![]() |
|
Bakıda polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, əməliyyat sentyabrın 24-ü saat 03:44 radələrində Yasamal rayonu ərazisində keçirilib.
Z.Əhmədbəyov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin olduğu 77-XS-413 dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilə polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Polisin qanuni tələblərinə məhəl qoymaraq hərəkətini davam etdirən avtomobil Nəsimi rayonu ərazisində maneyə dəyərək dayanıb, nəqliyyat vasitəsində olan şübhəli şəxslər polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd ediblər.
Polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə xəbərdarlıq atəşi açılmaqla, əvvəllər məhkum olunmuş – 1991-ci il təvəllüdlü İsmayılov Bəxtiyar, 1980-ci il təvəllüdlü Əjdərov Əjdər saxlanılıblar. Ayağından xəsarət alan Ə.Əjdərov xəstəxanaya yerləşdirilib.
Avtomaşında satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan herion, pisixotrob maddə olan metamfetamin, güclü təsiredici edən dərman peraparatları aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.
Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli qısamüddətli yağış yağıb.
Bildirilib ki, Şahdağın 3500 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.
Qeyd edilib ki, düşən yağıntının miqdarı Lerik, Şahbuzda 6 mm, Tovuz, Göygöldə 5 mm, Daşkəsən, Şərurda 3 mm, Şəki, Yevlax, Astara, Gədəbəydə 2 mm, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Balakən, Qəbələ, Zaqatala, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Mingəçevir, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Culfa, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Şərq küləyi arabir Şahdağda 20 m/s-dək güclənib. Göygöl, Lerikdə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 27, Aran rayonlarında 29, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.
Xəbər verdiyimiz kimi, sentyabrın 22-si Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.
Xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində güllə xəsarəti alan hərbçi xəstəxanaya çatdırılsa da, göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.
Əslən Ağdam rayonundan olan O.Ağayevin atası Azər Ağayev Birinci Qarabağ müharibəsi veteranıdır və Mingəçevirdə yerləşən Ağdam rayon 51 saylı orta məktəbin hərbi rəhbəridir.
Vəfat edən 23 yaşlı leytenantın fotosunu təqdim edirik:
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.
İdarə əməkdaşları xidməti əraziyə daxil olan Xəzər dənizinin Qaradağ rayonunda yerləşən sahilində satış məqsədilə narkotikləri əldə edən Bakı sakini, 1984-cü il təvəllüdlü Vüqar Əliyevi saxlayıb.
Ondan külli miqdarda psixotrop maddə olan metamfetamin, heroin, tramadol və 51 ədəd digər növdən olan təsiredici həb götürülüb.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Həmçinin Su Nəqliyyatında Polis İdarəsindən bildirilib ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabrın 1-dən etibarən bitib.
Xidməti ərazilər olan dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır.
Su bioresurslarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında mövcud qanunları kobud şəkildə pozaraq qanunsuz balıq ovlayan şəxslər saxlanılaraq su polisləri tərəfindən cinayət və inzibati xətalar məcəllərində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəklər.
Su polisləri tərəfindən su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların qanunsuz ovlanmasının qarşısını almaq və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri, eləcə də dəniz qumunu oğurlayan şəxslərə qarşı da mübarizə mütəmadi olaraq davam etdirilir.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433-38-12 və (012) 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Bu gün Gəncə şəhərində evdə partlayış olub.
Hadisə şəhərin F.Əmirov küçəsi bina 4 ünvanında baş verib.
İlkin məlumata görə, hadisə zamanı 84 yaşlı T.Orucova xəsarət alıb.
Partlayışın qaz sızmasından baş verməsi ehtimal edilir.
Sentyabrın 22-də Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.
"Qafqazinfo" məlumatına görə, 23 yaşlı leytenant xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Xəstəxanaya çatdırılan hərbi qulluqçu göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat verib.
Məlumata görə, Bakı vaxtı ilə saat 03.45-də baş verən zəlzələnin maqnitudası 3,1, dərinliyi 19 kilometr olub.
Zəlzələ hiss olunmayıb.
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş daha bir qrup şəxsin meyit qalıqları müəyyən edilib.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Məlumata əsasən, hərbçi Məmmədov Mübariz İlyas oğlunun meyit qalıqları Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında, hərbçi Səfərov Səfəralı Alverdi (Allahverdi) oğlunun meyit qalıqları Sumqayıt şəhəri Şəhidlər Xiyabanında, hərbçi Rüstəmov Tərlan Kamal oğlunun meyit qalıqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Şəhidlər Xiyabanında, hərbçi Qəhrəmanov Bilal Qəhrəman oğlunun meyit qalılqarı isə Gədəbəy rayonu, Şəhidlər Xiyabanında dəfn ediləcək.
Dəfn mərasimləri sentyabrın 20-də baş tutacaq.
Göygöldə toyda döyülən kişi ölüb.
“Qafqazinfo” xəbər verir ki, bir neçə gün əvvəl Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində dava zamanı ağır xəsarətlər alan Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev xəstəxanada ölüb.
Belə ki, xuliqanlıq zəminində döyülən şəxs ağır halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Göygöl RPŞ-nin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, rayon sakin R.Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin musiqi sifarişi üstündə baş verdiyi məlum olub.