DTX casusu ifşa etdi: Şuşanın şəkillərini ermənilərə göndərirmiş...

Azərbaycanda konstitusiya quruluşunun əleyhinə olan cinayətlər törətməkdə ittiham olunan Emin Qasımzadənin məhkəməsi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilənin şəxsi məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib.

İndiki mərhələdə müdafiə tərəfi hər hansı vəsatətlə çıxış etməyib. Sədrlik edən hakim Əli Məmmədovun qərarı ilə seçilmiş qətimkan tədbiri dəyişdirilmədən iş məhkəmə baxışına təyin edilib.

38 yaşlı Emin Qasımzadə istifadəsində olmuş sosial şəbəkə hesabları vasitəsilə Ermənistan tərəfinin rəsmi qurumları ilə gizli əlaqə qurub, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və maraqları əleyhinə istifadə edilməsi məqsədilə məlumatlar ötürərkən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) diqqətinə düşüb.

O, Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı və dövlət təhlükəsizliyinin zərərinə olaraq Ermənistan tərəfə məlumatlar ötürərək dövlətə xəyanət etməkdə təqsirləndirilir. Bundan başqa o, qeyd olunan hərəkətlər zəminində həmçinin özünün feysbuk sosial şəbəkəsi hesabında dövlət əleyhinə açıq çağırışlar edib, həmçinin Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçilik yaratmağa yönələn hərəkətlər törədib.

E.Qasımzadə sosial şəbəkə vasitəsilə əlaqə qurduğu həmin şəxslərin tələblərini yerinə yetirib, onlara Şuşa şəhəri və digər ərazilərdən istədikləri yerlərin fotolarını və digər məlumatları göndərib.

DTX tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş Emin Qasımzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə Xəyanət), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilir.

Yanacaq maşını qəzaya düşdü, yanğın başladı - Rəsmi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hadisə yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Jurnalist Fikrət Fərhadoğluna ağır itki

Fərhad Tarıverdiyev 73 yaşında dünyasını dəyişdi.
Jurnalist Fikrət Fərhadoğluna ağır itki üz verib.

Qaynarinfo verdiyi xəbərə görə, atası Tarıverdiyev Fərhad Hüsü oğlu ağır xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib.

Mərhum bu gün Cəlilabad rayonunun Şabanlı kəndində dəfn olunacaq. Yas mərasimi də Şabanlı kəndində təşkil olunacaq.

Allah rəhmət eləsin.

Bakıda məktəbdə PARTLAYIŞ - Yaralanan var

Bakıda orta məktəbdə qazanxanada partlayış olub.

APA xəbər verir ki, hadisə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə qeydə alınıb.

İlkin məlumata görə, qazanxanada baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı (kişi cinsli) şəxs hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumatda bildirilib ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçik həcmli partlayış olub.

Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib. Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, qazanxanaya ciddi ziyan dəyməyib.

Hazırda məktəbdə dərslər normal qaydada davam edir.

Azərbaycan Ordusunda 1992-2004-cü illərdə cinayət törətmiş bəzi şəxslər ifşa olunublar - RƏSMİ

Hərbi Prokuror: 1992-2004-cü Illərdəki Cinayət İşləri Yenidən Araşdırılır
"Azərbaycan Silahlı Qüvvələrində 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır cinayətlər istintaqı yenilənməklə araşdırılıb".

Bunu Azərbaycanın hərbi prokuror Xanlar Vəliyev "Respublika" qəzetinə məqaləsində bildirib.

Onun sözlərinə görə, 2005-ci ildən başlamaqla əvvəlki illərdə də Silahlı Qüvvələrdə 1992-2004-cü illərdə törədilmiş qəsdən adam öldürməyə cəhd, qəsdən adam öldürmə və digər ağır, xüsusilə ağır cinayət hadisələri ilə bağlı həmin dövrdə başlanılan uzun müddət istintaq aparılmasına baxmayaraq, səriştəsizlik və bəzi hallar da isə yarıtmaz fəaliyyət ucbatından iş üzrə ibtidai araşdırmanın yekunlaşdırılması mümkün olmayıb:

"Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi əsası ilə icraatı dayandırılmış cinayət işlərinin təcrübəli əməkdaşlar tərəfindən öyrənilməklə, bir neçəsi üzrə icraatın təzələnərək ibtidai istintaqın davam etdirilməsi, yekun qərarların qəbul olunması, bununla da ibtidai araşdırmanın qurtarması təmin edilib".

