Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu evakuasiya edilib

Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə bildirib.

O, qeyd edib ki, evakuasiyaya baxmayaraq distant qayada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır.

Şirkətlərin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi - ƏMƏLİYYAT

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin Azərbaycanda müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, Bakı şəhəri, Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) və *308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Muradova Sahibə Səlimət qızı tərəfindən tərəfindən ümumilikdə 23,4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 39,7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Sahibə Muradova iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Cəfərov Vəfadar Bəxtiyar oğlu tərəfindən konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 900 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 1,5 milyon manatdan artıq) pul vəsaitini Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Vəfadar Cəfərov iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, və *308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə Azekspo-7 MMC tərəfindən ümumilikdə 1,6 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 2,7 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən İslamov Emin Qarakişi oğlu iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bakı şəhəri, Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və *308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə “Qızılağac LTK” MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 1 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 1,7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Ağakişiyev Elşən Allahverdi oğlu iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində axtarış elan edilib.

Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddələrilə istintaq edilən cinayət işi üzrə “Paralel N” MMC tərəfindən xarici ölkəyə konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 16 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 27,2 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Dəmirov Eldar İrakif oğlu iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində axtarış elan edilib.

Nəzrin Mansurovanın komaya düşməsi barədə yoxlama başlanılıb - RƏSMİ

Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində (AEM) yoxlama başlanılıb.

Bu barədə "Report"un sorğusuna AEM-dən bildirilib.

"Baş vermiş faktın araşdırılması ilə bağlı yoxlamanın başlanılması barədə göstəriş verilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlama başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurova sonradan komaya düşüb. İddia olunur ki, onun beyninə çirk yayılıb.

Məsələ böyüyür: Analizlər köhnə imiş, görüntülər yayıldı - Video
Başqa cərrah Sənan Mehdiyev ilə bağlı şikayətçilər də narazılığını dilə gətirib.

Xəbər verdiyimiz kimi, burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurova 3 gündən çoxdur ki, komadadır. Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən qadının beyninə çirk yayıldığı iddia olunur. 

Ölkə.Az xəbər verir ki, ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova məsələ ilə bağlı paylaşım edib. O bildirib ki, bir neçə gün əvvəl ailə ilə qızlarının durumu ilə bağlı danışıb:

"Bu səhər bir çox insan məni işarələyərək burun əməliyyatından sonra "Bona Dea" xəstəxanasına aparılan və orda komada yatan gənc qız (N.M) haqqında məlumat verməyimi istədi. Əslində, bir neçə gün əvvəl bu hadisədən xəbərdar olmuş və ailə ilə əlaqə qurmağa çalışmışdım. Lakin ailə məlumatın yayılmasını istəmədiyi üçün məsələni ictimailəşdirməmişdim. Bu gün fərqli məlumatlarla qarşılaşdım.

Hadisənin səbəbi həkim səhvidir, yoxsa sonradan infeksiya yaranıb? Bu suallar hələ də cavabsızdır. Məsələ ilə bağlı "Mərcan Klinikası"na müraciət etdim və bildirildi ki, xəstə əməliyyatdan sonra normal vəziyyətdə evə buraxılıb. 3 yanvarda əməliyyat olunub, 4 yanvarda evə buraxılıb. Lakin bir gün sonra baş verən hadisələr hələ tam aydın deyil. Ailənin xəstəxanaya verdiyi məlumata görə, xəstə evdə olduğu müddətdə müxtəlif sistemlər qoşulub və Təcili tibbi yardım çağırılıb. Bu zaman sual yaranır: Təcili tibbi yardım həkimləri xəstəyə nə köçürüblər və vəziyyətin ciddiliyini dərk ediblərmi?

Əgər meningit infeksiyası mövcuddursa, niyə bunu müəyyən edə bilməyiblər və xəstəni xəstəxanaya aparmayıblar?"

Jurnalist bildirib ki, Nəzrin Mansurovadan analizlər əməliyyatdan 35 gün əvvəl götürülüb:

"Ailəsindən aldığım məlumata əməliyyatdan öncə xəstədən ən son analiz 35 gün əvvəl götürülüb. 4 yanvarda xəstə evdə narahat hiss edib, gecə iki dəfə qaytarıb. Həkimlə məsləhətləşərək ona antibiotik veriblər. Səhərə yaxın xəstə qeyri-adekvat davranıb. Sonra huşssuz olub. 5 yanvarda xəstənin vəziyyətinin daha da ağırlaşdığını görən ailəsi (ailə savadlı və vəziyyətin tam fərqində olub – belə ailələrlə qürur duymaq lazımdır) onu "Bona Dea" xəstəxanasına çatdırıb. Xəstəxananın qəbul şöbəsində gənc qızın vəziyyəti qəfil ağırlaşıb və ona “toksik şok” diaqnozu qoyulub. Bu gün isə xəstənin alın payında çat olduğu barədə ailəyə məlumat verilib.

