|
Düşmənin “Toçka-U” kompleksindən atəşi nəticəsində mülki şəxslərə, infrastruktura ciddi ziyan dəyib, yaralananlar olub. Şəhərin, kəndlərin ağır artilleriya qurğularından atəşə tutulması erməni barbarlığının sübutudur.
Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.
"Yol-xeber.az" xəbər verir ki, səhər saatlarında şəhərin küçələrində qaçan ayı balaları vahiməyə səbəb olub.
Avtomobil yolu ilə qaçan ayıların meşəyə tərəf qovulduğu deyilir.
Həmin videogörüntüləri təqdim edirik:
"Yol-xeber.az" xəbər verir ki, Baş İdarəyə əvvəllər dəfələrlə məhkum olunmuş Bərdə rayon sakini Babək İsbəndiyarovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Abşeron rayonu Xırdalan şəhərində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 1 ədəd sandıqça və 3 ədəd patron aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı isə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məzahir Aslanov isə yaşadığı Şirvan şəhərində saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd revolver tipli tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Babək İsbəndiyarov və Məzahir Aslanov barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.
“Mərc oyunlarını qanunsuz reklam edənləri aparırlar. Mostbet kimi platformaları reklam edən məşhurlar, müğənnilər, video blogerlər lazımı orqanlara çağırılır, işləri məhkəməyə göndərilir”.
Yol-xeber.az xəbər verir ki, bunu İT üzrə ekspert Fərid Pərdəşünas deyib. O bildirib ki, qanunsuz mərc platformalarının qurbanları çoxdur:
“Bu qurbanlar səhifədə olan reklamlara aldanırlar və daha sonra pullarını qoyub mərc edirlər. Balans çoxalanda isə platforma hesabı bloklayır və aradan çıxır. Qanunsuz olduğu üçün də heç cür dövlət təminatı almaq mümkün deyil. Səhifələr isə yaxşı pul qarşılığında bu platformanı reklam edərək, izləyicilərin bu istiqamətdə yönəldirlər. Nəhayət ki, bu məsələdə artıq saxlamalar başladı”.
Sosial şəbəkə istifadəçiləri iddia edir ki, qanunsuz mərc oyunlarını reklam edənlər arasında Kamil Zeynallı, Roza Zərgərli, Murad Arif və bir çox məşhurlar var.
Məsələ ilə bağlı Ölkə.Az-a danışan fitness məşqçisi Kamil Zeynallı araşdırmadan qanunsuz mərc oyunlarını reklam etdiyinə görə təəssüfləndiyini söyləyib:
“Mərc oyunlarından qazandığımı qazi qardaşlarıma xərcləmişəm. Mən durub o pulla kef çəkməmişəm, nə də ki pis şey etmişəm. Sadəcə deyiblər ki, oyundur. Amma necə olduğunu bilmirdim. Sonradan eşitdm ki, onlar yanlış adamlar, yanlış şirkətlər olublar. Mən yanlış olan şeyi paylaşmaram. Əfsuslar olsun ki, mən onu araşdırmamışdım. Özləri mənə deyirdilər ki, bu, filankəslərin səhifəsində reklam edilir. Dedim ki, yəqin onların səhifəsində reklam olunubsa, problem yoxdur. Allah şahidimdir, oradan əldə etdiyim qazancı qapılarına getdiyim qazi qardaşlarıma və digər bu kimi yerlərə xərcləyirdim”.
K.Zeynallı mərc oyunlarını reklam etdiyinə görə, hüquq-mühafizə orqanlarından ona zəng gəldiyini deyib:
“Dedilər ki, mərc oyunları ilə bağlı paylaşım etməyim. Çünki bu qanunsuzdur. Onlar deyəndən sonra bildim ki, bunu etdirənlər şərəfsiz adamlar imiş”.
Tanınmış müğənni Murad Arif isə Ölkə.Az-a açıqlamasında söyləyib ki, tanımadığı şəxslər mərc oyunlarnı reklam etmək üçün onun adından istifadə edib:
“Mənim adımdan istifadə olunub. Həmin adamları tapa bilmirəm. Bizim şəkillərimizi icazəsiz götürüb qoyurlar, sosial şəbəkələrdə reklam edirlər. Bilmirəm həmin adamları haradan tapa bilərəm. Bildiyim qədərilə mənim, Murad Dadaşovun, Elşad Xosenin fotolarından istifadə ediblər. Bu, çoxdan olub, son vaxtlar gözümə dəymir. Kimsə hansısa xarici ölkədə oturub bizim fotolarımızı montaj edir. IT işçilərimin hamısını bu işə cəlb edlədim, amma tapa bilmədim ki, bu, haradan maliyyələşir”.
Müğənni Roza Zərgərli isə Ölkə.az-a açıqlamasında mərc oyunlarının reklamı ilə bağlı dəfələrlə ona müxtəlif təkliflər gəldiyini desə də, bunu qəbul etmədiyini söyləyib:
“Belə bir məlumatı yayan məsuliyyətə cəlb oluna bilər. Roza xanımın övladları var və oğlan uşaqlarıdır. Mərc oyunları qumardır. Mənə hardasa 10 dəfə təklif gəlib, amma heç vaxt hansısa pulun qarşılığında buna razılıq verməmişəm. Çünki mən yeyinit məhsulu, geyim, cana xeyirli olan şeyi reklam edə bilərəm. Mərc oyunlarının reklamı mənlik deyil. Qanunsuz mərc oyunlarını reklam edənlər bilinir kimlərdir".
