|
Bu barədə "Yol-xeber.az"a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, paytaxtın Xəzər rayonu Binə Qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən vaksinasiya prosesi zamanı yol verilmiş qanunsuzluqlar barədə daxil olmuş material əsasında Xəzər Rayon Prokurorluğunda araşdırma aparılmışdır.
Araşdırma ilə Elnur Əliyev, qeyd edilən xəstəxanada tibb bacısı işləyən Əsmər Hüseynova, Firəngiz Nəhmətova, Sevər Dadaşzadə, Ülkər Abasova və Sara Allahverdiyeva tərəfindən pul müqabilində vətəndaşlara vaksin vurulmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nın verilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə intensiv istintaq hərəkətləri davam etdirilir.
Yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində özünü bloger kimi təqdim edən reket-“jurnalist” Ata Abdullayevin mühakiməsi başlayacaq.
Ölkə.az yenisabah.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunan Ata Abdullayevin işi üzrə istintaq başa çatıb və cinayət işinin materialları məhkəməyə göndərilib.
Belə ki, Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham olunur.
Bu cinayət işi üzrə dörd nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğludur. Ata Abdullayevin bu şəxsləri şantaj edib, onlardan pul tələb etdiyi bildirilir.
Zərərçəkmişlərdən Şahlar Həsənov Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır üzrə nümayəndəsidir.
Elmar Əliyev isə Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Tədbir Əməliyyat Komitəsinin maliyyə direktorudur.
"Yol-xeber.az"ın xəbərinə görə, bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.
Qərara əsasən, Kamran Cəbrayılzadənin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sentyabrın 24-də paytaxtda “Volkswagen” markalı avtomobilin sürücüsü 1993-cü il təvəllüdlü K.Cəbrayılzadə ictimai qaydanı, ictimai asayişi qəsdlə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə 10 yaxın avtomobilə maddi ziyan vuraraq polisin təqibindən yayınmağa cəhd göstərib.
Davamlı olaraq, avtoxuliqanlıq hərəkətləri ilə müşayiət olunan avtomobil həyata keçirilən təxirəsalınmaz tədbirlərlə və vətəndaşların əməli köməkliyi ilə saxlanılması təmin olunub.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, K.Cəbrayılzadə cinayət işi üzrə şübhəli şəxs qisimində tutularaq, istintaqa cəlb edilib.
Hazırda istintaq hərəkətləri davam etdirilir.
Paytaxtda polislərdən qaçmaq istəyən sürücü bir neçə dəfə paytaxt ərazisində cəmiyyətə hörmətsizlik edərək, yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edib.
Bu barədə Yol-xeber.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, yol polisi əməkdaşları yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə sözügedən sürücü barəsində tədbir görüməyə çalışıb:
“Bu zaman şəxs polisə tabe olmayıb. Əksinə baş verən hadisəni daha da gərginləşdirməyə çalışıb. Ətrafdakı sürücülər hadisəyə reaksiya verərək, yol polis əməkdaşına kömək etməyə çalışıblar.
Sözügedən sürücü ətrafda olan bir neçə nəqliyyat vasitəsinə də ziyan vurub. Sürücü saxlanılıb. Hadisə barəsində aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq şəxs barəsində qanunauyğun tədbirlər görüləcək. İctimaiyyətə əlavə məlumat veriləcək”.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə paytaxtda polislərdən qaçmaq istəyən sürücünün digər avtomobillərə zərər vurduğunun görüntüləri yayılıb. Belə ki, 50-ED-532 dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtomobilin sahibi polislərin dayan əmrinə tabe olmayıb.
Bakıda və Abşeron yarımadasında sentyabrın 24-ü günün ikinci yarısında şimal-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 25-i gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında sentyabrın 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Bu barədə "Yol-xeber.az"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Baş İdarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında Astara rayonu ərazisində həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Aqil Həbibov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 75 qram tiryək, narkotik vasitələrin satışından əldə olunmuş pul vəsaitlərinin yükləndiyi plastik kart aşkar edilib.
