Göyçayda qızıl mağazasından 45 min manatlıq oğurluq edilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 Bildirilib ki, zərəçəkən Rayon Polis Şöbəsinə müraciət edərək 45 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını və həmin naməlum şəxslərin ona silahla hədə-qorxu gəldiklərini bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Bəydövül kənd sakini Əfsun Səlimzadə və iki yetkinlik yaşına çatmayan şəxs tutularaq istintaqa təhvil verilib.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər mağazadan oğurluq etməyi bir neçə gün əvvəl planlaşdırıblar. Martın 26-da planlarını reallaşdırmaq məqsədilə yetkinlik yaşına çatmayanlardan biri mağazaya daxil olub. Satıcının yerində olmamasından istifadə edərək qızılları götürüb, oradan uzaqlaşmaq istəyərkən çıxışda mağazanın sahibi ilə rastlaşıb. Əvvəlcədən üzərində götürdüyü oyuncaq tapança ilə ona hədə-qorxu gəlib və qaçmağa başlayıb. Oğurladıqlarını bir qədər aralıda onu gözləyən Əfsun Səlimzadəyə verdikdən sonra iz itirmək məqsədilə ayrı-ayrı istiqamətlərdə hərəkət ediblər. Ə.Səlimzadə isə həmkəndlisi olan digər yetkinlik yaşına çatmayan şəxsin yaşadığı ünvana gedib və qızılları şüşə qaba qoyaraq birlikdə torpağa basdırıblar. Məqsədləri bir müddət keçdikdən sonra Bakı şəhərinə getmək və oğurladıqlarını paytaxtda satdıqdan sonra əldə etdikləri pulu öz aralarında bölmək olub.

Faktla bağlı cinayət işi başlanılıb və torpağa basdırılmış qızıl-zinət əşyaları həmin yerdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

 

Novruz tətili günlərində respublika ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 19-dan 27-dək Azərbaycanda 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 16 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov vəfat edib.

Ayaz Mütəllibov 84 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub.

“Hərbçilərimizin həlak olması xəbəri yalandır”

"Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır".

"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir. 

"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.

Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir", - deyə məlumatda qeyd edilir. 

Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

Report xəbər verir ki, təbiət hadisəsi yolun 36-cı km-də qeydə alınıb.

 Güclü külək nəticəsində meydana gələn uçqun nəticəsində yol bağlanıb. Nəticədə Xınalıq-Quba, həmçinin əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin növbəsi yaranıb.

Yol təsərrüfatının bərpası üçün 5 saylı Yol İstismar MMC-nin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

 

 
  •  

 

"Ermənilərin informasiya təxribatı davam edir".

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.

"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir", - nazirlikdən qeyd olunub.

Qubaya istirahətə gələn şəxslərdən külli miqdarda narkotik vasitələr götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirib.

 Daxil olanş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən Bakı şəhər sakinləri Mais Alməmmədov, İlkin İbrahimov və Vahid Allahverdiyev saxlanılıblar. Həmin şəxslərin üzərlərinə və M.Alməmmədova məxsus avtomobilə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Bundan başqa, M.Alməmmədova məxsus avtomobilə baxış zamanı 2 ədəd qatlanan cib bıçağı aşkarlanıb.
Araşdırmalar zamanı məlum olub ki, hər üç şəxs Qubaya istirahət etmək məqsədi ilə gəliblər.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

 

Ermənistanın İstintaq Komitəsi 2020-ci ilin payızında Qarabağda 44 günlük müharibə nəticəsində həlak olan və itkin düşən hərbçilər haqqında yenilənmiş məlumatını təqdim edib.

Report xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb i Komitənin ən son məlumatına görə, müharibə nəticəsində həlak olanların sayı 3 822 nəfərdir.

İstintaq Komitəsi müharibə zamanı daha 187 hərbçinin itkin düşdüyünü bildirib. Ermənistanın ictimai qurumları və müxalifəti bu rəqəmin həqiqəti əks etdirmədiyini, ölənlərin sayının açıqlanan göstəricidən çox olduğunu iddia edir.

Türkiyənin Diyarbəkir vilayətinin Bağlar ilçəsində Novruz mərasiminə qatılan qrupla polislər arasında kütləvi qarşıdurma yaşanıb.

Axar.az xəbər verir ki, HDP-nin təşkilatçılığı ilə keçirilən kütləvi tədbirdə təhlükəsizliyin təminatı üçün 7 min polis əməkdaşı cəlb edilib.

Belə ki, polis qüvvələri yalnız nəzarət-buraxılış məntəqələrindən keçən insanlara tədbirə qoşulmağa icazə verib.

Lakin bəzi iştirakçılar polisin qanuni tələbinə məhəl qoymayaraq, təhlükəsizik səddini aşıb və hüquq-mühafizə orqanları əməkdaşlarına müxtəlif sərt predmetlər atmağa başlayıb.

Bu zaman 15 polis əməkdaşı yaralanıb. Aparılan araşdırmlar nəticəsində iğtişaşlarda iştirak etmiş 298 nəfər müəyyən edilərək saxlanılıb, barələrində araşdırma başladılıb.

Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeyində güllə yarası olan əsgər meyiti tapılıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, martın 16-da saat 21:10 radələrində cənub-şərq istiqamətindəki döyüş mövqelərindən birində 2002-ci il təvəllüdlü sıravi Albert Levonoviç Miroyanın meyiti aşkar edilib. Onun çənəsindən güllə yarası aldığı bəlli olub.

İlkin ehtimallara görə, o özünə sui-qəsd edib.

Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması istiqamətində araşdırma aparılır.

Xəbər lenti