslaşdırılmış psixatriya xəstəxanasında tibbi xarakterli məcburi tədbirlər təyin olunmalıdır.

Sonda məhkəmənin qərarı ilə Heydər İbrahimov cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən və cəzadan azad edilib. 

Barəsində tibbi xarakterli məcburi tədbirlər təyin olunub.

 

 

 

 

 

Mayın 15-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 26-31° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb.

APA xəbərinə görə, Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı yekun olmayan məhkəmə aktı çıxarılıb.

İttiham olunan müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib.

Müğənni məhkəməyə gətirilənə qədər məhkəmə icraatının dayandırıldığı elan olunub.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunması tələb edir.

Bakıda baş verən intihara cəhd hadisəsi şahidləri şoka salıb.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində, “20 Yanvar” dairəsindəki körpüdə baş verib.

Bakı şəhər sakini 31 yaşlı Edqar Qarayev intihar etmək məqsədi ilə körpüyə çıxıb. Bu zaman ətrafda olanlar və polis əməkdaşları onu xilas etmək üçün hərəkətə keçiblər. Lakin E.Qarayev ona yaxınlaşanların geri çəkilməsi üçün ülgüclə bədənini doğramağa başlayıb. Buna baxmayaraq polis əməkdaşları çətinliklə də olsa, onu fikrindən daşındıra biliblər. Daha sonra E.Qarayev xəstəxanaya yerləşdirilib.

Onun hansı səbəbdən intihara cəhd etməsi isə hələlik bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Əlillik ala bilməyən qazi intihara cəhd etdi

Vətən müharibəsində yaralanan qazi Qadir Habil oğlu Cəfərov Respublika Əllilərin Bərpa Mərkəzində qollarını kəsərək intihara cəhd edib. 

“Qafqazinfo”ya danışan Qadir Cəfərov bildirib ki, bunu ona əlillik təyinatının verilmədiyi üçün edib.

Onun sözlərinə görə, aprelin 24-də bununla bağlı mərkəzə müraciət edib və ona bildiriş verilib. 25 yaşlı qazi ötən gün təyinatını almaq üçün yenidən mərkəzə üz tutanda isə bildirilib ki, adı sistemdə yoxdur: “Vətən müharibəsi zamanı Füzuli, Topxana və Cəbrayılda vuruşmuşam. Düz iki dəfə yaralanmışam. Birinci dəfə ayaqlarımdan yaralanmışam. İkinci dəfə isə kəllə-beyin travması almışam. Gözlərim zəif görür, sağ qulağım zəif eşidir. 4 dişimi də əməliyyatla çıxarıblar. İndi də ağrılardan yaşaya bilmirəm. Qəlpə yaraları bədənimə zəhərlənmə verib. Dünən də getdim Əlillərin Bərpası Mərkəzinə ki, əlillik təyinatımı alım. Mənə dedilər ki, adım sistemdə yoxdur. Bunu eşidəndən sonra mən də qollarımı kəsdim. Hazırda qollarıma 9 tikiş qoyulub”.

Qadir Cəfərov iddia edir ki, hadisədən sonra ona əlillik təyinatının veriləcəyi deyilib: “Özüm Ağcabədi rayonundanam. İndi isə Bakıda kirayədə yaşayıram. Mənə də deyirlər ki, may ayının 20-nə qədər gözlə. İşim yox, evim yox, necə gözləyim?”

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Agentliyin mətbuat  katibi Tural Qurbanov “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirib ki, Q.Cəfərovun hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyin edilməsinə əsas vermir: “Digər müharibə iştirakçıları kimi, Ağcabədi rayon sakini Cəfərov Qadir Habil oğluna da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində xüsusi diqqət və həssaslıqla yanaşılıb. Onun əliliyinin qiymətləndirilməsi də Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılıb.

Q.Cəfərov mayın 4-də Agentlikdə əyani müayinə edilib. Müəyyən olunub ki, Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Q.Cəfərova dair təqdim edilən şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də Q.Cəfərovun hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyin edilməsinə əsas vermir. Ona görə də əlillik təyin edilməsindən imtina qərarı verilib”.

Tural Qurbanov intihara cəhd etmiş qaziyə hər hansı güzəşt edilməsi məsələsinə belə münasibət bildirib: “Q.Cəfərov dünən, mayın 11-də yenidən Agentliyə gələrək verilmiş qərarı dəyişmək məqsədilə təhdidedici hərəkətlər edib, sonra da özünə xəsarət yetirməklə komissiyaya təzyiq göstərməyə çalışıb.

Belə cəhdlərlə qurumu qeyri-qanuni qərar çıxarmağa təhrik etmək, sağlamlıq vəziyyətində əlillik əlaməti olmayan şəxsə əlillik dərəcəsi təyin edilməsi mümkün deyil”.

Lamiyə Məmmədova

 

 


 

Xəbər lenti