Gəncə şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı şəhər sakini K. Hüseynovanın icarə əsasında işlətdiyi köşkdən partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

K.Hüseynova barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

 

 

 
 
 
Daha 10 koronavirus xəstəsinə cinayət işi açıldı

Dünən evdən çıxan 17 nəfər COVID-19 xəstəsi saxlanılıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikanın ərazisində xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.

Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 10 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

“Rüşvətə qarşıyam” deyib rüşvətə görə həbs edilən icra başçısı məhkəməyə çıxarılır

Bu gün Kürdəmir rayonunun sabiq icra başçısı Ceyhun Cəfərovun məhkəməsi keçiriləcək.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, istintaqın vəsatəti əsasında prokuror təqdimat verərək C.Cəfərovun həbsdə qalma müddətinin uzadılmasını istəyib.

Təqdimata bu gün Binəqədi rayon məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq. 

C.Cəfərov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

C.Cəfərov həbsindən əvvəl keçirdiyi konfransda rüşvətə qarşı olduğunu deyərək, tabeliyindəki rüşvət alan məmurlardan bunun tamamilə yığışdırılmasını istəmişdi: “Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən icra başçıları həbs olunub. Mən istəməzdim bizim rayonumuzda da belə hallar baş versin", - deyə o, çıxışında bildirmişdi.

Dekabrın 23-də Ağcabədi rayonu, Boyat kəndində fəaliyyət göstərən Əliyev Yaşar Nizami oğluna məxsus və Ağcabədi rayonu, Hindarx qəsəbəsində fəaliyyət göstərən Rüstəmov Ramiz Baxşeyiş oğluna məxsus süd qəbulu və saçaqlı pendir istehsalı sahələrində monitorinqlər həyata keçirilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.

Bildirilib ki, keçirilən monitorinqlər zamanı hər iki müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən, baytarlıq sanitariya və sanitar gigiyena qaydalarına əməl etmədən və heç bir texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi aşkar olunub.

 

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq emal sahələrinin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

 

 
 
 
 

Bir ay əvvəl Bakıda intihar edən iş adamı ilə bağlı sensasion təfərrüatlar üzə çıxıb. 36 yaşlı iş adamının intihar səbəbi hələlik açıqlanmasa da, onun tanınmış müğənni Roza Zərgərlinin qızı ilə sevgi münasibətləri olduğu iddia olunur.

Criminal.az xəbər verir ki,  müğənninin qızı Bənovşə Allahverdiyevaya Ramin Əliyev məşhur yaşayış komplekslərinin birindən ev alımış. İddialara görə, intihar edən şəxsin sahib olduğu "Kəlam MTK” tikinti şirkəti ona qayınatası tərəfindən hədiyyə edilib. Bu münasibətdən xəbər tutan R. Əliyevin qayınatası onun əlindən bütün var-dövlətini, həmçinin sevgilisinə verdiyi evi də alıb. Bundan sonra B.Allahverdiyeva ilə aralarında soyuqluq yaranıb. İddia olunur ki, məhz buna görə R.Əliyev silahla sevgilisinin qarşısına çıxıb və özünü öldürəcəyini deyib. Bu zaman atəş açılıb və R.Əliyev dünyasını dəyişib.

Məsələ ilə bağlı Roza Zərgərli açıqlama verməyib.

Xatırladaq ki, hadisə noyabrın 17-də da Nəsimi rayonu, M.Zeynalabdıyev küçəsi 8 saylı binanın qarşısında baş verib. Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib. İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

 

 

 
 
 
Mingəçevirdə karantin postunda xidmət aparan polis əməkdaşları şəhərə daxil olmaq istəyən KİA markalı avtomobilin sürücüsünü planşet vasitəsilə yoxlayan zaman onun koronavirus xəstəsi olduğunu müəyyən ediblər.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Ölkə.Az"a verilən məlumata görə, sürücü, Ağdam rayon sakini Füzuli Əliyev COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və Mingəçevir şəhərinə daxil olmaq istəyib.

Əraziyə Təcili Tibbi Yardımın həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib.

F.Əliyev barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

27 COVID-19 xəstəsi ictimai yerdə aşkarlandı

Dünən ölkədə 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 22-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq yaşadıqları evlərə qaytarılıb.

19 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Astarada avtomobil aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

“Report”verdiyi xəbərə görə, hadisə rayonun Kijəbə qəsəbəsi ərazisində baş verib.

Belə ki, rayonun Ojakəran kənd sakini, 1992-ci il təvəllüdlü Tural Bəxtiyar oğlu Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. İdarəetmədən çıxan nəqliyyat vasitəsi sol kənarındakı maneəyə çırpılıb. Nəticədə avtomobilin sürücüsü T.Həsənov və avtomobildəki sərnişin, onun həmkəndlisi olan 1984-cü il təvəllüdlü Təbriz Nəsrulla oğlu Hidayətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildəki digər sərnişin Kijəbə qəsəbə sakini 20 yaşlı Hidayət Hidayətov isə dünyasını dəyişib.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilərək travmatologiya şöbəsinə yerləşdiriliblər. Qəza nəticəsində ölən H.Hidayətovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal olunur.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ermənilər Şuşa şəhərində Molla Pənah Vaqifin məqbərəsini dağıdıb.

Qaynarinfo məlumatına görə, 70-ci illərdə ümummilli lider Heydər Əliyevin göstərişi ilə Şuşa şəhərində Molla Pənaf Vaqifin məzarı üstündə inşasına başlanan məqbərənin tikintisi 1982-ci ildə başa çatdırılıb.

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi Şuşanın işğalından sonra ermənilər tərəfindən acınacaqlı vəziyyət salınıb. Kompleksin divarları, üzlük daşları sökülüb. 
 

Bakıda yaşayış binasında yanğın baş verib.

Bu barədə "Ölkə.Az"a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail rayonu Neftçilər prospekti 83 ünvanında dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın qeydə alınıb.

Qeyd edilib ki, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Xəbər lenti