Ötən gün paytaxt ərazisində motosikletçiyə qarşı xuliqanlıq əməli törədən “Lexus” markalı avtomobilin sürücüsü ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo” verdiyi məlumata görə, aprelin 25-də motoroller sürücüsünü döyməklə hüquq pozuntusu törətmiş Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.

 Ehtimala görə, baş vermiş hadisədən sonra onun hətta inzibati işdə qalması belə mümkün görünmür və o, bu vəzifədən də azad olunacaq.

Qeyd edək ki, Sultan Dadaşovun törətdiyi hadisənin görüntüləri ötən gün yayılıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik maddələrin satışı və qanunsuz olaraq üzərində odlu silah-sursat saxlayan daha 14 nəfər saxlanılıb.

"Yol-xeber.az" xəbər verir ki, həmin şəxslərdən ümumilikdə 4 kiloqram narkotik vasitə və psixotrop maddə, 1 ədəd “Naqan” markalı tapança və 6 ədəd patron aşkar olunub.

İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan Elvin Məmmədov və Nail Bəkirov saxlanılıb. Elvin Məmmədovun üzərindən 1 ədəd “Naqan” markalı tapança, 6 ədəd patron və külli m miqdarda heroin aşkar edilib. Nail Bəkirovun üzərində şəxsi axtarış aparılan zaman isə 1 kiloqrama yaxın satış məqsədi ilə əldə etdiyi heroin aşkar edilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının qeyd edilən dövr ərzində həyata keçirdikləri digər əməliyyatlar zamanı rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan daha 12 nəfər saxlanılıb. Bu şəxslərdən külli miqdarda heroin, metmfetamin və elektron tərəzilər aşkar edilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər. Onlar maddi qazanc müqabilində paytaxt ərazisində həmin narkotacirlərin narkokuryerlik təklifi ilə razılaşıblar.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən bəziləri yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil ediblər.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Abşeronda yol polisləri tərəfindən təqib edilən “Niva” qəza şəraiti yaradıb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları “Niva” markalı avtomobili təqib ediblər.

Həmin görüntüləri təqdim edirik:

Ermənistanın diversiya qrupu dövlət sərhədini Zəngilan rayonu istiqamətində pozmağa cəhd edib: Paşinyanın Moskva səfərindən sonra belə təxribat gözlənilən idi.

Brüssel və Paşinyan-Putin görüşündə sərhədin delimitasiyası ilə bağlı eyni mövqe sərgiləndi: Qərb masasında birgə komissiyanın aprel ayının sonuna kimi yaradılması razılaşdırıldı, Rusiyada prosesin tezləşdirilməsi məsələsi ön planda idi.

Qərb və Rusiyanın “vasitəçilik” üzərində yarışı müşahidə olunsa da, hər iki tərəfdən çıxacaq nəticə İrəvanın istəyinə uyğun deyil. İstisna deyil ki, sərhədin delimitasiyası Rusiyada mövcud olan xəritələr əsasında və Avropa İttifaqının dəstəyi ilə həyata keçiriləcək. İki məqam bu ehtimalı gücləndirir:

Birincisi, Brüssel razılaşmasında 26 noyabr Soçi bəyanatına – Rusiyanın vasitəçiliyinə istinad edilir;

İkincisi, Şarl Mişelin Putinə zənginə dair məlumatda tərəflərin üçtərəfli bəyanatların icrasını müzakirə etdiyi qeyd olunur: Mişel və Putinin sərhəd məsələsinin birgə həllinə razılaşdığı mümkündür; ardınca Mişelin Paşinyan və Əliyevə zəng etməsi, Bakının sülh sazişi və sərhədlə bağlı komissiyanın tərkibini müəyyənləşdirməsi də ortaq fikrin olduğu versiyasını önə çıxarır.

Rəsmi İrəvan isə sərhədlə bağlı “güzgü prinsipi”nin tətbiq edilməsini və SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyənləşməsini istəyir: bu, Azərbaycan Ordusunun müharibədən sonra çıxdığı sərhəd xəttindən geri çəkilməsi və SSRİ dövründə otlaq-əkin sahəsi adı ilə ermənilərə verilən ərazilərin, o cümlədən anklavların Ermənistanda qalması deməkdir.