X.Vəliyev vurğulayıb ki, icraatı təzələnmiş işlər üzrə düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, istintaqçıların peşəkarlığı və əzmi, eləcə də məharətlə həyata keçirilmiş prosessual uyğun olaraq rəhbərlik sayəsində 25-dən artıq cinayət işinin ibtidai araşdırması yekunlaşdırılıb:

"Cinayət törətmiş şəxslərin ifşa olunmasına, faktlara və şəxslərin əməllərinə hüquqi qiymət verilməsinə nail olunub".

Bakıda yolun ortasını qazıb məzar etdilər - VİDEO

Bakıda tamet pilitələri sındırıb yolun ortasında məzar qazıblar.

Hadisə Pirşağıda qeydə alınıb.

Belə ki, dünyasını dəyişən şəxs məzarlığın içərisinə gedən yolun üstündə dəfn edilib.

Hadisə ilə bağlı daha ətraflı Xəzər TV-nin süjetində:

Ermənilərin Qarabağda dağıtmadığı yeganə heykəl - VİDEO
Cəbrayılın Sirik kəndindəki heykəl

Cəbrayılın Sirik kəndində Fatimə Çələbi Alı Çələbi qızına aid heykəl ermənilərin Qarabağda işğal zamanı dağıtmadığı tək-tük abidələrdən biridir.

Heykəlin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Peyğəmbər nəslindən olduğu iddia edilən Fatimə Çələbiyə ermənilər də hörmət edib. Heykəlin məhz bu səbəbdən dağıdılmadığı bildirilir.

Bakıda dava düşüb: Bıçaqlananlar var

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı BAKU.WS-ə bildirib ki, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub. Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

***

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib.

Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub.

Yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

toyuna-hazirlasan-qiz-facievi-sekilde-oldu

Tərtərdə toyuna hazırlaşan 21 yaşlı qız faciəvi şəkildə ölüb.

“Hadisə Tərtər şəhərində yerləşən beşmərtəbəli binaların birində baş verib.

2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən qız nişanlı imiş, yaxın aylarda toyu olacaqmış.

 

 
 
Aparıcının qızının bağçada ölümü ilə bağlı YENİ DETALLAR - Görüntülərdən məlum oldu ki...

Xəbər verdiyimiz kimi, AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızı Sədəf Əsədzadə uşaq bağçasında dünyasını dəyişib. Azyaşlının ürək problemi səbəbindən həyatını itirdiyi barədə məlumatlar yayılıb.

Bizim.Media xəbər verir ki, hadisə “Candy kids” adlı özəl uşaq bağçasında baş verib.

Bundan əlavə, uşağın ürəyində hər hansı problem olmayıb.

Bağçadakı kamera görüntülərindən isə məlum olub ki, uşaq qida qəbul edərkən yemək parçası onun nəfəs borusunda qalıb. Nəticədə, azyaşlı nəfəs ala bilməyib və həyatını itirib.

Əldə edilən digər məlumata görə isə, uşağın ölümündə bağça müəllimlərinin səhlənkarlığı da mühüm rol oynayıb.

Belə ki, onlar hadisə ilə bağlı təcili tibbi yardıma gec müraciət ediblər. Həkimlər hadisə yerinə gəldikləri zaman azyaşlının 1 saat öncə dünyasını dəyişdiyini müəyyən ediblər. Hətta uşağın həyatını itirməsi ilə bağlı xəbəri belə bağça rəhbərliyi deyil, valideynlərdən biri mərhumun ailəsinə çatdırıb.

Qeyd edək ki, faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub. Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti