Aktaudakı qəza ilə bağlı araşdırma: Ekoloqlar işə başladı

Qazaxıstanın Mangistau vilayətindən olan ekoloqlar Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı ərazidə araşdırma aparıblar.

Məlumatı Tengrinews.kz yayıb.

Bildirilib ki, "Embraer 190" təyyarəsinin qəza yerində ətraf mühitin çirklənməsinin müəyyən edilməsi zərurəti ilə əlaqədar olaraq mütəxəssislər tərəfindən torpaq nümunələri götürülüb.

Nəticələr bir müddət sonra açıqlanacaq.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. /Axar.az

Azərbaycan Ordusunun əsgəri vəfat edib - FOTO

Azərbaycan Ordusunun əsgəri vəfat edib.

Oxu.az-ın əldə etdiyi məlumata görə, əsgər Adil Baxışəli oğlu Baxışəliyev 2024-cü il dekabrın 29-da vəfat edib.

O, Kəlbəcərdə hərbi xidmət keçirdi.

Hadisə ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb.
AZAL təyyarəsinin "qara qutu"ları Qazaxıstana aparılıb

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana aparılıb və rəy vermək üçün səlahiyyətli komissiyaya təhvil verilib.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

Əməliyyatxanada ad günü: baş tibb bacısı da işdən çıxarıldı

İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva işdən çıxarılıb, baş tibb bacısı vəzifəsindən azad edilib

Bununla bağlı "German Hospital"ın direktor müavini Səftər Əliyev Oxu.az-a beş nəfərdən ibarət komissiyanın apardığı araşdırmanın nəticəsini açıqlayarkən deyib.

O bildirib ki, həkim Ləman Əliyeva əməliyyatxanadan cavabdeh şəxs kimi səhvə yol verib:

"Ləman Əliyeva həkim kimi bizə heç zaman problem yaratmayıb. Nə də xəstələri ilə heç bir problemi olmayıb. Məlum məsələ elə bir hadisədir ki, həkimin burada səhvi var. Həkimin səhvi ondan ibarətdir ki, əməliyyatxanadakı əsas işi aparan, cavabdehlik daşıyan şəxs həkimdir.

Böyük tibb bacısı, həmçinin digər tibb bacıları da əməliyyat blokunun tibb bacıları olmalarına baxmayaraq, həkim onları dərhal kənarlaşdırmalı, əməliyyatxananı tərk etmələrini söyləməli idi. O bunu etməyib. Bundan savayı, öz rəsmi səhifəsində paylaşıb. Paylaşılmasa da, bütün bunlar cəzasız qalmayacaqdı.

İctimaiyyət də paylaşıma öz fikrini bildirib. Rəyləri oxuyuram, deyirlər ki, həkimin günahı yoxdur. Amma həkimin günahı var. Biz həkimlə iş birliyimizi sonlandırmaq qərarına gəldik. Onun ərizəsi alınıb və işdən azad edilib. Həkim bizim klinikada çalışmır və çalışmayacaq".

Direktor müavini digər işçilər barəsində yekun nəticəni də bölüşüb:

"Digər işçilərdən böyük əməliyyat tibb bacısı vəzifəsindən azad edilib. Faktiki olaraq, əməliyyat blokuna, əməliyyatxanadakı tibb bacılarına cavabdehliyi o daşıyır. Kiçik əməliyyat tibb bacılarının rəsmi qaydada izahatları alındı, töhmət verildi. Həmçinin, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) dərhal plandankənar yoxlama başlatmışdı. Onlar buraya gəldilər, dörd nəfər barəsində protokol tərtib olundu, 500 manat məbləğində cərimə edildilər.

Paralel olaraq, digər klinikamızın üç əməkdaşı, hansı ki, əməliyyatxanada olmayıb, videoda da yoxdur, sadəcə, bu işlərə nəzarət etməli idilər deyə onlara şifahi xəbərdarlıq olundu.

Hadisədən iki gün sonra rəhbər şəxs olaraq məni və həkim Ləman Əliyevanı Səhiyyə Nazirliyinə çağırdılar. Bu məsələyə çox ciddi yanaşırlar. Biz səhvimizi anlayırıq. Ona görə də onlar da bütün iradlarını bildirib, qanunvericiliyin gücünü göstərdilər. Araşdırma Səhiyyə Nazirliyində aparılır. Onlar nə qərar versələr, bununla razılaşmaqdan başqa bir yolumuz yoxdur".

Xatırladaq ki, yanvarın 8-də mama-ginekoloq Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb. Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.

Bundan sonra faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb. Yanvarın 9-da "German Hospital" adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2 000 manat cərimələnib.

MN məlumat yaydı: Partlayış səsləri gələcək

15-16 yanvar tarixlərində istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Lənkəranda itkin düşən balıqçılarla bağlı SON VƏZİYYƏT

"Lənkəran rayonunun Siyavar kəndi ərazisində itkin düşən balıqçıların axtarışları fasiləsiz olaraq davam etdirilir".

Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat verib.

Xatırladaq ki, ötən gün səhər saatlarında balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxsalar da, geri dönməyiblər. Balıqçıların qayığının dumanlı hava şəraitinə görə istiqamətini dəyişdiyi ehtimal olunur.

moldovada-saxlanilan-sexs-azerbaycana-getirildi

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstardisiya edilib.