Bunu Bakının qəbul etməməsi ilə yanaşı, sərhədlə bağlı ilkin razılaşmalara da uyğun deyil. Brüssel və Moskvada prosesin tezləşdirilməsi istəyi də Ermənistanın istəyinin masada olmadığı deməkdir. Brüssel və Moskvadan eyni cavabla İrəvana qayıdan Paşinyan diversiya qrupunu sərhədə göndərməklə razılaşmaları sıfırlamaq, ən azı istəklərinin nəzərə alınması vəziyyətini yaratmaq istəyir.

Burada diqqətçəkən əsas məqamalardan biri erməni diversiya qrupunun keçməyə çalışdığı sərhəd xəttinə Rusiya sərhədçilərinin nəzarət etməsidir. Və bu, o versiyanı önə çıxarır ki, təxribata şəraiti Rusiya sərhədçiləri yaradıb, bununla Moskva Brüssel razılaşmasını pozmağa, öz vasitəçiliyinin önə çıxmasına çalışır. Hərçənd, yuxarıda qeyd etdiyimiz məqamlar – Brüsseldə sərhəd razılaşmasının Soçi bəyanatına əsaslanması, Mişellə Putinin müzakirələri bu ehtimala dair suallar yaradır. O da istisna deyil ki, Ermənistanın Rusiya sərhədçilərinin nəzarət etdiyi xətdən diversiya cəhdi Bakı və Moskvanı üz-üzə qoymaq, bununla istəklərinə Rusiyadan dəstək əldə etmək, yaxud ən azı iki masadan birində vəziyyəti dəyişdirmək gedişidir. Diversiya cəhdinin Paşinyanın ən çox gündəmə gətirdiyi Kəlbəcər istiqamətində yox, məhz Zəngilan istiqamətində edilməsi də diqqəti bu amilə yönəldir.

Sərhəddə təxribatların davam edəcəyi gözləniləndir.

Azərbaycanlı kişi boşanmaq üzrə olduğu arvadını güllələyib.

"Türkiyə mətbuatı xəbər verir ki, hadisə Trabzonun Ortahisar rayonundan baş verib.

Cinayət törətdiyinə görə 10 il müddətinə azadlıqdan məhrum edilən və 4 ay əvvəl azadlığa çıxan 34 yaşlı Elvin Umayev 38 yaşlı həyat yoldaşı Turanə Umayeva ilə aralarındakı münasibətə aydınlıq gətirmək üçün parkdakı çayxanada görüşüblər. Söhbər zamanı Elvin uşaqlarının ona göstərilməməsinə görə həyat yoldaşı ilə yenidən mübahisə edib. Bu zaman əlini silaha atan Elvin, belindən çıxardığı tapança ilə Turanənin başından atəş açıb. Qadın hadisə yerində ölüb. 

Qətli törətdikdək sonra Elvin Umayev parkda bir az gəzişib və hadisə yerinə gələn polislərə təslim olub.



Fərrux yüksəkliyində tapılmış meyit qalıqlarının ekspertizası onların azərbaycanlılara aid olduğunu sübut edir.

Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlum olduğu kimi, cari ilin mart ayının sonunda Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində qazıntı zamanı bir neçə insana aid naməlum meyit qalıqları aşkar edilmişdir.

Mütəxəssislər tərəfindən aparılan ekspertizalar nəticəsində Fərrux yüksəkliyində tapılmış məzarların üzərində hər hansı qəbirüstü abidə və ya tanınma lövhəsinin olmadığı, həmçinin bu qalıqların antropoloji xüsusiyyətlərinə görə Azərbaycan türklərinin daxil olduğu avropoid irqinin Kaspi yarımtipinə aid olması müəyyənləşdirilmişdir.

