![]() |
|
Qəzaya düşən təyyarənin ilk görüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
"TikTok" sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polisin keçirdiyi tədbirlər davam etdirilir.
qafqazinfo xəbər verir ki, tədbirlər çərçivəsində özünü şairə və tiktoker kimi təqdim edən İlhamə Elşadqızı da polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, dünən keçirilən tədbirlər çərçivəsində bir neçə tiktoker və təşkilatçı da saxlanılmışdı.
Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Elmin Rüstəmov iş üzrə məhkəmə prosesinə sədrlik edəcək hakim təyin edilib.
Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.
İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.
Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.
Xəbər verdiyimiz kimi, ötən gün Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatla “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edənlər saxlanılıb.
saxlanılanlar arasında tanınmış aparıcı Azər Zahidin də olması insanlar tərəfindən təqdir edilib.
Sosial şəbəkə istifadəçiləri sözügedən xəbərlə bağlı fikirlərini sərt bir dillə ifadə ediblər.
Həmin şərhlərdən bəzilərini təqdim edirik:
Politoloq Fərid Şahbazlı: “DİN-in milli-mənəvi dəyərlər sistemimizi hədəf seçən bu əxlaqsız şəbəkəyə qarşı mübarizəsini bir vətəndaş olaraq dəstəkləyir və minnətdarlıq edirəm”.
Nurlan Cəfəri: “Şükür, bunlara “dur” deyən oldu”,
Yasin Məhərrəmov: “Bunların cəzalandırılması yaxşı haldır, amma jeton göndərən cəmiyyət barəsində bir tədbir görmək lazımdır. Axı onları cəmiyyət bu həddə çatdırıb”.
Timur ata: “Heç vaxt düşünməzdim ki, öz vətəndaşımın həbsinə sevinərəm”
Əkrəm Həsənov: “Bunlar avam, cahil insanların pulunu dələduzluq yolu ilə sökürlər. Tez bir zamanda “TikTok”da aktiv olan dələduz fırıldaqçı fala baxanları da təmizləsələr, əla olar”.
Əfqan Quliyev: “Gecənin bundan gözəl xəbəri ola bilməzdi”
Timur Təbrizli: “Xahiş edirəm, artıq-əskik yazın”.
Məhəmməd İsmayılov: “Kim nə deyirsə desin, belələri mənəviyyatımaza ziddir, həbs olunmalıdır”.
Vüqar İsyavev: “Artıq qaçılmazdır. Bu ölkədə mütləq əxlaq polisi yaranmalıdır”.
Şəhla Fərəcova: “Verilişin aparıcısının icazəsi olmadan hansısa iştirakçı ora drel gətirib digər iştirakçıya şüuraltı sözlər deyə bilər? İştirakçılar oyunu aparıcısının qoyduğu qaydalara görə oynayır. Aparıcı "xodunu al", " xoda salma bunu" , "burada qaydaları mən qoyuram" və digər ifadələrlə iştirakçıları idarə etdiyini açıq şəkildə bildirirdi”.
Hüquq-mühafizə orqanlarının bu gün Səhiyyə Nazirliyində keçirdiyi əməliyyatla bağlı yeni detallar məlum olub.
Bakupost.az məlumat verir ki, əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb.
Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.
Qeyd edək ki, Səidə Rüstəmovanın adı son günlərdə saxta sertifikat məsələsində hallanırdı.
***
Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.
Bakupost.az məlumat verir ki, əməliyyat zamanı saxlanılanlar var.
Bildirilib ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.
Qeyd edək ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksəkvəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.
“Bank işçiləri heç vaxt bankın göndərdiyi SMS-də kart kodu, PİN kodu və ya digər kod, məlumatlar tələb etmirlər”.
Bunu DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, yalnız fırıldaqçılar gizli kodlarla maraqlanırlar: “Məhz bu üsulla xarici nömrələrdən zəng olunmaqla “bankdandır, bank kartınıza müdaxilə var” adı ilə talama halları var və geniş vüsət alıb. Bu metodlarla dekabrın 19-20-də ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 50 000, 13 000, 10 000, 8650, 8400, 4715, 4700, 7250, 4000, 3900, 3572, 3500, 2360, 2340, 2396, 2397, 2300, 2200, 1960, 1886, 1500, 1480, 1480, 1300, 1150, 900, 850, 750, 740, 570, 410, 400, 378, 200, 170, 130, 100, 97, 51, 50 manat oğurlanıb.
Elə zərərçəkmişlər var ki, özündə olan digər kartların da məlumatlarını verib ki, xahiş edirəm, buna da baxın, karta müdaxilə varsa, aradan qaldırın. Nəticədə həmin kartlarda olan vəsaitlər də oğurlanıb”.