Əməliyyat tədbirinin davamı olaraq onun yaşadığı evdən isə 12 kiloqram heroin, 910 qram tiryək, 2 kiloqram 60 qram “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Yasamal rayonunda həyata keçirilən digər əməliyyatlar zamanı isə narkotik vasitələrin satışı ilə məşğul olan Rüfət Əliyev və əvvəllər məhkum olunmuş Ülvi İsmayılov saxlanılıblar. Rüfət Əliyevdən 2 kiloqram 58 qram, Ülvi İsmayılovdan isə ümümilikdə 30 qrama yaxın heroin, metamfetamin, 4 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən paytaxtın Nizami rayonu və Sumqayıt şəhərində həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mir Museyib Yaqubov, tanışı Tehran Mustafayev, Dünya İsmayılova və Sumqayıt şəhər sakini Emil Məmmədov saxlanılıblar. Mir Museyib Yaqubov və Tehran Mustafayev üzərindən və yaşadıqları evlərdən ümumilikdə 1 kiloqram 766 qram heroin, tiryək, marixuana, metamfetamin, eləcə də 30 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib. Keşlə qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Dünya İsmayılovadan isə 12 qram, Emil Məmmədovdan isə 7 qram heroin aşkar edilib.
Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan Aqil Həbibov, Rüfət Əliyev, Ülvi İsmayılov, Mir Museyib Yaqubov, Tehran Mustafayev, Dünya İsmayılova və Emil Məmmədovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Onların əsas məqsədləri əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələri ölkə ərazisində müxtəlif şəxslərə çatdıraraq qanunsuz dövriyyəsini təşkil etmək, həmçinin narkotik maddələrin onlayn yolla satışından əldə olunan pul vəsaitlərini nağdlaşdırıb digər dəyərli əmtəə nişanları formasında ölkə xaricinə çıxarmaq olub. Bununla da onlar narkotik vasitələrin satışından əldə edilən çirkli pulların dövriyyəsinı həyata keçiriblər.
Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatları əsasında Xəzər və Binəqədi rayonlarında həyata keçirdikləri tədbirlər zamanı həyətyanı sahələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xələfəli Rəhmanov və İlqar Mədətov saxlanılıblar. Xələfəli Mədətovun Türkan qəsəbəsində yerləşən evinə baxış zamanı 4 kiloqram 257 qram qurudulmuş marixuana, çətənə kolları və elektron tərəzi aşkar edilib. İlqar Mədətovun Sulutəpə qəsəbəsindəki evindən isə 33 ədəd çətənə kolu və toxumları, həmçinin 1 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib. Bu şəxslər bir müddətdir ki, narkotik tərkibli bitkilərin kultivasiyasi ilə məşğul olduqlarını və çətənə kolları satmaq məqsədi ilə əkib-becərərək xüsusi qulluq etdiklərini bildiriblər.
Baş İdarənin Cənub və Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara, eləcə də Yevlax rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıblar. Əməliyyat zamanı Astara rayon sakinləri əvvəllər məhkum olunmuş Şahin Məmmədov, İsfəndiyar Süleymanov və Yevlax rayon sakinləri İmran Qurbanovla, Babək Bağırov da saxlanılıblar. Şahin Məmmədovun üzərindən və yaşadığı evdən ümimilikdə 2 kiloqram 491 qram heroin və 1 ədəd tərəzi, İsfəndiyar Süleymanovdan isə 10 qrama yaxın heroin aşkar edilib. Əməliyat zamanı saxlanılan Şahin Məmmədov Astara və ətraf rayonlarda narkotik vasitələrin satışı və qaçaqmalçılığı ilə ölkə ərazisinə gətirilməsini təşkil edən əsas şəxslərdən biri olub. Onun atası “Tik-Tok” sosial şəbəkəsində barəsində guya ölkədə narkotik vasitələrin satışını həyata keçirməsinə baxmayaraq polis əməkdaşları tərəfindən saxlanılmaması barədə məlumatlar yayılan Rövşən Məmmədovdur.
Qeyd edək ki, narkotik vasitələrin qaçaqmalçılığı, eləcə də satışı ilə məşğul olan Rövşən Məmmədov bir neçə il əvvəl tutularaq məsuliyyətə cəlb edilib və məhkəmənin qərarı ilə həbs edilib.
Digər əməliyyat tədbirləri zamanı saxlanılan İmran Qurbanov və Babək Bağırovun ətraflarında keçirilən əməliyyat zamanı isə onlardan Yevlax rayonu ərazisində əkdikləri və xüsusi qulluq edərək yetişdirdikləri 25 ədəd çətənə kolu aşlar edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 27 kiloqrama yaxın ağır tərkibli narkotik vasitələr və psixotrop maddələr və həblər, həmçinin 58 ədəd kultivasiya edilən narkotik tərkibli çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.
Bir daha vətəndaşları əmin etmək istəyirik ki, polis əməkdaşları tərəfindən ölkə ərazisində narkotik vasitələrin onlayn, yəni sosial şəbəkələr vasitəsi ilə, eləcə də digər yollarla satışı ilə məşğul olan şəxslərin tapılaraq saxlanılması və məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək. Bu işdə əllərində məlumatı olan istənilən şəxs Nazirliyin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki səhifələrinə müraciət edərək həmin materialları təqdim edə bilərlər. Əmin ola biərsiniz ki, istənilən müraciət hərtərəfli araşdırılır və anonimlik tam şəkildə təmin edilir.
Bakı şəhərində “Toyota Prius” markalı avtomobil təhlükəli manevrlər edib.
Yol-xeber.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü qarşıdakı maşını sağdan ötməyə çalışıb. Bu zaman qəza baş verib.
Həmin görüntüləri təqdim edirik:
Goranboy rayon prokurorluğu şəhid atasının törətdiyi qəza haqda rəsmi məlumat yayıb.
"Qafqazinfo"ya daxil olan məlumata görə, sentyabrın 22-si saat 14 radələrində 1966-cı il təvəllüdlü Fərrux Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə Goranboy rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1956-cı il təvəllüdlü Əmiraslan Nağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı idarə etdiyi “Niva” markalı avtomobillə Fərrux Qasımovun üzərinə sürməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əmiraslan Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Əmiraslan Nağıyev Vətən müharibəsi şəhidi, gizir Vüsal Nağıyevin atasıdır. Hadisə zamanı dünyasını dəyişən Fərrux Qasımov isə şəhidin qayınatası olmaqla yanaşı, eyni zamanda da dayısıdır. Hadisə şəhid Vüsal Nağıyevin adını daşıyan küçədə baş verib.
"Yol-xeber.az" demokrat.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.
Yaxın günlərdə bu cinayət işi üzrə qapalı məhkəmə prosesi başlanacaq. İttihama görə, Sahib Şıxıyev yetkinlik yaşına çatmayan iki qızına təcavüz edib.
Belə ki, Sahib Şıxıyev əvvəlcə 14 yaşlı qızı N.Ş-yə qarşı seksual xarakterli hərəkətlər edib. O daha sonra digər qızı T.Ş zorlayıb
.
Hər iki azyaşlı zərərçəkmişin hüquqi nümayəndəsi hüquq-mühafizə orqanlarına müraciət edib.
Müraciət əsasında araşdırma başlanıb və fakt təsdiqini tapıb.
Bundan sonra Sahib Şıxıyev məsuliyyətə cəlb olunub.
İstintaq orqanı tərəfindən Sahib Şıxıyevin barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə ittiham elan olunub.
Cinayət işi üzrə Sahib Şıxıyevin iki qızı zərərçəkmiş şəxs qismində tanınıb.
99-EP-009 dövlət nömrə nişanlı “Porsche” markalı avtomobilin sürücüsü sentyabrın 20-i paytaxtın hava limanı yolunda hərəkət edən zaman sürət həddini aşıb. Avtomobilin sürəti o qədər yüksək olub ki, bir neçə saniyəyə gözdən itib.
"Yol-xeber.az"ın Avtosfer.az-a istinadən məlumatına görə, “Porsche”nin sürücüsü “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin oğlu Elvin Pirverdidir. Qeyd edək ki, E.Pirverdi Londonda təhsil alıb və adı atasının biznes imperiyasında bir neçə dəfə hallanıb.