Təyyarə qəzasında sağ qalanlardan biri Lənkəran rayon sakinidir - FOTO

Bu gün təyyarə qəzasında sağ qalanlardan biri də Lənkəran rayon Lüvəsər kənd sakini 2004-cü il təvəllüdlü Ayhan Zəfər oğlu Bayramzadədir.

 APA xəbər verir ki, atası Zəfər kişi deyib ki, evin tək oğlu olan Ayhan əmisinin yanına işləməyə gedirdi.

"Dünən bibisi ilə Sumqayıt şəhərinə getdi. Bu gün səhər təyyarə ilə Rusiyaya əmisinin yanına özünə iş qurmağa getdi. Saat 11-12 də onlardan bir xəbər çıxmadı. Qardaşıma zəng etdim Ayhandan nə xəbər var. Qardaşım ağladı dedi evimiz yıxılıb. Ayhanın olduğu təyyarə Qazaxıstanda qəzaya düşüb, amma sağ qalanlar var. Ümid edək ki, Ayhan da sağ qalanların siyahısındadır. Yoldaşıma bir söz demədim. Televizora baxdım gördüm Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərov oğlumla danışır, səhhəti ilə maraqlanır. Ondan sonra yoldaşıma xəbəri verdim. Sağ olsun dövlət başçısı hadisə ilə bağlı operativ qrup yaratdı. Özü də iclasdan dönüb xalqın yanında olduğunu göstərdi".

Ayhanın anası Aynur Bayramova bildirib ki, təyyarə qəzasını yoldaşından eşidib. "Yoldaşım mənə xəbəri çatdıranda ölənlər haqqında eşidəndə çox pis oldum və sevindim ki, oğlum sağdır. Televizorda oğlumu gördüm özü ilə qısa da olsa telefonla danışdıq ürəyim rahat oldu. Dedi ana hər şey yaxşıdır tezliklə evə qayıdaram".

Qeyd edək ki, Ayhan Bayramzadə ailədə bir bacı bir qardaşdır.

 

 

 
"Rosaviasiya" AZAL təyyarəsinin qəza səbəbini açıqladı

AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi "Rosaviasiya" rəsmi məlumat yayıb.

Oxu.Az xəbər verir ki, məlumatda bildirilir:

"Bu gün Moskva vaxtı ilə saat 09:30 radələrində Xəzər dənizinin şərq sahili ərazisində Qazaxıstanın Aktau hava limanına eniş edərkən Azərbaycanın AZAL aviaşirkətinə məxsus "Embraer 190" təyyarəsi yerə çırpılıb. Təyyarə Bakıdan Qroznıya reys həyata keçirib.

İlkin versiya ondan ibarətdir ki, quş sürüsü ilə toqquşmadan sonra təyyarənin göyərtəsində yaranan fövqəladə vəziyyətə görə, nəqliyyat vasitəsinin kapitanı alternativ aerodroma uçmaq qərarına gəlib. Alternativ aerodrom kimi Aktau seçilib.

Axtarış-xilasetmə işlərini Qazaxıstan Respublikasının əməliyyat xidmətləri həyata keçirir.

Rosaviasiya AZAL, Azərbaycan və Qazaxıstanın aviasiya hakimiyyətləri ilə əlaqə saxlayır".

Cənazələr və xəsarət alanlar Bakıya gətiriləcək - Rəsmi

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək.

Bu barədə Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin birgə məlumatında deyilir.

Eyni zamanda, xəsarət alanların AZAL-ın xüsusi reysi ilə ölkəyə gətirilməsi planlaşdırılır. Xəsarət almış sərnişinlər həkim rəyləri əsasında sağlamlıq vəziyyəti imkan verdiyi halda sözügedən reyslə Bakıya çatdırılacaqlar.

Bununla bağlı Azərbaycanın və Qazaxıstatın aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür.

Bu gün Azərbaycanda matəm günüdür

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya düşməsi nəticəsində çoxsaylı insan itkisi səbəbindən bu gün Azərbaycanda matəm günüdür.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Məlumata görə, sərnişinlərin 29-u sağdır.

Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədov rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eləcə də təyyarə qəzasının səbəblərini yerində araşdırmaq üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini və digər şəxslərdən ibarət Azərbaycan nümayəndə heyəti Aktauya yola düşüb.

Qəza xəbərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərini yarımçıq qoyaraq Bakıya qayıdıb.

Dövlət başçısı Bakıya qayıdan kimi hava limanında hadisə ilə bağlı müşavirə keçirib.

Azərbaycanda matəm elan olundu

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qəzadan sonra Bakı aeroportunda yolka söküldü - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Qazaxıstan Nəqliyyat Nazirliyi Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olduğunu açıqlayıb.

Hadisədən sonra Heydər Əliyev adına Beynəlxalq Hava Limanında quraşdırılmış yolkanın söküldüyü bildirilir.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

AZAL təyyarəsinin qəzası: ölənlərin sayı açıqlandı

Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə ölənlərin sayı 14 nəfərə çatıb.

Axar.az xəbər verir ki, Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

“25.12.2024-cü il tarixində saat 10:58-də 1-ci kateqoriyalı təcili yardım çağırışı daxil olub (təyyarənin göyərtəsində balon partlayıb). 22 təcili tibbi yardım briqadası və Mərkəzi Tibb Mərkəzindən 6 briqada göndərilib. Rayon multidissiplinar xəstəxanasında 30 cərrahiyyə və travma çarpayısı, 10 reanimasiya çarpayısı hazırlanıb. Rayon uşaq xəstəxanasında da 20 çarpayılıq və 10 reanimasiya çarpayısı hazırlanıb”,- məlumatda deyilir.

Qeyd olunur ki, hazırda 14 zərərçəkən rayon xəstəxanasına çatdırılıb:

“14 nəfərdən 5-i ağır vəziyyətdə reanimasiyadadır. 11 yaşlı uşaq Uşaq Xəstəxanasına yerləşdirilib və təcili yardım səviyyəsində müayinə olunur. Daha 1 uşağı da gətirirlər, 16 yaşında”.

Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Qəzaya uğrayan təyyarədə neçə azərbaycanlı olub? - Qazax KİV

Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.

teleqram kanallarına istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Təcili: AZAL-ın təyyarəsində sağ qalanlar var!

Aktauda təyyarənin qəzaya uğradığı yerə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 canlı qüvvəsi və 11 texnikası gəlib.

təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.

Qazaxıstan mediasının məlumatına görə, hazırda zərərçəkənlər dəqiqləşdirilir; ilkin məlumatlara görə, sağ qalanlar var.

AZAL məlumat yayıb ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qəzadan əvvəl Qroznı AZAL təyyarəsini qəbul etməyib

AZAL-ın Qroznıya uçan təyyarəsi duman səbəbindən qəbul edilməyib və əvvəlcə Mahaçqalaya, daha sonra isə Aktauya yönləndirilib.

Axar.az xəbər verir ki, bu barədə Qroznı aeroportundan məlumat verilib.

Təyyarə Xəzər dənizi üzərində quş sürüsü ilə toqquşub və dərhal SOS siqnalı verib. Aktau limanına 3 km qalmış isə qəzaya uğrayıb.

Təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. Ölənlərin olduğu bildirilir.

Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Xəbər lenti