Eyni zamanda, erməni tərəfinin iddiasının ziddinə olaraq meyitlər xristian ənənəsi ilə, xüsusən də erməni adətlərinə uyğun tabutda və geyimdə dəfn edilməmiş, müvafiq sıralama və istiqamət üzrə deyil, xaotik şəkildə basdırılmışdır. Bundan başqa, meyit qalıqlarının üzərində zorakılıq əlamətlərinin və küt alətlərlə endirilmiş zərbə izlərinin aşkar edilməsi, həmçinin məzarlıqdan çoxsaylı gilizlərin tapılması onların Birinci Qarabağ müharibəsində qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aid olduğunu sübuta yetirir. Kütləvi məzarlığın yaşayış məntəqələrindən 10-15 km kənarda və yüksək dağlıq ərazidə yerləşməsi də həmin məkanın ənənəvi məzarlıq olmadığı qənaətinə gəlməyə əsas verir.

Ermənilər tərəfindən yayılmış videomaterialda adı elmi ictimaiyyətə məlum olmayan erməni “antropoloq” Levon Yepiskoposyanın Xocalı şəhərinin adını çəkməsi təsadüf sayılmamalıdır. “Antropoloq” Levon Yepiskoposyanın müsahibəsində bu qalıqların guya 1992-1993-cü illərdə Xocalı şəhərində ölmüş ermənilərə aid olduğunu, onların şəhərdən 12 km kənarda dəfn edildiyini və həmin ərazinin ermənilər üçün müqəddəs yer olduğunu bildirməsinin heç bir əsası yoxdur. Məzarlığın aşkarlandığı ərazidə erməni dini abidəsi və məzarlığının olmaması qeyd olunanları bir daha sübut edir.

Fərrux yüksəkliyində kütləvi məzarlığın tapılmasından ciddi narahatlıq keçirən erməni tərəfinin hazırda başlatdığı təbliğat Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın beynəlxalq humanitar hüquq normalarını pozması və insanlıq əleyhinə cinayətləri törətməsi ilə bağlı faktları gizlətməyə və beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edir.

İşğaldan azad edilmiş ərazilərdən tapılaraq götürülmüş meyit qalıqlarının eyniləşdirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Fərrux yüksəkliyində tapılmış meyit qalıqlarının ekspertizası onların azərbaycanlılara aid olduğunu sübut edir.

Bu barədə "Ölkə.Az"a Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlum olduğu kimi, cari ilin mart ayının sonunda Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində qazıntı zamanı bir neçə insana aid naməlum meyit qalıqları aşkar edilmişdir.

Mütəxəssislər tərəfindən aparılan ekspertizalar nəticəsində Fərrux yüksəkliyində tapılmış məzarların üzərində hər hansı qəbirüstü abidə və ya tanınma lövhəsinin olmadığı, həmçinin bu qalıqların antropoloji xüsusiyyətlərinə görə Azərbaycan türklərinin daxil olduğu avropoid irqinin Kaspi yarımtipinə aid olması müəyyənləşdirilmişdir.

Eyni zamanda, erməni tərəfinin iddiasının ziddinə olaraq meyitlər xristian ənənəsi ilə, xüsusən də erməni adətlərinə uyğun tabutda və geyimdə dəfn edilməmiş, müvafiq sıralama və istiqamət üzrə deyil, xaotik şəkildə basdırılmışdır. Bundan başqa, meyit qalıqlarının üzərində zorakılıq əlamətlərinin və küt alətlərlə endirilmiş zərbə izlərinin aşkar edilməsi, həmçinin məzarlıqdan çoxsaylı gilizlərin tapılması onların Birinci Qarabağ müharibəsində qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aid olduğunu sübuta yetirir. Kütləvi məzarlığın yaşayış məntəqələrindən 10-15 km kənarda və yüksək dağlıq ərazidə yerləşməsi də həmin məkanın ənənəvi məzarlıq olmadığı qənaətinə gəlməyə əsas verir.

