|
Avstriyanın paytaxtı Vyana şəhərinin mərkəzində yerləşən restoranlardan birində baş verən silahlı atışma nəticəsində 1 nəfər ölüb, 1-i də yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hazırda polis cinayətkarın tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Hadisənin səbəbi hələlik məlum deyil.
11:40
Bakıda iş adamı qətlə yetirilib.
Axar.az Trend-ə sitinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hunday" markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib. Naməlum şəxslər F.Vahabovu əvvəlcə odlu silahla güllələyib, daha sonra isə bıçaqla qətlə yetiriblər.
Hüquq-mühafizə orqanları əməkdaşları F.Vahabovun qətlə yetirilmiş meyitini avtomobildə aşkarlayıb.
Aznyus.az-ın məlumatına dörə, daha sonra meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə aparılıb. Ekspertiza şöbəsindən bildirilib ki, mərhum odlu silahdan açılan atəşlə qətlə yetirlib, müayinə zamanı bıçaq xəsarətləri aşkar edilməyib. Meyit müayinə olunduqdan sonra gecəylə ailə üzvlərinə təhvil verilib.
Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, artıq baş vermiş cinayət hadisəsi ilə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Xətai Prokurorluğunda Cinayət Məcəlləsinin "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Vahabov Fariz Mirzahid oğlunun ötən il Xətai rayon Məhkəməsində Məmmədova Aygün Kazım qızı adlı qadınla əmlak bölgüsü ilə bağlı məhkəmə çəkişməsi olub və F.Vahabov məhkəmə prosesini uduzub. Ehtimal olunur ki, qətl də elə əmlak davasına görə törədilib.
"Sputnik Azərbaycan" yazıb ki, Vahabov yaşadığı evin həyətində öldürülüb. O, saat 19:26-da evə qayıdıb maşınını parklamaq istəyərkən naməlum şəxs ona bir neçə dəfə atəş açıb. Güllələrin ikisi Vahabova dəyib - biri sifətindən, digəri isə sinəsindən. O, hadisə yerindəcə keçinib.
Qatil hadisə yerindən qaçıb gizlənib və hələlik saxlanılmayıb. Killerin hansı silahdan atəş açdığı məlum deyil.
İlkin məlumata görə, Vahabov əvvəllər MTN-in əməkdaşı olub. Lakin səhhətində yaranmış problemlə əlaqədar olaraq işdən çıxıb. Sonra Vahabov bizneslə məşğul olub. İstintaqın bu günə olan daha inandırıcı versiyasına görə, qətlin törədilməsində biznes maraqların toqquşmasının rolu ola bilər.
Tovuz rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb.
Report-un məlumatına görə, Ağstafa rayonunun Qırılı kənd sakini, 21 yaşlı Elşən Abbasovun idarə etdiyi "Ford" markalı mikroavtobus şəhərin Heydər Əliyev prospektində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı daş hasara çırpılıb.
Hadisə nəticəsində sürücü E.Abbasov və mikroavtobusda olan sərnişin Tovuz rayonunun Bozalqanlı kənd sakini, 17 yaşlı Aydan Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücüyə ambulator yardım göstərilib A.Mirzəyeva isə xəstəxanaya aparılıb.
Qəza səbəbindən prospektdə bir müddət tıxac yaranıb. Hadisə yerinə gələn, Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının hadisə yerinə baxış keçirməsindən sonra qəzaya düşən avtomobil yoldan çıxarılıb. Budan sonra avtomobillərin hərəkəti bərpa edilib.
Faktla bağlı araşdırma aparılır.
Pirotexniki vasitələrin və fişənglərin ölkəyə gizlin gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Axar.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Vaz 21063” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Gömrük baxışı keçirilməzdən əvvəl aparılan şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerinin döşəməsində xüsusi düzəldilmiş saxlanc yerindən üzərində “Magic Shots 40S” yazısı olan 408 ədəd və üzərində “Magic Shots 20S” yazısı olan 192 ədəd fişəng, üzərində “Piccolo Corsar” yazısı olan 32 qutu pirotexniki vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda dilənçiliklə məşğul olan 11 nəfər saxlanılıb.
DİN-dən Axar.az-a verilən məlumata görə, Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olan 11 nəfər ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb.
İrandan Azərbaycana narkotik vasitə və psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı gömrükçülər tərəfindən Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının rentgen müayinəsi zamanı düz bağırsağında şübhəli cizgilər müşahidə edilib. Daxili orqanından aşkar edilən 3 ədəd bükümdən birində qablaşdırılma ilə birgə ümumi çəkisi 1.69 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, digər bükümdə qablaşdırılma ilə birgə ümumi çəkisi 9.19 qram olan ağ rəngli, kristal şəkilli psixotrop maddə-metamfetamin, sonuncu bükümdə isə 4 ədəd üzərində FM40 nişanəsi olan "metadon" həbləri müəyyən edilib.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.
Rusiya istiqamətindən Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz 313 CDI" markalı nəqliyyat vasitəsinə baxış keçirilib.
DGK-dan Axar.az-a verilən məlumata görə, keçirilmiş gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin ön sağ və sol qapı qolunda, ön paneldə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən, eləcə də ön panelin örtüyünün arxasındakı boşluqdan və əl əyləcinin altından 16 qutuda 154 ədəd "Samsung" markalı mobil telefonlara məxsus ekran aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Bakı şəhəri, Nizami rayonunda yerləşən kafelərdən birində kütləvi dava baş verib.
Report-un xəbərinə görə, dava zamanı 26 yaşlı İlham Soltanəliyev Cəbrayıl rayon sakini 28 yaşlı Səbuhi Səfərovu ayaq nahiyəsindən bıçaqlayıb.
S.Səfərov qanitirmədən dünyasını dəyişib. İ.Soltanəliyev saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.
2018.12.10, 11:29
Masallı rayonunda evdə baş verən partlayış nəticəsində xəsarət alan azyaşlıların hər ikisi dünyasını dəyişib.
Axar.az xəbər verir ki, bu barədə Trend-ə Respublika Yanıq Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində bədəninin 85 faizi yanan, 2010-cu il təvəllüdlü Müseyibov Məhəmməd Əbülfəz oğlu və 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu ölüb.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə başlanmış cinayət işi həmin məcəllənin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
Xatırladaq ki, Masallı rayonunun Sığıncaq kənd sakini Kərimova Günel Şakir qızının evində qaz sızmasından baş vermiş partlayış nəticəsində evin birinci mərtəbəsində olan 2005-ci il təvəllüdlü Müseyibov Əli Əbülfəz oğlu, 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu və 2010-cu il təvəllüdlü Müseyibov Məhəmməd Əbülfəz oğlu ağır yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi.
Xəsarət alanlardan Ə.Müseyibov həmin gün xəstəxanada dünyasını dəyişmişdi.
Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Report xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Hundai” markalı avtomobil qarşıda gedən “Opel” markalı maşına arxadan çırpılıb. Nəticədə “Hunday”ın Masallı rayonundan olan 1979-cu il təvəllüdlü sürücüsü Yalçın Rəhimov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.