Əməliyyatı həyata keçirən cərrah Sənan Mehdiyev mətbuata verdiyi açıqlamada kompüter tomoqrafiyasının nəticələrinə əsasən beyinə nüfuz edən heç bir sınığın olmadığını bildirib. Deyib ki, burun əməliyyatlarında bu görünən haldır. O qeyd edib ki, xəstənin ayaq üstə hərəkət etməsi də bunun sübutudur.

Bəs iki gündən sonra xəstədə nə baş verib? Bu məsələni istintaq və tibbi komissiya araşdırmalıdır. Həkim Sənan Mehdiyev əməliyyatı hansı şəraitdə həyata keçirib? Əməliyyat zamanı səhvə yol verilibmi? Əməliyyatdan sonra öz ayağı ilə evə gedən xəstənin vəziyyəti niyə bu bu qədər kəskinləşib? Evdə qoşulan sistemlər ona zərər verə bilərdimi? Təcili tibbi yardım xidməti xəstəyə hansı dərmanları vurub və niyə hospitala aparmayıb? Meningit infeksiyası necə yaranıb və necə sürətli inkişaf edib? Təcili yardım həkimi niyə bunun fərqində olmayıb? Hazırda əsas suallar bunlardır və hadisənin bütün tərəflərinin obyektiv şəkildə araşdırılması vacibdir".

Q.Ataşovanın paylaşım hissəsində vaxtilə S.Mehdiyevin əməliyyat etdiyi bəzi xəstələr də şikayətlərini yazıblar:

Kərimli Hicran: İllər əvvəl Sənan Mehdiyev məni əməliyyat etdi və vəziyyətim ağırlaşmışdı. Bəlkə də bacım bu hadisənin fərqində olmasaydı, artıq mən də olmazdım.Onun etdiyi əməliyyat mənim bütün həyatımı məhv etmişə bərabər oldu. Gecələri yuxu üzünə həsrət qaldım. Hər səhər baş ağrılarım olurdu. İllər keçdi, başqa bir həkim 2-ci dəfə əməliyyat etdiyi zaman Sənanın nə qədər cəllad olduğunu anlamışdıq. Burnumdakı ximircəklər qırıq-qırıq idi. Burun sümüyüm çox pis şəkildə əyilmişdi. Ona haqqımı halal etməyəcəyəm. Hazırda 3-cü dəfə əməliiyyat olunmalıyam. Mənə qabırğamdan ximircəkdən material qoyulmalıdır. Bu mövzunu biləndə xanıma ürəim ağrıdı. Allah yardımcısı olsun".

Əfsanə adlı istifadəçi: 2015-ci ildə mənim də burnumu əməliyyat edib. Sonra neçə gün ardıcıl qanaxma olmasına baxmayaraq həkimə zəng edilındə bizi başdan edirdi. Sonra dava qırğınla xəstəxanaya gəldik. O istəmir ki, özü bir şey etsin, tibb bacısını göndərirdi.  Xəstələri ilə çox kobud rəftar edir.

Paylaşımın şərh bölümündə bir çox istifadəçi S.Mehdiyevdən şikyətlənsələr də, onun əməliyyatından razı qaldığını yazanlar da var.

Billurə
 

Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü - Video

Bakıdakı şadlıq evinin zirzəmisini və parklanma zonasını su basıb.

 Xəzər TV məlumat verir ki, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən şadlıq evinin zirzəmisinə yığılan su getdikcə artmağa başlayıb.

Həmin şadlıq evini işlədən Ruslan Hüseynov bildirib ki, hadisə dünən, günün ikinci yarısında baş verib. Şadlıq evinin altına su dolmasından bir müddət sonra xəbər tutublar və dərhal aidiyyəti üzrə məlumat veriblər.

R.Hüseynov deyir ki, istilik borusunun partlaması səbəbindən onlara ziyan dəyib. İndi o, aidiyyəti qurum tərəfindən problemin tam aradan qaldırılmasını istəyir.

