![]() |
|
Göyçayda qadın toy mərasimdə ölüb.
"Report xəbər verir ki, hadisə rayonun Yalman kəndində qeydə alınıb.
Kənd sakini Qızılgül Məmmədova toy mərasimində çirkli qabları yuyarkən ürəktutmasında ölüb.
Faktla bağlı araşdırma aparılır.
Türkiyə millisinin və "Fənərbaxça" klubunun sabiq futbolçusu Serhat Akın silahlı hücuma məruz qalaraq güllə yarası alıb.
Qafqazinfo.az xəbər verir ki, bu barədə 43 yaşlı sabiq hücumçu sosial şəbəkə hesabında bildirib.
O, ekspert kimi çıxış etdiyi televiziya proqramından geri dönərkən yolda tanımadığı şəxslərin hücumuna məruz qalıb.
Xəstəxanaya çatdırılan S.Akının vəziyyəti yaxşıdır. Onun əməliyyat olunacağı deyilir.
Hadisə ilə bağlı "Fənərbaxça" klubu da açıqlama yayıb.
"Keçmiş futbolçumuz Serhat Akına qarşı silahlı hücumu qınayırıq. Onun tezliklə sağalmasını diləyirik. Hadisəni törədənlərin ən qısa zamanda ədalət qarşısında cavab vermələrini gözləyirik", - klubdan bildirilib.
Qeyd edək ki, 5 mövsüm "Fənərbaxça"da çıxış edən futbolçu 3 çempionluq qazanıb. O, "Fənərbaxça" forması ilə rəsmi matçlarda 154 dəfə meydana çıxıb və 49 qol vurub.
Bakıda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.
“DİN-in Mətbuat xidməti xəbər verir ki, Nəsimi RPİ 21-ci Polis Bölməsinin keçirdiyi tədbirlərlə bir nəfərin 76500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 57 yaşlı A.Hüseynov müəyyən olunaraq saxlanılıb.
Onun əvvəllər də eyni əmələ görə məhkum olunduğu qeyd edilib.
Faktla bağlı araşdırma aparılır.
Baxmuta (Artemovsk) hücumda iştirak edən "vaqnerçi" Konstantin Luqovoy muzdlu əsgərin maaşının həcmini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə RTVI ilə söhbətində qeyd edib. Bildirib ki, şəxsi hərbi şirkətdə (PMC) ilk maaşı 240 min rubl (4392 AZN) olub.
O izah edib ki, daha sonra hücum bölməsinin komandiri təyin edilib.
“Komandirliyimdə 300-400 nəfər var idi. Bunlar eyni vaxtda işləyən 25-30 hücum qrupudur. Mən onları idarə etməliydim. Bunun müqabilində 260 min rubl (4758 AZN) maaşım var idi”, - Luqovoy deyib.
Luqovoy qeyd edib ki, "Vaqnerçi"lərə qoşulmaq qərarı intuitiv olub.
“Mən bilirdim ki, "Vaqner" strukturunda GRU taktikası ilə məşğul olan kəşfiyyat bölmələri var. Bu, mənə yaxın idi”, - deyə o etiraf edib.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır itki üz verib.
“Qafqazinfo” xəbər verir ki, icra başçısının qardaşı, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi dünən saat 16 radələrində Abşeron rayonunda iş yerində elektrik cərəyanı vuraraq öldürüb.
Məlumata görə, 53 yaşlı H.Quliyev Xırdalan şəhərində fəaliyyət göstərən “Ay-min” MMC-də (kolbasa şirkəti) çalışırmış.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı modern.az yayıb.
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Həsənov vəfat edib.
Səhhəti pisləşən K.Həsənov bu gün səhər saatlarında dünyasını dəyişib.
Bildirilir ki, K.Həsənov İstanbulda Memorial Şişli xəstəxanasında ürək əməliyyatı keçiribmiş. Əməliyyatdan sonra o, həyatını itirib.
Qeyd edək ki, 63 yaşlı Köçərli Həsənov uzun illər “Azərsu” ASC-nin sədrinin müavini vəzifəsində çalışıb. Bu il isə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə sədr təyin olunub.
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Dəfn olunacaq şəhidlərdən biri hərbçi Alıyev Vaqif Sərdar oğlu, digəri isə mülki şəxs Quliyev Mirzəli Müslət oğludur.
Sentyabrın 26-sı V.Alıyev Gəncə şəhəri Şəhidlər Xiyabanında, M.Quliyev isə Xocavənd rayonu Qaradağlı kəndinin
Şəhidlər Xiyabanında dəfn olunacaqlar.
Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəhd edib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, sentyabrın 24 -də gecə saatlarında əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Əlizadə Fərid saxlanılarkən üzərində olan bıçaqla polis əməkdaşlarına müqavimət göstərdiyindən ona xidməti tabel silahı ilə xəbərdarlıq edilməklə saxlanılıb. Xəsarət alan şübhəli şəxs xəstəxanaya yerləşdirilib.
Onun üzərindən bıçaq, satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan narkotik vasitə olan herion aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.
Bakı şəhərinin mərkəzi hissələrində və bir sıra ətraf qəsəbələrə işləyən marşrut avtobusları müasirləşdirilsə də, paytaxtın mərkəzindən Masazır qəsəbəsinə və geriyə sərnişin daşıyan 525 saylı marşrutda acınacaqlı vəziyyət hələ də davam edir.
“Ötən gün bu xəttə çalışan iritutumlu avtobusun təhlükəli vəziyyətdə idarə edilməsini əks etdirən görüntülər yayılıb.
Görüntülərdən avtobusun bir tərəfinin tamamilə yerə doğru əyilməsi və böyük yük altında təhlükəli halda idarə edildiyi görünür.
Masazır sakinləri bildirir ki, 525 saylı xətt üzrə avtobusların dəyişdirilməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Belə ki, xətt üzrə avtobusların yararsız halda olması səbəbindən tez-tez yolda qalması, eləcə də isti günlərdə kondisionerin işləməməsi insanların etirazına səbəb olur.