|
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov idmançı Həsən Əzizovu döyməsinin yeni təfərrüatı məlum olub.
Lent.az-ın məlumatına görə, hadisə “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi şou mərasimi zamanı baş verib.
Belə ki, bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu dörd yaşlı uşağının gözü önündə döyüblər.
Daha sonra onu paltardəyişmə otağına apararaq idman karyerasını sonlandırmaq üçün şəxsiyyətini alçatmaq istəyiblər. Əsas səbəb H.Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub. Onlar qrup halında köməksiz vəziyyətdə olan H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər.
Bu əmələ görə cinayəti törədənlərdən dörd nəfər həbs edilib, iki nəfər barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Rusiyanın Dağıstan Respublikasında “Fight Nights” klubunun qarışıq döyüş növləri üzrə döyüşçüsü Maqomedrəsul Mutayev Mahaçqalada öldürülüb.
Bu barədə Dağıstan Respublikasının Bədən Tərbiyəsi və İdman Nazirliyi məlumat yayıb.
Məlumata görə, MMA döyüşçü evinin qarşısında qətlə yetirilib.
Qətli törədən şəxsin kimliyi müəyyən olunub.
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətmələrinin təfərrüatları məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsində həmin şəxslərlə bağlı qərar qəbul edilib.
Qərara əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər.
Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil edəcəyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər. Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, 4 nəfər həbs olunub.
Hazırda xuliqanlıq maddəsi ilə bağlı qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Bakıda DYP-nin "saxla" əmrinə tabe olmayan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
İnsident 20 Yanvar dairəsi yaxınlığında qeydə alınıb.
Bir neçə avtomobilə ziyan vurduqdan sonra qaçmaq istəyən sürücünü polis əməkdaşları saxlamağa müvəffəq olublar.
Hüquq müdafiəçisi: “Bir neçə ildən sonra Yasin Hüseynzadənin sənədləri dəyişdiriləcək və o, həbsdən buraxılacaq”
Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumundan bir il ötdü. Bir günahsız insanın qətli, iki nəfərin yaralanması ilə nəticələnən bu müdhiş cinayət əməli barədə danışan xarici işlər naziri Ceyhun Bayramov ildönümü günü bir daha rəsmi Bakının mövqeyini xatırladıb və bəyan edib ki, səfirlik öz fəaliyyətini iki şərtlə bərpa edə bilər: cinayətkar layiqli cəzasını alsın və İran səfirlik əməkdaşlarının təhlükəsizliyinə tam zəmanət versin.
Amma üstündən bir il ötsə də məhkəmə iclası elə ildönümü günü başlayıb. Məlumata görə, iclas təqsirləndirilən şəxs (Yasin Hüseynzadə ) və onun vəkillərinin iştirakı ilə keçirilib. Orada Azərbaycan səfirliyinin bir sıra məsul şəxsləri də iştirak edib.
Məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxsə hakim izahat verib və prokurorun nümayəndəsi ittiham aktını oxuyub. Yayımlanan ittiham aktına əsasən, Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah saxlamaqda, gəzdirməkdə və ictimai asayişi pozmaqda ittiham olunur. Prokurorun nümayəndəsi ittiham aktını oxuduqdan sonra təqsirləndirilən şəxs və vəkili müdafiə çıxışı edib. Sonda hakim iş üzrə icraatın başa çatmasını elan edib və məhkəmə sədri hökmün qanuni müddət ərzində çıxarılacağını vurğulayıb.
Maraqlıdır ki, qatil-müttəhim Y.Hüseynzadə dəmir qəfəsdə yox, hamı kimi zalda oturub.
Bu o deməkdir ki, ona haqq etdiyi cəza verilməyəcək? Məgər qatil dəmir qəfəsdə saxlanılmır? Lap tutaq, öldürülən günahsız Azərbaycan səfirliyinin əməkdaşı, azərbaycanlı yox, İran vətəndaşıdır, farsdır. Məgər İranın şəriət qanunlarına görə, qatilin cəzası edam (dar ağacı) deyil? Adicə narkotikə görə ölüm hökmü tətbiq olunan bir ölkədə qatil-terrorçu gerçəkdənmi yüngül cəza ala bilər? İran məhkəməsi bir ildir nə fikirləşir? Cani-terrorçunun dəmir qəfəsdə yox, hamı ilə birgə məhkəmə zalında oturdulması qanunidirmi?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, məhkəmə prosesinin məhz səfirliyimizə terror hücumunun ildönümündə başladılması müəmmalı, şübhəlidir, həmçinin suallar yaratmaya bilməz. Sanki bir il gözləyiblər ki, məhz ildönümü günü məhkəmə prosesi başlasın. İkincisi, Yasin Hüseynzadə kimi terrorçunun qəfəsdə deyil, zalda hamı ilə bir yerdə əyləşdirilməsi də Azərbaycana heç də xoş olmayan mesajlardan biridir və nələrinsə xəbərçisidir: “İran qanunlarına və Vyana Konvensiyasının tələblərinə görə, Yasin Hüseynzadə kimi ağır cinayətə yol vermiş ittiham olunan şəxs məhkəmə istintaqı gedişində dəmir qbarmaqlıqlar arasında oturdulmalıdır. Lakin açıq-aşkar qanun pozuntusu və Vyana Konvensiyasının tələbinin pozulması baş verdi. Təəssüf ki, İranın qanunları açıq şəkildə pozmaqla burada da Azərbaycan tərəfinə hansısa mesaj verməsinin çalarlarını müşahidə etdik”.