“Qafqazinfo” Baş Prokurorluğa istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Emin Nazim oğlu Həsənov ekstradisiyası haqqında qərar qəbul olunub.

Abşeron Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə daxil olmaqla törədilən oğurluq) maddəsi ilə təqsirləndirilən Həsənov Emin Nazim oğlu məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Emin Həsənov Moldova ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

200 min dollara Bakıda kimi öldürmək istəyiblər? -DTX-dən daha bir uğurlu əməliyyat

“Üçüncü ölkə”də terror planlaşdıran iki nəfər tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aslanov Aqil Göycə oğlu və Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Ceyhun Şahin oğlu saxlanılıblar.

Narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Aqil Aslanov 2024-cü ilin sentyabr ayında üçüncü ölkədə səfərdə olarkən, tanışı vasitəsilə həmin ölkənin xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb və həmin şəxslər Azərbaycanda olan dini icma üzvünün fotoşəkillərini Aqil Aslanova göstərib barəsində məlumat verərək, 200.000 ABŞ dolları müqabilində ona sui-qəsd edilməsini təklif ediblər. Qarşılıqlı razılıq əsasında Aqil Aslanova ilkin olaraq icma üzvü və onun iş yeri barədə zəruri kəşfiyyat məlumatlarının toplanılaraq onlara ötürülməsi tapşırılıb, bunun üçün isə 2.000 ABŞ dolları məbləğində avans təqdim edilib.

Tapşırığın icrası ilə bağlı Bakı şəhərinə gələn Aqil Aslanov maddi maraq müqabilində cinayət əməllərində iştiraka cəlb etdiyi Ceyhun İsmayılovla birgə dini icma üzvü barədə məlumatların toplanılması istiqamətində işlər görüblər, onun yaşayış və iş yerinin məkan göstəricilərini müvafiq mobil telefon tətbiqi vasitəsilə xarici xüsusi xidmət orqanı nümayəndəsinə göndəriblər.

Faktla əlaqədar DTX-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 274, 276 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə məhkəmə tərəfindən Aqil Aslanov və Ceyhun İsmayılov barəsində həbs-qətimkan tədbiri seçilib.

Yada salaq ki, “Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə təqsirləndirilən Elşən Hüseynov da  DTX tərəfindən həbs edilərək Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülmüşdü. DTX-da  aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

DTX əməliyyat keçirdi: 2 radikal dini ekstremist məhv edildi

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Elşən Hüseynov 18 il müddətə azadlıqdan məhrum edilib.

Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən Elşən Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi isə davam edir.  Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında DTX tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olub. Həbs olunmamışdan əvvəl Elm və Təhsil Nazirliyinin dəftərxanasında işləyib.

Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova terrorçuluq əməlləri törətməsi planını həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib.

Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.

Ona Cinayət Məcəlləsinin 28, 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq), 214-2 (terrorçuluğa açıq çağırışlar), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham elan edilib.

Bu iş üzrə proses isə fevralın 6-da davam etdiriləcək.

metroda-qadina-qarsi-exlaqsiz-hereketler-etdi

Dünən saat 09:10 radələrində metronun “İnşaatçılar” stansiyasında gənc xanıma qarşı əxlaqsız hərəkətlər etmiş şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə “Dərnəgül” - “Həzi Aslanov” xətti üzrə hərəkət edən qatarda baş verib.

Metronun “28 May” stansiyasında qatardan enən qadın dərhal səs-küy salaraq vaqonda olan şəxsin ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirib. Bakı Metropolitenində Polis şöbəsinə dəvət edilən şəxsin Quba rayon sakini 1995-ci il təvəllüdlü S.Babayev olması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək Nəsimi rayon Məhkəməsinə göndərilib.

Həmçinin zərərçəkmiş qadın da məhkəməyə gedərək ifadə verib. O, 30 yaşlı kişinin qatarda bir neçə dəfə əli ilə bədəninə qəsdən toxunaraq əxlaqsız hərəkətlər etdiyini və onun cəzalandırılmasını tələb edib. S.Babayev isə törətdiyi əməli etiraf edərək peşman olduğunu deyib.

Məhkəmənin qərarı ilə S.Babayevə 10 sutka inzibati həbs cəzası verilib. O, saxlanılacağı müəssisəyə göndərilib.

Nəzrinin həyat yoldaşı: İsrailin təsdiqlədiyi sənədimiz var - VİDEO

Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurovanın ölümü ilə bağlı bəzi detallar məlum olub.

 İTV xəbər verir ki, ailəsinin iddiasına görə, Nəzrin əməliyyatdan sonra beyin sümüyündə yaranan çatdan ölüb:

"Əgər o çat əvvəllər olsa idi, Nəzrin çoxdan vəfat edərdi. O çat ancaq əməliyyat zamanı əmələ gələ bilər. Əlimizdə İsrailin təsdiqlədiyi rəsmi, möhürlü sənədimiz var. Orada alın sümüyündə çatın olması və qırıntıların oraya dolması açıq-aşkar qeyd olunub", - deyə mərhumun həyat yoldaşı Fərid Mansurlu bildirib.

Ətraflı süjetdə:

Xəbər lenti