Qeyd edək ki, qanunsuz mərc oyunlarını reklam edən məşhurlara şifahi xəbərdarlığın olunduğu, həmçinin onlardan bəzilərinin polis idarəsinə dəvət edildiyi söylənilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) ünvanladığımız sorğuya hər hansı bir münasibət bildirilməyib.
Azərbaycanda polis polkovnik-leytenantı vəfat edib.
Bu barədə "oxu.az"-a onun ailə yaxınları bildirib.
Qeyd edilib ki, uzun müddət böyrək çatışmazlığından əziyyət çəkən polis polkovniki Qədirov Maksim Süleyman oğlu bu gecə dünyasını dəyişib.
Qeyd edək ki, Qədirov Maksim 1946-cı ildə Laçın rayonunun Arduşlu kəndində anadan olub.
Xidməti illərində müxtəlif vəzifələrdə çalışıb. 1979-1984-cü illərdə Kəlbəcər Rayon Polis Şöbəsinin, 1994-1996-cı illərdə Laçın Rayon Polis Şöbəsinin, 1996-2005-ci ilə qədər isə Qobustan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.
Həyat yoldaşını idman aləti olan qantellə qətlə yetirməkdə təqsirləndirilən Şəki sakini 56 yaşlı İlham Əkbərovun məhkəməsi yekunlaşıb.
Yol-xeber.az İctimai TV-yə istinadən xəbər verir ki, İ.Əkbərov özündən 18 yaş kiçik həyat yoldaşı Cəvahir Əhmədovanın ona xəyanət etməsindən şübhələndiyinə görə öldürüb.
Şübhələr onda Cəvahirin “WhatsApp” statusunda etdiyi paylaşımdan sonra yaranıb.
İ.Əkbərov arvadını qətlə yetirdikdən sonra təqsirləndirilən uşaqlarını da götürərək Bakıdan Şəkiyə gedib. Uşaqları valideynə təhvil verəndən sonra isə polisə təslim olub. 2019-cu ildə baş verən bu hadisənin istintaqı bu il başa çatıb.
İstintaq hərəkətləri zamanı İ.Əkbərov xeyir-şər evində qabyuyan işləyən həyat yoldaşını ona xəyanət etdiyi üçün qətlə yetirdiyini bildirib.
Təqsirləndirilən şəxsin dediyinə görə, həyat yoldaşından hadisədən təxminən 4 ay əvvəl mobil telefon nömrəsininin “Whatsapp” proqramında paylaşdığı statusdan sonra şübhələnməyə başlayıb. Statusda “Uzaqdan-uzağa sevməkdə biz birinci yerdəyik” yazısı olub. C.Əkbərova ərinə bu yazını statusa elə-belə qoyduğunu deyib. İ.Əkbərov arvadının ona günü 20 manata qabyuyan işlədiyi xeyir-şər evinin Seymur adlı inzibatçısı ilə xəyanət etməsini güman edib. Bu səbəbdən də C.Əkbərova iş yerinə baş çəkmək qərarına gəlib.
Həmin gün başlayan dava gecə saat 4-də qətllə bitib. İ.Əkbərov yatılı vəziyyətdə olan C.Əkbərovaya qantellə zərbələr endirib.
Təqsirləndirilən şəxsin xahişi ilə mobil telefondan silinən fayllar bərpa edilib. Bundan sonra İ.Əkbərovun şübhələrinin əsassız olmadığı müəyyən edilib. Məhkəmə prosesi zamanı İ.Əkbərov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüququ varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.
Sonda məhkəmənin hökmü ilə İ.Əkbərov 16 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, İ.Əkbərov C.Əkbərova ilə 2003-cü ildə ailə həyatı qurub və həmin nikahdan iki övladları olub.
Erməni sakinlər Rusiya prezidenti Vladimir Putini əks etdirən təbliğat lövhəsində təhqiredici sözlər yazıblar.
Yol-xeber.az xəbər verir ki, hadisə Qarabağdakı rus sülhməramlılarının nəzarətində olan bölgədə baş verib.
Qeyd edək ki, "Əbədi birlikdə" adlı reklam lövhəsi Rusiya-Ermənistan dostluğunun simvoludur.
"Yol-xeber.az" xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun girişində qeydə alınıb.
Anar Əyyubovun idarə etdiyi “Toyota Land Cruiser” və Yasin Səməndərovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində “Mercedes”də olan sərnişin, 1996-cı il təvəllüdlü Samir Cəfərov ölüb.
Bundan başqa, hər iki avtomobilin sürücüləri, eləcə də “Toyota”da olan sərnişinlər - Sərxan Namazov, Famil Cəfərov və Muxtar Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks tədbirlər davam etdirilir.
Yol-xeber.az xəbər verir ki, bu barədə DTX məlumat yayıb.
Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb.
İstintaq zamanı məlum olmuşdur ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları düşmən tərəfə ötürüb, ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanmış və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək edib.
Aydın Zəkiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi və digər cinayət faktlarına görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs edilib.
Hazırda qeyd olunan cinayət əməllərinə dair cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Binəqədi Rayon Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Məmmədovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.
Yol-xeber.az-ın məlumatına görə, məhkəmə təqdimatı təmin edib.
Qərara əsasən, İ.Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə sentyabrın 30-da səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində qeydə alınıb.
Belə ki, Nizami RPİ-nin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İ.Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.
Daha sonra İ.Məmmədov saxlanılıb, barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, o, daxili işlər orqanlarından xaric edilib.