|
Bakıda kafedə qadına qarşı silahlı hücum olub.
"Yol-xeber.az" xəbər verir ki, aprelin 29-na keçən gecə saat 02.50 radələlərində Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsində yerləşən kafelərin birində münaqişə olması barədə daxil olmuş məlumat əsasında polis əməkdaşları hadisə yerinə gedib.
Orada kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1000 manat pul teləb etdiyini, kafenin şüşələrini sındırdığını, işçilərdən birinə bıçaqla xəsarət yetirərək oranı tərk etdiyini bildirib.
Dərhal həmin şəxsin saxlanılması üçün axtarış tədbirlərinə başlanılmış, qısa zaman ərzində onun yeri aşkar edilib. Polis əməkdaşları ona yaxınlaşdıqda həmin şəxs bıçaqla onlara hücum edib xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını zədələyib. Belə olduqda polis əməkdaşları tabel silahından havaya 2 dəfə xəbərdarlıq atəşi açıb. Buna baxmayaraq o, silahlı müqavimətini davam etdirdiyindən polis onun ayaq nahiyəsinə atəş açıb zərərsizləşdirərək yaxalayıb.
Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Müəyyən edilmişdir ki, həmin şəxs 49 yaşlı əvvəllər 3 dəfə məhkum olunmuş Maştağa qəsəbə sakini Teymur Yolçuyevdir.
Hazırda onun vəziyyəti qənaətbəxşdir, həyatına təhlükə yoxdur.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Sevdiyi qadını girov götürüb öldürmək istəyən şəxs saxlanılıb.
Türkiyə mətbuatı xəbər verir ki, axşam saatlarında Kanuni Sultan Süleyman Xəstəxanasının həyətində baş verib.
Başına silah dayanan qadını görənlər polisə müraciət ediblər. Polis əməkdaşları Hayri Karamanı silahını atması üçün xəbərdar ediblər.
Xəbərdarlıqlara məhəl qoymayan Karaman qadının başına dayadığı silahın tətiyini çəkib. Xoşbəxtlikdən silahdan atəş açılmayıb və həmin an polis Karamanı zərərsizləşdirib.
Polislər tərəfindən xilas edilən Günay Erbay əvvəllər Hayri Karamanla münasibətdə olduğunu, lakin evlilik təklifini qəbul etmədiyini bildirib.
Hadisədə elə bu səbəbdən baş verib.
Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Bildirilib ki, 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Hal-hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur.
Qeyd edək ki, yanğın hadisəsinin ilk baş vermə anından etibarən, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub.
Ötən gün metronun “20 Yanvar” stansiyasında platformadan relslərin üzərinə tullanaraq tunel istiqamətinə qaçan qızlar sərbəst buraxılıb.
“Qafqazinfo” məlumatına görə, yetkinlik yaşına çatmayan qızların iki bacı olduğu müəyyən edilib. İlkin araşdırmalar zamanı bəlli olub ki, qızlar tuneldə "TikTok" sosial şəbəkəsində paylaşmaq üçün video çəkməyi planlaşdırıblar. Belə ki, onlar qatarın yaxınlaşdığı anda qaça-qaça video çəkərək həmin görüntüləri səhifələrində yerləşdirməyi düşünüblər. Lakin qızlar tunel istiqamətinə qaçan kimi dərhal saxlanılıblar və Bakı Metropolitenində Polis İdarəsinə aparılıblar.
İdarədə qızların şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, onlar Sumqayıtda yaşayırlar və ataları Türkiyə vətəndaşı İ.K-dır. Qızların valideyni idarəyə dəvət edilib, daha sonra onların izahatları alınaraq sərbəst buraxılıblar.
Qeyd edək ki, hadisə zamanı dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Bu hadisə səbəbindən xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Qaradağ rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəzadan bir neçə dəqiqə öncə Bakı şəhər sakinləri 1984-cü il təvəllüdlü Qurbanov Emil Məhəmməd oğlu və 1967-ci il təvəllüdlü Cəfərov Səyavuş Əyyub oğlu maşını imsak etmək üçün saxlayıblar. Bu zaman Əsədzadə İbrahim Qaraş oğlu nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi “Chevrolet” markalı, 99-PC-811 dövlət qeydiyyat nişanlı maşınla paytaxt istiqamətində hərəkətdə olarkən, yol kənarında saxladıqları avtomobildən düşüb piyada qismində dayanan şəxsləri vurub, eyni anda Səyavuş Cəfərova məxsus “Mercedes” markalı, 90-CR-455 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində hadisə yerində ölən S.Cəfərov və E.Qurbanov iş yoldaşı olublar. Əslən Ordubadın Aza kəndindən olan E.Qurbanovun üç övladı var.
Qeyd edək ki, əsas fotoda qəzada həlak olan Emil Qurbanovdur.
Sosial şəbəkədə xoşagəlməz görüntülər yayılıb.
Yol-xeber.az xəbər verir ki, Tik-Tok-da paylaşılan videoda göründüyü kimi 4 yeniyetmə oğlan bir nəfəri təkləyib. Onun şərəf və ləyaqətini alçaldırlar və bunu telefonla çəkirlər.