DİN rəsmisi əlavə edib ki, heç bir halda şəxsi olan, məxfilik daşıyan bank kartı məlumatları qarşı tərəfə - naməlum şəxsə verilə bilməz, çünki bu məlumatlarla maraqlanan şəxsin məqsədi pullarınızı talamaqdır.
Azərbaycan-Ermənistan sərhədində 5 bala yaxın zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına istinadən xəbər verir.
Məlumata görə, yerli vaxtla saat 03:01-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.
Daha sonra eyni bölgədə 3 və 3,8 maqnitudalı daha iki zəlzələ baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə quruma məlumat daxil olmayıb.
Dövlət İmtahan Mərkəzi (DİM) imtahan iştirakçılarını qaydalarla bağlı diqqətli olmağa çağırıb.
"Ölkə.az"göndərmək, köçürməyə cəhd və digər hallara rast gəlinir.
Qeyd olunub ki, istər imtahan binasına daxil olan zaman, istər imtahan müddətində, istərsə də imtahandan sonra baş verən bütün hallar, qayda pozuntuları DİM əməkdaşları, zərurət olduqda isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və müvafiq addımlar atılır:
"Bəzi qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Xatırlayırsınızsa, bir neçə il bundan öncə saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmə faktları aşkar olunub və cinayət işi başlanılaraq həmin şəxslər barədə müvafiq qərarlar qəbul olunub. Bu yaxınlarda isə ötən il keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarında baş verən qayda pozuntuları ilə bağlı Dövlət İmtahan Mərkəzinin hüquq mühafizə orqanlarına müraciəti əsasında başlanılan cinayət işinə lazımi hüquqi qiymət verilib.
Belə ki, 2023-cü ilin iyul ayında keçirilən qəbul imtahanlarında bir imtahan iştirakçısında binanın girişində yoxlama zamanı komplekt halda xüsusi ötürücü qurğu (“Mifi” aparatı, mikroqulaqlıq, telefon, kamera və s.) aşkar olunub. Abituriyent imtahandan kənarlaşdırılandan sonra həmin qurğular hüquq mühafizə orqanlarına təqdim olunub və aparılan araşdırmalar nəticəsində həmin cihazların satışını təşkil edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Onun müxtəlif sosial şəbəkə hesablarında imtahanlarda istifadə etmək üçün satışı qadağan olunmuş mikroqulaqlıqlarla bağlı iştirakçılara çoxsaylı müraciətlər etdiyi müəyyən olunub. Həmin şəxs artıq cinayət məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb olunub və məhkəmənin hökmü ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib".
Dövlət İmtahan Mərkəzi gələcək imtahan iştirakçılarına müraciət edərək tələb olunan imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən xahiş edirik ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar. Bu sahədə mövcud tələbləri pozan şəxslərə qarşı ciddi tədbirlərin görülməsi davam etdiriləcək.
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
"Report" xəbərinə görə, hadisə Pirallahı rayonunda qeydə alınıb.
Bakı şəhəri sakini, 1997-ci il təvəllüdlü Qocayev Fərhad Natiq oğlu “F-Marine” hotelin qarşısında “Mercedes” markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında olan reklam löhvəsinə dəyib.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Pirallahı rayon polis idarəsində cinayət işi başlanıb.
Polis Nərimanov, Abşeron və Suraxanı rayonlarında avtomobillərdən dövlət qeydiyyat nişanlarını oğurlayan şəxsləri müəyyən edərək saxlayıb.
manset.az xəbər verir ki, Nərimanov rayonu ərazisində “Toyota” və “Jeep” markalı iki avtomobilin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 20 yaşlı F.Hüseyn, əkiz qardaşı Y.Hüseyn, 20 yaşlı Ş.Kərimli, 19 yaşlı R.Ağayev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Onlar oğurladıqları dövlət qeydiyyat nişanlarının sahiblərinə Qazaxıstan Respublikasına məxsus nömrələrlə zəng edərək pul tələb ediblər.
Onların Abşeron rayonu Xırdalan şəhəri ərazisində “Toyota”, “Hyundai”, “Range Rover” və “Mercedes” markalı daha 5 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurladıqları məlum olub.
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində yerləşən avtomobil təmiri sexində “Opel” markalı avtomobilin dövlət qeydiyyat nişanları oğurlamaqda şübhəli bilinən 24 yaşlı Ə.İsmayıllı saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, Ə.İsmayıllı "Limonçik" ləqəbi ilə tanınır. O, bir müddət öncə Rusiyada limon satmaqla sosial şəbəkələrdə məşhurlaşmışdı.