Azərbaycanda məktəbli bıçaqlandı: 7-ci sinif şagirdi saxlanıldı

Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

APA xəbər verir ki, hadisə Beyləqan şəhəri ərazisində qeydə alınıb. Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H. Hüseynov həmyerlisi 7-ci sinif şagirdi H. Qasımlı tərəfindən bıçaqlanıb.

Hadisə dərsdən sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

gedebeyde-memur-muellimi-qacirdi-saxlanildi

Gədəbəydə məmur qız qaçırıb.

“Qafqazinfo” xəbər verir ki, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı İdarəsinin baş mühəndisi A.İ. rayonda müəllim kimi çalışan qadını qaçırıb.

Həyata keçirilən tədbirlərlə A.İ-nin yeri Yevlax rayonunda müəyyən edilib və onun avtomobili saxlanılıb. Zorla qaçırıldığı bildirilən qadın ailəsinə təhvil verilib.

Hadisəni törətmiş məmur saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Milli.az saytı yayıb.

qetle-gore-axtarilirdi

Bakıda törədilmiş qətl hadisəsinin üstü açılıb.

“Oktyabrın 13-ü saat 22 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib.

T.Həsənov cinayət əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hazırda istintaq araşdırması davam etdirilir.

Qazax sakini minaya düşüb, ayağı amputasiya olunub - YENİLƏNİB

Qazax rayonunda mina hadisəsi baş verib.

Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində 2024-cü il 14 oktyabr tarixində mina hadisəsi baş verib.

Kənd sakini 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amil oğlu heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Sarıyev İlkin sağ ayağından xəsarət alıb.

Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Cərrahiyyə əməliyyatı olunan zərər çəkmişin bir ayağı amputasiya olunub. Vəziyyəti stabildir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra icra edilir.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Əhməd cəmiyyət arasına qayıda bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimi kimi, beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədov barəsində məhkəmə qərar çıxarıb.

Qərara əsasən, Əhməd Əhmədov cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə qərarı verilib. Verilən qərar bir çox şəxs tərəfindən birmənalı qarşılanmayıb.

Maraqlıdır, məhkəmənin Əhməd barəsində verdiyi qərar nə qədər ədalətlidir?

Mövzu ilə bağlı lent.az-a açıqlama verən Norma hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev bildirib ki, məhkəmə ədalətli qərar verib:

"Hadisə baş verən gündən tövsif etmişdik, təbii ki, biz deyən kimi oldu, qərar da doğrudur. Bütün dünya ölkələrində anlaqsız cinayət törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Və o, məcburi ixtisaslaşdırılmış tibb müəssisəsində psixatrik xəstəxanaya yerləşdirilir, orada qalır. Buna görə də Əhməd Əhmədov barəsində verilmiş məhkəmə qərarı ədalətlidir.

Digər məsələ, Əhməd Əhmədov kimi insanların sağaldıqdan sonra cəmiyyət içinə qayıtması ilə bağlıdır. Praktikada bu kimi xəstələrin tez bir zamanda sağalması mümkün deyil. Anlaqsız şəxsin sağalması və cəmiyyətə inteqrasiya olunması mümkündür. Əgər anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər seçiləndən sonra sağalarsa, o, normal həyata qayıtması və cinayət məsuliyyətinə cəlb edilməməsi mümkün haldır. Şəxs şüurlu şəkildə cinayət törətməməsi, anlaqsız olduğu onu azadlığa çıxarır.

Əgər sağalmadığı müddətdə barəsində tibbi xarakterli məcburi tədbirlər seçilir, stasionar qaydada psixatrik xəstəxanaya yerləşdirilir və qalır".

Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinib. O, şübhəli şəxs qismində saxlanılıb və fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxənasına yerləşdirilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Toya basqın edildi: Saxlanılanlar var

Türkiyədə jandarma toya basqın edib.

News24.az xəbər verir ki, hadisə Samsunun Bafra rayonunda baş verib.

Toyla bağlı araşdırma aparılıb və bəylə gəlinin yetkinlik yaşına çatmadığı müəyyən edilib. Yoxlanış zamanı bəlli olub ki, gəlinin 14, bəyin isə 17 yaşı var.

14 yaşlı gəlin qoruma altına alınıb. Valideynlər və bəy isə saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bakıda DƏHŞƏT: 21 yaşlı Məmmədəlidən ŞOK əməl...

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Musavat.com-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 13-də saat 23 radələrində 1987-ci il təvəllüdlü Səid Əhmədovun aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada ölməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2003-cü il təvəllüdlü Məmmədəli Əmirxanovun aralarında yaranmış mübahisə zamanı Səid Əhmədova bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun həmin gün yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Məmmədəli Əmirxanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

16-yasi-tamam-olmamis-qizla-evlendi

Saatlı rayonunda yetkinlik yaşına çatmayan qızla evlənən gənc cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, Nərimankənd sakini olan 2004-cü il təvəllüdlü Samir Şahbazova (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

Bildirilib ki, bu ilin mayında Samir yetkinlik yaşına çatmayan Fərəhi Xırdalan şəhərindən evlənmək məqsədilə qaçıraraq yaşadığı kəndə gətirib. Hazırda onlar ər-arvad kimi birgə yaşayırlar və qız hamilədir.

S.Şahbazov Fərəhin 18 yaşı tamam olanda onunla rəsmi nikah bağlayacaqlarını bildirib. Zərərçəkmiş qız da faktiki həyat yoldaşından şikayətçi olmayıb.

Saatlı Rayon Məhkəməsinin dünən çıxardığı hökmlə Samirə 1 il həbs cəzası verilib. Lakin onun cəzası sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Azərbaycanda 18 tələbə dönərdən zəhərləndi 

Qazaxda 18 tələbənin zəhərləndiyi bildirilib.

"Report" məlumatına görə, Bakı Dövlət Universitetinin Qazax filialının 18 tələbəsinin bufetdə dönərdən zəhərləndiyi qeyd olunub.

Zəhərləndiyi bildirilən tələbələr aşağıdakılardır:

Sabirabad rayon sakini Ö. Rüstəmov (2003-cü il), Tovuz rayon sakinləri F.Rzayeva (2007) və İ.Niyazova ( 2001), Gəncə şəhər sakini F.Süleymanova (2007), Yevlax rayon sakini F.Nəsibova (2005), Ağstafa rayon sakinləri Ş.Məmmədova (2005) və N.Hacıyev (2005), Daşkəsən rayon sakini C.İsrafilov (2005), Mingəçevir şəhər sakini S.Əliyeva (2007), Şəmkir rayon sakini N. Əmirova (2004), Beyləqan rayon sakini R.Mədətov (2004), Ağcabədi rayon sakini M.Qasımova (2005), Şamaxı rayon sakini N.Məlikov (2003), Qazax şəhər sakini R.Məmmədli (2006), Gədəbəy rayon sakini G.Bağırova (2005), Kəlbəcər rayon sakini M.Şahbazov (2005), Goranboy rayon sakinləri O.Cəfərov (2004) və A.İsgəndərova (2005).

Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra tələbələr evə buraxılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, nəticələrlə bağlı məlumat veriləcək.

Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan 4 il ötür

Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.

“2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.

Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib. Ermənistan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Gəncənin raket atəşinə tutulması anı Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Xəbər lenti