Məsələ ilə bağlı ''Azəristiliktəchizat''dan bildirilib ki, həmin ünvanda magistral xətdə qəza baş verib, hazırda tədbir görülməkdədir. O da bildirilib ki, qurum magistral yolda istənilən vaxt qazıntı işləri apara bilmir və bunun üçün aidiyyəti dövlət qurumları ilə razılaşdırılma aparılmalıdır.

Həmçinin həmin ərazidə hərəkətin təhlükəsizliyi təmin edilməli və digər tədbirlər görülməlidir. Hazırda bu istiqamətdə iş aparılır və təcili texniki tədbirlər görülür.

Ətraflı süjetdə:

Polisə tabesizlik göstərdi, həbs olundu - Video

Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu taqımının əməkdaşları Şəmkir rayon sakini Rafael Əliyevə idarə etdiyi VAZ markalı avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün “Saxla” işarəsi versə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib.

Görülən tədbirlərlə saxlanılan R.Əliyev araşdırma zamanı da məsuliyyətdən yaxa qurtarmaq məqsədilə süni gərginlik yaratmağa calışıb, YPX əməkdaşlarına tabesizlik göstərib. Aidiyyəti üzrə təhvil verilən R.Əliyev məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu bir daha qeyd edir, qanunvericiliyin tələblərini pozan, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təhdid edən şəxslərə qarşı kəsərli tədbirlərin görüləcəyini bildirir.

Əməliyyatdakı məclisə görə həkimdən açıqlama: "Mən deyiləm"

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mama-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Ləman Əliyeva əməliyyat otağında ad günü qeyd edilməsinə dair yayılan görüntülərlə bağlı açıqlama yayıb.

Həkim videoda görünən şəxsin o olmadığını bildirib:

"Dünən mənim həmkarım, adaşım əməliyyatxanadan öz ad günü ilə əlaqəli video paylaşıb. Bəzi səhifələr o videoya mənim fotomu əlavə ediblər. O həkim mən olmamışam, baş verənlərin mənimlə heç bir əlaqəsi yoxdur" - ginekoloq söyləyib.

Qeyd edək ki, ötən gün Azərbaycanda həkim əməliyyat zamanı doğum gününün qeyd edilməsini əks etdirən görüntülər paylaşıb.
Əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat oraya əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.

Yayılan görüntülər cəmiyyətdə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri tibb işçilərinin gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atdığını yazıblar.

Videonu paylaşan həkimin "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva olduğu üzə çıxıb.

Artıq faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb.

"Məsələ ciddi araşdırılacaq. Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək", - deyə məlumatda bildirilib.

 

 
  •  

 

Allahverdi Bağırovun bacısı vəfat etdi

Milli Qəhrəman Allahverdi Bağırovun bacısı Almaz Bağırova vəfat edib.

Bu barədə jurnalist Səadət Məmmədova məlumat yayıb.

Onun harada dəfn ediləcəyi qeyd edilməyib.

Allah rəhmət eləsin!

Dövlət Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb olunub

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər davam etdirilir.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78, ötən ildə 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüş, o cümlədən 13 əməkdaş mənfi motivlə ehtiyata buraxılmış və əmək müqaviləsinə xitam verilmişdir. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 51 fakt üzrə 95 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

“Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə bağlı müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində 4 yararlılıq kateqoriyası üzrə qərar qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Həmin prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və optimallaşdırılması korrupsiya hallarının qarşısının alınmasında, obyektivliyin təmin edilməsində və şəffaflığın artırılmasında müsbət nəticələr verməkdədir.

Bununla yanaşı ölkə başçısının 29.12.2024-cü il tarixli Fərmanı ilə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmasını tənzimləyən qanunvericilik aktlarında, eləcə də Cinayət, İnzibati Xətalar və Miqrasiya Məcəllələrində dəyişikliklər olunub, bu da xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinə, eləcə də hərbi xidmətdən boyun qaçırma hallarının qarşısının alınmasına xidmət edir.

Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların “9100 Çağrı Mərkəzi”nə və ya info@seferberlik.gov.az elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

DİN-dən məktəbin həyətində valideynlərin davası barədə açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbin həyətində valideynlər arasında baş verən insidentə münasibət bildirib.

Qurumun Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfillinin sözlərinə görə, ötən il dekabrın 18-də mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə polis şöbəsinə müraciət ediblər:

"Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə hər iki şəxs ekspertizaya göndərilib. Polis idarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi qiymət veriləcək".

Xəbər lenti