Bununla belə, hüquqşünasın sözlərinə görə, məhkəmə prosesi zamanı bizim səfirliyin yüksək ranqlı əməkdaşlarının orada olması, həm də ittiham aktının elan olunması onu göstərir ki, terrorçu Yasin Hüseynzadəyə cəza veriləcək. Yasin Hüseynzadə mütləq ağır cəza alacaq: “Əslində bu cür ağır cinayətə görə, İran qanunlarına görə ölüm cəzası tətbiq edilir, cinayətkar edam olunur. Amma məndə bir şübhə var ki, Yasin Hüseynzadəyə edam cəzası verilməyəcək, uzun müddətə azadlıqdan məhrumetmə hökmü çıxarılacaq və Yasin Hüseynzadə bir neçə ildən sonra cəza çəkmə yerindən çıxarılacaq, onun şəxsiyyətini təsdiq edən sənədləri dəyişdiriləcək və o buraxılacaq. Ya da o, İran rəhbərliyi tərəfindən bir müddət sonra əfv ediləcək. Çünki Yasinin həyata keçirdiyi cinayət aktının arxasında siyasi dairələr, müəyyən güc strukturları dayanır. Sifarişin yüksək səviyyədə verildiyi ilk anlardan, Yasin Hüseynzadə saxlanılandan görünürdü. Baxaq görək nə baş verəcək”.
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin işi ilə bağlı məhkəmənin hökmü tezliklə elan olunacaq.
APA xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Nasir Kənani dünənki mətbuat konfransında deyib. O bildirib ki, hakimin sözlərinə görə, yaxın vaxtlarda hökm çıxarılacaq. Nasir Kənani xatırladıb ki, ötən şənbə günü Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi keçirilib.
“Azərbaycanın İrandakı səfirliyində həyatını itirən əməkdaşın ailəsinə bir daha başsağlığı verirəm. İranın məhkəmə orqanları ittihamlara qanun çərçivəsində baxacaqlarına əmin ediblər. İki ölkənin ədliyyə orqanlarının əməkdaşlığı ilə istintaq prosesi yekunlaşıb. Hakimin sözlərinə görə, yaxın vaxtlarda hökm çıxarılacaq. Bu hadisə iki ölkənin münasibətləri üçün acı olsa da, hakimiyyət bunun əlaqələrə təsirini minimuma endirmək üçün çox çalışıb. İki ölkənin yol xəritəsinə uyğun olaraq, son bir ildə biz müxtəlif sahələrdə nümayəndə heyətlərinin mübadiləsinin şahidi olduq. Ümid edirik ki, Azərbaycan səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq”, - XİN sözçüsü vurğulayıb.
Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 75 saylı tam orta məktəbin 8-ci sinif şagirdinin döyülmsi ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı 75 nömrəli tam orta məktəbdən “Qafqazinfo”ya açıqlama verilib.
“Qeyri-dərs günü məktəbdən kənar ərazidə məktəbin VIII sinif şagirdi fiziki və psixoloji təzyiqə məruz qalıb.
Məsələ ilə əlaqədar şagirdin valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub”, - məlumatda bildirilib.
Beyləqanda yük avtomobili ilə minik avtomobili toqquşub, 3 nəfər ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə baş verib. “KamAZ” markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb və “VAZ 2105” markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və “VAZ 2105” markalı avtomobildə olan sərnişin hadisə yerində ölüblər.
Hazırda yük avtomobilinin dəmir yolu xəttinin üzərindən götürülməsi işləri yerinə yetirilir. Qəza ilə əlaqdar dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.
Faktla bağlı BDYPİ və xətt polisi tərəfindən araşdırma aparılır.
***
Beyləqanda yük avtomobili ilə “VAZ 2107” markalı avtomobil toqquşub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bəhrəmtəpə qəsəbəsi ərazisində İmamverdilər körpüsü adlanan yerdə baş verib.
Nəticədə 3 nəfər ölüb.
Övladının müalicəsi üçün Bakıya gələn qadın iki gün hava limanında gecələməli olub.
Söhbət Ukrayna vətəndaşı 31 yaşlı Yelena Prudkoqlyadan gedir.
Sosial şəbəkələrin birində övladının xəstəliyi ilə bağlı post paylaşdığını iddia edən Yelena deyir ki, sinif yoldaşı Anya ona vəd verir ki, Bakıda onun övladını müalicə etdirəcək.
Beləliklə, çarəsiz qadın əlində-ovcunda olanları sinif yoldaşına göndərir. Bundan sonra isə Bakıya üz tutur.
Yelena Prudkoqlyad baş vermiş hadisə ilə bağlı Ukraynanın Azərbaycandakı səfirliyinə müraciət edib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.
Köməksiz vəziyyətdə qalan Yelena isə övladı ilə birlikdə Bakıdakı sığınacaqlardan birinə yerləşdirilib.
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd yumşaq mebel dəsti yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yüksək temperaturdan 1 ədəd kondisioner və 1 ədəd televizor qarsalanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
“Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır”.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
Qeyd edək ki, sosial şəbəkələrdə “Jalilov” adı ilə məşhurlaşan gəncin yaşlı insanları narahat etdiyi videoları gündəm olub.