Hüquq-mühafizə orqanlarından baku.ws-ə bildirilib ki, məsələ araşdırılacaq və ətraflı məlumat veriləcək.
Qeyd edək ki, video aşağıda təqdim etdiyimiz Tik-Tok səhifəsində paylaşılıb və bir müddət sonra silinib.
Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin mənimsədiyi vəsaitlərin bir qismi məlum olub.
“Report” məlumatına görə, cinayət işinin materiallarında olan 21 yanvar 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, Neftçala RİH tərəfindən 282 210 “Mənzil fondunun əsaslı təmiri” xərc maddəsindən çoxmənzilli binaların əsaslı təmiri üçün 2017-ci ildə keçirilən tenderdə “Master-İnşaat-Servise” MMC qalib gəlib.
Belə ki, icra hakimiyyəti tərəfindən 2017-ci ilin iyul-dekabr aylarında çoxmənzilli yaşayış binalarının təmirinə cəlb olunan 91 nəfər işçi üçün 367 605 (ƏDV ilə birlikdə) manat vəsait keçirilən tenderin qalibi “Master-İnşaat-Servise” MMC-in bank hesabına köçürülüb.
Bundan başqa, Neftçala RİH tərəfindən 282 210 “Mənzil fondunun əsaslı təmiri” xərc maddəsindən çoxmənzilli yaşayış binalarının əsaslı təmiri üçün 2018-ci ilin yanvar ayında 276 471,04 manat dəyərində keçirilən tender nəticəsində “MASTER-OFİS” MMC qalib gəlib.
Daha sonra çoxmənzilli yaşayış binalarının təmirinə cəlb olunan 45 nəfər işçi üçün 276 471,04 (ƏDV ilə birlikdə) manat vəsait “MASTER-OFİS” MMC-in bank hesabına köçürülüb.
Cinayət materiallarına əsasən, Neftçala RİH aparatının saxlanılmasına dövlət büdcəsinin rayon üzrə yerli gəlir və xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinin 20 avqust 2017-ci il tarixli yoxlama aktından görünür ki, yoxlama 2011-ci ilin iyul ayından 2017-ci ilin iyul ayına kimi olan dövrü əhatə etməklə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılıb. Yoxlama ilə aşkarlanan 172 97,92 manat məbləğində çatışmazlıq, artıq və əsassız ödənişlərin yoxlamadan sonrakı dövrdə büdcəyə bərpası təmin edilib.
Qeyd edək ki, İ.Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum olunub.
Lənkəranda keçirilən ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən və oğurluq cinayətləri edən 16 nəfər saxlanılıb.
"Yol-xeber.az" xəbər verir ki, Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsindən Avtomobil Yollarının Mühafizəsi MMC-yə məxsus 1 ədəd məlumatverici lövhə, metal mühafizə çəpəri və dirəklərin oğurlanması ilə bağlı Lənkəran ŞRPŞ-yə müraciət daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Elbrus Fətullayev müəyyən edilərək saxlanılıb. Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının pilləkənlərindən ümumilikdə 1200 manat dəyərində metal məhəccərləri oğurlamaqda şübhəli bilinən rayon sakini Zaur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı hər iki şəxsdən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 14 nəfər rayon sakini – Ş.İsazadə, E.Gözəlov, R.Kərimov, R.Şahbazzadə, Z.Cəfərov, C.Zülfiqarov, R.Abdullazadə, M.Həsənov, S.Əlizadə, O.Məmmədov, Q.Məmmədov, M.Mahmudov, Ş.Məmmədov, S.Qurbanov saxlanılıb. Şəxsi axtarış zamanı hər birinin üzərindən narkotik vasitə aşkarlanaraq götürülüb. Bundan başqa həmin şəxslərdən üçünün – O.Məmmədov, S.Əlizadə və Ş.Məmmədovun ayrı-ayrılıqda müxtəlif ünvanlardan oğurluq etdikləri də müəyyən edilib.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Bakıda "Lexus” markalı avtomobili ilə motosikletçini döyən məmur Sultan Dadaşov saxlanılıb.
Qaynarinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, məhkəmənin qərarı ilə Sultan Tofiq oğlu Dadaşov 25 sutka həbs edilib.
Qeyd edək ki, 25 apreldə Bakıda "Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.
Hadisə Mətbuat prospektində qeydə alınıb.
Belə ki, motosiklet sürücüsü avtomobil sürücüsünə yola görə reaksiya verib. Bundan hirslənən avtomobilin sürücüsü motosikleti dayandırıb.
Görüntülərdə "Lexus”un sürücüsü avtomobillə motosiklet sürücüsünün ayağının üstündən keçdiyi görünür. Daha sonra maşından düşərək ona hücum edir və nalayiq sözlər işlədir.
Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.
Sumqayıt çayında ekoloji fəlakət yaşanır.
Belə ki, bir neçə gündür ki, çay bilərəkdən toyuq cəsədləri ilə çirkləndirilir.