![]() |
|
Bakıda avtomobil işıq dirəyinə çırpılıb.
“Report” xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Ruslan İsgəndərov idarə etdiyi “Opel” markalı avtomobillə idarəetməni itirərək yol kənarında işıq dirəyinə çırpılıb.
Nəticədə avtomobildə olan sərnişin, 1987-ci il təvəllüdlü Vüsal İsmayılov hadisə yerində ölüb. Sürücü və digər iki sərnişin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Azərbaycanda "qırmızı qurd eşənəyi" xəstəliyindən ölüm faktı qeydə alınıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumata görə, sözügedən xəstəlikdən əziyyət çəkən Neftçala rayonu Uzunbabalı kənd sakini, 1975-ci il təvəllüdlü Eldəniz Məmmədov ağır vəziyyətdə Neftçala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Xəstəyə ilkin tibbi yardım göstərilib, aparılan bütün tədbirlərə baxmayaraq, xəstə poliorqan çatışmazlığından ölüb.
Xəstənin 15 ildir “qırmızı qurd eşənəyi” xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub.
Bəs bu xəstəlik nədən yaranır və əlamətləri nələrdir?
Mövzu barədə Bizim.Media-ya danışan tibb sahəsi üzrə ekspert, həkim Rasif Bağırov deyib ki, bu xəstəlik autoimmun sistem xəstəliyidir:
“Çox ağır xəstəlikdir. Yaranma səbəbləri çoxdur, orqanizmə hər hansı bir yad cisim, yad maddə, antigen daxil olur. Əgər xəstənin immun sistemində müəyyən bir problemlər varsa, həmin o problemə görə orqanizmdə autoimmun prosesi başlayır. O da bir az mürəkkəb mexanizmdir. Nəticədə insanda qırmızı qurd eşənəyi deyilən xəstəlik başlamış olur.
Antigenin orqanizmə daxil olma səbəbləri həddən artıq çoxdur. Xəstəlik adi soyuqdəymə, müxtəlif qida məhsullarından, hər hansı dərman preparatlarının orqanizmə yeridilməsindən və digər səbəblərdən başlaya bilir”.
Həkimin sözlərinə görə, xəstəlik əsasən özünü böyrək və oynaq ağrılarında göstərir:
“Xüsusilə, böyrəklərin, oynaq sisteminin çox ağır xəstələnməsi baş verir. Çox hallarda xəstənin sifətində, yanaq və burnunda kəpənəkvari qırmızı ləkə yaranır. Belə bir simptomları var, yeni yarananda müəyyən temperaturda olur. Daim dərman müalicəsinə möhtac olan bir xəstəlikdir. Heç vaxt tam sağalmır”.
Tanınmış müğənni Mətin Hüseynzadə (Madteen) ağır qəzanın qurbanı olmaqdan son anda qurtulub.
İfaçı avtoyuma məntəqəsinin qarşısında olarkən anidən idarəetməni itirən avtomobil ərazidəki ağ rəngli avtomobilə çırpılıb.
Musiqiçi qəzadan son anda xilas olsa da, avtomobilin arxasında dayanan gənc oğlan bədbəxt hadisədən qaça bilməyib.
Hadisəni törədən şəxsin taksi sürücüsü olduğu görünür.
Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ olub.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib.
Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 05:20-də Yardımlı stansiyasından 24 km şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib və hiss olunmayıb.
Binəqədi rayonunda baş vermiş insidentlə bağlı cinayət işi başlanılıb. Münaqişə tərəfləri - Xalq artisti Ağadadaş Ağayev və "MedEra" hospitalının mühafizəçisi Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb olunublar.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ağadadaş Ağayev və Nurəddin Cəlilov təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Lakin həbs və ya ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdimat verilməyib.
İstintaq orqanının qərarı ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 22-də paytaxtın Binəqədi rayonunda yerləşən özəl tibb müəssisəsinin ("MedEra" hospitalı) gözətçisi N.Cəlilovla Ağadadaş Ağayev arasında insident baş verib.
İnsidentin videogörüntülərindən aydın olur ki, Xalq artisti Ağadadaş Ağayev gözətçi N.Cəlilova balta atır, daha sonra onlar əlbəyaxa dava edirlər. Rəsmi məlumata görə, müğənninin atdığı balta başqa bir qadına xəsarət yetirib.
İyulun 25-i saat 10:00-a olan məlumata görə, öncədən xəbər verildiyi kimi gündüz dağlıq ərazilərdən başlayaraq hava şəraiti dəyişib, əksər rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında da gecə saatlarından başlayaraq arabir yağış yağıb, şimşək çaxıb. Yarımadanın bəzi yerlərində yağıntılar intensivləşib.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11 mm-dək, Balakən-Şəki bölgəsində 62 mm, Lənkəran-Astara bölgəsində 55 mm, Mərkəzi Aran bölgəsində 39 mm, Quba-Qusar bölgəsində 33 mm, Qarabağ bölgəsində 30 mm, Dağlıq-Şirvan bölgəsində 26 mm, Naxçıvan MR-də 13 mm, Gəncə-Qazax bölgəsində isə 11 mm-dək təşkil edib.
İyulun 25-də gecə və səhər saatlarında Şəki rayonu ərazisindən axan Kişçaydan, Qəbələ rayonu ərazisindən axan Göyçaydan, Dəmiraparançaydan, İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan və Quba rayonu ərazisindən axan Qudyalçaydan sel keçib.
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində intihar hadisəsi qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, "Qobu Park-1" yaşayış massivindəki bina 3-də baş verən hadisə zamanı gənc qız intihar edib.
O, binanın səkkizinci mərtəbəsindən özünü ataraq canına qəsd edib.
Müdafiə Nazirliyinin məşhur sabiq qalmaqallı zabiti Zahid Niftəliyevin 42 milyonluq mənimsəmədə ittiham olunması ilə bağlı cinayət işi üzrə məhkəməsi başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib.
Tərəflərin razılığı ilə iş məhkəmə baxışına verilib. İlk baxış iclası iyulun 31-nə təyin edilib.
Z.Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilmiş, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza vermişdi. Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib, apellyasiya məhkəməsi hökmdən verilmiş protesti təmin edərək Z.Niftəliyevi külli miqdarda rüşvət almaqda təqsirli bilib 8 il 6 ay azadlıqdan məhrum edib.
Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Z.Niftəliyev öz adına formal şirkət açaraq “Atabank”dan köçürülmüş 42 milyon manat krediti mənimsəməkdə təqsirləndirilir.
İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə ATABANK ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan ATABANK ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Növbəti məhkəmə iclaslarında Zahid Niftəliyevin mənimsənilən xüsusilə külli miqdarda vəsaitlə bağlı izahı məlum olacaq.
Sail Ağasəlim
Həmin görüntüləri təqdim edirik:
Xalq artisti Ağadadaş Ağayevin balta ilə törətdiyi insidentin yeni görüntüləri yayılıb.
Ölkə.az həmin görüntüləri təqdim edir:
Daxili İşlər Nazirliyi Xalq artisti Ağadadaş Ağayevlə bağlı yayılan xəbərlər barədə məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Ölkə.Az-a bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki, balta ilə onu hədələdiyini bildirib.
N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.
***
"Report" yazır ki, Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub.
Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən agentliyin sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.
Nazirlikdən bildirilib ki, hazırda faktla bağlı Binəqədi rayon Polis Şöbəsində araşdırma aparılır.
APA yazır ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.
***
Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.
Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
Daxili İşlər Nazirliyindən müğənni ilə bağlı insident yaşandığını təsdiqləyiblər.