Ermənilər tərəfindən yayılmış videomaterialda adı elmi ictimaiyyətə məlum olmayan erməni “antropoloq” Levon Yepiskoposyanın Xocalı şəhərinin adını çəkməsi təsadüf sayılmamalıdır. “Antropoloq” Levon Yepiskoposyanın müsahibəsində bu qalıqların guya 1992-1993-cü illərdə Xocalı şəhərində ölmüş ermənilərə aid olduğunu, onların şəhərdən 12 km kənarda dəfn edildiyini və həmin ərazinin ermənilər üçün müqəddəs yer olduğunu bildirməsinin heç bir əsası yoxdur. Məzarlığın aşkarlandığı ərazidə erməni dini abidəsi və məzarlığının olmaması qeyd olunanları bir daha sübut edir.

Fərrux yüksəkliyində kütləvi məzarlığın tapılmasından ciddi narahatlıq keçirən erməni tərəfinin hazırda başlatdığı təbliğat Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın beynəlxalq humanitar hüquq normalarını pozması və insanlıq əleyhinə cinayətləri törətməsi ilə bağlı faktları gizlətməyə və beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edir.

İşğaldan azad edilmiş ərazilərdən tapılaraq götürülmüş meyit qalıqlarının eyniləşdirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

 
Sinif yoldaşını bıçaqlayan qız məktəbə gəlib

Gəncədə iki gün öncə sinif yoldaşını bıçaqlayan qızın yenidən məktəbə gəlməsi valideynlərin narazılığına səbəb olub.

Hazırda valideynlər həmin təhsil ocağına gələrək şagirdin məktəbi tərk etməsini tələb edirlər.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, hadisəyə görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb: "Həmin məktəbli cinayəti törətməkdə şübhəli şəxs kimi tanınıb. Daha sonra şübhəli şəxs yetkinlik yaşına çatmadığına görə barəsində "Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə" qətimkan tədbiri seçilib və ailəsinə iltizam əsasında təhvil verilib. Hazırda müvafiq araşdırmalar davam etdirilir".

Qeyd edək ki, hadisə iki gün öncə 8 saylı orta məktəbdə baş verib. Tənəffüs fasiləsində 9-cu sinif şagirdi qız özü ilə gətirdiyi bıçaqla sinif yoldaşını boğaz və kürəyindən bıçaqlayaraq qaçıb. Bıçaqlanan məktəbli də qız olub və təcili xəstəxanaya yerləşdirilib. Məktəbdən bildirilmişdi ki, hadisəni törədən şagird tez-tez münaqişə yaratmağa meylli olub. O, bir müddət əvvəl bıçaqladığı sinif yoldaşının paltarlarını da kəsibmiş. 

 

 
 

Ukraynada Rusiya hərbçilərinin girovluğundan azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev vətənə qayıdıb.

"Report xəbər verir ki, bu barədə tələbənin atası Amin Abdullayev məlumat verib.

Belə ki, H. Abdullayev əvvəlcə Polşaya, ordan isə Macarıstan vasitəsilə Bakıya gəlib.

Xatırladaq ki, Neftçala rayon sakini olan H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü. Bir həftə öncə isə Rusiya hərbçilərinin girovluğundan azad olunan tələbə Azərbaycan diaspor nümayəndələrinə təhvil verilmişdi.

 

 

 

"Bakı Metropoliteni"ndə ölüm hadisəsi baş verib.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
"Bu gün səhər saatlarında metropolitenin stansiyaları sərnişin girişinə açılmazdan əvvəl süni qurğular təmirçisi, 1961-ci il təvəllüdlü Vamiq Həsənov gecə növbəsindən işdən çıxarkən ürək dayanmasından dünyasını dəyişib", - deyə qurum rəsmisi bildirib.

Kəlbəcər rayonunda Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb.

Yol-xeber.az-ın məlumatına görə, hadisə ötən gün rayonun Ağcakənd kəndində qeydə alınıb.

Müddətdən artıq hərbi xidmət qulluqçusu Ayxan Camalzadə minaya düşüb.

O, hospitala yerləşdirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Ölkə.Az-a fakt təsdiqlənib. 

Bildirilib ki, faktla bağlı hazırda Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu maddəsi ilə cinayət işi başlanılıb. 

Xəbər lenti