|
"Yol-xeber.az"ın unikal.org-a istinadən məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi (İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi - Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) ilə təqsirli bilinir.
İşə Xaçmaz Rayon Məhkəməsində hakim Xıdır Quliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, sözügedən xətanı törədən şəxslər nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılma ilə cəzalandırılır.
Xatırladaq ki, B.Vəlimətov hazırki vəzifəsinə bir neçə gün öncə təyinat almışdı.
"Yol-xeber.az" xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İmran Kərimov, Murad Əlizadə, Əmrah Rəhimov, Sarxan Qubadov, Rəfi Rəhimov, Elvar Cəfərov, Nail Cəfərov, Elxan Nəcəfov, Rasif Əliyev, Elçin Nəzərov və İlqar Rəhimov saxlanılıblar. Onların üzərindən satış üçün hazır bükümlərdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb. Aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə saxlanılan şəxslərdən biri – Ə.Rəhimovun narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış Lənkəran rayonun sakini Məqsəd Beyçayevlə birlikdə 3 ev və 3 mağazadan qızıl-zinət əşyaları, nağd pul, danışıq kartları və tütün məmulatları oğurladıqları müəyyən edilib. Saxlanılan şəxslərdən N.Cəfərov və İ.Rəhimovun isə ayrı-ayrılıqda müxtəlif ünvanlardan məişət və təmir tikinti avadanlıqları oğurladıqları müəyyən edilib.
Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir
DİN-in mətbuat xidmətindən “Yol-xeber.az”a bildirilib ki, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb.
“Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İctimaiyyətə əlavə məlumat veriləcək”, - Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi görüntüləri yayılıb.
Bakıda polis əməkdaşının arvadını bölmədə güllələyərək öldürdüyü yerdən ilk şəkillər paylaşılıb.
Şəkillərdə yüksək rütbəli polis əməkdaşlarının hadisə yerində olduğu görünür.
Həmçinin oxu: Azərbaycanda polis arvadını şöbədə güllələdi - Təfərrüat
"Yol-xeber.az"ın məlumatına görə, Qaraziyəddin yolu adlanan ərazidə çəkilmiş görüntülərdə çox sayda artilleriya qurğusunun qoşqu vasitəsilə daşındığı əksini tapıb. Həmçinin ərazidə cəmləşmiş çox sayda tank və digər zirehli texnikalar yük maşınları vasitəsilə Azərbaycanla sərhədə daşınır.
Həbsdə olan sabiq deputat Rafael Cəbrayılov vəfat edib.
Yol-xeber.az-ın əldə etdiyi məlumata görə R.Cəbrayılov koronavirusdan dünyasını dəyişib.
Məlumata görə, bu gün sabiq deputatın məhkəməsi olacaqmış.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, R.Cəbrayılov borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoymuşdu.
“Yol-xeber.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə baş verən günü Əhməd Özdəmir qadının yaşadığı evə gələrək onu təhqir etməyə başlayıb.
Qapını açan qadın qonşuların narahat olduğunu bildirərək həyat oldaşından getməsini tələb edib.
Bu zaman Əhməd Özdəmir evə girərək qadını döyməyə başlayıb. Qadın özünü müdafiə etmək üçün soyuducunun üzərindən götürdüyü bıçaqla həyat yoldaşının sinəsinə xəsarət yetirib.
Köməyə gələn qonşular təcili tibbi yardım çağırıblar.
Hadisə yerinə hələn tibb işçiləri ilkin tibbi yardım göstərsələrdə, xəstəxanaya çatdırılan Əhməd Özdəmir orada dünyasını dəyişib.
Polis əməkdaşları tərəfindən saxlanılan Nuran Özdəmir ifadəsində bildirib ki, həyat yoldaşını öldürmək fikrində olmayıb və özünü qorumaq üçün bıçaqa əl atıb:
“Hadisə baş verən günü həyat yoldaşım binanın içərisində yüksək səslə məni təhqir etməyə başladı. Qapını açıb ondan çıxıb getməsini istədim. Dedim, qonşuları da narahat edirsən. Bu zaman Əhməd qapıdan içəri girdi və başımı yerə əyərək məni vurmağa başladı və bir müddət belə döyməyə davam etdi.
Məni döyərkən başımdan qan axdığını görəndə, ondan qurtulmaq üçün soyuducunun üzərindəki bıçağı götürdüm və baxmadan təsadüfi olaraq onu vurdum.
O vaxt evdə olan uşaqlarım müdaxilə edərək bizi ayırdılar.
Bıçağı öldürmək üçün deyil, əlindən qurtulmaq üçün vurdum".
Araşdırma aparılır.
Azərbaycanda polis şöbədə həyat yoldaşını xidməti silahla öldürüb.
Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alır.
O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.
İ.Məmmədov saxlanılıb.
Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.
Azərbaycanda polis generalı vəfat edib.
Yol-xeber.az-ın xəbərinə görə, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun sabiq rəisi, polis general-mayoru Mehman Təhməzov dünyasını dəyişib.
O, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, M.Təhməzov 2012-ci ildə Azərbaycan İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə təyin edilib. 2019-cu ildə o, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Bu barədə "Ölkə.Az"a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, rayonun Aran bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla bələdiyyənin vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 2013-2018-ci illər üzrə poçt və bank filiallarından nağd qaydada alınan pul vəsaitlərindən 63 min manatın təsərrüfat xərcləri kimi sənədləşdirilmədən və təsdiqedici sənədlər olmadan məxaric silinməsi, bələdiyyə tərəfindən müxtəlif hüquqi şəxslərə satılmış torpaq sahələrinə görə 109 min manatın bələdiyyənin hesabına köçürülməməsi, həmçinin bələdiyyənin büdcəsində olan külli miqdarda pul vəsaitinin müxtəlif korrupsiya sxemlərindən istifadə edilməklə mənimsənilməsi nəticəsində ümumilikdə 259 min manat məbləğində ziyan vurulması müəyyən edilib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə bütün təqsirli şəxslərin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.