Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.

İmişlidə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Report xəbər verir ki, hadisə günorta saatlarında Çaxırlı kəndində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı iki avtomobilin toqquşması nəticəsində Saatlı rayon sakinləri, 1959-cu il təvəllüdlü İsgəndərov Yurddaş İsgəndər oğlu, 1979-cu il təvəllüdlü İsgəndərov İsgəndər Yurddaş oğlu, İmişli sakinləri, 2008-ci il təvəllüdlü Məmmədov Səbuhi Nicat oğlu və Məmmədov Kamal Ağakərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Y.İsgəndərov və K.Məmmədovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Bakıda polis vəzifə başında bıçaqlanıb.

DİN-in Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsi əməkdaşları tərəfindən dekabrın 27-də Bakı şəhər sakini O.Məmmədlini bıçaqla hədələyib 1300 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə almış Şəmkir rayon sakini, əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş Əli Əsgərov yaxalanarkən o, polis əməkdaşına bıçaqla xəsarət yetirib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ə.Əsgərov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir


DİN Bakıda baş vermiş silahlı insidentlə bağlı rəsmi məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hunday” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayev ölmüş, A.Bağırovun isə vəziyyəti orta-ağırdır.

Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami Rayon Polis İdarəsinə Rayon Polis İdarəsinə gedib və cinayəti törədərkən istifadə etdiyi AK markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.

Z.İsmayılov tutulub, silahı evdən götürülüb.

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-ə Axar.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, rayonun Müsüslü kəndində “Kamaz” markalı yük avtomobili və “Opel” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) sərnişinin meyitini və digər 1 nəfər sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib.

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının azərbaycanlı üzvü, “Əbu Cihad” ləqəbli 1979-cu il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Eldəniz Məmmədov 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Eldəniz Məmmədov 2017-ci ilin sentyabrında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutulub.

Həmçinin uzun müddət İŞİD terror təşkilatının sıralarında döyüşmüş “Əbu Cihad” ləqəbli Eldəniz Məmmədovun hərbi əməliyyatlarda iştirakını əks etdirən video yayılıb.

Yayılan videokadrlardan görünüb ki, Eldəniz Məmmədov başqa döyüşçülərlə birlikdə onlar tərəfindən öldürülmüş insanın cəsədi qarşısında necə poza alır...

Xatırladırıq ki, Eldəniz Məmmədov həm də sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstagram səhifəsinin sahibi olub.


İmişli rayonunda ölümlə nəticələnən yol-nqəliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, İmişli şəhərinin H.Əliyev prospektində VAZ-2106 markalı avtomobilllə rayonun Yalavac kənd sakini, 1968-ci il təvəllüdlü Valeh Mehdi oğlu Mehdiyevin idarə etdiyi Motosiklet toqquşub.

Nəticədə ağır kəllə-beyin travması alan V.Mehdiyev İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasının dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ötən gün gecə saatlarında Bakının Keşlə qəsəbəsində güllələnmə baş verib.

Axar.az xəbər verir ki, hadisə 10 TO 170 dövlət nömrə nişanlı “Hunday Elantra” markalı avtomobildə baş verib.

Maşında olan 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov adlı 2 nəfər güllələnib.

T.Babayev hadisə yerində dünyasını dəyişib. A.Bağırov isə ağır yaralı halda 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Ona mədə divarınn açıq güllə yarası diaqnozu qoyulub.

Hadisənin kim və ya kimlər trəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bakıda kütləvi dava baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Kütləvi dava rayonun Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsində naməlum şəxslər arasında olub.

Dava nəticəsində Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Səfərli Ülvi Mahir oğlu bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, hadisə iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Cəbhədə erməni təxribatı

Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal altında olan mövqelərindən mülki sakinlərimizi atəşə tutub.

“Qafqazinfo”nun “Ordu.az”a istinadən məlumatına görə, hadisə bu gün - günün ikinci yarısında rayonun Mirəşelli kəndi ərazisində baş verib.

Belə ki, Bakı şəhərindən rayona gələrək şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət etməyə gedən Ağdam rayon Baş Qərvənd kənd sakini, 01.01.1945 təvəllüdlü Allahverdiyeva Dilşad Allahverdi qızı və bir qrup yaxın qohumları düşmən tərəfindən atəşə tutulub.

 

Yaşlı qadın düşmən atəşi nəticəsində qulaq nahiyəsindən yaralanıb. Ağdam rayon xəstəxanasına aparılan mülki sakinə ilkin tibbi yardım göstərilib.

Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.

Xatırladaq ki, bu hal ilk dəfə baş vermir. Düşmənin məhz bu qəbiristanlığı atəşə tutması nəticəsində xeyli sayda dinc sakin müxtəlif güllə yarası alıb. Onlar arasında həyatını itirənlər də olub.

Xəbər lenti